Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1668/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvv əllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli 1(106)-32/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(099)-235/2023 nömrəli hökmü (hakimlər V.İ.Əhmədov (sədrlik edən), İ.Ə.Neymanov və N.N.Hüseynov) ilə Məhkum – Azərbaycan Respublikası CM-in 12.1, 181.4-cü maddəsi ilə nə zərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; CM-in 66.5-ci maddəsinə əsasən, təyin olunmuş cəza ilə ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2022-ci il tarixli 1(101)-598/2022 saylı hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın əvvəlinin 24 avqust 2021-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli 1(106)-32/2024 nömrəli qə rarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), İ.Q.Abdullayev və S.F.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(099)-235/2023 nömrəli hökmü cəza hissəsində dəyişdirilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(099)235/2023 nömrəli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin sanksiyası nəzərə alınmaqla), CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2022-ci il tarixli 1(101)-598/2022 nömrəli hökmünə əsasən CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırkı qərara əsasən CM-in 181.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökmdən Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən X11, X12, X10 və X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Rusiya Federasiyasının Yekaterinburq şəhəri, Teploxodnıy keçidi küçəsində yerləşən “Taqanskiy ryad” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş nağd pul vəsaitlərinin Rusiya Federasiyasından Qırğızıstan Respublikasına daşınmasını həyata keçirən şəxslərə həyat və sağlamlıq üçün təhlükəli ol an zorakılıqla bağlı basqın etməklə həmin pul vəsaitlərini quldurluq yolu ilə əldə etməkdən ibarət birgə cinayətkar niyyətlərinə uyğun olaraq, razılaşdırılmış rol bölgüsünə və hazırlanmış plana əsasən 2019-cu ilin aprel ayından 02 iyul 2019-cu il tarixədək müşahidələr aparmaqla pul vəsaitlərinin daşınmasını həyata keçirən şəxslər, onların hərəkət marşrutları və nağd pulun çatdırılacağı yer barədə informasiyalar topladıqdan sonra X2 02 iyul 2019-cu il tarixdə 19 400 000 Rusiya rublu və ya həmin dövrün Azərbaycan Respublikası milli pul məzənnəsinə uyğun olaraq 523.800 manat məbləğində nağd pul vəsaitini “Taqanskiy ryad” ticarət mərkəzindən çıxararaq üzərində daşıyacağı barədə özü və X10 məlumat alıb, həmin məlumatı qrupun digər üzvlərinə ötürərək quldurcasına basqının ediləcəyi şəxsi müəyyən etməklə, X10un üzərində saxladığı silah qismində istifadə olunan istintaqla müəyyən olunmamış “Makarov” (PM) konstruksiyalı olmaqla 09 mm kalibrli tapançanı tətbiq etməklə qrupun digər üzvləri ilə birlikdə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə X11a sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmək barədə niyyətlərini realizə etmək üçün həmin gün saat 15 radələrindən etibarən qrupun digər üzvləri ilə birlikdə “Taqanskiy ryad” ticarət mərkəzinin avtomobil dayanacağına gələrək, Kamçibek Karimovun həmin ticarət mərkəzinin binasından çıxıb idarə etdiyi avtomobillə Rusiya Federasiyasının Yekaterinburq şəhəri, Kalinin küçəsi, 22 ünvanında yerləşən yaşayış yerinə doğru hərəkət etdiyini müşahidə etməklə X11 və X10 ilə birlikdə sonuncunun idarə etdiyi “Lad a Priora” markalı X853 EB 96 dövlət nömrə nişanlı avtomobili ilə, X12 və X13 isə sonuncunun idarə etdiyi “Volksvagen Touareg” markalı E 841 MC 15 dövlət nömrə nişanlı avtomobillə Kamçibek Karimovu təqib edərək sonuncunun qeyd olunan ünvanında yerləşən yaşadığı binanın həyət sahəsinə daxil olmasından sonra basqının edilməsi üçün əlverişli şəraitin yarandığını görüb, özü X11 və X10 ilə birlikdə hərəkət etdikləri avtomobillə həmin həyət sahəsinin Kalinin küçəsində olan girişini tutmuş, X12 və X13 isə hərəkət etdikləri avtomobillə Avanqardnaya küçəsində olan girişini tutduqdan dərhal sonra X10 və X13 avtomobillərdən enərək X üzərinə doğru qaçmaqla əl və ayaq zərbələri endirməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqını həyata keçirərək X üzərində olan nağd pul vəsaitlərinin olduğu çantanı verməsini tələb etsələr də, sonuncu onlara aktiv müqavimət göstərdiyindən X10 həmin anda yaranmış və qrupun digər üzlərinin qəsdi ilə əhatə olunmayan X qəsdən öldürmək niyyətini icra edərək üzərində saxladığı “Makarov” tipli həmin tapançadan iki dəfə qəsdən atəş açmaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə öldürmüş, həmin müddətdə özü rolların bölgüsünə və hazırlanmış plana əsasən öhdəsinə düşən hərəkətləri yerinə yetirərək X11 və X12 ilə birgə kənar şəxslərin müdaxiləsinin qarşısını almaq, zəruri halda basqını həyata keçirən qrup üzvlərinə köməklik göstərmək və basqını həyata keçirən şəxslərin hadisə yerindən qaçmasını təşkil etmək üçün basqının həyata keçirildiyi yerin yaxınlığında dayanmaqla nəzarət i həyata keçirmiş, bununla da X11un üzərində daşıdığı çantada olan 19.400.000 (on doqquz milyon dörd yüz min) Rusiya rublu və ya 523.800 (beş yüz iyirmi üç min səkkiz yüz) manat məbləğdə xüsusilə külli miqdarda əmlakın əldə edilməsinə yönəlmiş basqın nəticəsində sonuncunun aktiv müqavimətinin qırılmasına nail olaraq, X10 və X13 həmin çantadan 4.012.000 (dörd milyon on iki min) Rusiya rublu və ya 108.324 (bir yüz səkkiz min üç yüz iyirmi dörd) manat məbləğində nağd pul vəsaitini götürməklə hadisə yerindən qaçaraq, həmin pul vəsaitlərini aralarında bölməklə özünün və digər qrup üzvlərinin xeyrinə keçirərək Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə yalnız RF-in CM-nə istinad etməsi əsassız, qanunsuz olmaqla yanaşı anlaşılmazdır. Belə ki, apellyasiya instansiya məhkəməsi istinad etdiyi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinev Konvensiyasının 91-ci maddəsinin 3-cü bəndində qeyd edilmişdir ki, Sorğu alan Razılığa gələn Tərəf də cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. CM-in 181.4-cü maddəsinin sanksiyasında on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin B bəndinin sanksiyasında isə bir million rubla qədər miqdarda və ya əmək haqqı miqdarında və ya məhkumun son beş il müddət ərzində olan digər gəliri miqdarında cərimə tətbiq edilməklə yaxud tətbiq edilmədən və iki ilədək müddətə azadlığın məhdudlaşdırılmaql a yaxud məhdudlaşdırmadan səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutlmuşdur. Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası qanunvericiliyinə əsasən baxılması və cəza təyin edilməsi Kişinev Konvensiyanın tələblərinə uyğun olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi anlaşılmayan səbəblərdən yalnız RF-in CM-in tələblərinə əsaslanaraq yüngüllüyünə görə aydın-aşkar ədalətsiz cəza təyin etmişdir. Qeyd edilməlidir ki, CM-in 181.4-cü maddəsində sanskiyanın aşağı həddi 14 il müddətə azadlıqdan məhrum etmə cəzası olduğu halda, məhkəmənin həmin maddə ilə 9 il azadlıqdan məhrum etmə cəzası təyin etməsi və bunu RF-in CM-dəki müvafiq normanın sanksiyası ilə əlaqələndirməsi CM-in 58.1-ci maddəsinin tələblərinin kobud şəki ldə pozulması ilə nəticələnmişdir. Həmçinin protestdə qeyd olunur ki, hökmdən CM-in 12.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəanın xaric edilməsində də haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, cinayətin Azərbaycan Respublikası vətəndaşı tərəfindən törədildiyini və bu səbəbdən CM-in 12.1-ci maddəsinə istinad etməyə ehtiyac olmadığını birinci instansiya məhkəməsi nəzərə almamış, yəni cinayət qanununun qeyd olunan normasının mənasına görə Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslər (əcnəbilər) tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda həmin normaya istinad edilməklə hökm çıxarıla bilərdi. Lakin məhkəmə kollegiyası bu əsaslandırmanın CM-in 12.1-ci maddəsinə aidiyyətinin olmamasını nəzərdən qaçırdığından səhv qənaətə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, CM-in 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən maddədə Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslər (əcnəbilər) tərəfindən Azərbay can Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətmələri barədə heç bir qeyd mövcud olmadığı halda məhkəmə kollegiyası CM-in 12.1-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməsinə dair səhv nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi R.Qocayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-ed ilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsinə görə “Bu Məcəllənin 181.1— 181.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə — on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məh rum etmə ilə cəzalandırılır” Kassasiya protestinin dəlilləri ilə razılaşan və protestin təmin edilməsini mümkün hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində olan cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası ərazisində yekunlaşdırıldığından və işə Azərbaycan Respublikası ərazisində, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxıldığından birinci instansiya məhkəməsi Məhkum Kişinyov Konvensiyanın və qanunvericiliyin tələblərinə riayət edərək, Azərbaycan Respublikası və Rusiya Federasiyasının cinayət qanunvericiklərinin tələblərini qarşılıqlı olaraq nəzərə alıb, yəni CM-in 181.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi və RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin B bəndinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddini nəzərə alaraq cəza təyin etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halları, həmin cinayətdə iştirakının rolunu, cinayətin digər iştirakçılarına təyin edilmiş cəzaların müddətini, CM-in 181.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin 14 il olduğunu və RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin B bəndinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 15 il olduğunu nəzərə alıb, Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmayan cəza təyin etmişdir. Apellyasiya instansiya m əhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “..... həm RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsi, həm də Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsi eyni tövsifedici ələmətlərlə quldurluq cinayətini nəzərdə tutur. Hər iki ölkənin Cinayət Məcəlləsinin qeyd olunan maddələrində quldurluq cinayətinin dispozitiv əlamətləri, habelə tövsifedici əlamətləri (xüsusən, xüsusilə külli miqdarda ziyan vurmaqla bu cinayətin törədiləsi əlaməti də daxil olmaqla) tamamilə üstüstə düşür. Lakin buna baxmayaraq RF CM-in 162-ci maddəsinin 4-cü hissəsinin «b» bəndinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in analoji maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının hədləri arasında əhəmiyyətli dərəcədə fərq olduğu üzə çıxır. Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsinə münasibətdə RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin «b» bəndinin sanksiyası daha yüngüldür. Eyni zamanda qeyd olunmalıdır ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının 99-cu maddəsinə görə Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş veribverməməsindən asılı olmayaraq nəzərə ala bilər. Həmin Konvensiyanın 101-ci maddəsinə görə bir şəxsi və ya bir qrup şəxsi bir neçə cinayətin törədilməsində təqsirləndirərkən, bir yerə birləşdirilən və Razılığa gələn Tərəflərin ik i və ya bir neçə məhkəməsinə məhkəmə aidiyyəti olan işlərin baxılmasına ibtidai istintaqın başa çatdırıldığı Razılığa gələn Tərəfin məhkəməsi səlahiyyətlidir. Bu halda işə Razılığa gələn həmin Tərəfin qanunvericiliyinə uyğun olaraq baxılır. Beləliklə, yuxarıda qeyd edilən Beynəlxalq Müqavilənin normalarının milli qanunvericilik normaları ilə qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olar ki, Razılığa gələn tərəflərdən hansının ərazisində cinayət törədilməsindən aslı olmayaraq cinayət təqibini başa çatdıran və cinayət işinə məhkəmələrində baxılan dövlətin qanunvericiliyi tətbiq edilir. Bu baxımdan Azərbaycan Respublikasının cinayət və cinayət prosessual qanunvericiliyinin tətbiq edilməsi zəruridir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd edilən cinayət qanunun normasının mənasına görə cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməl hər iki dövlətin, yəni ərazisində cinayət törədilən dövlətin, həm də cinayət işinə məhkəmələrində baxılan dövlətin cinayət qanunvericiliyində cinayət kimi nəzərdə tutulsun. Göründüyü kimi, Azərbaycan Respublika sının cinayət qanunu Beynəlxalq Müqavilə üzrə Razılığa gələn tərəfin cinayət qanunun yurisdiksiyasını qəbul edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin barəsində həm Rusiya Fedarasiyasının, həm də Azərbaycan Respublikasının cinayət qanunvericiliklərinin normaları qarşılıqlı şəkildə tətbiq olunmalı və hansı cinayət qanununun şəxsin hüquqi vəziyyətini yaxşılaşdırması aydınlaşdırılmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işdə təsvir olunan cinayət əməli həm RF-in, həm Azərbaycan Respublikasının cinayət qanunvericiliklərində dispozisiya əlamətləri baxımından üst-üstə düşsə də, sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının hədləri baxımından fərqlidir. Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsinin sanksiyası (14 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzası) RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin sanksiyasından (8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası) daha ağırdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-in 181.4-cü maddəsi ilə tövsif edilməli olsa da, ona daha yüngül cəza nəzərdə tutan cinayət qanunun norması ilə, yəni RF-in CM-in 162-ci maddəsinin 4-cü hissəsinin sanksiyası üzrə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən düzgün olmayaraq Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsinə istinad etmiş, bu zaman həmin cinayətin Azərbaycan Respublikası vətəndaşı tərəfindən törədildiyini və bu səbəbdən CM-in 12.1-ci maddəsinə istinad etməyə ehtiyac olmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası cinayət qanunun qeyd olunan normasının mənasına görə Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslər (əcnəbilər) tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda həmin normaya istinad edilməklə hökm çıxarıla bilərdi. Ona görə də kollegiya hesab edir ki, hökmdən CM-in 12.1-ci maddəsi ilə bağlı müddəalar xaric edilməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin iş üzrə hökmü dəyişdirilməli, Məhkum CM-in 181.4-cü maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzas ı təyin edilməli, həmin cəza CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla onun üzərində qəti olaraq 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı olan Məhkum cinayəti Rusiya Federasiyasında törətmiş və Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və y a hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanunun həmin normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayə t törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tut ulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa dü şülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə gö rə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərar ı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara ə sasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1668/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1668/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver