Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1668/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1960-cı ildə Şamaxı rayonu Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1ndə yaşayan Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə (hakim H.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü dəyişdirilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) ilə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantın rejiminin tətbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı evi tərk etməməli olduğun u, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantın nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 09.12.2020-ci il tarixdə saat 04 radələrində yaşadığı ünvan 1ndə yerləşən evi tərk edib insanların sıx toplaşdığı Salyan rayonunda yerləşən xəstəxanaya gedib saat 21 radələrində yaşadığı ünvana qayıtmaqla «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kass asiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını araşdırmamış, təqsirliliyi sübuta yetirilməmiş, beləliklə də cinayət qanunun norması düzgün tətbiq olunmamışdır. Belə ki, onun COVİD-19 testinin cavabı pozitiv çıxdıqdan sonra həkimlərin məsləhəti ilə evdə bir neçə gün müalicə olunmuş, lakin xəstəliyin ağırlaşması səbəbindən Səhiyyə Nazirliyinə teleqram vurmuşdur ki, onu müalicəyə götürsünlər. Lakin heç bir cavab gəlməmişdir. Ona görə də məcbur olub qardaşının maşını ilə təhlükəsizlik tədbirləri görülməklə Salyan rayon xəstəxanasına aparılmışdır. Həkimin müayinəsindən keçib evə qayıtmış və ona məlum olmuşdur ki, polis işçiləri gəlib onu soruşmuşlar. Ona görə də məhkum hesab edir ki, işin hərtərəfli araşdırılması üçün apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi S.Fərəcovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur. Azərbaycan Respublikası CM-in 139-1-ci maddəsi Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-in 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhru m etmə ilə cəzalandırılır”. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökm ü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yun anıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata ke çirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cina yət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları a raşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, i şə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi özünün etiraf edici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid 2, Şahid 3, Şahid 4, Şahid 5 və Şahid 6 ifadələri, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi xəstəxanasının 15 dekabr 2020-ci il tarixli, 123 nömrəli məktubu, Hacıqabul rayon Gigiyena və Epidomologiya Mərkəzinin 16 dekabr 2020-ci il tarixli, 180 nömrəli məktubu, Hacıqabul İH-in Birinci Udulu kənd İƏDN-nin 18 dekabr 2020-ci il tarixli, 78 nömrəli arayışı, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi əsaslı deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzası nı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanu ni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansi ya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1668/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1668/2021
08.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver