Məhkəmə qərarları › İş №1(102)-1668/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1668/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1668/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X4, Müdafiəçi – Müdafiəçi2 Arzuman oğlunun, Nümayəndə – X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarından hüquqi şəxs "xxxx" tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-484/2020 nömrəli, 27 aprel 2021-ci il tarixli (Hakimlər Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev qızı və İ.X.Həsənzadədən ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Azərişıq ASC”-nin X6 sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmi ş Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun Məhkum alınaraq dövlət büdcəsinə keçirilməsi, Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılmış mülki iddianın təqsirləndirilən şəxs Məhkum münasibətdə qismən təmin edilərək 13216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərər və 1000 (bir min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 14216 (on dörd min iki yüz on altı) manat məbləğində pulun təqsirləndirilən şəxs Məhkum alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CPMnin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(101)-484/2021 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək barəsindəki hökmün ləğv edilməsini, işin obyektiv araşdırılaraq yeni hökm çıxarılmasını xahiş etmiş, həmçinin hadisə nəticəsində xəsarət alan iş yoldaşı Zərərçəkmiş şəxs1 qarşı hər hansı qərəzli və qəsdən hərəkət etməməsi, ondan asılı olmayan səbəblərdən baş vermiş yol nəqliyyat hadisəsində onun özü də xəsarət aldığından hökmün Zərərçəkmiş şəxs1 mülki iddiası ilə bağlı ondan pul tutulması hissəsi ilə də razı olmadığını qeyd etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs1 də apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünün mülki iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi, mülki iddiasının hər bir cavabdehə münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyul 2021-c i il tarixli, 1(105)-483/2021 saylı qərarı (hakimlər E.M.Əhmədov (sədrlik edən və məruzəçi), V.C.Cəfərov və F.Ə.Məmmədov) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-484/2021 saylı 27 aprel 2021-ci il tarixli hökmü məhkumun və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, məhkumun və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 1(102)158/2022 saylı qərarı ilə (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən), T.L.Kazımov və Ə.C.Seyidov) məhkumun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətl əri qismən təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən mülki iddiaya aid hissədə ləğv edilməklə və cinayət işi mülki iddiaya aid hissədə apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-204/2022 saylı, 19 may 2022-ci il tarixli (hakimlər X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar KAmal oğlu və X1 ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Ci nayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 1(101)-484/2021 saylı hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək 13216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərər və 1000 (min) manat məbləğində mənəvi zərərin ödənilməsi, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində vəzifə maaşı nəzərə alınmaqla qanunla müəyyən olunmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmaqla, həmin məbləğlər cavabdeh "xxxx" ASC-dən alınaraq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs1 mülki iddiası qalan hissədə təmin edilməmişdir. İş üzrə qeyd edilən məhkəmə aktları çixarılmışd ır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarından mülki cavabdeh "xxxx" ASC tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Həmin qərardan kassasiya protesti verilməmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, sonuncu 18 sentyabr 2019-cu il tarixdə saat 10:30 radələrində “BC” kateqoriyalı AC №243661 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ və 007343 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, hüquqi şəxs “Azərişıq ASC”nə məxsus “UAZ-315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon ərazisində yerləşən yarımstansiyaların mühavizə dövrlərini yoxlanılması məqs ədilə ezam olunduqları vaxtı Quba-Söhüb yolunun 70-ci kilometrliyində Quba rayonu Söhüb kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək döngəli torpaq yolda idarəetməni itirdiyindən avtomobil yoldan çıxıb 50 metr hündürlükdən yoxuşa aşmış, nəticədə “UAZ-315302” markalı avtomobilin arxa sağ oturacağında olan sərnişin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Tapdıq oğlunun həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölmələrinə, avtomobilin arxa sol otu racağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1, həmçinin sürücü Məhkum sağlamlığa ağır zərər vuran xəsarətlər almalarına və “UAZ315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə “Azərişıq ASC”-nə 4692,76 (dörd min altı yüz doxsan iki manat yetmiş altı qəpik) manat maddi ziyan vurulmasına səbəb olan yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazın dəlilləri: Kassator şikayətində göstərmişdir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin isitismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 25-ci bəndində qeyd edilir ki, məhkəməl ər nəzərə almalıdırlar ki, MM-nin 1113.1ci maddəsinə əsasən cinayət hərəkətləri nəticəsində birlikdə vurulmuş ziyanin ödənilməsinə görə bütün təqsirli şəxslər birgə qaydada məsuliyyət daşıyırlar. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(105)-204/2022 saylı qərarın zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək 13216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərər və 1000 (min) manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyini təqsirləndirilən şəxs Məhkum üzrərinə deyil, birtərəfli qaydada yalnız "xxxx" ASC-yə üzərinə qoymaqla maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iş üzrə Zərərçəkmiş şəxs1 xəstəlik vərəqələrinə əsasən ödəmələr “Məcburi dövlət sosial siğort ası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə siğortaedənin vəsaiti hesabəna ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən hesablanmışdır. Həmin Əsasnamənin 62-ci bəndinin tələblərinə görə əmək qabiliyyətinin müvəqqəti ititirlməsi hallarında 8 ilədək sosial siğorta stajı olan işçilərə qazancın 60 faizi miqdarında müzvinət verilir. Həmçinin həmin Əsasnamənin 28-ci bəndinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayma bölməklə tapılır. Belə ki, Zərərçəkmiş şəxs1 2019-cu ilin oktyabr ayından heç bir gəliri olmadığı üçün xx.xx.2020-ci il tarixdən ona xəstəlik vərəqəsinə görə heç bir müavinət hesablanmamışdır. Lakin apellyasiya məhkəməsində yuxarıda qeyd olunanları nəzərə almamış, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halları tam, hərtərəfli araşdırmamış və maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya 19 may 2022-ci il qərarını ləğv edib, işin faktiki hallarının araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin etmək haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətinə etirazında göstərmişdir ki, kassasiya şikayətində qeyd olunub ki, Sumqayıt Apellyasiya Məhkəməsi 19 may 2022-ci il tarixli, 1(105)-204/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək 13126 manat maddi ziyan və 1000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin təqsirlənən şəxs Məhkum üzərinə deyil, bir tərəfli qaydada yalnız "xxxx" ASC üzərinə qoyulması maddi hüquq normalarının pozulması deməkdir. Əslində isə bu qərar ədalətli və əsaslıdır, çünki mən nasaz texnika üzündən qəzaya yolvermişəm, "xxxx" ASC nasaz texnika ilə işə çıxmağa məni məcbur edib, nəticədə bu bədbəxt hadisə baş verib, özüm də ağır xəsarət almışam, işləyə bilmirəm, hələ bu azdır ki, məni işdən də azad ediblər. MM-nin 1114.2-ci maddəsində qeyd olunur ki, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsinrinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Məhkəmə mənim özümdə ağır xəsarət almağımı və imkansız olmağımı müəyyən edib. Bunlara əsasən "xxxx" ASC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli həmin qərardan verilən kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsini n qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, nümayəndənin kassasiya şikayətinin təmin ed ilməsi, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Kassasiya şikayətində mülki iddia hissəsində düzgün qərar qəbul edilmədiyi iddia edilir və buna dair dəlillərə istinad olunur. Kassasiya şikayətində mülki iddianın təmin edilməməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instans iyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, b eynəlxalq müqavilələrin müddəalarına, mülki, mülkiprosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayət-prosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər q anunların tələbələrinə əsasən həll edilməlidir. Təsadüfi deyil ki, CPM-nin 179.2-ci maddəsində də müəyyən edilmişdir ki, mülkiprosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Göstərilən tələblərlə bağlı əvvəla məhkəmə kollegiy ası qeyd eldir ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs1 cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsi və həll olunması qaydalarını nəzərdə tutan CPM-nin bir sıra normalarına istinad edərək "xxxx" ASC-yə qarşı iddia qalıdırmış və bununla bağlı məhkəməyə ünvanladığı iddia ərizəsində "xxxx" ASC-dən 13216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərər və 1000 (min) manat məbləğində mənəvi zərərin ödənilməsini, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində vəzifə maaşı nəzərə alınmaqla qanunla müəyyən olunmuş müavinətin ödənilməsi öhdəliyi mülki iddiasının qismən təmin edilməsini labüd edən sənədlərə əsaslanaraq, habelə baş vermiş yolnəq liyyat hadisəsi nəticəsində nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı bu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası maddi və mənəvi ziyanın ödənilməsi hissəsində başqa qərarın, yəni kassasiya şikayətində göstərilən dəlillərə əsasən qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Belə ki, Azərəbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyətin əsasları müəyyən edilərək sair yüksək təhlükə mənbələri ilə bərabər nəqliyyat vasitələrindən də istifadə etməklə fiziki şəxsin vurduğu zərərə görə yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə zərərin ödənilməsi nəzərdə tutmuşd ur. Belə ki, MM-nin 1121.1.1 və 1121.14-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: - ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; - şəxsin ölümündən sonra doğulmuş uşağı; - ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş ş əxslər. MM-nin 1121.2-ci maddəsinin tələblərindən görünür ki, işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. MM-nin 1121.3.1 - 1121.3.5-ci maddələrində zərərin əvəzi ödənilən şəxslərin dairəsinə və müddətlərinə, MM-1122-ci maddəsində isə bunun miqdarının müəyyən edilməsinə dair müddəalar əksini tapmışdır. Ümumilikdə zərərçəkmiş şəxsin mülki iddiasının həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı normalarının tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun v ə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu e htiva edir. Bununla yanaşı, bu konstitusiyon tələb həmçinin cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların mülki iddia qaldırmaqla vurulmuş zərərə görə həmin zərərin əvəzinin ödənilməsi tələb etmək hüququnu, cinayət mühakimə icraatını həyata keçirən orqanların, o cümlədən məhkəmələrin isə zərər çəkmiş şəxslərin bütün hüquqlarının təmin olunması üçün lazımi şərait və imkanlar yaratmalarını nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüquq u nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövçud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin bu normalarının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir həmçinin CPM-nin 179-cu və digər maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-ni n 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş vermə sinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təy in etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda m əsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiy atsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkə mələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarılarkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 71 və 72-ci bəndlərində isə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyi n məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassı z olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş X3 mülki iddiasının qismən təmin edilməsi barədə məsələni həll edərkən həmçinin onu nəzərə almışlar ki, bu barədə tövsiyə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il 5 saylı Qərarında da nəzərdə tutulmuş və məhkəmə təcrübəsinin öyrənlməsi göstərir ki, həm istintaq orqanları, həm də məhkəmələr tərəfindən həmin tövsiyələrə əsasən əməl olunur. Həmin Qərarın 24-cü bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Qanunvericiliyin tələblərinə və mənasına görə cinayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146- cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, istər yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı, istərsə də maddi tərkibli digər cinayətlərə dair işlər üzrə verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə belə cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-ni n 139.0.6-cı maddəsinin müddəaları da tələb edir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısınını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərər çəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının bir hissəsinin qismən təmin etməklə, qalan hissəsini isə təmin etməməklə düzgün nəticəyə gəlmiş, buna görə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyini qeyd edərək cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətində istinad etdiyi dəlillərin əsassız olması barədə qənaətə gəlir və həmin şikayətdə irəli sürülmüş tələbin təmin olunmasını mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə cavabdeh "xxxx" ASC-nin, həmin şikayətin təmin edilməməsi haqqında isə müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarı "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar