Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1666/2025 05.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxsin hüquqi varisi X2 və zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 6 saylı V əkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 25 avqust 2002-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N nömrəli hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsi, 2-ci bölük, 2-ci yarım bölükdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-905/2025 nömrəli 14 aprel 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunu n vəkili Müdafiəçi1 və zərər çəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-252/2025 nömrəli 26 fevral 2025-ci il tarixli hökmü ilə (hakimlər K.N.Muxtarov (sədrlik edən və məruzəçi), E.A.Nuriyev və A.H.Tağıyevdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 31 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsi nin hökmündən məhkum müdafiəçisi Müdafiəçi1 və zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-905/2025 nömrəli 17 aprel 2025-ci il tarixli hökmü ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Z.V.İbrahimov və Q.X.Babayevdən ibarət məhkəmə tərkibində) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)252/2025 nömrəli 26 fevral 2025-ci il tarixli hökmü ləğv edilərək, iş üzr ə yeni ittiham hökmü çıxarılmışdır. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 31 dekabr 2023-cü il tarixdən hesablanması, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X2 mülki iddiasının qismən təmin edilməsi, mənəvi ziyana görə 10000 manat məbləğində vəsaitin mülki cavabdeh Məhkum tutularaq mülki iddiaçı X3 ödənilməsi hökm edilmişdir. İşin halları: Apellyasiya instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2023-cü ilin ortalarından müxtəlif şəxslərə faizlə pul verməklə məşğul olan tanışı Zərə rçəkmiş şəxs anasının onkoloji xəstəliyi ilə bağlı yaranmış borclarını ödəmək üçün həmin ilin sentyabr-oktyabr ayı ərzində ümumilikdə 2500 manat pul vəsaitini aylıq 20 faiz əlavə pul vermək şərtilə götürsə də, ailə vəziyyəti ilə əlaqədar ödəmək imkanı olmadığından sonuncudan götürdüyü pul vəsaitini ödəmək üçün vaxt istəməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində eyni mövzu ilə bağlı Zərərçəkmiş şəxsla telefon danışığı zamanı sonuncunun onun anası barəsində nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs qisas niyyəti ilə öldürmək qərarına gəlmiş və kirayədə yaşadığı ünvan 1 ünvanda saxladığı zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını götürüb Zərərçəkmiş şəxs zəng edərək həmin gün saat 21 radəl ərində sonuncu ilə ünvan 2 ünvanının qarşısında görüşüb aralarında olan faiz borcu məsələsi ilə bağlı danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs orada da ona və anası barəsində nalayiq ifadələr işlətməsinə görə sonuncunun tanışı Şahid1 məxsus “Toyota Corolla” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən istifadə edib gödəkçəsinin cibində əvvəlcədən tiyəsi açıq vəziyyətdə saxladığı bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 4 (dörd) ədəd bıçaq zərbəsi vuraraq ona sol çənəaltı nahiyəni və boyun nahiyəsinin yuxarı 1/3-ni əhatə edən, qırtlaq qapağını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin vidaci venaları, yuxu arteriyasını, qırtlaq qığırdağını və dili zədələyən 1 (bir) ədəd deşi lmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və ürək kisəsini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi ölümü ilə səbəbli əlaqəli olmaqla ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək tamah niyyətilə qəsdən öldürmüş, yəni qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-905/2025 nömrəli 17 aprel 2025ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum əməlini CM-in 120.2.5-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməklə, ən aşağı həddə cəza təyin olunması, verilmiş mülki iddianın təmin olunmaması və ya cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, iş üzrə araşdırma birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları prosessual normalar həddində tam surətdə, bütün xırdalıqlarla, xüsusən də zərər çəkmiş tərəfin, həmçinin müdafiə tərəfinin bütün yazılı və şifahi vəsatətlərinə xüsusi diqqət yetirməklə aparılmış, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum əməlini CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.5-ci maddəsinə tövsif etmişdir. İş materiallarından göründüyü kimi, Məhkum istər ibtidai araşdırmada, istərsə də məhkəmə istintaqında ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, özünü CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, ittiham aktında göstərilən cinayətin iştirakçısı olmadığını göstərmişdir. Məhkum valideyni və yaxın qohumları hadisənin ilk günlərindən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmağa, dəymiş olan ziyanı aradan qaldırmağa ciddi surətdə təşəbbüs göstərmişlər, lakin hüquqi varisin narazılığı səbəbindən buna nail ola bilməmişlər. İşin mübahisə olunmayan hallarından biri də cinayət əməlini törətdikdən bilavasitə sonra Məhkum özünü hüquq mühafizə orqanlarına təqdim etmək istəyində olmasından ibarətdir. Belə ki, əməli törətdikdən dərhal sonra Məhkum mərhum anasının qəbrini ziyarət etmək üçün Ağcabədi rayonuna getmiş və oradan da polis orqanına getmək n iyyətində olmuşdur. Nəsimi rayon polis idarəsindən ona edilmiş telefon zənginə cavab olaraq özünün harada olması barədə məlumat vermiş və rayon polis əməkdaşları onun olduğu yerə gələrək onu saxlamışlar. Şikayət müəllifi qeyd edir ki, Məhkum cəza təyin olunarkən yalnız törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və 18-xx.xx.2023-cü il tarixlərdə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsi məhkəmə tərəfindən CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, lakin onun cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında törədilməsi, cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi vari si ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır və Məhkum sərt cəza təyin olunmuşdur. Həmçinin şikayət müəllifi qeyd edir ki, Məhkum maddi vəziyyətində olan çətinliklərlə Zərərçəkmiş şəxs müraciət etdiyini, borcun qaytarılması üçün real vaxt həddində möhlət istəmişdir. Məhkum ifadələrinə görə 2023-cü ilin noyabr ayından başlayaraq Zərərçəkmiş şəxs ondan borcun tam surətdə ödənilməsini tələb etməyə başlamış, hər dəfə Məhkum Zərərçəkmiş şəxs borcunu qaytarmaqdan imtina etmədiyini, Zərərçəkmiş şəxs bank kartı vasitəsilə hissəvi ödənişlər etdiyini, 2024-cü ilin yanvar ayı üçün məzuniyyətə çıxacağını, bu barədə komandanlığa müraciət edib razılıq aldığını, məzuniyyət pulu, həmçinin 2023cü il üçün 13-cü maaş və əsas maaşı alacağını, atasının pul üçün rayona getdiyini və borcunu tam ödəyə biləcəyini dəfələrlə bildirmişdir. Lakin Zərərçəkmiş şəxs 2023-cü ilin noyabr ayından ona daha heç bir möhlət verməmiş, pulunun tam surətdə ödənilməsini tələb etmiş, noyabr və dekabr aylarında telefon danışıqları zamanı hər vasitə ilə Məhkum aşağılamış, onun özünü və mərhum anasını nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Bu səbəbdən Məhkum Zərərçəkmiş şəxs qisas almaq məqsədilə öldürmək qərarına gəlmişdir. Görüşdə də Zərərçəkmiş şəxs ondan üzr istəməmiş, əksinə təhqir xarakterli hərəkətlərini davam etmiş və yalnız bu səbəbdən Məhkum bu cinayət əməlini törətmişdir. Belə bir vəziyyətdə Məhkum psixoloji durumu çox kritik bir həddə olmuşdur. Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X11 129 nömrəli, xx.xx.2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, cinayət əməlini törədən zaman Məhkum psixiemossional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Bunlarla yanaşı müdafiəçi qeyd edir ki, zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs özünün aqressiv bir xarakterə malik olması təsdiqini tapmışdır. İş materialları ilə müəyyən edildiyi kimi, Zərərçəkmiş şəxs Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 müalicə kursları almışdır. Həmçinin, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X11 Nəsimi rayon şöbəsinin 152 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünmüşdür ki, Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində fenialkilamin qrupuna aid olan amfetamin adlı narkotik maddə aşkar olunmuşdu. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)905/2025 nömrəli 17 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmə cəza təyin edərkən cəzanı ağırlaşdıran faktorları nəzərə almamışdır. Belə ki, Zərərçəkmiş şəxs üçüncü dərəcəli əlil olmaqla yanaşı, o, hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalmaqla müqavimət göstərmək imkanını tamamilə itirmiş, özünü müdafiə edə bilməmişdir. Hüquqi məsələlər: Məhkəmə ko llegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən isə verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Müdafiəçi1, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən isə verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi S.Cabarovanın və onun nümayəndəsi Müdafiəçi2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanunu nun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlini CM-in 120.2.5-ci maddəsindən Həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməklə, ən aşağı həddə cəza təyin olunması, verilmiş mülki iddianın təmin olunmaması və ya cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın ağırlaşdırılması xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsinə görə “tamah məqsədi ilə və ya sifarişlə, habelə zərər çəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə qəsdən adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəx slər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhk əmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmə nin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanı n 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6cı maddə sində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkum Şahid4 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, məhkum Şahid4 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə cəza təyin edilməli idi. Həmçinin şikayətdə mülki iddianın təmin olunmaması xahiş olunur. Kassasiya şikayətində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum tərəfindən qəsdən öldürülməsi faktının sübutu mübahisələndirilmədiyi üçün məhkəmə kollegiyası bununla əlaqədar sübutların ş ərhini zəruri hesab etmir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Şahid4 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir k i, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.5-ci maddəsinə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir ki: “4. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
9. Təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi, yəni CM-in 120.2.5-ci maddəsi ilə o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur.” İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum Zərərçəkmiş şəxs arasında real münasibətlər olmuş, həmin münasibətlər isə bilavasitə zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə pul vəsaitinin borca verilməsindən ibarət olmuşdur. Belə ki, Məhkum zərər çəkmiş şəxsdən borc kimi ilkin olaraq 2.500 manat pul vəsaitini aylıq 20%-lə ödəmək şərti ilə, yəni aylıq 400 manat pulu qaytarmaq şərti almış, bundan sonra əlavə olaraq 1.000 manat pul vəsaitini almışdır. Məhkum Şahid4 qeyd edilən pul vəsaitini alsa da, sonradan vədinə əməl etməmiş və nəticədə qaytarmalı olan pul vəsaitini razılaşdırılmış müddət ərzində geri qaytarmamışdır. Yaranmış mübahisə nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs pul vəsaitinin geri qaytarılması üçün, yəni 31 dekabr 2023-cü ilə, saat 13:00-dək vaxt müəyyən etmişdir. Belə ki, zərər çəkmiş şəxs həmin vaxtad ək pulun ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsən hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bununla razılaşmış və müəyyən edilmiş müddətdə pulu tam şəkildə qaytaracağını bildirmiş, lakin qeyd edilən tarixdə qaytarmalı olduğu pulu qaytarmamış, anası ilə bağlı pula ehtiyac olduğunu və bu məqsədlə pulu xərclədiyini bildirib növbəti ilin yanvar ayında qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Şahid4 pul vəsaitini geri qaytarmaqdan yayındığı görüb sonuncunun ünvanına söyüş söymüşdür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onu təhqir etməsini bəhanə etmiş, əslində sonuncuya qaytarmalı olduğu pul vəsaitini qaytarmaq niyyətində olmamışdır. Zərər çəkmiş şəxsin pul tələbi ilə bağ lı hərəkətlərindən bezərək sonuncunu qəsdən öldürmək istəmiş və nəticədə qəsdən öldürmüşdür. O, bu hərəkətləri məhz borcu ödəməkdən yayınmaq məqsədi ilə, başqa sözlə, tamah niyyəti ilə törətmişdir. Belə ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə pulu geri qaytarmaq adı ilə görüşə dəvət etsə də, əslində onun niyyəti sonuncunu qəsdən həyatdan mərhum etməsi olmuşdur. Bu isə onda ifadə olunur ki, o, hadisə yerinə silahlanaraq gəlmiş və yaranmış ilk fürsətdən istifadə edərək öz niyyətini həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsinin 152 saylı 31 dekabr 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, zərər çəkmiş şəxsin ölümün səbəb ekspertiza rəyində göstərildiyi kimi sol çənəaltı nahiyəni və boyun nah iyəsinin yuxarı l/3-ni əhatə edən, qırtlaq qapağını zədələyən, boyun nahiyəsinin sağ yan səthinin vidaci venaları, yuxu arteriyasını, qırtlaq qığırdağını və dili zədələyən, döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və ürək kisəsini zədələyən, döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsin bıçaqdan istifadə etməklə həyata keçirdiyi fəal hərəkətləri ilə zərərçəkmiş şəxsin ölümün arasında səbəbli əlaqə vardır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Şahid4 əməlində CM-in 120.2.5-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Şahid4 əməlini CM-in 120.2.5-ci maddəsi ilə tövsif etmişdir. Mülki iddianın təmin olunmaması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. B elə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 3 noyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əs as deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərər çəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zə rər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərər çəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs qətlə yetirilməsi Suğra Cabarova da mənəvi sarsıntı və iztiraba səbəb olmuş, iddiaçı mənəvi sarsıntılar keçirmiş, bu mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxsin təqsiri hazırkı hökmlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum daha ağır cəza təyin edilməsi ilə bağlı zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu c əza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 5 8.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkuml ar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyi nin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin g östəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və o nun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 18xx.xx.2023-cü il tarixlərdə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məh kumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, məhkəmə cəza təyin edərkən yüngülləşdirici halları düzgün olaraq nəzərə almış və məhkum barəsində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-905/2025 nömrəli 1 4 aprel 2025ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 və zərər çəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)905/2025 nömrəli 14 aprel 2025-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə