Məhkəmə qərarları › İş №1(102)-1667/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1667/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1667/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X9 və onun müdafiəçisi Qasımov Əli Adil oğlunun iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) X12, 4 avqust 1977-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmış uşaqları o lan, orta təhsilli, rəsmi olaraq heç yerdə işləməmiş, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 1 (bir) gün həmin cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını müddəti 9 (doqquz) ay 29 (iyirmi doqquz) günədək endirilmiş, Xəzər Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 (üç) ay 5 (beş) gün müddəti ndə hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, hal hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X12 qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, X9 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,273 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu R Pİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi "Bravo”marketin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda 2,273 qram satış məqsədi olmadan saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X9un ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 17 oktyabr 2023-cü i l tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Malışov Rauf Tahir oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən X9a qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad etməklə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları şərh edən və işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X9un təqsirsizliyi barədə məhkəmə aktla rının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmələr öz yekun aktlarında X9in polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə nəticəyə gəlsələr də, iş materiallarından görünür ki, həmin fakt üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, məhkəmələr öz yekun qərarlarında özləri göstərmişlər ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 23 sentyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, araşdırma zamanı X9in polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məhkəmə baxışında göstərdiyi xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qə rar Bakı şəhər Sabunçu rayon prokuroru tərəfindən ləğv edilərək əlavə araşdırmaya qaytarılmış və 7 aprel 2023-cü il tarixli qərarla X9un polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması xüsusatı təsdiq olunmadığından yenə də cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir, həmin qərar hazırda da qüvvədədir. Bir sözlə, X9un Bakı İstintaq Təcridxanasına qəbul edilərkən bədəni üzərində xəsarətlər olması faktı mübahisələndirilmir, lakin məhkəmələrin həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi qənaətinə gəlmələri qeyri-müəyyəndir. Məhkəmələrin istinad etdikləri digər hal isə X9in və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadələridir. Belə ki, X1 birinci instansiya məhkəməsində aparılan icraat zamanı göstərmişdir ki, o, X9i tanıyır, onunla sonuncunun yaşadığı ünvanın yaxınlığındakı sexdə tanış olmuşdur. 8 sentyabr 2022-ci il tarixdə o, X9 və digər X adlı tanışı Bakıxanov qəsəbəsində olan bir yataqxananın yanında olan mağazaya siqaret almaq üçün getdikləri zaman yanlarında qara rəngli avtomobil dayanmış, salondan adları ona sonradan məlum olan Səyyad, Sənan və Bəxtiyar adlı polis əməkdaşları çıxaraq onların üçünü də saxlayıb X9u həmin maşınla, onu və Xi isə digər maşınla polis bölməsinə aparmışlar. Bölmədə onlar biri-birini görmüş, onu orada polis əməkdaşları yerə yıxıb dəyənəklə döymüş, X9un isə rəisin otağında döyüldüyünü görmüşdür. Onun barəsində CM-in 234.1-1-ci maddəsi ilə başlanmış cinayət işinə hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində digər tərkibdə baxılır. X9 də birinci instansiya məhkəməsində d indirilərkən ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməmiş, X1in ifadələrinə uyğun məzmunda ifadələr vermişdir. Məhkəmələr X1in və X9in eyni tarixdə, eyni vaxtda və eyni ünvanda saxlanılmaları qənaətinə gələrkən sonuncuların ifadələrinə istinad etmiş, hazırkı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin əməkdaşları Şahid2 və Şahid1 ifadələrinə əhəmiyyət verməmiş, həmin ifadələrə tənqidi yanışmalarının səbəbini qəbul etdikləri yekun məhkəmə aktlarında əsaslandırmamışlar. Həmin (Şahid2 və Şahid1) ifadələrə əsasən, X9 8 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində ərazidə xidmətdə olduqları zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən «Bravo» supermarketin yaxınlığında özünü şübhəli apardığı və onlardan qaçıb yayınmağa çalışdığı üçün saxlanılmış, həmin vaxt o, tək olmuş, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Bununla yanaşı, X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X16 və X21 ifadələrindən görünür ki, X1 8 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsindəki dairənin yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılıb poiis bölməsinə gətirilmiş, onun da üzərində külli miqdarda narkotik vasitə aşkar edildiyinə görə ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu hökmlə müəyyən edilmiş hala diqqət yetirmə yən məhkəmələr əsassız olaraq belə nəticəyə gəlmişlər ki, X9 və X1 8 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Bravo” marketin yaxınlığında birlikdə saxlanılıb polis bölməsinə aparılmışlar. Eyni zamanda, X1in təqsirləndirilməsinə dair ittiham hökmündə sonuncunun 8 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində başqa yerdə və tək saxlanılması göstərilmiş, lakin məhkəmələr buna əhəmiyyət verməmiş, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında isə biri-birinə zidd olan hökmlərə münasibət bildirilməmişdir. 10 sentyabr 2022-ci il tarixdə X9ə CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tətbirinin seçilməsi üçün sonuncu Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş, həmin vaxt X9 məhkəmədə on a qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşiman olduğunu göstərmişdir. Lakin, X9in birinci instansiya məhkəməsində verdiyi ifadəsinə nəzər salındıqda müəyyən edilir ki, sonuncu bu ifadəni inkar etmiş və göstərmişdir ki, ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, həqiqətən müstəntiqə ifadə vermiş, lakin ifadəsini oxumamışdır. Bu səbəbdən ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, onun barəsində həbs qətimkan tədbiri seçilərkən isə o, hakimə cinayət törətməsini və bundan peşman olmasını bildirməmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuniliyini və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyas ı məhkəməsi həmin dəlilləri düzgün qiymətləndirməmiş, ibtidai istintaq zamanı toplanmış sübutları qeyriobyektiv qiymətləndirməklə, cinayət prosesinin tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduğu halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Dövlət ittihamçısı3 kassasiya protestinin təmin edilməsini xahiş edir. X9in müdafiəçisi Ə.A.Qasımov kassasiya protestinə yazılı etiraz verərək həmin protestinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, Dövlət ittihamçısı3 həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmaqla əsassız olaraq X9a CM-in 234.1-1ci maddəsi ilə bəraət verilməsini, əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.1-416.1.3cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1-416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təq dim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul e dilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci madd əsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyin in tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kolle giyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınma sı və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşə bbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 8.0-cı maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtima l edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respubli kasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən c inayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər d əlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilmə si ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyin i, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağ ıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onu n barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə n əzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhk əmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004 -cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məh kəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətlili yinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X9un cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı o lmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun o laraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız m əhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun iza h və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdiyi halların onların tədqiq və təhlil etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarında əsaslandıqları sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Bundan əvvəl isə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə və ətraflı araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara, həm də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəfinin vəsatətləri əsasında, habelə birinci instansiya məhkəməsinin öz təşəbbüsü əldə edilmiş və ar aşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, araşdırılmış sübutları isə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək, yəni CPM-in 416.1.2-ci maddəsi ilə ehtiva olunan pozuntuya yol verməyərək X9un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən kassasiya protestinin müəllifi olan dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq X9un barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına, o, cümlədən X9un müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilməsi müəyyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası X9un barəsində bəraət hökmü çıxarmış birinci instansiya mə hkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, Dövlət ittihamçısı3 kassasiya protestində məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmi ş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Araşdırılmış sübutlara gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, X9 ilkin və ibtidai araşdırmalar zamanı 8 sentyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən və həmin tarixdə verdiyi, lakin vaxtı göstərilməyən izahatında, habelə ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona əldə edərək saxlam ası və daşıması iddia olunan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni eyni tarixdə səhər saatlarında Əmircan qəsəbəsinin ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını bildirsə də (bu izahat və ifadələr ibtidai araşdırma orqanı tərəfindən X9a qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən mötəbər sübutlardan biri kimi qəbul edilmişdir), birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən CPM-in 91ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, 8 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı mənzildən çıxıb siqaret almaq üçün kioska gedən zaman 6-7 nəfər polis əməkdaşla rı onu Bakıxanov qəsəbəsində olan Bakı Neft Sənaye Texnikumun həyətində (ittihamda göstərilən yerdən fərqli olan yerdə) tanışları X1lə və daha bir şəxslə birlikdə tutub döyərək avtomobilə əyləşdirib Sabunçu RPİ-nin 13-cü polis bölməsinə aparmış, orada da ona fiziki zor tətbiq edib ona bir büküm verərək üzərinə götürməsini tələb etmişlər. Ona təzyiq göstərən polis əməkdaşları Y, Z və Y2 adlı şəxslər olmuş, bundan əvvəl o, narkotik vasitə olan heroindən istifadə etdiyinə görə həmin vasitəni az miqdarlarda tanımadığı şəxslərdən əldə etsə də, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının polis bölməsində ona verdiyi narkotik vasitənin ona məxsus olmasını bildirməsi tələbi ilə yanaşı sonuncular bununla razı olmadığı təqdirdə üzərinə daha çox miqdarda narkotik vasi tə qoyacaqları və özlərinin dəvət edəcəkləri şəxslərdən onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadələr alacaqları ilə hədələmişlər. Buna görə o, həm belə hədə-qorxulara, həm də fiziki zorakılığıa qaldığı üçün polis əməkdaşlarının tələbi ilə razılaşmağa məcbur olmuş və müdafiəçisinin iştirak olmadan aparılmış şəxsi axtarış zamanı polis əməkdaşlarının ona verdikləri bir bükümdə qablaşdırılmış narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. İstintaq təcridxanasına gələrkən ona polis əməkdaşları tərəfindən fiziki zor və təzyiq edilməsi ilə bağlı müraciət etmiş və onun bədəni üzərində xəsarətlərin olması barədə təcridxanada qeydlər aparılmışdır. Bu haqda o, həmçinin ibtidai araşdırma aparan müstəntiqə və Sabuncu Rayon Məhkəməsində barəsində həbs qətim kan tədbiri seçilərkən hakimə də bildirmiş, lakin müstəntiq onun bu şikayətinə əhəmiyyət verməmiş, həbs qətimkan tədbirinin seçilməsi haqda qərarda isə bu hal əksini tapmamış, əksinə, həmin qərarda düzgün olmayaraq guya cinayəti törətməsini etiraf edərək peşman olması barədə qeydlər yazılmışdır. Halbuki, o, məhkəmədə bu haqda heç nə deməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində X9in barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Sabunçu Rayon Məhkəməsində baxılarkən onun öz əməlini etiraf etməsini və peşman olmasını bildirməsi iddia olunsa da, bu hal iş materiallarında olan sənədlərlə təkzib edilir. Belə ki, qeyd olunan prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarında həqiqətən dövlət itt ihamçısının iddia etdiyi hal əks olunsa da, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə həmin tarixdə baxmış Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ağayevin Sabunçu rayon prokuroruna ünvanladığı 10 sentyabr 2022-ci il tarixli 4(008)-767/2022 nömrəli məktubundan görünür ki, X9in barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılarkən, təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalmasını, təzyiq altında ifadələr verməsini bildirmiş və bu halların araşdırılmasını xahiş etmişdir. Məktubda CPM-in 207.6cı maddəsinə istinad edilməklə bu faktın yoxlanılması və nəticəsi barədə Sabunçu Rayon Məhkəməsinə məlumat verilməsi xahiş olun muşdur. Hakim S.Ağayevin göstərilən məktubunun fövqündə X9in Sabunçu Rayon Məhkəməsinin məhkəmə iclasında əməlini etiraf etməsini və bu əməlindən peşman olmasını bildirməsi inandırıcı görünmür və belə olan halda məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin dəlillərini əsassız və qəbul edilməz hesab edir. X9un polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanılması, sonradan isə şübhəli şəxs qismində tutulması və həmin vaxt fiziki zorakılığıa məruz qalması cinayət işi üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən qeyd olunan qanun pozuntuları ilə bağlı həm müdafiə tərəfinin vəsatətləri, həm də məhkəmənin öz təşəbbüsü ilə müvafiq sübutlar əldə edilərək araşdırıl mış və həmin sübutların məcmusu, onlara verilmiş qiymətləndirmə məhkəməyə X9un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, X9u tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 8 sentyabr 2022-ci il tarixdə o, X9 və və digər tanışı X adlı şəxs Bakıxanov qəsəbəsində yerləşən yataqxananın yanında olan mağazaya siqaret almaq üçün getdikləri zaman yanlarında qara rəngli maşın saxlamış, maşından adlarını sonra bildiyi Y1, Z və Y adlı polis əməkdaşları çıxaraq onların üçünü də saxlayaraq polis bölməsinə aparmışlar. X9u başqa maşınla, onu və Xi isə digər maşınla aparmışlar. Bölmədə onlar bir-birini görmüş, onu orada polislər dəyənəklə yerə yıxıb döymüş, X9un isə rəisin otağında döyüldüyünü görmüşdür. Xin adını və soyadını bilmir, onun harada olmasından məlumatı yoxdur. Bu ifadələrin məzmunundan görünür ki, həmin ifadələr X9un məhkəmə iclasında verdiyi ifadələrlə üst-üstə düşür, sonuncunun və adı çəkilən şahidin eyni məzmunda ifadələr vermələri barədə əvvəlcədən sövdələşmələri iş materialları ilə müəyyən edilmir (iş materiallarına görə, X1 məhkəmə iclasında dindirilən vaxt həbsdə olmuşdur). Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, X9un 8 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmasına və həmin bölməyə gətirilməsinə əsas onun saxlanıldığı y erdə özünü şübhəli aparması və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmaması, habelə verilən suallara qeyri səmimi cavab verməsi olmuşdur (göstərilən Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və sahə rəisi Şahid2 8 sentyabr 2022-ci il tarixli raportu). Həmin raportdan həmçinin görünür ki, X9 Polis Bölməsinə gətirildikdən sonra sonuncunun şəxsiyyəti müəyyən edilmiş, lakin onun hər hansı cinayəti törətməkdə, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinməsi istər göstərilən raportda, istərsə də başqa sənədlərdə əks olunmamışdır. Buna baxmayaraq, X9 Polis Bölməsindən buraxılmamış, əksinə bu haqda əməliyyat məlumatı və ya digər əsaslar olmamasına baxmayaraq, onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti tör ətməkdə şübhəli bilinməsi və şübhəli şəxs qismində tutulması barədə 8 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, bu qərara əsasən də o, belə şəxs qismində tutulmuşdur. Bu halla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, tutma protokolunda X9un tutulmasında özünün seçdiyi müdafiəçisinin - 7 saylı Vəkil Bürosunun vəkili Məmmədov Oruc Qulumalı oğlunun iştirak etməsi göstərilsə də, həmin istintaq hərəkəti qanunun tələblərinə zidd olaraq aparılmış, nəticədə isə sonuncunun azadlıq hüququnun pozulmasına yol verilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci madd əsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. CPM-in 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-in 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından ba şqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. CPM-in 147.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsə di ilə məhkuma. CPM-in 147.2-ci maddəsinin tələblərinə görə, tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. [200] CPM-in 147.3-cü maddəsində təsbit edilmişdir ki, şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət ə səbəb olur. CPM-in 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Cinayət işinin materiallarından göründüyü kimi, X9in barəsində bu kimi məlumatlar təhqiqat orqanına daxil olmamış və o, yalnız yuxarıda göstərilən raportla müəyyən edilmiş hallara görə görə saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmişdir ki, bu hallar da onun şübhəli şəxs kimi tutulması üçün əsas yaratmamışdır. CPM-in 148.4-cü maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata ke çirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. CPM-in 207.4-cü maddəsində isə təsbit edilmişdir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-c i maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. İlkin araşdırma zamanı toplanmış sübutlardan görünür ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq X9in saxlanılması və tutulması üçün əsaslar olmadan, onun şəxsi toxunulmazlıq və azadlıq hüququ pozulmuş, sonuncunun tutulması üçün həm də CPM-in 149-152-ci maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda qanunsuz tutulmuş X9lə bundan sonra müxtəlif istintaq hərəkətləri nin aparılması (onun üzərində şəxsi axtarışın keçirilməsi, ondan izahatın alınması, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarla və həmin ekspertizanın rəyi ilə tanış edilməsi) və onların nəticəsində əldə edilmiş sübutlar da qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilməli, həmin istintaq hərəkətlərinin, o cümlədən onun üzərində şəxsi axtarışın aparılması, onun verdiyi ilkin izahat və ifadələr belə sübutlara aid edilməlidir. Təsadüfi deyil ki, CPM-in 125.2.1 və 125.2.7-ci maddələrində də insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yoll a təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi nəzərdə tutulmuşdur. Halbuki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X9 qanunsuz olaraq tutulduqdan sonra ona qarşı CM-in 234.1-1-ci maddəsi maddəsi ilə ittiham məhz belə sübutlara – onun üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 8 sentyabr 2022-ci il tarixli protokola, bu istintaq hərəkitinin aparılması nəticəsində narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsinə, habelə X9in saxlanılmasında və üzərində şəxsin axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarını n ifadələrinə əsasən irəli sürülmüşdür. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edən və iş materiallarında olan sənədlərə əsaslanan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, X9 8 sentyabr 2022-ci il tarixdə saat 21.10-da təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçi O.Q.Məmmədovun iştirakı ilə tutulduqdan 20 dəqiqə sonra – saat 21.30-da sonuncunun iştirakı olmadan onun üzərində şəxsi axtarış aparılmış və müdafiəçinin iştirak etməməsi X9in kompyuterdə onun adından yazılmış ərizəsi ilə əsaslandırılmışdır. Həmin ərizədə X9 barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməməsini və bu istintaq hərəkətinin müdafəiçi O.Q.Məmmədovun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Bundan əvvəl qeyd olunan istintaq hərəkətinin aparılacağı və X9un ərizəsi barədə müdafiəçi O.Q.Məmmədovun məlumatlandırılması isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən, hesab edir ki, belə olan halda X9un üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan aparılması zamanı onun müdafiə hüququ da kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-in 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunu n orderini təqdim etməlidir. CPM-in 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin mü dafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunmaladır ki, tutulmazdan əvvəl təhqiqatçı tərəfindən X9a müdafiə hüququnun təmin olunması ilə bağlı 13-cü Polis Bölməsinin ərazisində fəaliyyət göstərən Vəkil Bürosunda çalışan vəkillərin siyahısı təqdim edilərək ona öz hüquqlarının müdafiə olunması üçün müdafiəçi seçmək hüququ izah edilmiş, o, isə vəkillə təmin edilməsini xahiş edərək istənilən vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məcburi köçkün həyatını sürən və heç yerdə rəsmi qaydada işləməyən X9in hüquqi yardımı ödəmək üçün vəsaitinin olması iş materialları ilə müəyyən edilmir. Prosessual qanunvericiliyin, o cümlədən CPM-i n 92.12-ci maddəsinin tələblərinə, eləcə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara əsasən, X9un təhqiqat zamanı işgəncəyə, zorakılığa və qeyri insani rəftara məruz qalmasının müəyyən edilməsinə baxmayaraq təhqiqatçı onun yuxarıda göstərilən ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə, yəni hüququ yardımı ödəmək iqtidarında olmayan X9un 8 sentyabr 2022-ci il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tə ləbləri baxımından təhlil edildikdə X9un üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da X9in hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüy ü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin, bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştirakı nı təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində işt irakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, X9un üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun hüquqi yardımı ödəmək imkanında olmaması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparılmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılması haqda nəticələrə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələ binə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbir lərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarış və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, i stərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tut ulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə ist intaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavi lə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəm əsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). İş materiallarından göründüyü kimi, X9in ərizəsini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar qəbul etsə də, həmin qərarın sürətini müdafiəçiyə təqdim etməyə rək onu qeyd olunan istintaq hərəkətinin aparılacağı barədə məlumatlandırmamışdır. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axt arış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istinta q hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası X9in 8 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yanız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılması zamanı şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr də bu hala diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. X9a qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxs i axtarış və götürmə aparılması barədə 8 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X9 həmin tarixdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində şübhəli şəxs qismində tutulduqdan bir saat sonra onun üzərində şəxsi axtarışın və götürmənin aparılması başlanmazdan əvvəl bütün iştirakçılar bu istintaq hərəkətinin aparılması zamanı «Sony” markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə CPM-in hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi ilə bağlı 19-cu maddəsi, habelə CPM-in 20, 26, 90-cı maddələri izah edilmişdir. Kompüterdə tərtib edilmiş protokolda şübhəli şəxsin əynindəki gödəkçənin rəngi, içərisində narkotik vasitənin qablaşdırıldığı bükümün, onun içərisində toz şəklində olan, spes ifik iyə malik olan mayenin təsviri, şəxsi axtarış zamanı X9un üzərindən 3 ədəd qulaq köpünün və 27 manat məbləğində pulun götürülməsi əks etdirilmişdir. Yazılı protokola əsasən şübhəli şəxsin üzərindən başqa heç nə aşkar olunmamışdır. Şübhəli şəxsin aşkar olunmuş bükülü ilə bağlı mövqeyi isə belə ifadə olunmuşdur ki, “1 ədəd bükümdə olan maddə “kokos” adlandırılır və o, maddəni Əmircan qəsəbəsinin ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Protokola əsasən şəxsi axtarış saat 21:30dan 21.50-dək aparılmış, yəni 20 dəqiqə ərzində davam etmişdir. Lakin, iş materiallarında olan yazılı protokolun mənbəyi olan videoçəkilişdə olan görüntülər tam fərqli məzmunda əks olunmuş və bu görüntülər yazılı protokolla ziddiyyət təşkil etmiş, videoçəkiliş və şəxsi axtarış prosesi təhrif olunmuş vəziyyətdə də ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, kassasiya protestinə baxılması ilə əlaqədar cinayət işinin bütün materiallarının öyrənilməsi zamanı kollegiya tərəfindən həmin video görüntülərə də keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, X9un üzərində şəxsi axtarış və götürmə hərəkəti 20 dəqiqə deyil, cəmi 5 dəqiqə 44 saniyə ərzində aparılmış, lakin bu çəkilişin kim tərəfindən aparılması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçının xidməti otağında çəkilişi aparan naməlum şəxs tərəfindən videokamera qabaqcadan işlək vəziyyətə gətirilir və təhqiqatçı X22 ayaqüstə gözləmə vəziyyətində dayanır, otağın qapısı açılır və iki nəfər ə məliyyat işçisinin müşaiyəti ilə X9 otağa daxil olur. Kameraya baxaraq özünü təqdim edən təhqiqatçı əməliyyat işçilərinə müraciət edib özlərini təqdim etmələrini təklif edir, bu təklifə əsasən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və həmin bölmənin sahə rəisi polis mayoru Şahid2 özlərini təqdim edirlər. Bundan sonra saxlanılan şəxs X17 da hər hansı başqa anket məlumatı səsləndirmədən özünü təqdim edir. Sonra təhqiqatçı X9u müşaiyət edən polis əməkdaşlarına onun saxlanılmasının səbəbləri barədə sual verir (bundan əvvəl X9un tutulmasını həyata keçirən həmin təhqiqatçı bununla bağlı tərtib etdiyi prosessual sənədlərdə onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyini artıq göstərmişdir) və sonunc ular X9un özünü şübhəli apardığına görə saxlanılaraq 13-cü Polis Bölməsinə gətirildiyini bildirirlər. Daha sonra təhqiqatçı tərəfindən saxlanılan şəxsə üzərində müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə baxışın keçiriləcəyi və bu haqda protokolun tərtib edilərək onun həmin protokolla tanış olacağı barədə məlumat verilir, lakin bununla bağlı ona, yazılı protokolda göstərildiyi kimi, CPM-in 19, 20, 26 və 90cı maddələrində nəzərdə tutulmuş hüquqları izah edilmir. Bunun ardınca təhqiqatçı X9dən üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verir, o, da buna təsdiqedici cavab verərək gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Həmçinin, X9 şalvarının sol yan cibindən 5 və 20 manat əskinazl ardan ibarət pulu (həmin pula baxış keçirilmir və məbləği təhqiqatçı tərəfindən müəyyən edilmir), gödəkçəsinin iç cibindən isə üç ədəd qulaq çöplərini də çıxarıb təhqiqatçıya təqdim edir, təhqiqatçının tapşırığı ilə polis əməkdaşı A.İ.X35 üstünə “baxış” keçirir və həmin “baxış” sonuncunun şalvarının yuxarı hissəsinə əllə səthi toxunuşdan ibarətdir. Təhqiqatçının sualına cavab olaraq isə X9 təqdim etdiyi bükümdə “kokos” olmasını, bu maddəni səhər vaxtlarında Əmircan qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata almasını, “kokosdan” onu yandırıb tüstüsünü iynəməklə istifadə etdiyini bildirir. Təhqiqatçı isə X9un təqdim etdiyi kütləni qablaşdıracağını və onun çəkisinin və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyini bildirərək bükümü ağ zərfə qablaşdırmağa başlayır və bu zaman X9 onu müşayiət edən polis əməkdaşlarına tərəf baxaraq başını bulayıb onlara nəsə deyir, lakin onun dediklərini eşitmək olmur. Kütlə zərfə qablaşdırıldıqdan sonra isə zərfin üzəri təhqiqatçı və istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslər tərəfindən imzalanır və bu zaman polis əməkdaşı Şahid1 sol qolunda olan saatın 22.03 olması görünür. Bununla da şəxsi axtarış başa çatır. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi isə təhqiqatçının şübhəli şəxsə tələsik şəkildə bildirilən “hal-hazırda vəkilin iştirakı olmadan üzərinizə baxış keçirləcək, hər hansı etirazınız var?” cümləsindən ibarətdir. Yəni, bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəx sin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtib olunması prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib şəxsi axtarış zamanı həmin vəkilin – O.Q.Məmmədovun iştirakını tələb etməməsi və şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi görünmür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X9a qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı Dövlət ittihamçısı3 də əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 8 sentyabr 2022-ci il tarixli protokoldan həmçinin görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X9un üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə - heroin olması ilk olaraq ümumiyyətlə müəyyən edilməmiş, sonuncu və onunla birlikdə təhqiqatçı da həmin kütlənin “kokos” olmasını bildirmiş, lakin “kokosun” narkotik vasitələrin hansı növünə aid edilməsi, kütlənin isə, ittihamda göstərildiyi kimi, narkotik vasitə - heroin olması həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Həmçinin, CPM-in 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq m iqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. İş materiallarından görünür ki, daha sonra təhqiqatçı tərəfindən kompyuterdə X9un izahatı tərtib olunmuş və təhqiqatçının öz imzasından əvvəl izahatı həmçinin müdafiəçi O.Q.Məmmədov da imzalamışdır. İş materiallarından göründüyü kimi, müdafiəçi O.Q.Məmmədov X9un barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında iştirak etsə də, hüquqlarını müdafiə etdiyi şəxsin həmin iclasda polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasının bildirməsinə heç bir əhəmiyyət verməmiş, bununla bağlı üzərinə düşən vəzifələri lazımi dərəcədə yerinə yetirməyərək müdafiəni səmərəli şəkildə həyata keçirməmişdir. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X9un şübhəli şəxs qismində tutulması 8 sentyabr 2022-ci il tarixdə saat 21.10-da rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 9 sentyabr 2022-ci il tarixdə saat 20.25-dən 20.50-dək, yəni iyirmi üç saatdan çox vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Halbuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan başqa, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, X9a CM-in 234.1-1-ci maddəsi ilə ittihamın el an olunmasına iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri də əsas olmuş və kassasiya protestində X9un təqsirliliyinə dəlalət edən dəlillər irəli sürülərkən həmin ifadələrə də istinad olunmuşdur. Lakin, məhkəmə kollegiyası əvvəla qeyd etməyi lazım bilir ki, X9 birinci instansiya məhkəməsinin məhkəmə iclasında adları çəkilən şəxslərin onun saxlanılmasında iştirak etmələrini qəti şəkildə inkar etmiş və onun ifadələrində adlarını qeyd etdiyi başqa polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmasını bildirmişdir (bu halı məhkəmə iclasında həm də əlavə şahid X1 də təsdiq etmişdir). Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə mü əyyən olunur ki, adları çəkilən polis əməkdaşları X9un 8 sentyabr 2022-ci il tarixdə sonuncu özünü şübhəli apardığına görə saxlayaraq 13-cü Polis Bölməsinə aparmaları, onun üzərində şəxsi axtarışın aparılmasındıa iştirak etmələri və X9dan sonuncuya qarşı irəli sürülmüş ittihamda göstərilən növdə və çəkidə narkotik vasitə olan heroinin götürülməsi barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı bəraət almış şəxsin təqsirlilik məsələsini həm də bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərlərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsi hallarını deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, X9in narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.1-1 -ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan digər halların müəyyən edilməsi məqsədilə nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr heç bir sübut əldə etməmiş (məhkəməkimyəvi ekspertizasının rəyi istisna olmaqla), bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkəməyədək icraat zamanı digər qanun pozuntularına və bunlarla bağlı müvafiq sübutlarla müəyyən edilmiş bir sıra hallara da müraciət etməyi məqsədə müvafiq sayır və qeyd edir ki, həm X9un özünün, həm də onun müdafiəçisinin bəraət almış şəxsin ilkin araşdırma zamanı fiziki zorakılığa məruz qalmasına dair iddiaları ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılaraq əvvəl 23 sentyabr 2022-ci il tarixli qərarla, həmin qərar Sabunçu rayon prokuroru tərəfindən 10 mart 2023-cü il tarixli qərarla ləğv olunduqdan sonra isə – təkrarən 7 aprel 2023-cü il tarixli qərarla cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Əvvəla həmin qərarın da öyrənilməsi nəticəsində də müəyyən edilmişdir ki, bu prosessual sənəddə əks olunmuş hallar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Belə ki, cinayət işinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, həmin araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Şahid1, Şahid2, Y, Y1 və Z, hər birisi ayrı-ayrılıqda verdikləri izahatlarında göstərmişlər ki, X9 üzərində qanunla qadağan edilmiş əşyaları əldə etməsi, saxlaması və daşıması şübhəsi ilə saxlanılaraq 13-cü Polis Bölməsinə aparılmış və onun üzə rində şəxsi axtarış aparılarkən ondan bir bükümdə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu tədbirlər həyata keçirilərkən X9ə qarşı fiziki zorakılıq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. İş materiallarından isə görünür ki, əvvəla X9 həqiqətən 8 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Polis Bölməsinə gətirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 13-cü Polis Bölməsinə heç bir məlumat daxil olmamış, bununla bağlı şübhəni təsdiq edən sübutları isə adları çəkilən polis əməkdaşları istər təhqiqat və ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim etməmişlər. Digər tərəfdən, adları göstərilən polis əməkdaşları öz izahatlarında X9 saxlanılarkən onun bədənində hər hansı xəsarətlərin olmasını da bildirməmişlər. İşə mahiyyəti üzrə baxılarkən isə şahidlər Şahid1 və Şahid2, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, X9un istintaq təcridxanasına qəbul edilərkən bədəni üzərində aşkar edilmiş xəsarətlər (bu hal məhkəmənin Bakı İstintaq Təcridxanasından tələb edərək araşdırdığı tibbi kitabçada olan məlumatlarla təsdiq olunur) çox guman ki, onlardan yayınması zamanı yıxılması nəticəsində əmələ gəlmişdir. Lakin, şahidlərin göstərdikləri bu xüsusat da elə Sabunçu rayon prokurorluğunda aparılan araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli 15 saylı rəyi ilə inkar edilmişdir. Həmin rəyə görə, X9un tibbi kartasında olan məlumatlara əsasən onda sağ saidin kəsilmiş yarası və sol budun qançırı aşkar edilmişdir. Xəsarətlərdən sağ saidin kəsilmiş yarası kəsici kənara malik əş ya (alət) təsirindən, sol budun qançırı ilə bərk küt əşyanın təsirindən törənmişdir, onun Bakı İT-sının Tibbi Sanitar Hissəsində tibbi müayinəsindən (13 sentyabr 2022-ci il) 3-5 gün əvvələ uyğun gəlməklə qərarda göstərilən 8 sentyabr 2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə sağ saidin kəsilmiş yarası sağlamlığın qısa müddətə yaranmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol budun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi inkar olunur, müayinə olunan şəxsin özü və kənar şəxs tərəfindən yetirilə bilər. Beləliklə, X9un 8 sentyabr 2022-ci il tarixdə saxlanıldıqdan sonra onun döyülməsi və ona məhkəmə-tibbi ekspertizasının rəyi ilə müyyən edilmiş xəs arətlərin kənar şəxslər tərəfindən yetirilməsi, bunun da nəticəsində onun elan olunmuş ittiham üzrə cinayət törətməsi haqda etirafedici ifadələr verməsi bəraət almış şəxsin məhkəmə iclasında verdiyi ifadələrlə yanaşı şahid X1in ifadələri, qeyd olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə, X9un Bakı İstintaq Təcridxanasına qəbul edilərkən onun bədəni üzərində xəsarətlərin olması haqda tibbi kartda edilmiş qeydlərlə, bu haqda İstintaq Təcridxanasının rəhbərliyi, habelə Sabunçu Rayon Məhkəməsi tərəfindən Bakı şəhər və Sabunçu rayon prokurorluqlarına verilmiş məlumatlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası bu haqda da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, X9un təqsirliliyinə dəlalət edən sübutlar ilkin və ibtidai araşdır malar zamanı digər (yuxarıda göstərilən) pozuntularla yanaşı həm də CPM-in 125.2.2-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilməklə toplanıldığından həmin sübutlar qanuni yolla əldə edilmiş mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Kassasiya protestində Sabunçu rayon prokurorluğunun 7 aprel 2023-cü il tarixli qərarına istinad edilməklə bu nəticə inkar edilsə də, məhkəmə kollegiyası bununla bağlı da dəlilləri qəbul edilməz sayır və öz qənaəti ilə əlaqədar vurğulamağı lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri- insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlar dan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, Konvensiyanın 3-cü maddəsinin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolveri lməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxs tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkə n onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predm eti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətl ərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən X9in saxlanılması, tutulması və onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması haqda hər hansı qeyd aparılması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da X9i saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X9ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əm əli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X9in hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə mötəbər nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişlər. Bu nəticənin əsasında duran və, məhkəmə kollegiyasının fikrincə, diqqət yetirilməli olan daha bir məqam ondan ibarətdir ki, X9a elan olunmuş ittihamın əsasını təşkil edən, onun 8 sentyabr 2022-ci il tarixdə saat 20.30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, "Bravo”marketin yaxınlığında saxlanılması barədə polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri, habelə X9un narkotik vasitəni 8 sentya br 2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində əldə etməsi barədə verdiyi ifadələri ibtidai araşdırma orqanı tərəfindən mötəbər sübut kimi qəbul edilsə də, bu xüsusatlar da məhkəmə iclasında əldə edilərək araşdırılmış obyektiv sübutlarla təkzib edilmişdir. Belə ki həm X9un, həm də əlavə şahid X1in məhkəmə iclasında hər birisinin ayrıayrılıqda verdikləri ifadələrindən görünür ki, onlar 8 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən X9a qarşı irəli sürülmüş ittihamda göstərilən yerdə deyil, sonuncunun yaşadığı ünvana yaxın olan ərazidə saxlanılaraq 13-cü Polis Bölməsinə aparılmışlar. X9 isə həmçinin qeyd etmişdir ki, o, 8 sentyabr 2022-ci il tarixdə Əmircan qəsəbəsində olmamış, həmin tarixdə heç kimdən narkotik vasitə əldə etməmiş və saxlanılark ən onun üzərində belə vasitə olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə edilmiş X9a məxsus mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatlarından görünür ki, X9 8 sentyabr 2022-ci il tarixdə istər səhər saatlarında, istərsə də həmin tarixdə digər vaxtlarda Sabunçu rayonunun Əmircan qəsəbəsində ümumiyyətlə olmamış və həmin tarixdə həm saxlanılması göstərilən vaxtda, həm də digər vaxtlarda əsasən ünvan 4 ünvanında yerləşən antenin əhatə dairəsindəki ərazisində olmuş, həmin ərazi isə, müdafiəçinin məhkəməyə təqdim etdiyi və işə əlavə olunmuş xəritələrə görə, Nizami rayonunun ərazisinə aid olan R.Rüstəmov küçəsindən və həmir ərazidə yerləşən “Bravo” supermarketdən kifayət qədər aralı məsafədə yerləşir. Qeyd olunan məlumatlardan həmçinin görünür ki, X9 Nizami ray onu, R.Rüstəmov küçəsində 8 sentyabr 2022-ci il tarixdə saat 00:10:23-dən saat 00:10:51-dək olmuşdur ki, bu vaxt da onun saxlanıldığı vaxtla üst-üstə düşmür. Bu məlumatların fonunda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tam əsaslı olaraq X9un 8 sentyabr 2022-ci il tarixdə saxlanılması yeri haqqında həmin məlumatlarla uzlaşan sonuncunun ifadələrini həqiqətə uyğun olan ifadələr hesab edərək onlara düzgün qiymət vermiş, ona elan olunmuş ittihamda təhlil edilən məsələ ilə bağlı sonuncunun faktiki saxlanıldığı yer isə ibtidai araşdırma orqanı tərəfindən düzgün müəyyən edilməmişdir. Bütün yuxarıda təsvir edilənlərdən göründüyü kimi, X9a qarşı irəli sürülmüş ittiham toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış, əksinə, həmin ittihamla müəyyən edilmiş hallar məhkəmə iclasında araş dırılmış sübutlara ziddiyyət təşkil etmiş və təkzib edilmişdir. Buna görə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının (yuxarıda ətraflı təsvir edilmiş) fonunda istintaq orqanının təqdim etdiyi sübutların iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmalarını haqlı hesab edir və bir daha qeyd edir ki, X9un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X9a elan olunmuş ittiham üzrə ə məlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X9in hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə qənaətə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, digər tərəfdən isə tam əsaslı olaraq təqsirsizlik prezumpsityası prinsipini rəhbər tutaraq həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmişdir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə sübutların toplanması zamanı kobud qanun pozuntularını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X9a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin pr otestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, X9in CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri qənaət isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsi rliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs X9in və onun müdafiəçisi Ə.A.Qasımovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X9a CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar