Məhkəmə qərarları › İş №1(102)-1664/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1664/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1664/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3, 144.2.4, 144. 2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 Zeynalabdin oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi12, Məhkum3 müdafiəçisi Müdafiəçi7, Məhkum5 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-189/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli (X3 (sədrli edən), X14 və X1 ibarət tərkibdə) hökmü ilə xx.xx.1988-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvəllər Tərtər Rayon Məhkəmə sinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cərimə cəzası 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib bitirmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda qeydiyyatla yaşamış, hal-hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı ma ddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu qəti olaraq Məhkum2 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1998-ci il tarixdə Xanlar rayonu, Yeniəlibayramlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta t əhsili, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi nömrəsiz evdə yaşamış, halhazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu qəti olaraq Məhkum3 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1980-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandın küçəsi ev 42 inzibati binada qeydiyyatda olmaqla, ünvan 4 ünvanda yaşamış, hal-hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu qəti olaraq Məhkum5 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin19 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: İst intaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, tanışları Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum5 Zeilabdin oğlu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qrup üzvləri Zərərçəkmiş şəxs azadlıqdan məhrumetmə cəzasına təqsirləndirilən Məhkum3 qardaşı X4 cəzadan vaxtından əvvəl şərti azad edilməsinə köməklik üçün 2000 manat borc pul verəcəyinə dair vəd verməsinə baxmayaraq, həmin vədinə əməl etməməsi səbəbindən tamah niyyəti ilə həmin pul vəsaitini ələ keçirmək qərarına gəlib, 17 mart 2022-ci il tarixdə saat 17 radələrində qrup üzvləri ilə birgə “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 195 nömrəli evin 34 saylı mənzilinə gəlib, çay içərək söhbət etmək adı ilə onu aldadıb mənzildən çıxarmaqla “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək, onu iradəsi əleyhinə ünvan 5 ünvanda yerləşən çay evinə gətirməklə oğurlamış, həmin ünvanda o, Məhkum1 və Məhkum3la birlikdə təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub ona hər iki gözətrafı nahiyənin, başın təpəənsə nahiyəsinin və sağ qulaq seyvanının dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zə rərvurmaya aid, alt dodağın əzilmiş yarası, sağ gicgah və alın nahiyənin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin ediləyən bədən xəsarətləri yetirib, üzərində zor göstərməklə hədə-qorxu ilə vəd verdiyi 2000 manat pulu tələb etməyə başlamış, çay evində səs-küy yaranması səbəbindən, icarədar Şahid1 tərəfindən çay evindən çıxarıldıqlarından, qrup üzvləri eyni tərkibdə Zərərçəkmiş şəxs təkrarən “Hyundai Elantra’ markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək, onu Məhkum5 və Məhkum4 yaşadıqları ünvan 6 ünvanda o təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs təkrar döyüb, hədə-qorxu ilə 2000 manat pulu tələb etməkdə davam etmiş, sorğu-sual zamanı Zərərçəkmiş şəxs pulu verə bilməyəcəyini dediyindən, Məhkum1la birgə onu mənzilin soyuq olan otağına aparıb, iradəsinə zidd olaraq orada qanunsuz saxlamaqda davam etmiş, Zərərçəkmiş şəxs qrup üzvlərinin başlarının qarışıq olmasından istifadə edib, mənzilin giriş qapısını içəridən açaraq qaçmaq istədikdə, o, Məhkum5la birgə onu tutub yumruq zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən mənzilə qaytarmış, ardınca onu qaçmaq istəməsinə görə cəzalandırmaq məqsədi ilə mənzildən götürdüyü silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçağın dəstəyi ilə sonuncunun baş nahiyəsindən vurub, həmin mənzildən götürdüyü silah qismində istifadə etdiyi kəlbətin alətlə sonuncunun sol ayağının baş barmağının dırnaq hissəsini çıxarmağa cəhd etmiş, daha sonra özündə olan silah qismində istifadə etdiyi qandal alətdən istifadə edib, həmin qanda lla əl və ayaqlarını çarpaz şəkildə bağlayıb, bu şəkildə 18 mart 2022-ci il tarixdə səhər saatlarınadək mənzildə saxlamalqa, bu hərəkətləri ilə ona sol ayağın İ barmağının dırnaq sədəfinin sınığı, sədəfaltı nahiyənin qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə-ənsə nahiyəsinin səthi kəsilmiş yarası və hər iki mil-bilək oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirilməsinə səbəb olmuş həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, 18 mart 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs azad edilməsi müqabilində pul tələb etmək üçün ona telefonla danışmasına şərait yaradıb sonuncunu yaxın qo humları ilə əlaqə saxlayıb, pul istəməsinə məcbur etmiş, lakin müsbət nəticə alınmadığını gördükdə, Zərərçəkmiş şəxs təklifi əsasında onun borcu əvəzində verdiyi özünə məxsus “Samsung Galaxy A20 S” markalı mobil telefonu geri götürüb satmasına şərait yaratmaqdan ötrü qrup üzvləri ilə birgə “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə onu Şahid4 icarə əsasında işlətdiyi ünvan 7 ünvanda yerləşən tikinti materialları mağazasına gətirmiş, lakin Zərərçəkmiş şəxs Şahid4 borclu olması səbəbindən mobil telefonu götürə bilməyəcəyini gördükdə, həmin ünvandan çıxaraq avtomobillə onu ünvan 8 ünvanda yerləşən “Samovar” adlı çay evinə gətirmiş, həmin ünvanda Zərərçəkmiş şəxs yeznəsi Şahid2 pul götürə biləcəyini və buna şərait yaradılmasını xahiş etdiyindən, Məhkum4 müşayiət ilə Bakı şəhəri, Nizami rayonu, 1-ci köndələn ev 4A saylı binanın qarşısına gətirilib, oradan yeznəsinin yaşadığı mənzilə getməsinə imkam verilmiş, beləliklə də Məhkum2 tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu oğurlama və zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. İstintaq orqanı tərəfindən Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, tanışları Məhkum2, Məhkum1, Məhkum4 və Məhkum5 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qardaşı azadlıqdan məhrumetmə cəzasına təqsirləndirilən X4 cəzadan vaxtından əvvəl şərti azad edilməsinə köməklik üçün Zərərçəkmiş şəxs 2000 manat borc pul verəcəyinə dair vəd verməsinə baxmayaraq, həmin vədinə əməl etməməsi səbəbindən tamah niyyəti ilə həmin pul vəsaitini ələ keçirmək qərarına gəlib, 17 mart 2022-ci il tarixdə saat 17 radələrində qrup üzvləri ilə birgə “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 195 nömrəli evin 34 saylı mənzilinə gəlib, çay içərək söhbət etmək adı ilə onu aldadıb mənzildən çıxarmaqla “Hyundai Elantra" markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşd irərək, onu iradəsi əleyhinə ünvan 5 ünvanda yerləşən çay evinə gətirməklə oğurlamış, həmin ünvanda o, Məhkum2 və Məhkum1la birlikdə təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub ona hər iki gözətrafı nahiyənin, başın təpə-ənsə nahiyəsinin və sağ qulaq seyvanının dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, alt dodağın əzilmiş yarası, sağ gicgah və alın nahiyənin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin ediləyən bədən xəsarətləri yetirib, üzərində zor göstərməklə hədə-qorxu ilə vəd verdiyi 2000 manat pulu tələb etməyə başlamış, çay evində səs-küy yaranması səbəbindən, icarədar Şahid1 tərəfindən çay evindən çıx arıldıqlarından, qrup üzvləri eyni tərkibdə Zərərçəkmiş şəxs təkrarən “Hyundai Elantra" markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək, onu Məhkum5 və Məhkum4 yaşadıqları ünvan 6 ünvanda Məhkum2 təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs təkrar döyüb, hədə-qorxu ilə 2000 manat pulu tələb etməkdə davam etmiş, sorğu-sual zamanı Zərərçəkmiş şəxs pulu verə bilməyəcəyini dediyindən, Murad Fərzəlliyev və Məhkum1 onu mənzilin soyuq olan otağına aparıb, iradəsinə zidd olaraq orada qanunsuz saxlamaqda davam etmiş, Zərərçəkmiş şəxs qrup üzvlərinin başlarının qarışıq olmasından istifadə edib, mənzilin giriş qapısını içəridən açaraq qaçmaq istədikdə, Məhkum5 və Məhkum2 onu tutub yumruq zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən mənzilə qaytarmış, ardınca Məhkum2 onu qaçmaq istəməsinə görə cəzalandırmaq məqsədi ilə mənzildən götürdüyü silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçağın dəstəyi ilə sonuncunun baş nahiyəsindən vurub, həmin mənzildən götürdüyü silah qismində istifadə etdiyi kəlbətin alətlə sonuncunun sol ayağının baş barmağının dırnaq hissəsini çıxarmağa cəhd etmiş, daha sonra özündə olan silah qismində istifadə etdiyi qandal alətdən istifadə edib, həmin qandalla əl və ayaqlarını çarpaz şəkildə bağlayıb, bu şəkildə 18 mart 2022-ci i! tarixdə səhər saatlarınadək mənzildə saxlamaqla, bu hərəkətləri ilə ona sol ayağın İ barmağının dırnaq sədəfinin sınığı, sədəfaltı nahiyənin qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə-ənsə nahi yəsinin səthi kəsilmiş yarası və hər iki mil-bilək oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirilməsinə səbəb olmuş həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, 18 mart 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs azad edilməsi müqabilində pul tələb etmək üçün ona telefonla danışmasına şərait yaradıb sonuncunu yaxın qohumları ilə əlaqə saxlayıb, pul istəməsinə məcbur etmiş, lakin müsbət nəticə alınmadığını gördükdə, Zərərçəkmiş şəxs təklifi əsasında onun borcu əvəzində verdiyi özünə məxsus “Samsung Galaxy A20 S" markalı mobil telefonu geri götürüb satmasına şərait yaratmaqdan ötrü qrup üzvləri ilə birgə “Hyundai Elantra" markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomo bilə onu Şahid4 icarə əsasında işlətdiyi ünvan 7 ünvanda yerləşən tikinti materialları mağazasına gətirmiş, lakin Zərərçəkmiş şəxs Şahid4 borclu olması səbəbindən mobil telefonu götürə bilməyəcəyini gördükdə, həmin ünvandan çıxaraq avtomobillə onu ünvan 8 ünvanda yerləşən “Samovar” adlı çay evinə gətirmiş, həmin ünvanda Zərərçəkmiş şəxs yeznəsi Şahid2 pul götürə biləcəyini və buna şərait yaradılmasını xahiş etdiyindən, Məhkum4 müşayiət ilə Bakı şəhəri, Nizami rayonu, 1-ci köndələn ev 4A saylı binanın qarşısına gətirilib, oradan yeznəsinin yaşadığı mənzilə getməsinə imkan verilmiş, beləliklə də, Məhkum3 tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq et məklə onu oğurlama və zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. İstintaq orqanı tərəfindən Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o tanışları Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, qrup üzvləri Zərərçəkmiş şəxs azadlıqdan məhrumetmə cəzasına təqsirləndirilən Məhkum3 qardaşı X4 cəzadan vaxtından əvvəl şərti azad edilməsinə köməklik üçün 2000 manat borc pul verəcəyinə dair vəd verməsinə baxmayaraq, həmin vədinə əməl etməməsi səbəbindən tamah niyyəti ilə hə min pul vəsaitini ələ keçirmək qərarına gəlib, 17 mart 2022-ci il tarixdə saat 17 radələrində qrup üzvləri ilə birgə “Hyundai Elantra’ markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 195 nömrəli evin 34 saylı mənzilinə gəlib, çay içərək söhbət etmək adı ilə onu aldadıb mənzildən çıxarmaqla “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək, onu iradəsi əleyhinə ünvan 5 ünvanda yerləşən çay evinə gətirməklə oğurlamış, həmin ünvanda Məhkum1, Məhkum2 və Məhkum3 birlikdə təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub ona hər iki gözətrafı nahiyənin, başın təpə-ənsə nahiyəsinin və sağ qulaq seyvanının dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, alt dodağın əzilmiş yarası, sağ gicgah və alın nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib, üzərində zor göstərməklə hədəqorxu ilə vəd verdiyi 2000 manat pulu tələb etməyə başlamış, çay evində səs-küy yaranması səbəbindən, icarədar Şahid1 tərəfindən çay evindən çıxarıldıqlarından, qrup üzvləri eyni tərkibdəZərərçəkmiş şəxs təkrarən “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək, onu Məhkum4la birgə yaşadıqları ünvan 6 ünvanda Məhkum2 təpik və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs təkrar döyüb, hədə-qorxu ilə 2000 manat pulu tələb etməkdə davam etmiş, sorğu-sual zamanı Zərərçəkmiş şəxs pulu verə bilməyəcəyini dediyindən, Məhkum2 və Məhkum1 onu mənzilin soyuq olan otağına aparıb, iradəsinə zidd olaraq orada qanunsuz saxlamaqda davam etmiş, Zərərçəkmiş şəxs qrup üzvlərinin başlarının qarışıq olmasından istifadə edib, mənzilin giriş qapısını içəridən açaraq qaçmaq istədikdə, o, Məhkum2lə birgə onu tutub yumruq zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən mənzilə qaytarmış, ardınca Məhkum2 onu qaçmaq istəməsinə görə cəzalandırmaq məqsədi ilə mənzildən götürdüyü silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçağın dəstəyi ilə sonuncunun baş nahiyəsindən vurub, həmin mənzildən götürdüyü silah qismində istifadə etdiyi kəlbətin alətlə sonuncunun sol ayağının baş barmağının dırnaq hissəsini çıxarmağa cəhd etmiş, daha sonra özündə olan silah qismində istifadə etdiyi qandal alətdən istifadə edib, həmin qandalla əl və ayaqlarını çarpaz şəkildə bağlayıb, bu şəkildə 18 mart 2022-ci il tarixdə səhər saatlarınadək mənzildə saxlamalqa, bu hərəkətləri ilə ona sol ayağın İ barmağının dırnaq sədəfinin sınığı, sədəfaltı nahiyənin qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə-ənsə nahiyəsinin səthi kəsilmiş yarası və hər iki mil-bilək oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirilməsinə səbəb olmuş həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, 18 mart 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs azad edilməsi müqabilində pul tələb etmək üçün ona telefonla danışmasına şərait yaradıb sonuncunu yaxın qohumları ilə əlaqə saxlayıb, pul istəməsinə məcbur etmiş, lakin müsbət nəticə alınmadığını gördükdə, Zərərçəkmiş şəxs təklifi əsasında onun borcu əvəzində verdiyi özünə məxsus “Samsung Galaxy A20 S” markalı mobil telefonu geri götürüb satmasına şərait yaratmaqdan ötrü qrup üzvləri ilə birgə “Hyundai Elantra” markalı 90VY364 dövlət qeydiyyat nişanlı avtomobilə onu X2 icarə əsasında işlətdiyi ünvan 7 ünvanda yerləşən tikinti materialları mağazasına gətirmiş, lakin Zərərçəkmiş şəxs Şahid4 borclu olması səbəbindən mobil telefonu götürə bilməyəcəyini gördükdə, həmin ünvandan çıxaraq avtomobillə onu ünvan 8 ünvanda yerləşən “Samovar” adlı çay evinə gətirmiş, həmin ünvanda Zərərçəkmiş şəxs yeznəsi Şahid2 pul götürə biləcəyini və buna şərait yaradılmasını xahiş etdiyindən, Məhkum4 müşayiət ilə Bakı şəhəri, Nizami rayonu, 1-ci köndələn ev 4A saylı binanın qarşısına gətirilib, oradan yeznəsinin yaşadığı mənzilə getməsinə imkan verilmiş, beləliklə də, Məhkum5 tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu oğurlama və zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 saylı, 06 fevral 2024-cü il tarixli (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) qərarı ilə təqsirləndirilən şəxslər Məhkum4 və Məhkum1, təqsirləndirilən şəxs Məh kum2 və onun müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum5 və onun müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum3 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-189/2023 nömrəli, 02 iyun 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan Məhkum2 müdafiəçisi Müdafiəçi12, Məhkum3 müdafiəçisi Müdafiəçi7, Məhkum5 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Həmin qərardan kassasiya protesti və ya kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi verdiyi kassasiya şikayətində göstərir ki, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 ittiham olunduqları cinayət əməlin i törətmələri məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəl Səbuhini tanımış, daha sonra Əfqanı, sonra Muradı və Ramizi tanımışdır. 17 mart 2022-ci il tarixdə onlar onu Xətai rayonu ərazisində yerləşən “Real S:” marketin yaxınlığındakı çay evinə aparmışlar və o, orada Səbuhini söymüşdür. Bu zaman o və Səbuhi içkili olmuşlar. Aralarında mübahisə yaranmağına səbəb Səbuhinin qardaşı Ələstunun həbsdən azad olunması üçün atasının bankdan kredit götürməsinə icazə verməməyi olmuşdur. Belə ki, o, Səbuhiyə borc olaraq 2000 manat verəcəyini bildirmiş, lakin alınmamışdır. Elə buna görə də yaranmış m übahisədən dolayı Səbuhi ilə əlbəyaxa olmuşlar. Gözünün altı göyərdiyi üçün evə gedə bilməyəcəyini onlara bildirmişdir. Çünki ailəlidir və 2 övladı var. Onlar narahat olmasınlar deyə Bakı şəhəri, Xətai rayonunda yerləşən "Diaqnoz” Tibb Mərkəzinin arxasındakı 9 mərtəbəli binada 2-ci blokun 9-cu mərtəbəsində olan Ramizin kirayə yaşadığı evə gəlmişdir. Orada olarkən Səbuhi ona aptekdən dərman almışdır. O, Ramizin evində olarkən siqareti qurtardığından özü şəxsən axşam həyətə düşüb həyətdəki mağazadan siqaret almışdır. Daha sonra isə onu bacısıgilə aparmışlar. Burada adam oğurluğundan söhbət gedə bilməz. Çünki o, sərbəst olmuş, bir neçə obyektə getmişlər, özü təkcə siqaret almağa getmiş istəsəydi obyektlərə siqaret almağa gedərkən çıxıb evlərinə gedə bilərdi. qaça bilərdi. Onun əl-ayağı bağlı vəziyyətdə olmamış, evdə qapalı saxlanmamışdır. Ancaq nə ibtidai araşdırma zamanı, nə də məhkəmə iclaslarında getdikləri obyekt sahibləri və mağaza sahibləri müəyyən edilib dindirilməmişdir. Halbuki qanunun göstərilən maddələri təqsirləndirilən şəxslər Məhkum1 tanışları Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 qarşı münasibətdə kobud şəkildə pozulmuşdur. Bir dah qeyd etmək istəyirəm ki, gözümün altı göyərdiyi üçün evə gedə bilməyəcəyini onlara bildirmişdim. Çünki ailəliyəm və 2 övladım var. Onlar narahat olmasınlar deyə Bakı şəhəri, Xətai rayonunda yerləşən "Diaqnoz” Tibb Mərkəzinin arxasındakı 9 mərtəbəli binada 2-ci blokun 9-cu mərtəbəsində olan Ramizin kirayə yaşadığı evə gəlmişəm. Orada olarkən Səbuhi ona aptekdən dərman almışdır. Daha sonra isə onu bacısıgilə aparmışlar. Burada adam oğurl uğundan söhbət gedə bilməz. Çünki mən sərbəst olmuşam, bir neçə obyektə getmişik, istəsəydim qaça bilərdim,hara istəsəydim çıxıb gedə bilərdim. Mənim əl-ayağım bağlı vəziyyətdə olmamış, evdə qapalı saxlanmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub yazma bilmədiyindən nə yazıldığını oxumamış və imzalamışdır. Qanunsuz olaraq onu da iki gün Polis Şöbəsində saxlamışlar. Onların yazdıqlarına imza etdikdən sonra onu buraxmışlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkumlar Məhkum1, Məhkum3, Məhkum5, Məhkum4, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işinin icraatına əməlləri sübuta yetirilmədiyinə görə b əraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi12 və Müdafiəçi7 verdiyləri kassasiya şikayətlərində göstərirlər ki, Biz Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tamamilə razı deyilik və bir daha bəyan etmək istəyirik ki, həmin qərar qanunsuz, əsassızdır və Azərbaycan Respublikası Konstitusiyasına zidd olan bir qərardır və ləğv edilməlidir. İstintaq orqanı tərəfindən Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişlər. Lakin həmin hallar məhkəmə istintaqı zamanı öz əksini tapmamışdır. Hökmdən təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum2 apellyas iya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünü ləğv edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. O barəsində çıxarılmış hökmün əsassız və ədalətsiz hesab edərək məhkəmənin mövcud sübutlara, yəni şahid ifadələri və cinayət işi materialındakı faktlara heç bir əhəmiyyət vermədən prosessual əsasları formal olaraq sadalamaqla təqsirsiz olduğu halda barəsində 8 il 6 ay müddətinə hökm çıxardığını düşünür. Eyni zamanda şəxsin təqsirsiz olması onun və digər təqsirləndirilən şəxslərdən başqa zərərçəkmiş şəxsin özünün də ifadəsi ilə bir daha təsdiq olunur. Hətta zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən də kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ape llyasiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkumlar Məhkum3 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işinin icraatına əməlləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkum5 verdiyi kassasiya şikayətində göstərir ki, məhkəmələr hasız olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmələr istintaq orqanının təqdim etdiyi əsassız sübutlara qiymət verərək qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin mat eriallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, kassasiya şikayətlərinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tə ləbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmə k imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessu al qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mü hüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3 -cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkumların əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, onlara bəraət verilməli olduğu halda əsassız olaraq CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək ağır cəzaya məhkum edildiyi iddia edilir və b una dair dəlillərə istinad olunur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkum edilmiş şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özlərinin ibtidai araşdırma zamanı vermiş olduqlar ilkin ifadələri, zərərçəkmi ş şəxsin ifadələri, şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, ekspertizaların rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxslərin ittiham olunduğları cinayət əməlinin, yəni hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakın ı və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə onların tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən təqsirləndirilən şəxslərin ittiham olunduğları cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onların əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin qərarında əməlin t övsifi ilə əlaqədar göstərilmişdir: “...Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxslərin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin həmin hərəkətləri cin ayət işi materiallarında olan Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, üzləşdirmə protokolları, şahid ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və doğruluğu şübhə altına alınmayan cinayət işi materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır....”. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi məhkumlara qarşı irəli sürülmüş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlmiş, məhkəmə baxış iclasında məhkumların törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onların göstərdiyi həmin xüsusatları yalnız özlərini müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 əməlləri CM-in 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə tövsif edilərək təqsirləndirilmələrinə dair məhkəmələrin gəldikləri nəticə əsaslı və qanuni olmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlar Məhkum1 Məhkum2, Məhkum3, Məhkum5 və R.M.Məmmədovun əməllərinə hüquqi qiymət verərkən onların Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təqsirli bilərkən sübutları Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 125, 143146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 146.1-c i maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bun dan əlavə sübutların tətqiq edilməməsi və ya düzgün qiymətləndirilməməsinin nəticəsi kimi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, həmçinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində əməlin tövsifində səhvə yol verildikdə CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarı kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, məhkəmələr məhkumlar Məhkum1 Məhkum2, Məhkum3, Məhkum5 və R.M.Məmmədovun Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təqsirli hesab edərkən verilmiş ittiham üzrə əməlin tövsif edilməsində müəyyən şübhələr in mövcudluğunu və yuxarıda göstərilən xüsusatları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr müdafiə tərəfinin irəli sürdüyü dəliləri ətraflı yoxlamamış, bunun üçün müvafiq tədbirlər görməmiş, ittiham tərəfinin təqdim etdiyi sübutları tam tədqiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticə də əməlin tövsifində qeyd edilən şübhələr aradan qaldırılmamışdır. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınmasını güman etmək v ə s. kimi əlamətini nəzərdə tutur. Bu əlamətlər əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. CinayətProsessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda bir inci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh e dərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, əməlin tövsifinin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin i nandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə istintaqı araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə kollegiyasının qənaətinə görə buna diqqət yetirilməlidir ki, iş materiallarından göründüyü kimi, məhkumlar Məhkum1 Məhkum2, Məhkum3, Məhkum5 və R.M.Məmmədovun adam oğurlamaq niyyətlərinin olması mövqeyində olan məhkəmələr (bunun üçün yuxarıda göstərildiyi kimi, kifayət qədər əsasların olmadığına baxmayaraq) bunların hansı niyyətlə edilməsi məsələlərini kifayət qədər ətraflı araşdırmamış, bu məsələlər üzrə mövqelərini faktiki olaraq əsaslandırmamışlar. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Mə cəlləsinin 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən Məhkum5, müdafiəçilərin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətləri qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15 -ci maddəsində (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş əsasla mübahisələndirilən qərar ləğv edilməl i, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Müdafiəçi12, Məhkum3 müdafiəçisi Müdafiəçi7, Məhkum 5 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi12, Məhkum3 müdafiəçisi Müdafiəçi7, Məhkum5 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar