Məhkəmə qərarları › İş №1(102)-1665/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1665/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1665/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 04 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim Şövkət Nəcəfova) 1(012)396/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə, xx xxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 1992ci il buraxılışlı “İsuzi MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilini ayda 1000 manat ödəməklə icarəyə götürməsinə vəd verib aldadaraq bu məqsədlə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı dövlət notariat kontorunda görüşərək Zərərçəkmiş şəxs “İsuzi MP Platforma” markalı 90-VV287 dövlət qeydiyyat nişanlı evakuator avtomobilinə sürmək üçün etibarnamə aldıqdan sonra avtomobili işlədib bir ayın icarə haqqını ödəməklə sonuncunun yanında özünə etibar qazanmış, sonra bu fürsətdən öz şəxsi maraqları üçün istifadə edərək vədinə əməl etməyib həmin evakuatorun 8000( səkkiz min) manat dəyərində mühərrikini sökərək başqa şəxsə dəyərindən ucuz qiymətə, yəni 2000 manata satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayev) 1(105)-164/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmış, Abşeron Rayon Məhkəməsinin 1(012)-396/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 4000 (dörd min) manat cərimə cəzası ilə əvəz edilmiş, onun 30 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 20 oktyabr 2022-ci il tarixdən 04 aprel 2023-cü il tarixədək həbsdə olduğu 5 (beş) ay 15 (on beş) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittihamın həcmi, yəni talanmış mühərrikin qiymətinin 8000 (səkkiz min) manat olması sübuta yetirilməmişdir. İş materiallarında maddi sübut olan və ələ keçirilmiş əmlakın, yəni avtomobil mühərrikinin qiymətinin 8000 manat olması yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən edilmiş, heç bir məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib keçirilməmişdir. Əksinə məhkəmə Məhkum tələb etmişdir ki, mühərrikin qiymətinin 8000 manat deyil, 2-3 min manat olmasını sübut etsin. Bu isə təqsirsizlik prezumps iyasına ziddir. Belə ki, ittihamın əsaslılığını sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi isə mühərrikin qiymətinin 8000 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmişdir. Məhkəmənin Məhkum tərəfindən təqdim etdiyi sübuta - xx.xx.2022-ci il tarixli Yeni Dövr Qiymətləndirmə Mərkəzinin rəyinə qiymət verməmiş və hökmdə bununla bağlı heç bir münasibət bildirməmişdir. Halbuki Məhkum Zərərçəkmiş şəxs qarşı etdiyi əməldən peşman olduğunu, amma ona vurulan ziyanın 8000 manat deyil, mühərrikin qiymətinin 2-3 min manat olmasını dəfələrlə məhkəmədə vurğulamış, elə iş üzrə Şahid2 yeni motoru 4000 manata alıb avtomobilin üstünə qoyduraraq usta xərclərini çəkib işlək vəziyyətdə avtomobili Zərərçəkmiş şəxs təhvil vermişdir. "xxxx" MMC-nin məhkəmə sorğusuna c avab olaraq bildirmişdir ki, “mühərrik NPR66’' modelinin yenisinin qiyməti 8000 manatdır. Halbuki cinayət işi üzrə predmet olan avtomobilin mühərriki “NPR58” modellidir. Yəni bunlar fərqli mühərriklərdir. Bundan başqa 1992-ci il buraxılışlı avtomobilin üzərində olan mühərrikin yenisi ilə eyni qiymətə olması qeyri-mümkündür. Bundan başqa sorğuya cavab verən MMC-nin qiymətləndirmə səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittihamın həcm i məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun əməli əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə tövsif etmiş və barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədi lməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, yəni onun tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını - Zərərçəkmiş şəxs məxsus 1992-ci il buraxılışlı “İsuzi MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinin mühərriki ələ keçirərək Zərərçəkmiş şəxs 8000 manat miqdarında ziyan vurması, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərin protokolları və işin di gər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin əməlin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumu əməlini CM-in 178.2.4-cü maddəsi ilə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsasl anmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Belə ki, avtomobilin mühərrikinin qiymətinin daha az olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinin mühərrikinin satıldığı ona məlum olduqdan sonra o, avtomobilin mühərrikinin qiyməti ilə bağlı Bakı şəhərində avtomobil ehtiyat hissələri satılan müxtəlif yerlərə müraciət etmiş və ona məlum olmuşdur ki, onun avtomobili 1992-ci il buraxılışlı olduğundan yeni mühərrik tapmaq mümkün deyildir, yalnız Dubay şəhərindən işlənmiş mühərrik gətizdirmək mümkündür və qiyməti 8000-8500 manat civar ında olacaqdır. Ona görə də o, polisə şikayət edərkən ona dəymiş zərəri 8000 manat qiymətləndirmişdir. Bununla bağlı məhkəmə sorğusu ilə “İsuzi” markalı avtomobillərin Azərbaycan Respublikasında satışı və təmiri ilə məşğul olan "xxxx" MMC-dən alınmış məktubla “İsuzi MP Platforma” markalı avtomobilin mühərrikinin 8000 manat olduğu məlum olmuşdur. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin başlıca dəlili talanmış avtomobilin mühərrikinin real qiymətinin ittihamda qeyd ediləndən az olmasının əsassız olduğu qənaətinə gəlir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli tö rətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslan malarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya k ollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və on ların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müva fiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələbləri nə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılm asını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar