Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1669/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(106)-152/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(099)-794/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim C.Ş.Səfərli, hakimlər C.C.Nəbiyev və M.V.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəsissəsində cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 14 iyun 2 023-cü il tarixdən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi Hacızadə Yalçın Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İ.Q.Abdullayev, hakimlər E.İ.Xasməmmədov və S.F.Həsənovdan ibarət tərkibdə) 25 yanvar 2024-cü il tarixli, 1(106)-152/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından müdafiəçi Bədəlov Emil Nizami oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsini hökmü ilə Məhkum 12 iyun 2023-cü il tarixdə saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi xx.xx.2006-cı il təvəllüdlü Zər ərçəkmiş şəxs Yuzil oğlu ilə Salyan rayonu Xıdırlı kəndində yerləşən "Səmayə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən zaman sonuncu ilə eyni masa arxasında yanaşı oturmaqla öz aralarında zarafat edib bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlətdiklərindən aralarında mübahisə yaranmış, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşüb aralarındakı mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə razılaşaraq hər biri öz evinə getmiş, bundan sonra istifadələrində olan mobil telefonun «Whatsapp» proqramı vasitəsilə qarşılıqlı olaraq bir-birinin ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs təklifi ilə Salyan rayonu Xıdırlı kəndində açıq ərazidə "pir” adlanan yerdə görüşməyə razılaşdıqdan sonra, sonuncudan şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək qərarına gələrək həmin kənddə yaşadığı evdən mətbəx bıçağı götürüb saat 22 radələrində razılaşdıqları ərazidə görüşərkən evdən götürdüyü bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib nahiyələrinə ümumilikdə 7 zərbə endirib, sonuncuya sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin 1 ədəd və qarın boşluğunun 1 ədəd daxilə keçib daxili orqanları zədələyən sol tərəfli döş qəfəsinin hematoraksı, dalağın zədələnməsi, mədənin diafraqmasının zədələnməsi ilə nəticələnən cəmi 2 ədəd yaraları, həmçinin dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol kürək sümüyünün 1 ədəd, sağ kürək sümüyünün 1 ədəd və bel nahiyəsinin 3 ədəd olmaqla ümum ilikdə 7 ədəd xəsarəti yetirərkən həmin vaxt Zərərçəkmiş şəxs qışqırıq səslərinə hadisə yerinə çatan atası Qanuni nümayəndə2 onu kənara itələməsi, Zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılaraq ixtisaslı tibbi yardım alması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Bədəlov Emil Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə Məhkum əsassız olaraq qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsinə cəhd etməsi - Cinayət Məc əlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum əməllərin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, müdafiəçi xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuş və hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxsin qanunsuz davranışların qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmişdir. Müdafiəçi Bədəlov Emil Nizami oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsi və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə həbslə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Bədəlov Emil Nizami oğlu kassasiya şikayətində sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə qəsdən adam öldürməyə cəhd etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi Bədəlov Emil Nizami oğlunun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət t ərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət ə məlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış s übutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) qəsdən adam öldürmə əməlinə cəhd etməyə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məh z nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxsl ərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-nin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdl ə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-ci maddəsinin tələblərinə görə isə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İş materiallarından (birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlardan) görünən odur ki, Məhkum şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs qisas almaq məqsədilə onun həyat üçün vacib orqanlarından bıçaqla 7 zərbə yetirmiş, lakin Zərərçəkmiş şəxs qışqırıq səslərinə hadisə yerinə çatan atası Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs ixtisaslı tibbi yardım göstərməsi nəticəsində Məhkum öz iradəsindən asılı olmayan səbə blərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmələrin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs Yuzil oğlunun qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin ifadələrinə, çox saylı şahid ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 289 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 251 nö mrəli rəyi, 29 dekabr 2023-cü il tarixli 869 nömrəli «məhkəmə trosoloji ekspertizanın» rəyi, 3 iyun 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokolu, 15 iyun 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoluna (protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus "İphone 14 Pro” markalı, smartfon tipli mobil telefona baxış keçirilərkən telefonda quraşdırılmış "Whatsapp” ani mesajlaşma tətbiqinin "Sohbetler” bölməsinin "Arşivlenmiş” hissəsində "+994 xxxx” saylı mobil nömrə istifadəçisi ilə Zərərçəkmiş şəxs arasında səs və yazılı mesajların olduğu, həmin mesajlarda Zərərçəkmiş şəxs və Məhkum bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmələri, həmçinin mübahisələrinə aydınlıq gətirmək üçün bir-birilərini ayrı-ayrı yerlərə çağırdıqları müəyyən edilmi şdir) digər sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Yuxarıda sadalanmış və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araş dırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli olması haqqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən Məhkum şərh edilən əməlinin hüquqi tövsifinin həmin maddələrdən Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə dəyişdirilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən v ə ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf etməsini və peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi onun cəzasını yüngülləşdirən hallar (CM 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci), eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəz anın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair birinci instansiya məhkəməsinin hökmü, bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən həmin aktların ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək pozuntulara, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci madd ələrində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir.. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, müdafiəçi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Müdafiəçi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(106)-152/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1669/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1669/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver