Məhkəmə qərarları › İş №1(102)-1665/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1665/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1665/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər X5 və X3 ibarət tərkibdə) 21 iyun 2021-ci il tarixli hökmü ilə 1989-cu il sentyabrın 19-da Quba rayonunun Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, Quba rayonunun Çiçi kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 2020-ci il mayın 02-dən hesablanması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum1 da məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) 7 iyun 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 1(101)-689/2021 nömrəli hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində ləğv edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qalan hissədə Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o və Məhkum1 tamah niyyəti ilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi il ə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldəetmə, saxlama, daşıma, göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf, Rəsul adlı şəxslər və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdə Məhkum1 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf və Rəsul adlı şəxslərin naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri və satışını təşkil etməklə birgə qazanc əldə etmək üçün istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olm ayan digər üzvü vasitəsilə ona göndərdikləri külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini, eləcə də 0,646 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib cinayətkar qrupun üzvü Məhkum2 ilə birlikdə sonuncunun idarə etdiyi «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıdıqdan sonra Məhkum1 özünün faktiki yaşadığı ünvan 1 ünvanında narkotik vasitə heroini gizlətməklə saxlamış, həmin psixotrop maddə metamfetamini isə aralarındakı razılaşmaya görə satış məqsədi ilə saxlaması üçün Məhkum2 vermiş, Məhkum1 qanunsuz əməlləri haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda şları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 və Məhkum2 2020-ci il mayın 02-də saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanının yaxınlığında saxlanaraq idarəyə dəvət edilib orada göstərilən tarixdə saat 16:00-dan etibarən əvvəlcə Məhkum1 üzərində şəxsi axtarış və götürmə aparılmaqla sonuncuya məxsus çantanın içərisindən narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunmuş, saat 17:00-dan etibarən Məhkum2 üzərində şəxsi axtarış və götürmə aparılarkən onun satış məqsədi ilə bundan əvvəl Məhkum1 qanunsuz olaraq əldə etdiyi və əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdəki 0,646 qram təmiz çəkidə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, saat 19:00-dan etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən, Məhkum1 yaşadığı mənzilə baxış keçiriləndə sonuncunun dəhlizdəki stulun altından bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı üç ədəd şəffaf polietilen paketin içərisində ayrı-ayrılıqda 175 qram, 210 qram və 295 qram təmiz çəkidə külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi üçün heç bir konkret əsas olmamışdır. İbtidai araşdırma dövründə də istintaq heç bir dəlil-sübut əldə edə bilməmiş, ona qarşı tamamilə subyektiv düşüncələrə əsaslanm aqla ittiham irəli sürülmüşdür. İşin mahiyyətinə görə cinayət işi üzrə Məhkum2 işsiz olduğu üçün iş axtararkən bir qadına sürücü lazım olduğunu öyrənmiş, 2020-ci ilin aprel ayının 14-ü və ya 15-də həmin qadın -Məhkum1 İsa qızı ilə görüşmüş, BMV markalı avtomobili olan qadın, sürücülük vəsiqəsi olmadığı üçün ona gündəlik 10-15 manat maaşa işləyən sürücü lazım olduğunu və sürücünün onu həmin avtomobildə gəzdirəcəyini bildirmişdir. 02 may 2020-ci il tarixdə növbəti səfərdən qayıdanda Qəmər Eldarı yeganə və birinci dəfə olaraq evinə nahara dəvət etmiş, nahar etdikdən sonra, Eldara içərisində dərman olduğunu deyərək, salfetka kağızına kiçik bükülü vermiş, onu maşına qoymağı tapşırmış, sonra götürəcəyini bildirmişdir. Eldar həmin əşyanı şalvarıın sağ yan cibinə qoyub evdən idarə etdiyi avtomobil in yanına qayıdanda, maşının yanında özlərini Baş Narkotiklərlə Mübarızə İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslər onun üstünü axtarmış, şalvarının cibindən Qəmərin ona verdiyi əşyanı götürərək,əməliyyatçılar onun “0,646 qram psixotrop maddə olan metamfetamin” olduğunu demişlər. Bükülüdə dəqiq nə olduğundan Eldarın xəbəri olmamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Məhkum2 ona Azərbaycan Respublikasının CM-in 206.3.2.-ci, 234.4.1 və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Ondan götürülən vasitəni Məhkum1 da ona salfetkaya bükülü halda dərman adı ilə vermişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən bax ılmasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciəti n dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası mə hkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alara q yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cin ayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri di gərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tə qsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum2 törətdiyi cinayət əməllərini CM-in 234.1-ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum2 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdar olmasını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından təxminən 4,3 dəfə çox olmasını,cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya m əhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələ ri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası K onstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 02 may və 2020-ci il 03 may tarixli raportlarından, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair 2020-ci il 02 may tarixli qərarından, habelə Abşeron Rayon Məhkəməsinin 2020-ci il 07 may tarixli qərarının surətindən görünür ki, Məhkum1 Abşeron rayonu ərazisində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmas ı barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu və Məhkum2 2020-ci il mayın 02-də saxlanıb üzərlərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən bir ədəd şəffaf sellofan bükümdə 0,646 qram təmiz çəkidə həmin psixotrop maddə metamfetamin, Məhkum1 çantasından üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən Məhkum1 mənzilin dəhlizində stulun altından bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı üç ədəd şəffaf polietilen paketin içərisində ayrı-ayrılıqda 175 qram, 210 qram və 295 qram təmiz çəkidə külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüş, 2020-ci il 02 may tarixli qərar məhkəmə tərəf indən qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 02 may tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla barəsində şəxsi axtarış və götürmə keçirilən Məhkum2 üzərində qanunsuz saxladığı hər hansı əşya varsa, təqdim olunması təklif edildikdə sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli «Samsung Galaxy A30s» markalı mobil telefonu, öz adına olan sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini, bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni və sol yan cibindən 50 manat pulu təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb edən mobil telefon, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi götürülmüş, pul Məhkum2 qaytarılmışdır. Sonuncu aşkar edilən bük ümü Məhkum1 saxlaması üçün ona verdiyini, qeyd edilən şəxsə məxsus «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü kimi idarə edərək gündəlik 15-20 manat pul qazandığını, Məhkum1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını son üç gün ərzində bildiyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmiş, bir ədəd DVD diski protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 03 may tarixli 6/627 №-li rəyindən görünür ki, üzərində «vət. Məhkum1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3 ədəd büküm...» yazısı olan paketdəki üç ədəd şəffaf polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 175 qram, 210 qram və 295 qram, ümumi təmiz çəkisi 680 qram qəhvəyi rəngli tozşəkilli maddələr xa rici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «vət. Məhkum2 üzərindən..» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,646 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 679,85 qram və 0,546 qram təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234,4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, onun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün k ifayət qədər sübutlar toplamışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum2 istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirlə ndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanm alı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şi kayətinin dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin hökm qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali M əhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar