Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1664/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Zərərçəkmiş şəxs5 iştirakları ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 oktyabr tarixli qərarından Zərərçəkmiş şəxs8 vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X5 və X10 ibarət tərkibdə) 2024-cü il 25 iyul tarixli, 1(101)-226/2024 nömrəli hökmü ilə, xx xxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru işləmiş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi ev 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi ev 25də yaşayan, Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü oğlu X11 və hamilə olduğu uşağı doğularaq on dörd yaşına çatanadək Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin olunan 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması, Məhkum barəsində cəzanın çəkilməsinin təxirə salınmasına nəzarətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin hökmün faktiki icra olunacağı tarixdən hesablanması, Məhkum üzərinə uşaqlarının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsinin qoyulması, Məhkum barəsində seçilmiş "həbs” qətimkan tədbirinin dəyişdirilərək, "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi, Məhkum dərhal məhkəmə iclas zalından həbsdən azad olunması və "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X13 və Zərərçəkmiş şəxs8 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X16 və X7 ibarət tərkibdə) 2024-cü il 24 oktyabr tarixli, 1(103)-2017/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən müəyyən olunmuşdur ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, 2014-cü ildə "Nikoil Bank”dan hazırki "Yelo Bank”dan götürdüyü 25000 ABŞ dolları kreditini məhkəmə yolu ilə köhnə məzənnə ilə ödəyəcəyinə və əlavə olaraq gecikməyə görə ona yazılmış cərimələri sildirəcəyinə dair yalan vəd verib aldadaraq, 2015-ci ildə sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda 1.200 manat, bankla arasında müqavilə alacağı adı ilə Xətai rayonu "Amay” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində 2 dəfəyə hissə-hissə olmaqla 1000 manat, 2016-cı ilin əvvəllərindən 2018-ci ilədək olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində bankda girovda olan evinin satılmaması adı ilə 500 manat, əlavə faizləri sildirmək adı ilə 1000 manat, Apellyasiya Məhkəməsində qalib gəlmək adı ilə 1500 manat, evinin əlindən alınmaması adı ilə Bakı şəhəri, Suraxanı rayon İcra şöbəsinin qarşısında hissə-hissə olmaqla 1000 manat, 2018-ci ilin yanvar ayının əvvəllərində məhkəməyə vermək adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu rayon Məhkəməsinin qarşısında 3000 manat, daha sonrakı tarixlərdə vəkillik fəaliyyəti göstərməsi adı ilə hissə-hissə olmaqla 2410 manat, banka olan borcu ödəmək adı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində 5300 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 6700 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan vədi ilə bağlı müxtəlif bəhanələrlə hissə- hissə olmaqla bank hesabına köçürmə vasitəsilə ümumilikdə 6874 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda yəni, ümumilikdə 30484 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun valideynlərindən miras qalmış ünvan 3 ünvanda yerləşən mənzil ilə bağlı bacısı Ziyarət Balaəhməd qızı ilə aralarında olan mülki mübahisəni məhkəmə qaydasında həll etmək, rəhmətlik anasının verdiyi "vəsiyyətnamənin etibarsız hesab edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsinin yazılmasında, eyni zamanda məhkəmədə onu təmsil etmək və ona hüquqi müstəvidə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X23" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 500 manat və 200 manat pulunu ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 700 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun güzəştli şərtlərlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəc əyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin oktyabr ayının əvvəllərində saat təxminən 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X23" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 1.150 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi fondunun Nəsimi rayon Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılan məhkəmə qərarından Apellyasiya məhkəməsinə şikayət verdiyi üçün həmin qərarın qüvvədə saxlanılması adı ilə 2018-ci ilin dekabr ayının ortalarında saat təxminən 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkının yanında 1500 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi fondunun Apellyasiya Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılan məhkəmə qərarından narazı olduğu üçün Ali Məhkəməy ə verilmiş şikayətlə bağlı həmin qərarın qüvvədə saxlanılması adı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X23" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 4000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 6.650 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun atası Gülməmməd Vəliyevin təqaüdünün artırılması ilə bağlı məhkəmə prosesi nəticəsində müvafiq qərar alınması üçün vəkil kimi hüquqi yardım göstərəcəy inə dair yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində 20 yanvar metrostansiyasının yaxınlığında 1100 manat pulunu ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun dənizdə neft daşlarında işlədiyi üçün zərərli işə görə güzəştli şərtlərlə təqaüdə çıxdığından, 85 faizlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə axşam saat təxminən 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X23" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1ci mərtəbəsindəki ofisində 6.000 manat, 2020-ci ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsinin xx.xx.2020-ci il tarixli məktubunu Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X23" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində kompyuter və axınlı printer vasitəsilə hazırlayıb sonuncuya təqdim etməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna vermək adı ilə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu Zərdabi prospekti 43 ünvanda yerləşən Sosial Müdafiə Fondunun qarşısında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə 5000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs7 xeyli miqdarda yəni, ümumilikdə 11000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun yüksək faizlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Beynəlxalq Bank”ın baş ofisinin inzibati binasının qarşısında 6000 manat, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 43 ünvanda yerləşən Dövlət Sosial Müdafiə fondunun qarşısında 3000 manat, 2021-ci ilin iyun ayında yaşadığı ünvan 6 ünvan dan hissə-hissə kart hesabına köçürməklə 2000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs5 xeyli miqdarda yəni, ümumilikdə 11000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, guya Amerikada təşkil olunan “Black Friday” adlı endirim kompaniyasından “www.sephora.com” internet saytı vasitəsilə böyük sayda endirimdə olan kosmetik məhsullarını gətizdirib qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021 -ci il tarixdə bank hesabına mobil telefon tətbiqi vasitəsilə köçürmə yolu ilə 40000 manat, xx.xx.2021 -ci il tarixdə isə 25000 manat pulu vahid niyyət lə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs8 külli miqdarda yəni, ümumilikdə 65000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun təqaüdünü məhkəmə yolu ilə bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun yaxınlığında terminal vasitəsilə **********358375 saylı bank kartına köçürmə yolu ilə 2000 manat, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən ödəmə terminalından **********358375 saylı bank kartına köçürmə yolu ilə 800 və 2200 manat, xx.xx.2022-ci il tarixdə Nərimanov metro stansiyasının yaxınlığında mobil tətbiq vasitəsilə **********358375 saylı bank kartına köçürmə yolu ilə 5000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda yəni, ümumilikdə 10000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs8 vəkili Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak etdiyi qeyd edilsə də, onun zərərçəkmiş kimi heç bir hüquqları qorunmamış, irəli sürdüyü dəlillərə qiymət verilməmişdir. Belə ki, aparılmış ibtidai və məhkəmə “araşdırmasından” bir sıra səbəblərdən razı deyil. Daha doğrusu aparılmamış araşdırma demək d üzgün çıxar. Çünki hazırki cinayət işində məhkuma həddindən artıq komfort yaradılmışdır. Bu cür komfort vəziyyətində isə onun zərəri təbii olaraq ödənilməyəcəkdi. Araşdırılmayan məsələlərdən birincisi Məhkum ona qarşı dələduzluq yolu ilə ələ keçirmiş olduğu məbləğin miqdarı məsələsidir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı onun tələbi məhkum tərəfindən ona vurulmuş olan zərərin 65000 manat deyil, 115000 manat olması məsələsi idi. Bununla bağlı dəfələrlə vəsatət də qaldırmışdır. İbtidai istintaq orqanı və məhkəmələr özləri üçün əlavə araşdırma apararaq başlarını ağrıtmaq istəmədiklərindən, köçürmə ilə olunmuş açıq-aşkar ortada olan 65000 manat pulu mənə vurulmuş ümumi zərərin miqdarı olaraq qeyd etmişlər. Halbuki Lamiyə bir dəfə 20000 manat, bir dəfə atasından 20000 manat, 10000 manat da dayısı qızı Lalə Cəfərova vasitəsi ilə olmaqla əlavə olaraq 50 000 manat da götürmüşdür. Sonuncu 10000 manatı alarkən, Lamiyə maşınla parkinqdə olduğunu, dayısı qızının gəlib pulu götürməsini və özünün maşında gözləyəcəyini bildirərək, Lalə Cəfərovanı zərərçəkmiş şəxsin yaşadığı 622-ci mənzilə göndərmiş və onun vasitəsilə pulu X4 almışdır. Əlbəəl verilmiş pullarla bağlı ibtidai istintaq zamanı zərərçəkmişin atasının izahatı alınmış olsa da, Lamiyənin dayısı qızı Lalə Cəfərovanın nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı çağırılıb dindirilməməsi məhkəmələrin araşdırma aparmaqda maraqlı olmadıqlarının təsdiqidir. Bununla yanaşı, digər bir əsas məsələ isə onun ümumilikdə 115000 manat zərərə düşməyinə baxmayaraq, təqsirləndirilən şəxsin cəzasının çəkilməsinin tə xirə salınmasıdır. Məhkum ondan başqa işdə mövcud olan zərərçəkmiş şəxslərin hər birinin zərərini ödəmiş və zərərçəkmiş şəxslərdən şikayətlərinin olmaması barədə ərizə alınmasına nail olmuşdur. Yekunda bu işdə tək zərərçəkmiş Rəhimova Solmaz qalmışdır. Bununla da həm pulu qaytarılmamış oldu, həm biznes arzuları batdı, həm də bunlara səbəbkar olan şəxs layiqli cəzasını almadı. Məhkum digər şəxslərin pulunu geri qaytarması onu göstərir ki, təqsirləndirilən şəxsin maddi imkanı yerindədir və X6 da zərərini ödəmək imkanındadır. Sadəcə olaraq bunun üçün onun barəsində təxirə salınmadan azadlıqdan məhrumetmə ilə bağlı cəza seçilməsi kifayət edəcəkdi. Lakin məhkəmələr nədənsə bu tip işlərdə bənzərinə çox da rastlanmayan dırnaqarası humanizm mövqeyini onun zərərçəkmiş şəxs kimi iştirak etdiyi haz ırki cinayət işi üzrə göstərmiş və X6 ikiqat zərər çəkməyinə səbəb olmuşdur. Halbuki ədaləti bərpa etmək üçün məhkəmədən çox da ağır bir şeylər tələb olunmurdu. İlkin olaraq zərərin miqdarının düzgün hesablanması üçün aidiyyatı olan şəxsləri çağırıb məhkəmə iclasında dindirmək, ikincisi də təqsirləndirilən şəxs barəsində cəzanın çəkilməsinin təxirə salınmadan azadlıqdan məhrumetmə ilə bağlı olan cəza seçmək kifayət idi. Bununla yanaşı, zərərçəkmiş şəxs qeyd edir ki, hazırda bu səhvi düzəltmək üçün hələ də gec deyil və ziyanın yarısından qayıtmaq mümkündür. Bu baş verməyəcəyi təqdirdə isə Məhkum azadlıqda qalaraq onun kimi onlarla yeni qurban tapacaq və öz əməllərinə davam edəcəkdir. Çünki məhkumda heç bir islah olunma müşahidə olunmur və ona bu cür imkan da verilməmiş, azadlıqda qalmağına şərait yaradılmışdır. Heç bir araşdırma aparmadan məhkum edilmiş şəxsə real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır. Məhkəmələr ümumiyyətlə məhkumun ailə vəziyyətini, uşağın kimin himayəsində olmasını, uşağa baxa biləcək başqa şəxsin olub-olmamasını, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxs kimi ona dəyən ziyanı ödəmək imkanının olmasını nəzərə almadan əsassız qərarlar qəbul etmişlər. Ortaya məntiqli sual çıxır ki, digər zərərçəkmiş şəxslər in zərərini ödəyən məhkum hansı əsasla ona dəymiş zərəri ödəməkdən yayınmışdır. Sözsüz ki, məhkumun real maddi imkanı vardır və X8 dəymiş zərərin ödənilməsi üçün onun qısa müddət azadlıqdan məhrum edilməsi kifayət idi. Nəzərə alınmalıdır ki, barəsində həbs qətimkan tədbiri seçilən dönəmdə belə məhkum müalicə müəssisəsində qalmış və bu qısa müddət ona digər zərərçəkmişlərin zərərini ödəmək üçün kifayət etmişdir. Məhkum real olaraq azadlıqdan məhrum edilsə idi, ona vurulmuş zərəri qısa zamanda ödəyəcəkdi. Çünki onun kifayət qədər maddi imkanı da vardır. Zərərçəkmiş şəxs X6 vəkili Müdafiəçi3 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 1(103)2017/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində təxirə salınmadan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiayasının iclasında iştirak edən Zərərçəkmiş şəxs5 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkuma yüngül cəza təyin edilidyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstəri lir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblə rinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkuma qarşı irəli sürülmüş ittihamın həcmi, yəni Zərə rçəkmiş şəxs8 vurulmuş maddi zərərin miqdarının mübahisələndirilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr işə CPM-in 318-ci maddəsinin tələbləri qaydasında, məhkəmə baxışının hədlərini rəhbər tutmaqla, irəli sürülmüş ittiham həcmində baxmalıdırlar və məhkəmənin öz təşəbbüsü ilə ittihamın həcmini artırmaq, məhkumun vəziyyətini ağırlaşdırmaq səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. Məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı kassasiya şikayətində göstərilmiş dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıra n halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkumun barəsində CM-in 79-cu maddəsinin tətbiqində də məhkəmələr tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkumun himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla qanunamüvafiq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza təyin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi qanuni, əsaslı və ədalətlidir və CM-in 79-cu maddəsinin tətbiqinin ləğvi üçün əsaslar yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı Zərərçəkmiş şəxs8 nümayndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayət inə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs8 nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 25 iyul tarixli, 1(101)-226/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 oktyabr tarixli qərarı zərərçəkmiş şəxsin vəkili və nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1664/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1664/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver