Məhkəmə qərarları › İş №1(102)-1667/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1667/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1667/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221. 2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 12 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1983-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, İİ qrup əlil, pensiyaçı, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olub həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1 -ci maddələri ilə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cə zasına, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamlardan "onun Zərərçəkmiş şəxs1 sağ sifət, sağ göz ətrafı nahiyə hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi”nə dair hissələri xaric edilmişdir. Təyin edilmiş cəzaları CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaqla, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli nin həbsə alındığı tarixdən, yəni 12 yanvar 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X1 ibarət tərkibdə) 19 may 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2 apellyasiya şikayətindən imtinası barədə ərizəsi qəbul edilmiş və onun apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəki Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi il ə 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum 12 yanvar 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək həbsdə olduğu 4(dörd) ay 7(yeddi) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla 8(səkkiz) ay 14(on dörd) gün, ona təyin edilmiş 2(iki) il 10(on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılm ası cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarətin yaşayış yeri üzrə Qəbələ rayonu İcra və Probasiya Şöbəsinin həyata keçirməsi qərara alınmışdır. Hökm baxılmış apellyasiya ş ikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 21 yanvar 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsindəki məhkəmə prosesindən çıxdıqda sonra ictimai yer olan, Şəki Məhkəmə Kompleksinin inzibati ərazisində, avtomobil duracağında saat 17:30 radələrində mərhum əmisi X10 və qeyriləri ilə qəsdən, bir qrup şəxs halında birləşib həmin vaxt orada olan qohumları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında uzun sürən və mülki qaydada müxtəlif instansiya məhkəmələrində qarşılıqlı iddialar əsasında məhkəmə çəkişmələrini bəhanə edib onların ünvanına nalayiq ifadələr işlətməklə mübahisə yaradaraq ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqey dliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarına və əxlaq normalarına kobud surətdə pozulması, Şəki rayon Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin, Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki İnzibati və Şəki Kommersiya Məhkəməsinin, həmçinin yaxınlıqda yerləşən Şəki Regional İcra və Probasiya şöbəsinin və X2 Dövlət Qeydiyyat İdarəsinin iş rejiminin pozulması ilə müşayiət edilən hərəkətlər edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmaqla sonuncunu əyləşdiyi avtomobildən yerə endirdikdən sonra o, Azər Rəhimov və qeyriləri eyni vaxtda zərərçəkmiş şəxslərin müqavimət göstərmək imkanını və digər maneələri aradan qaldırmaq, o cümlədən zər bə vurmaq üçün bir-birilərinə şərait yaratmaq məqsədilə hücum edərək Zərərçəkmiş şəxs2, həmçinin yaxınlıqda olan və oğluna kömək etməyə gəlmiş Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə dəfələrlə yumruq və təpik zərbələri endirməsi nəticəsində o, Zərərçəkmiş şəxs2 sağ almacıq nahiyəsinin, boynun arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, Azər Rəhimov sol əlinin arxa səthinin qançırları xəsarəti kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, qeyriləri isə fiziki ağrı yetirmiş, bundan sonra Azər Rəhimov Zərərçəkmiş şəxs1 sağ göz almasının ağlı qişasının qansızması kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyə n və sağ əlin baş barmağın travmatik şişkinliyi və yumşaq toxumanın əzilməsi kimi sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər, qeyriləri isə ona sol qulaq seyvanın dərialtı hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, üst çənədə dişin travmatik düşməsi kimi sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər, Məhkum isə ona başın sağ təpə gicgah, sağ sifət, boynun sağ yan səthi, sağ göz ətrafı nahiyə hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, sağ bazu oynağının travmatik hemartrozu və bağ aparatının zədələnməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağ ır zərər vurmaya aid xəsarətlər yetirərək Azər Rəhimov və qeyriləri ilə birlikdə eyni anda vahid nəticəyə yönəlmiş birgə fəaliyyətinin nəticəsində bir qrup şəxs halında Məhkum xuliqanlıq niyyətilə qəsdən sağlamlığa Az Ağır zərər vurma cinayət əməlini törətmişdir. Bundan başqa o, 21 yanvar 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsindəki məhkəmə prosesindən çıxdıqda sonra ictimai yer olan, Şəki Məhkəmə Kompleksinin inzibati ərazisində, avtomobil duracağında saat 17:30 radələrində mərhum əmisi X10 və qeyriləri ilə qəsdən, bir qrup şəxs halında birləşib həmin vaxt orada olan qohumları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında uzun sürən və mülki qaydada müxtəlif instansiya məhkəmələrində qarşılıqlı iddialar əsasında məhkəmə çəkişmələrini bəhanə edib onların ünvanına nalayiq ifad ələr işlətməklə mübahisə yaradaraq ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqeydliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarına və əxlaq normalarına kobud surətdə pozulması, Şəki rayon Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin, Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki İnzibati və Şəki Kommersiya Məhkəməsinin, həmçinin yaxınlıqda yerləşən Şəki Regional İcra və Probasiya şöbəsinin və X2 Dövlət Qeydiyyat İdarəsinin iş rejiminin pozulması, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əsaslı səbəb olmadan Zərə rçəkmiş şəxs2 baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmaqla sonuncunu əyləşdiyi avtomobildən yerə endirdikdən sonra o, Azər Rəhimov və qeyriləri eyni vaxtda zərərçəkmiş şəxslərin müqavimət göstərmək imkanını və digər maneələri aradan qaldırmaq, o cümlədən zərbə vurmaq üçün bir- birilərinə şərait yaratmaq məqsədilə hücum edərək Zərərçəkmiş şəxs2, həmçinin yaxınlıqda olan və oğluna kömək etməyə gəlmiş Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə dəfələrlə yumruq və təpik zərbələri endirməsi nəticəsində o, Zərərçəkmiş şəxs2 sağ almacıq nahiyəsinin, boynun arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, Azər Rəhimov sol əlinin arxa səthinin qançırları xəsarəti kimi dərəcəsinə görə sağlamlığa zərər v urmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, qeyriləri isə fiziki ağrı yetirmiş, bundan sonra Azər Rəhimov Zərərçəkmiş şəxs1 sağ göz almasının ağlı qişasının qansızması kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən və sağ əlin baş barmağın travmatik şişkinliyi və yumşaq toxumanın əzilməsi kimi sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər, qeyriləri isə ona sol qulaq seyvanın dərialtı hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, üst çənədə dişin travmatik düşməsi kimi sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər, Məhkum isə ona başın sağ təpə gicgah, sağ sifət, boynun sağ yan səthi, sağ göz ə trafı nahiyə hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, sağ bazu oynağının travmatik hemartrozu və bağ aparatının zədələnməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər yetirərək Azər Rəhimov və qeyriləri ilə birlikdə eyni anda vahid nəticəyə yönəlmiş birgə fəaliyyətinin nəticəsində bir qrup şəxs halında Məhkum yəni bir qrup şəxs halında xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən qohumları olan zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi üçün heç bir təşəbbüs irəli sürməməsini, zərərçəkmi ş şəxslərin təqsirləndirilən şəxsdən şikayətçi olmalarını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin etməsini, apellyasiya instansiyasında isə bu halların aradan qalxması ilə əlaqədar təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilə biləcəyini vurğulamışdır. Təqsirləndirilən şəxs tərəfindən “barışığa cəhd” real olaraq tərəflər arasında barışığın əldə edilməsi üçün deyil, yalnız qarşılıqlı olaraq cəzaların azaldılacağı ehtimalı ilə düşünülmüş bir gedişdir. Əslində apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı “çıxış" mərhələsinə kimi təqsirləndirilən şəxs tərəfindən nəinki törətmiş olduğu əməldən peşmançılıq hissi keçirilmiş, əksinə ona ittiham elan edilmiş əməllə özünü təqsirli bilməmiş, onun təqsirliliyi birinci instansiya və apel lyasiya məhkəməsində aparılmış məhkəmə istintaqlarında təqdim olunmuş sübutlar biri digəri ilə müqayisəli şəkildə tədqiq edilməklə sübuta yetirilmiş və barəsində ittihamedici hökm çıxarılmışdır. Təqsirləndirilən şəxsin 3 azyaşlı övladının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsinin əsaslarından biri kimi qoyulmuşdur. Lakin bu hal birinci instansiya məhkəməsinin hökmündə də məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmaqla cəza təyini zamanı nəzərə alınmışdır, eyni halın ikinci dəfə yüngülləşdirici hal qismində nəzərə alınaraq cəzanın yüngül cəza ilə əvəz edilməsinin əsası kimi qoyulması anlaşılan hal deyildir. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayət əməli ictimai yerdə, gündüz və iş vaxtı, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, məhkəmələrin yerləşdiyi inzibati binaların daxili və xaricində formalaşmış ümumidavranış qaydalarına məhəl qoymaraq törədilməsi təqsirləndirilən şəxsin şəxsiyyətini və cəmiyyətdə formalaşmış birgəyaşayış qaydalarına münasibətini səciyyələndirən xüsusiyyətlərdir. Məhkum hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məlum hadisənin xx.xx.2020-ci il tarixdə baş verməsi, hadisədən demə k olar ki, 2 ildən artıq müddət keçməsinə baxmayaraq təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş tərəflə barışığın əldə edilməsi üçün heç bir cəhdin göstərilməməsi, eyni ailənin iki üzvünü, yəni- oğul Zərərçəkmiş şəxs2 məhkəmə kompleksinin həyətində avtomobildən dartıb yerə salıb fiziki zor göstərdikdən sonra oğlunu müdafiə etmək üçün onun üzərinə yıxılmış ataZərərçəkmiş şəxs1 da digər şəxslərlə birlikdə ard-arda zərbələr yetirməklə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olması Məhkum şəxsiyyətini mənfi səciyyələndirən digər bir xüsusatdır. Cəzanın yüngülləşdirilməsinin aparıcı amili rolunda çıxış edən “barışıq” faktının son çıxış mərhələsində ortaya çıxması və bunun məqsədli şəkildə edilməsi xüsusatı ilə bağlı qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tə rəfindən məhkəmə istintaqı mərhələsində sonacan təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını qeyd etmişlər. Lakin Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2020-ci il tarixdə qardaşı İlham Rəhimovun qətlə yetirilməsi ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 CM-in 120.2.4, 29, 120.2.4, 29, 120.2.7-cu maddələri ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə Məhkum zərərçəkmiş şəxs qismində tanınmışdır, Zərərçəkmiş şəxs1 tərəfindən özünə məxsus tüfəngdən açılmış atəş nəticəsində Məhkum da xəsarət almışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən təqsirləndirilən şəxs tərəfindən əməlin tövsifi və cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinə Məhkum CM-in 127.2.3 və 221.2.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş apellyasiya şikayəti ilə eyni vaxtda baxılırdı. Həmin iş üzrə məhkəmə baxışı zamanı da Məhkum qarşılıqlı şəkildə öz təqsirləndirilən şəxs barəsində şikayəti olmadığını və barışdıqlarını bildirməklə Zərərçəkmiş şəxs1 da cəzasının yüngülləşdirilməsinə çalışsa da mərhum zərərçəkmiş şəxs İlham Rəhimovun hüquqi varisi olan qızının apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı mövqeyi və işin digər halları nəzərə alınmaqla verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yəni, əslində barışıq amili real olaraq deyil, hər iki təqsirləndirilən şəxsin cəza məsələsində maraqlarının təmini məqsədilə gerçəkləşmişdir. Məhkəmə təqsirləndirilən şəxsə həddən artıq yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ict imai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olun ması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kass asiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve rib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin hə cmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdır an halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya Məhkəməsi Məhkum təyin edilmiş cəzaya münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyi n edərkən onun qohumları olan zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi üçün heç bir təşəbbüs irəli sürməməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayətçi olmalarını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin etmişdir. Lakin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmışdır ki, bununla da birinci instansiya məhkəməsinin onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün nəzərdə tutulan hallar aradan qalxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və haqlı olaraq Məhkum təyin olunmuş cəza növünü dəyişdirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qər arlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs ed ən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsi rkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığ ın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar