Məhkəmə qərarları › İş №1(102)-1667/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1667/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1667/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci i l tarixli 1(103)-617/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim İlham Kərimli) 22 yanvar 2025-ci il tarixli 1(007)-76/2025 nömrəli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Ermənistan Respublikası Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 1(059)-38/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 4 (dörd) gün həbsdə saxlanılması nəzərə alınmaqla üzərində 2 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Alov” restoranında olarkə n iş yoldaşı X1 özünə məxsus “Samsung'” markalı mobil telefonunda yaranmış nasazlığı aradan qaldırmaq üçün “1974” saylı giriş kodunu yazaraq telefonun ekranını açıb ona verməklə telefonda nasazlığa səbəb olmuş artıq yüklənmiş şəkilləri silərək telefonu Naibə Həsənovaya geri qaytardıqdan sonra o həmin gün saat 14:46 radələrində qeyd edilən restoranda Naibə Həsənova tərəfindən masa üzərinə qoyulmuş telefonu götürüb kodu daxil edərək “Leobank” mobil tətbiqinin yadda saxladığı giriş kodunu yazıb mobil tətbiqə daxil olub Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leobank” tərəfindən verilmiş 4098- 58446564-7871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 510 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz o lan arvadı Şahid1 adına olan 4098-5844-9269-5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 510 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olarkən saat 12:22 radələrində masa üzərinə qoyulmuş, iş yoldaşı X3 məxsus “Samsung” markalı mobil telefonu götürüb telefonda olan “Leobank” mobil tətbiqinin əvvəlcədən bildiyi “1974” saylı giriş kodunu yazıb mobil tətbiqə daxil olaraq Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leoba nk” tərəfindən verilmiş 4098-5844-65647871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 204 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan 4098-5844-9269-5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 204 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olarkən saat 09:17 radələrində masa üzərinə qoyulmuş, iş yoldaşı X3 məxsus “Samsung” markalı mobil telefonu götürüb telefonda olan “Leobank” mobil tətbiqinin əvvəlcədən bildiyi “1974” saylı giriş kodunu yazıb mobil tətbiqə daxil olaraq Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leobank” tərəfindən verilmiş 4098-5844-65647871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 600 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan 4098-5844-9269-5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 600 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “S evinc” kinoteatrının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb onu “Emiland” oteldə aşpaz kimi işə düzəldəcəyinə dair yalan vəd verib zəhmət haqqı kimi Zərərçəkmiş şəxs1 tərəfindən 20 manat pul vəsaitinin köçürüldüyü hesabı öyrənmək istəyini bildirərək mobil bank tətbiqinə daxil olub baxmaq üçün xahiş edərək sonuncudan istifadəsində olan mobil telefonu almaqla həmin gün saat 11 radələrində cəmi 670 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 “Kapital Bank”a aid 5239-xx-xx-3710-9341 nömrəli kart hesabından özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan “Leobank”a aid 5411-2498-0709-7485 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 670 manat məbləğində pul vəsa itini gizli olaraq talayıb oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 11 mart 2025-ci il tarixli 1(103)-617/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 1(007)-76/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli 1(103)-617/2025 nömrəli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tö rətdiyi əməldən peşman olması, ilk məhkumluğunu, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, barışıq əldə etdiyini, himayəsində iki azyaşlı uşağının olması, ailənin yeganə qazanc mənbəyini olması hallarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərin ə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah ol unmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üç ün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, məhkum cinayət əməlləri 2 zərərçəkmiş şəxsə qarşı törətmiş və həmin əməl dörd epizoddan ibarət olmuş, yəni təkrar törədilmişdir. Həmçinin iş mateiallarından görünür ki, Məhkum analoji cinayətə görə də bir dəfə məhkum edilmiş və ona 6 ay azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilməsi və ya ona daha yüngül növündə cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə i craatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qey d edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli 1(103)-617/2025 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli 1(103)-617/2025 nömrəli tarixli q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar