Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1669/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və bəraət almış şəxs Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1-ci maddəsi ilə bəraət verilməsinə cinayət işi üzrə Sumq ayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(060)-479/2021 saylı hökmü ilə (hakim E.Məmmədov), xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsindən CM-nin 178.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiy inə görə ona cəza təyin edilməmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli hükmü ilə (hakimlər: X3 (sədrliyi və məruzəsi ilə), X4 və X1 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(060)-479/2021 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qru p şəxs halında etibardan sui-istifadə etməklə və aldatmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işin həlli üçün pul vermək lazım olduğunuİş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat, 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda 3000 manat pulunu vahi d niyyətlə ələ keçirib, zərərçəkmiş Vüqar Museybova ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmiş və kassasiya protestinə qarşı etiraz verilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, Məhkum ibtidai araşdırmanın bütün mərhələlərində zərərçəkmiş şəxsin vahid niyyətlə qrup halında 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat, 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda 3000 manat pulunu ələ keçirib, zərərçəkmiş Vüqar Museybovun ümumilikdə 5000 manat məbləğində pulunu ələ keçirmişdir. Bu hal, ist ər ilkin araşdırma və istintaq zamanı Məhkum, Zərərçəkmiş şəxs və digərlərinin izahat və ifadələrində öz təsdiqini tapmışdır. Hətta, keçirilmiş üzləşdirmə istintaq hərəkətlərində də Məhkum üzləşdiyi şəxslərin üzünə qarşı Şahid4la bilrikdə 2000 manat və 3000 manat pulu ələ keçirdiyini bildirmişdir. Bu halı Zərərçəkmiş şəxs və digər şahid ifadələri ilə təsdiq edilmişdir. Belə olan halda, yalnız məhkəmə istintaqında həmin xüsusatı təsdiq etməyən Məhkum ifadəsini sübüt kimi qiymətləndirməməli olduğu halda məhkəmə digər iş materiallarına əhəmiyyət vermədən təqsirləndirilən şəxsə inanmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.Törədilmiş əməl o halda CMnin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. C PM-in 124.2-ci maddəsinə əsasən zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. Göründüyü kimi, irəli sürülmüş ittiham yuxarıda sadalanan sübutlar nəzərə aldıqda bu sübutların ittihamın əsaslı olaraq irəli sürülməsi qənaətinə gəlməyə kifayətdir. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüy ünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiy a protestində Məhkum təqsirli bilinərək ona cəza təyin edilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum CM-in 178.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair araşdırmanın nəticəl əri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hökm çıxararkən belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum “tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işi həll üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat pulunu alması ittihamı üzrə bəraət verilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəs indən 178.1-ci maddəsinə tövsif olunmalı, Məhkum “tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işi həll üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda 3000 manat pulunu ələ keçirməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməlidir. Birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edərək, həmin maddə ilə hökm çıxarmışdır. Məhkəmədə təqsirləndirilən şəxs Məhk um ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1/2, mənzil 19-da ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhərində Maqsud adlı şəxsin quşçuluq fabrikində fəhlə kimi işlədiyi üçün orada baytar həkimi işləyən Vüqarı tanımış, Şahid4 da onunla bir yerdə işlədiyi üçün onu da həmin quşçuluq sexindən tanımışdır. Vüqar baytar həkim kimi onun işlədiyi sexin adı ilə şirkətdən bahalı dərmanlar götürüb həmin dərmanları sexə gətirməmiş və Vüqar demişdir ki, həmin dərmanlar Mastağa və Ramanı qəsəbəsində yerləşən Maqsudun digər sexlərinə aparılır. Sonradan ona məlum olmuşdur ki, həmin dər manları Vüqar aparıb başqa yerə satır. O, bunları bildikdən sonra Vüqara bu barədə demiş, Vüqar isə ona demişdir ki, bu məsələyə görə ona 7000-8000 manat pul verəcəkdir. 2019-cu ilin əvvəllərində Vüqar ona və Raminə demişdir ki, Asəf adlı tanışı ilə birlikdə cücə böyütmə işini görmüş və Asəf ona 3300 manat pul verməlidir, həmin pulu almaqda ona köməklik etmələrini xahiş etmişir. O, həmin ərəfələrdə Vüqarla Bərdə rayonuna getmiş, lakin Asəfi tapa bilməmişlər. Vüqar ona demişdir ki, həmin pulu alsa pulun yarısı onun olacaqdır. Həmçinin Vüqar ona təklif etmişdir ki, Asəfi arxa nahiyyəsindən bıçaqla vurub biabır eləsin. Vüqar ona vəd etmişdir ki, onun arxasında dayanacaq və nə lazımdırsa edəcək ki, o, tutulmasın. X10 şəhərində görüşmüşlər və Asəf demişdir ki, iki aya 3300 manat pulu verəcəkdir. Həmin ərəfələrdə Asəf bir dəfə 1800 manat pulu ona vermiş, o həmin puldan 30 manat götürmüş və qalan pulu Raminə vermişdir ki, aparıb Vüqra versin. Ramin də həmin pulun Vüqara çatdırmışdır. Qalan 1500 manat pulu da Asəf gətirib ona vermiş və həmin pul onda qalmışdır. O həmin pulu Vüqara qaytaracaqdı, lakin belə olmuşdur ki, uşağı xəstə olduğundan həmin pulu xərcləmişdir. Asəf Vüqarın pulunu ona verən ərəfədə Maqsud onu işdən çıxartmışdır. Ona deyilmişdir ki, onun işlədiyi yerdə yeyinti olmuş, o da həmin yeyintiyə görə Vüqarın üzünə durmamış, ona görə Vüqar işdə qalmış, o isə işdən çıxarılmışdır. O da Vüqara görə işdən çıxarıldığına və Vüqar ona dərmanları aparıb satdığına görə vəd etdiyi pulu vermədiyi üçün Vüqarı aldadıb pulunu almaq fikrinə düşmüşdür. Bu məqsədlə Vüqarın təklif etdiyi kimi guya kimisə bıçaqla vurması və özünü qurtarmaq üçün pul lazım olması barədə Vüqara yalan məlumat verərək bildirmişdir ki, o, Vüqarla Asəf arasında olan borc pul məsələsinə görə Asəfin gətirdiyi adamı bıçaqla vurmuş, bu işlə bağlı 3000 manat pul verilməlidi. 2019-cu ilin təxminən iyun ayında o, Vüqara zəng edib yalandan bildirmişdir ki, Asəflə onun arasında olan borc mübahisəsi ilə bağlı Asəfin gətirdiyi adamlardan birini Ceyranbatan qəsəbəsində bıçaqla vurub, bunun üçün Vüqardan 3000 manat pul istəmişdi. O, Vuqarı aldadıb pul alacağını qabaqcadan Raminə deməmiş, onunla razılaşmamış, bu barədə Raminə sonradan Vüqar özü məlumat vermişdir. Raminə ona görə əvvəlcədən məlumat verməmişdir ki, Raminlə Vüqar bir yerdə işlədiklərindən və dost olduqlarından Ramin bu barədə bilsəydi Vüqara məlum at verərdi və onun planı baş tutmazdı. Vüqar onun işlədiyi yerdə olan dərmanları başqa yerlərə satıb onun pulunu vermədiyi üçün, o da bu cür ondan pulunu almağa çalışmış, bu işdə də ona heç kim köməklik etməmişdir. O, Vüqardan 5000 manat deyil, cəmi 3000 manat pul almış, həmin pulu Vüqar Sumqayıt şəhərində Göyərçin abidəsi yaxınlığındakı kafelərdən birində Raminə vermiş, Ramin də ona vemişdir. Ona verilən puldan Raminə və ya digər şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Həmin vaxt orada onlardan başqa Ceyhun adlı şəxs və adını xatırlamadığı daha bir nəfər də olmuşdur. İbtidai istintaq zamanı yalnızAbşeron rayon polisində ifadəsi alınmış, o polisdə müstəntiqə də hazırda məhkəmədə verdiyi ifadəni danışmış, elə başa düşmüşdür ki, müstəntiq onun dediklərini yazıb. Buna görə də müstəntiqi n ona təqdim etdiyi protokolları oxumadan imzalamışdır. Məhkum qeyd olunanların nəzərə alınaraq onun əməlinin CM-nin 178.2.1-ci maddəsindən 178.1-ci maddəsinə tövsüf edilməsini və müddət keçdiyi üçün barəsində olan cinayət təqibinə xitam verilməsini, 2000 manat epizodu üzrə isə, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Maqsud adlı şəxsin fabrikində baytar həkim işləmişdir. Asəf adlı şəxsi uzun müddətdir ki, tanımışdır. 2019-cu ilin əvvəllərində Asəf ona demişdir ki, cücə böyütmək işi ilə məşğul olmaq istəyir, o da baytar həkim olduğu üçün Asəfə bu işdə dəstək olmuşdur. O, Asəfin saxladığı cücələri öz pulu ilə peyvənd etmişdir. Həmin ərəfələrdə Asəfin maddi imkanı olmadığı üçün, o, təxminən 18000 manat dəyərində q uş yemini Maqsud adlı şəxsdən almış və Asəfə vermişdir. Asəf yemin pulunu ödəmiş, 7800 manat borclu qalmışdır. Asəf bir ay ərzində cücələri böyüdüb satmış, lakin ona demişdir ki, bu işdə ziyan etmiş və ona görə 7800 manat yemin pulunu da ödəməyəcəkdir. O da Asəflə buna görə dəfələrlə söhbət etmişdir ki, yemin pulunu ödəsin. Asəfi sonralar tapa bilməmişdir. Məhkum və Ramini də cücə sexində birlikdə işləyərkən tanımışdır. Raminlə münasibəti daha yaxşı olmuşdur. Elşəni və Raminlə birlikdə Asəfi tapıb bu barədə söhbət etmişlər ki, Asəf onun pulunu qaytarsın. Asəf demişdir ki, yemin pulunu verəcəkdir. 2019-cu ilin iyul ayında Ramin ona zəng edib demişdir ki, Asəfin ona olan borcuna görə Asəfin tanışları ilə Elşənin söhbətləri olmuş, Elşən Asəfin tanışını Xırdalan şəhərində bıçaqla vurmuş, bu iş i həll etmək üçün 2000 manat pul lazımdır. Ramin bu deyilənləri Elşənin ona dediyini bildirmişdir. O da bu barədə Elşən və Asəfdən soruşmuş, onlar da bunu təsdiq etmişlər. O, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda Elşənlə görüşmuş və 2000 manat pulu Elşənə vermişdir. Həmin pulun verilməsi ilə bağlı ona heç kim köməklik etməmiş, yəni Ramin ona 500 manat pul verməmişdir. Bundan təxminən 15-20 gün sonra Elşən ona zəng edərək demişdir ki, onunla Asəfin arasında olan söhbətə görə Asəf onun üstünə adam aparmış, o da həmin şəxslərdən birini Ceyranbatan qəsəbəsində bıçaqla vurmuş, bu işin həlli üçün ondan 3000 manat pul istəyirlər. O da bu barədə Asəfin özündən və Ramindən soruşmuş, onlar da bunu təsdiq etdikləri üçün 3000 manat pulu 2019-cu ilin iyul ayının əvvəllə rində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda dostu Ceyhunun yanında Raminə vermişdir. Həmin vaxt Elşən də onların yanındaolmuşdur. O Raminə daha çox inandığından 3000 manatı Raminə vermişdir. Ramin də həmin 3000 manatı Elşənə vermişdir. O əvvəl elə bilmişdir ki, 3000 manat pulu Raminə Xırdalan şəhərində H.Əliyev adına parkda vermiş, amma sonra xatırlamışdır ki, pulu Sumqayıt şəhərində Göyərçin abidəsi olan parkda vermişdir. O, sonralar bu məsələləri araşdırmış və ona məlum olmuşdur ki, Raminlə Elşən birlikdə onu aldadaraq 5000 manat pulunu ələ keçirmişlər. Lakin həmin puldan Raminə hər hansı məbləğ çatmasını bilməmişdir. X5 borclu olduğu puldan 1800 manat pulu Ramin gətirib işlədiyi sexdə ona vermiş, bundan başqa ona pul verilməmişdir. Asəfin ona olan borcu 3300 manat yox, 7800 man at olmuş, həmin pulun 6000 manatı hələ də ödənilməmiş qalmışdır. Onun Elşənlə aralarında heç bir borc mübahisəsi və borc söhbətləri olmamış, o, Elşənin barəsində verdiyi şikayət ərizəsindən sonra Elşən guya onun sonuncuya borclu olduğunu ortaya çıxarmışdır. O dərman şirkətindən Elşənin adı ilə və ya onun işlədiyi sexin adı ilə heç bir dərman götürməmiş, ümumiyyətlə Elşənin işlədiyi Maqsuda məxsus cücə sexinə dərman şirkətindən dərmanlar verilərkən Elşənin adına verilməmişdir. Zərər cəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum qanunla müəyyən olunmuş qaydada ağır cəza verilməsini məhkəmədən xahiş etdi.__ Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ciildə özünə məxsus mağazasını satmış və 17000 manat pul əldə etmiş, lakin heç bir işlə məşğul olmamış, avtomobili ilə taksi fə aliyyəti göstərmişdir. Zərərçəkmiş şəxs 2011-ci ildən tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Vüqar özü baytar həkimdir, onun Suraxanı rayonunda quşçuluq təsərrüfatı var idi. Vüqar da görmüşdür ki, onun işi yoxdur, o, Vüqara da demişdir ki, 17000 manat pulu var, o da bir iş görmək istəyir. Vüqar ona təklif etmişdir ki, o da cücə alıb saxlasın və satsın, bu işdə xeyri olacaqdır. Vüqar ona demişdir ki, bu iş üçün 30000 manat pul lazım olacaqdır. O Vüqara 17000 manat pulu olduğunu demişdir. Vüqar ona demişdir ki, eybi yox birinci dəfə az sayda cücə alsın, onu satandan sonra gələn dəfə çox alacaqdır. Vüqar ona demişdir ki, bir baytar kimi onun aldığı cücələrə baxacaq və hər cücədən ona 10-15 qəpik ona verəcək, o da razılaşmışdır, Vüqar demişdir ki, onun üçün cücə də tapacaq, saxl amağa yer də təşkil edəcək, həmçinin cücələrin satışında da onun tanışı cücə fabrikin müdiri Maqsud adlı şəxs ondan cücələri alacaqdır. Vüqar cücə üçün yem almasını da təşkil edəcəyinə söz vermişdir. Vüqarın bu işdə təcrübəsi olduğunu bildiyi üçün ona inanmışdır. O, Vüqara demişdir ki, onun bu işdə təcrübəsi yoxdur, Vüqar isə demişdir ki, hər işi özü təşkil edəcək, o da razılaşmış və yer axtarıb icarəyə yer tapmışdır. Vüqar ona cücənin birinin qiymətini əvvəl 85 qəpiyə desə də sonradan cücənin birini 1,5 manata demiş, o da məcbur olub almışdır. Vüqarın hesabına görə, o, cücəni bir aya böyüdüb satmalı idi və bütün xərclərdən sonra bir cücədən 30 qəpik xeyr qalmalı idi. O işə başlasa da sonradan cücələri sata bilməmiş, Vüqar ona Maqsudun cücələri almadığını bildirmiş, Maqsudla onu görüşdürmə mişdir. O, məcbur olub ucuz qiymətə cücələri satmağa başlamış, təxminən 17000 manat dəyərində yemi Vüqar ona verdiyindən yemin pulundan Vüqara 7300 manat borclu qalmışdır. O, Saray qəsəbəsində Vüqarın təklifinə görə bir nəfərə 4000 manat dəyərində cücə vermiş, lakin həmin şəxsdən pulu almaq istəyəndə, Vüqar demişdir ki, həmin şəxsdən pulu hələ almasın. Aralarındakı hesablaşmaya əsəsən onun Vüqara 3300 manat borcu qalmış, cücə işində o 13000 manat ziyan etmişdir. Cücə işində o ziyana düşdüyündən Vüqardan incimiş və onun zənglərinə cavab verməmişdir. 2019-cu ilin may ayında qardaşı ona demişdir ki, onu Elşən adlı şəxs axtarır. O da telefonuna baxıb zəng gələn nömrə olan Elşən adlı şəxslə danışmış və Elşən adlı şəxslə Biləcəri dairəsində görüşmüşlər. Həmin vaxt Vüqar və Ramin də orada olmuşla r. O, Elşəni tanımamış, onu ilk dəfə görmüş, Ramini isə Vüqarın yanında gördüyü üçün tanımışdır. Elşən onunla söhbət edərək demişdir ki, o Vüqarın 7500 manat borcunu verməlidir. O da söhbət əsnasında Vüqara 3300 manat borcu olduğunu bildirmiş, Vüqar ona demişdir ki, onun borcunu təcili verməlidir və ona vaxt qoymuşlar. O da Elşənlə danışıb razılaşmışlar ki, 2 ay ərzində pulu düzəldib Elşənə verəcəkdir. Deyilən vaxtda Elşən və Ramin ilə Sumqayıt şəhərində görüşüb 1800 manat pulu Elşənə vermiş, bir neçə gün sonra yenə 1500 manat pulu Elşənə vermişdir. Təxminən bir ay sonra ona məlum olmuşdur ki, Vüqar pulu Elşəndən ala bilməyib. Həmin ərəfələrdə ona müxtəlif şəxslər zəng edib Vüqarın pulunu istəmişlər, o da həmin şəxslərə pulu Elşənə verdiyini demişdir. Sonra bir dəfə Elşən ona zəng edib Vüq arı pisləmiş və demişdir ki, Vüqarın ona da pul borcu var. Elşən ona deməmişdir ki, o, Vüqara deyəcək ki, onunla Elşən arasında olan pul söhbətinə görə guya kimsəni bıçaqlayıb və bunun həll edilməsi üçün Vüqardan pul alacaq. Sonradan onlarla daha əlaqəsi olmamışdır. Aradan 6-7 ay sonra Vüqarın atası ona zəng edərək görüşmək istədiyini demişdir. O, Vüqar, atası və bir nəfər də başqa şəxslə görüşəndə Vüqar və atası 7300 manat borcunu nəyə görə vermədiyini soruşmuşlar. O da onlara demişdir ki, 4000 manat pul Saray qəsəbəsində Vüqarın tanışındadır, 3300 manat da Vüqarın razılığı ilə Elşənə vermişdir. Vüqar həmin vaxt demişdir ki, Elşən ondan 5000 manat pul alıb ki, guya Vüqarın onunla arasında olan pul söhbətində Elşən kimisə bıçaqlayıb və həmin işin həllinə görə həmin pulu ondan almışlar. O d a bu işlərdən onun xəbəri olmadığınıbildirmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, onun Vüqar Müseyibovla 10 ildən çoxdur dostluq münasibəti var. O, Məhkum Vüqarın yanında bir neçə dəfə görüb tanımışdır. Asəf və Ramin adlı şəxsləri isə tanımamışdır. X13 yanında görmüşdür. 2019-cu ilin yayında bilmişdir ki, Asəf adlı şəxsin Vüqara quş yemi ilə bağlı pul borcu var. Həmin ərəfədə Vüqar ona demişdir ki, Asəf onun pulunu vermədiyi üçün tanışları Ramin və Elşən adlı şəxslərlə birlikdə Asəflə söhbətləri olmuş, lakin Asəf yenə də pulu verməmişdir. Bir neçə gün sonra isə Ramin Vüqara demişdir ki, Asəfin tanışları ilə Elşənin söhbətləri olmuş, Elşən Asəfin tanışını Xırdalan şəhərində bıçaqla vurmuş və bu işi həll etmək üçün Vüqardan 2000 manat pul almışlar. Sonradan Vüqardan eşitmişdir ki, g uya Elşən kimisə Ceyranbatan qəsəbəsində bıçaqla vurduğu üçün həmin işi həll etmək üçün Ramin vasitəsilə Vüqardan 3000 manat pul istəmişdir. Həmin vaxt Vüqarla Xırdalan şəhərində, H.Əliyev adına parkda görüşmüşlər, oradan Sumqayıt şəhərinə Göyərçin abidəsi olan parka getmişlər, orada “Qala Corat qutabı” yeməkxanasının qarşısında Raminlə və Elşənlə görüşmüşlər, Elşən elə danışmışdır ki, o da inanmış və Vüqar 3000 manat pulu Raminə vermiş, Ramin də həmin pulu Elşənə vermişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri və şəhər ətrafında cücə sexləri vardır, həmin sexlər cücələri böyəltməklə məşğul olan sexlərdir. O Vüqar, Elşən və Ramini tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2019-cu ildə Elşən Sumqayıt şəhərində yerləşən ona məxsus cücə sexində bri qadir fəhlə işləmiş, Ramin də MMC-də quşçuluqda yetişdirmə sahəsinin rəisi idi. Vüqar isə ona məxsus sexlərin baytar həkimi olmuşdur. O, 2019-cu ilin təxminən iyun-iyul aylarında eşitmişdir ki, Vüqarın xahişinə əsasən X6 borcunun 1500 manatını Asəfdən almış, lakin həmin pulu Vüqara qaytarmamış, buna görə onda Elşənə qarşı inamsızlıq yaranmış və Elşəni işdən çıxartmışdır. Sonradan eşitmişdir ki, ElşənVüqarı aldadaraq 3000 manat pulunu alıb. O, həmin işdə Raminin iştirakının olub-olmamasını bilməmişdir. Vüqarla Elşən ona məxsus sexdə işləyərkən onlar arasında heç bir borc məsələsi olmamış, Vüqar Elşənin işlədiyi sex üçün Elşənin adına heç bir dərman şirkətindən dərman götürməmiş, ümumiyyətlə Elşən həmin sexdə işləsə də onun adına sexə dərman gətirilməmiş, Elşən sexdə bu işlə məşğul olmamış, onun işi fəhləlik etmək olmuşdur. Ona məxsus cücə sexlərinə dərmanların gətirilməsinə özü nəzarət edir, bu işi Elşənə tapşırmamış, Vüqarın Elşənin adına təxminən 7000-8000 manat dəyərində dərmanlar gətirib Elşənə verilməməsi yalandır. Vüqarın Elşənə borcu olması və ya dərmanlarla bağlı hər hansı verəcəyi olması barədə heç kimdən eşitməmiş, Elşənin işlədiyi sexdə quşların yetirişdirilməsi ilə bağlı heç bir problem yaranmadığından və quşlar sağlam olduqlarından ümumiyyətlə həmin sexə 7000-8000 manat dəyərində dərmanların gətirilməsi mümkün deyildir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30, mənzil 3-də yaşayır. Zərərçəkmiş şəxs 4-5 ildir ki, tanıyır, aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Vüqar baytar həkimidir. 2019-cu ilin əvvəllərindən həmin ilin sonunadək onunla bir yerdə Şahid3 təsərrüfatında bir yerdə işləmişlər. O, nəzarətçi işləmişdir. Məhkum da 2-3 ildir ki, onunla bir yerdə işləmişdir. Vüqar 2018-ci ilin sonunda tanışı Asəflə birlikdə cücə saxlamaq işi ilə məşğul olmuşlar. Buna görə Asəfi Vüqarın vasitəsi ilə tanımış, ancaq heç bir münasibətləri olmamışdır. 2019-cu ilin əvvəllərində Vüqarla Asəfin münasibətləri pisləşmişdir. Vüqar deyirdi ki, Asəf cücə saxlama işini görmüş və ona təxminən 7500 manat borcu yaranmışdır. Vüqardan eşitmişdir ki, Asəf onun pulunu vermir və ondan gizlənir. Vüqar Elşənlə birlikdə Asəfin yaşadığı Bərdə rayonuna da sonuncunu axtarmağa getmişlər. Həmin ərəfədə Vüqar ona demişdir ki, gedi b Asəfin evini axtarıb tapaq. O Vüqarla Xırdalan şəhərinə gedib axtarmışlar, Asəfin evini tapa bilməmişlər. Sonra Vüqarona demişdir ki, Asəfin yerini tapıb, gedək onunla söhbət edək. O, Vüqar və Elşən Xırdalan şəhərinə gedib Asəflə görüşüb söhbət etmişlər və məlum olmuşdur ki, Asəfin Vüqara 3300 manat borcu vardır. Asəf söz vermişdir ki, 2 aya pulu verəcəkdir. Vüqar Asəfə demişdir ki, pulu Elşənə versin, o Elşəndən pulu götürər. Həmçinin Vüqar ona və Raminə demişdir ki, həmin pulu aldıqları halda pulun yarısı Elşənin olacaqdır. Həmin ərəfələrdə Asəf bir dəfə 1800 manat pulu Elşənə vermiş, Elşən həmin puldan 30 manat götürmüş və qalan pul onda qalmış, o həmin günün səhəri həmin pulun üstünə 30 manat qoyub 1800 manat pulu işlədiyi cücə sexində təklikdə Vüqara vermişdir. Sonradan qalan 1500 m anat pulu da Asəf aparıb Elşənə vermiş və həmin pul Elşəndə qalmışdır. Elşən demişdir ki, pulu aparıb Vüqara verəcək, Vüqarın ona təxminən 7000-8000 manat pul borcu olsa da, Asəfdən aldığı 1500 manat pulu Vüqara verəcəkdir ki, Vüqar ona borclu olduğu pulu tam şəkildə qaytarsın. O işlədiyi yerdə Vüqarın Elşənə borclu olması barədə heç nə eşitməmişdir. Elşən 1500 manat pulu Vüqara qaytaracaqmış, lakin uşağı xəstələndiyi üçün qaytara bilməmiş və pulu uşağının həkim xərclərinə vermişdir. Bundan sonra Vüqarla görüşmüş, Vüqar ona demişdir ki, onunla Asəfin arasında olan söhbətə görə Elşən Ceyranbatan qəsəbəsində Asəfin gətirdiyi şəxsi bıçaqlamış, bunun üçün ondan 3000 manat pul istəyirlər, həmin pulu Elşənə verməlidir. O, Elşənin Vüqarı aldatmasından, guya kimisə yalandan bıçaqlaması barədə mə lumat verib ondan pul tələbetməsindən əvvəlcədən xəbərdar olmamış, sonradan bu barədə Vüqardan eşitmişdir. Vüqarın Elşənə 2000 manat verməsi barədə heç nə bilmir, belə bir halın şahidi olmamış, sonradan Vüqardan bu barədə eşitmişdir. X14 3000 manat verməsindən xəbərdardır. Həqiqətən də həmin pul onun yanında verilmiş, hətta Vüqar pulu ona vermiş, o isə Elşənə vermişdir. Elşən demişdir ki, Asəflə Vüqar arasında olan borc mübahisəsi ilə bağlı Asəfin gətirdiyi adamlardan birini Ceyranbatan qəsəbəsində bıçaqla vurmuş, bunu üçün ondan 3000 manat pul istəyirlər, 2019-cu ilin iyul ayının əvvəllərində Vüqar 3000 manat pulu ona tanışı Ceyhunun yanında Sumqayıt şəhərində yerləşən Göyərçin abidəsi olan parkda vermiş, o da həmin pulu elə həmin yerdə Elşənə vermişdir. Bundan təxminə ya 20 gün, ya da 1 ay sonra Vüqar bilmişdir ki, Elşən onu aldadıb, kimisə bıçaqla vurmağı yalandan deyərək Vüqarın pulunu ələ keçirib. Yalnız iş işdən ötəndən sonra həmin ərəfələrdə o bilmişdir ki, X16 arasında olan borc məsələsinə görə heç kimi vurmayıb, onun məqsədi Vüqarı aldadıb pul ələ keçirmək olmuşdur. Elşən ona həmin puldan heç nə verməmişdir. O, Elşəndən nəyə görə Vüqardan bu cür yolla pul aldığını sonradan soruşanda Elşən demişdir ki, Vüqar işlədiyi yerdən ondan gizlin dərman alıb aparmış və pul verəcəyini vəd etmiş, lakin onun pulunu vermədiyi üçün Vüqardan bu yolla pul almışdır. O, Vüqarın Elşənə borclu olduğunu işlədiyi yerdə və ətrafda eşitməmişdir. Elşən ona Vüqarı aldadıb pul alacağını qabaqcadan deməmiş, o həqiqətən də inanmışdır ki, Elşənin ona dediyi kimi, Asəflə Vüqar arasında olan borc m əsələsinə görə Asəfin gətirdiyi adamlarla mübahisəsi olub, həmin şəxsi vurub. Cinayət işinin materiallarında olan üzləşmə protokolundan da görünür ki, istintaq zamanı Məhkum ilə Şahid4 ifadələri arasında ziddiyyətlər olduğuna görə onlar arasında üzləşdirmə keçirilmiş və Məhkum ifadəsində Şahid4la birlikdə Zərərçəkmiş şəxs aldadaraq sonuncunun 2000 manat pulunu ələ keçirdiklərini Şahid4 üzünə desə də, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum və şahid R. Həsənov onların arasında heç bir üzləşmə keçirilmədiyini, lakin bəzi sənədləri oxumadan imzaladıqlarını bildirmişlər. Apellyasiya instansiyası apellyasiya icraatı zamanı proses iştirakçılarının verdiyi ifadələr üzrə araşdırma aparmaqla, həmçinin cinayət işinin materiallarına əsasən hesab edib ki, Məhkum barəsində irəli sü rülmüş ittiham öz təsdiqini tapmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına əsasən, mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur. Həmin Qərarın 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Az ərbaycan Respublikası CPM-nin 125, 143-145-ci maddələrində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinin əsasları öz əksini tapmışdır. Qeyd olunan normalarda göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Habelə, həmin Məcəllənin 44.1-ci maddəsində göstərilmişdir ki, yalnız məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hadisənin baş vermə mexanizmi dəqiqləşdirilməmiş və araşdırılmamış ifadələrlə əsaslandırılaraq Məhkum qarşı əsassız ittiham irəli sürülmüşdür. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində cəzanın artırılması ilə bağlı irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-95/2022 saylı 20 may 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1669/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1669/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver