Məhkəmə qərarları › İş №1(102)-1666/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1666/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1666/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Əziz Cəfər oğlu Seyidov (sədrlik edən və məruzəçi), Nazim Rasim oğlu Mövsümov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sərxan Sərvər oğlu Hüseynovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tə rəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.F.Quliyev (sədrlik edən və məruzəçi) V.İ.Əhmədov və N.N.Hüseynovdan ibarət məhkəmə tərkibində) 26 aprel 2023cü il tarixli 1(099)-276/2023 nömrəli hökmü ilə 22 iyul 1989-cu ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, 5-ci məhəllədə qeydiyyatda olmuş və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əv vəli 08 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 27,735 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 08 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri 5-ci məhəllə ərazisində saxlanılaraq Regional Şöbənin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindəki 1 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində d aşımaqla saxladığı 3,648 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və həmin gün səhər saat 08:30 radələrində Neftçala-Xolqaraqaşlı avtomobil yolunun Neftçala şəhəri 6-cı məhəllə ərazisindən keçən hissəsində yolun sağ kənarındakı sahədə köhnə avtomobil təkərinin yanında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gizlədərək saxladığı 1 ədəd sellofan bükümdə külli miqdarda 24,087 qram çəkidə, ümumilikdə 27,735 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibində) 25 iyun 2023-cü il tarixli 1(106)-478/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 1 (099)-276/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(106)-478/2023 nömrəli qərarını ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi4 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, ona ittiham elan edilərkən maddi və prosessual qanun normaları pozulmuşdur. Məhkəmə zamanı hüquqlarını müdafiə etdiyi təqsi rləndirilən şəxs Məhkum barəsində axtarış işi açılmamış, yalnız Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin baş əməliyyat müvəkkili X3 bildirdiyinə görə 08 oktyabr 2022-ci il tarixdə Neftçala şəhər sakini Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olması ilə əlaqədar rəhbərliyə məruzə edilmiş, sonra da əməliyyat qrupu yaradılaraq gecə saat təxminən 02 radələrində Neftçala şəhəri, 5-ci məhəllə ərazisində küçədə Məhkum saxlanılaraq Lənkəran şəhərində yerləşən X4 Şöbəyə gətirilmişdir. Kassator bildirir ki, Məhkum xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02:00 radələrində yaşadığı, atası Taleh Yarməmmədova məxsus Neftçala şəhərində yerləşən evindən-yataq otağından, həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə yatdığı otaqdan əməliy yatçı X6 tərəfindən tutularaq, (digər əməkdaşlarla birlikdə) Lənkəran şəhərində yerləşən X4 Şöbəyə aparılmasını təsdiq edən Taleh Yarməmmədov və Mehriban Yarməmmədova (məhkumun anası) müdafiə tərəfin vəsatəti əsasında dindirilərək həqiqətən də oğulları Məhkum yatdığı otaqdan Regional şöbənin əməkdaşı (əməkdaşları) tərəfindən çıxarılaraq aparılmasını, eyni zamanda Vüsal Yarməmədovun bir gün əvvəl yuyularaq evdə olan şalvarının tərs üzündən çevirərək oğlu Məhkum verdiyini, Məhkum həmin şalvarı geyindikdən sonra aparıldığı, şalvarın cibində heç bir narkotikin olmamasını bildirdiyi halda məhkəmə öz hökmündə həmin şahidlərin ifadələrinə hüquqi qiymət verməmiş, heç həmin şahidlərin adlarını belə çəkməmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs barəsində bir-birinə zidd olan 2 müxtəlif rəyin o lmasına da heç bir münasibət bildirməmişdir. Bundan əlavə Məhkum 08 oktyabr 2022-ci il tarixdə saat təxminən saat 08:30 radələrində deyil, həmin gün təxminən saat 17 radələrində yenidən Neftçala şəhərinə çöl sahəsinə güya ki, Məhkum tərəfindən gizlədilmiş psixotrop maddənin götürülməsi üçün gəldikləri vaxtın dəqiqləşdirilməsi məqsədi ilə AR DİN-nin BNMİ-nin X4 şöbənin baş əməliyyat müvəkkili X3, X4 Şöbənin polis nəfərləri Şahid3 Şahid2 istifadələrində (adlarmda)olan telefon nömrələrinin dəqiqləşdirilərək,həmin telefonlarının əhatə dairəsinin götürülməsi barədə vermiş olduğum vəsatət də məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin Məhkum arvadı dindirilməsi barədə vəsatət təmin edilmiş olsa da, şəxsiyyət vəsiqəsini dəyişdirilməsi ilə əlaqədar aidiyyatı üzrə təhvil verildiyindən Gülnar Yarməmmədovanın dindirilməsi mümkün olmamışdır, eyni zamanda Məhkum az yaşlı qızı Mehribanın dindirilməsi barədə də vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxsin valideynləri olan Taleh və Mehriban Yarməmmədovlar, həqiqətən oğulları Məhkum evdən polis əməkdaşları tərəfindən aparıldıqdan sonra Vüsal barəsində heç bir məlumat əldə edə bilmədikləri, həmçinin oğullarının kimlər tərəfindən və haraya aparılması barədə məlumatları olmadığı üçün müvafiq orqanlara məlumat vermişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi mə sələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkə məsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, ye ni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfin dən təqdim edilmiş sübutları – məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, X1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. İş materiallarında olan 08 oktyabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitələr və ya əşyalar varsa, könüllü təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən istifadə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibindən sellofanın içərisində 1 ədəd büküm çıxarıb təqdim edərək, bükümün içərisində şüşə (metamfetamin) olduğunu, şüşənin özünə məxsus olduğunu, onu 4-5 ay əvvəl Ağakişidən pulsuz aldığını, bir hissəsini də Neftçala şəhəri ərazisində gizlətdiyini bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və bükümün içərisində psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Sonra da onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bir bükümdə metamfetaminə bənzər maddə çəkildikdə çəkisi 3,82 qram olmuş, həmin metamfetamin qablaşdırılaraq üzəri möhürlənmişdir. Sorğu zamanı Məhkum Ağakişini çoxdan tanıdığını, onunla dənizə gedərkən 2-3 dəfə nar kotik qəbul etdiklərini, saxlanıldıqdan sonra ona qarşı hər hansı qanunsuz hərəkətlər və ya zor tətbiq olunmadığını bildirmiş və tərtib olunmuş protokol ucadan oxuduqdan sonra digər iştirkçılarla bərabər Məhkum da protokolu imzalamışdır. Həmçinin vəkilin iştirakı ilə videoçəkilişlə keçirilən “baxış keçirilməsi və götürmə aparılması haqqında 08 oktyabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum yaşadığı Neftçala şəhəri ərazisindəki, 6-cı məhəllədə Neftçala-Xolqaraqaşlı yolunun Xolqaraqaşlı istiqamətindəki asfalt yolun sağ ehtiyyat hissəsindən boş sahədəki köhnə avtomobil yolunun sağ kənarında köhnə avtomaşın təkərinin altında gizlətdiyi sellofanın içərisində 1 ədəd büküm təqdim etmişdir. Sorğu zamanı o bükümün içərisində şüşə (metamfetamin) o lduğunu, dənizə gedərkən Ağakişinin ona verdiyini, Ağakişi ilə dənizə lotka ilə gedib, Ağakişinin iranlı Kəramət adlı şəxsdən şüşə aldığını və kömək etdiyi üçün ona da şüşə verdiyini, üzərindən çıxan şüşənin bir hissəsi olduğunu və onu yolun kənarında ailə üzvlərinin bilməməsi üçün gizlətdiyini bildirmişdir. Sonra da ondan aşkar olunaraq götürülmüş metamfetamin çəkilmiş və çəkisinin 24,44 qram olması müəyyən edilmiş və aşkar olunaraq götürülmüş metmfetamin qablaşdırılmışdır. Sonra da bu barədə protokol tərtib edilmişdir. Məhkum heç bir şikayəti olmadan protokolu imzası ilə təsdiq etmişdir. Ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəs təliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün cin ayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi və əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində kassasiya şikayətində qeyd edilən dəlillərlə əlaqədar araşdırma aparılmış və həmin dəlillər öz təsdiqi tapmadığı üçün birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X1 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallar ına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmış lar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci ma ddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi məhkəmə tərəfindən cinayət-prosessual qanunv ericiliyin tələblərinə uyğun olaraq həll edilir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instans iyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 5 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar