Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1664/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1992-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum edilmiş, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə (hakim R.N.Ələkbərli) Məhkum2 – Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, ona Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tar ixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum2 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyul 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1, Məhkum3 və Məhkum4 da Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyu n 2022-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), E.İ.Xasməmmədov və Ç.B.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinə Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilmiş, Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq la cinayətlərin məcmusu üzrə Məhkum2 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə saxta pul hazırlamış və satmışdır. Belə ki, o, tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək sonuncunun kirayədə yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində inşa edilən binaların İİİ korpusundakı 151 nömrəli mənzildə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə Məhkum1 ilə birlikdə “HP Smart Tank 500” çoxfunksiyalı rəqəmsal reproqrafik çap qurğusunda eyni axınlı çap üsulu ilə Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus müxtəlif nominallı Azərbaycan manatı əskinazlarından surəti çıxarılmaqla standartlara uyğun olmayan və həqiqi pul əskinazlarından açıq-aşkar fərqlənməyən saxta pul əskinazlarını satış məqsədi ilə istintaqa məlum olmayan sayda hazırlamış və mağazalarda, o cümlədən digər iaşə obyektlərində alqı-satqı zamanı ödəniş vasitəsi kimi istifadə etməklə satıb birlikdə qazanc əldə etmək üçün əldə olunacaq gəlirdən müəyyən məbləğdə pul verəcəyini vəd verib saxta pul əskinazlarının satışı ilə bağlı həmkəndliləri Məhkum3 və Məhkum4 ilə ayrıayrılıqda qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Məhkum1 ilə birlikdə hazırladıqları həmin saxta pul əskinazlarından hər biri 100 nominallı 2 ədəd saxta pul əskinazını 2021-ci ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan ayrı-ayrı ta rixlərdə yaşadığı Samux rayonu, Çobanabdallı kəndində Məhkum3, 1 ədədi A 00547024 seriyalı olmaqla 2 ədəd 100 nominallı saxta pul əskinazını isə xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, istintaqa məlum olmayan tarixlərdə Məhkum4 verib Məhkum3 vasitəsi ilə 2021-ci ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan ayrı-ayrı tarixlərdə Samux rayonu, Çobanabdallı kəndində yerləşən mağazalarda alqı-satqı zamanı ödəniş vasitəsi kimi istifadə etməklə 1 ədəd 100 nominallı saxta pul vahidini Zərərçəkmiş şəxs1 və 1 ədəd 100 nominallı saxta pul vahidini Şahid6, Məhkum4 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Samux rayonu, Çobanabdallı kəndində inşaat materialları satılan mağazada alqı-satqı zamanı ödəniş vasitəsi kimi istifadə etməklə 1 ədəd 100 nominallı saxta pul vahidini Zərərçək miş şəxs2, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində isə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Bravo” marketdə alqı-satqı zamanı ödəniş vasitəsi kimi istifadə etməklə 1 ədəd A 00547024 seriyalı 100 nominallı saxta pul vahidini marketin xəzinədarı Şahid1 satmış, həmin vaxt sonuncu, pul əskinazının saxta olduğunu müəyyən etdiyinə görə Məhkum4 eyni tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirildikdə Şahid1 satmış olduğu 1 ədəd A 00547024 seriyalı 100 nominallı saxta pul əskinazı Məhkum4 götürülmüş, eləcə də Məhkum1 kirayədə yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, H.Əliyev p rospekti ilə Miçurin küçəsinin kəsişməsində inşa edilən binaların İİİ korpusundakı 151 nömrəli mənzildə xx.xx.2021-ci il tarixdə, saat 18:20-dən 18:55-dək olan vaxt ərzində axtarış aparılarkən mənzilin mətbəx otağından Məhkum1 ilə birlikdə satış üçün hazırladıqları 1 ədəd C 80088563 seriyalı 100 nominallı və 1 ədəd A00911510 seriyalı 50 nominallı saxta pul əskinazları, həmçinin eyni məqsədlə hazırladıqları, lakin 3 ədəd ayrı-ayrılıqda kəsilməmiş A 4 formatında kağız vərəqlər üzərində əks olunmuş C 80088563 seriyalı 100 nominallı pul əskinazları, 8 ədəd ayrı-ayrılıqda kəsilməmiş A 4 formatında kağız vərəqlər üzərində əks olunmuş A 00547024 seriyalı 100 nominallı pul əskinazları, 1 ədəd A 4 formatında kağız üzərində olmaqla kağızın hər üzündə yalnız bir tərəfi əks olunmuş və üzərində seriy a nömrəsi yazılmamış 100 nominallı saxta pul əskinazı, habelə saxta pul əskinazlarının hazırlanması üçün istifadə etdikləri 1 ədəd “HP Smart Tank 500” çoxfunksiyalı rəqəmsal reproqrafik çap qurğusu, çoxsaylı boya maddələri, rəngləyici qələmlər, lak və gümüşü rəngli toz kütlələri, kəsici alətlər, aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum2 cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və əsassız olaraq onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ittiham olunduğu cinayətə görə qanunda nızərdə tutulan cəzadan da yüngül cəza təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə CM-nin 62-ci maddəsi tətbiq olunması barədə qərarını əsaslandırarkən Məhkum2 zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanı aradan qaldırmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının və xəstə anasının olmasını müstəsna hal kimi nəzərə almışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmə apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 cəzasını yüngülləşdirən halların müstəsna olmasının nədə ifadə olunduğuna dair gəldiyi nəticəni əsaslandırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, Məhkum2 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edil ir. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinə əsasən “Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma — beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхs Məhkum2 cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayəti n xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin isl ah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcə si haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəal arının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prins ipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 62-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən i şin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. İş materiallarındam görünür ki,birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi, habelə Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilərək cəza təyin edilməsi zamanı nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini təqsirləndirilən şəxs Məhkum2 cəzasını ağırlaşdıran hal kimi nəzərə almamış, həmçinin Məhkum2 himayəsində bir azyaşlı uşağının və xəstə anasının olması nəticəsinə gələrək həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinay ətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyin edərkən yüngülləşdirən halların mövcudluğunu qey d etməklə kifayətlənmişdir.Halbuki,məhkəmə cəzanı yüngülləşdirən halların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını lazımınca əsaslandırmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 CMin 62-ci maddəsini tətbiq edərək ona ittiham olunduğu cinayətə görə qanunda nızərdə tutulan cəzadan da yüngül cəza təyin edərkən gəldiyi nətucəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hal lar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə Məhkum2 Rəhməan oğlu haqq ında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum2 haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1664/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1664/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver