Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-167/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum və onun müdafiəçisi – X80nun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X55nın müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanla rında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası- 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə6 (altı) il 6 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzasıhəddinədək azaldılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxl anılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 05 oktyabr 2012-ci ildən 01 iyul 2015-ci il tarixədək olan müddətdə əsas fəaliyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarına Aqrotexniki xidmətlərin göstərilməsi, mineral gübrə və pestisidlərin satışını, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsini təşkil etməkdən ibarət olan, “xxxx” ASC-nin Təsərrüfat hesablı X60nın müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılar ına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na, onunla bağlanmış 05.10.2012-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən istehsalçılar tərəfindən alınacaq mineral gübrələrin güzəştli qiymətlərlə müəyyən olunmuş dəyərinin qabaqcadan ödənilməklə onları satıcıdan bilavasitə əldə etmələrini və bu zaman istifadəçi ilə satıcı arasında qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı həyata keçirilməsini təmin etməli olduğu halda, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını talama məqsədilə, yəni öhdəsindəki, tam dəyəri 3182,2 manat olan 8,1 ton miqdarında azot gübrəsini rayon ərazisində toxumçuluqəkinçilik sahəsində fəaliyyət göstərən X2 adına 18 mart 2013-cü il tarixli 961750, X1 adına 18.03.2013-cü il tarixli 077062, X6 adına 13.02. 2014-cü il tarixli 077091, X28, X37, X21, X9, X40, X29, X32, X33, X11 və X17 adlarına 02.04.2014-cü il tarixli müvafiq olaraq 076964, 076987, 076970, 076982, 076983, 076982, 076965, 076986, 076953 və 076959, X12 adına 03.04.2014-cü il tarixli 077008, X3 adına 27.04.2014-cü il tarixli 077124, X18 adına 28.04.2014-cü il tarixli 077149, X19 və X13 adlarına 03.05.2014-cü il tarixli müvafiq olaraq 347956 və 347952, X7 adına 05.05.2014-cü il tarixli 077045, X38, X14 və X4 adlarına 23.11.2014-cü il tarixli müvafiq olaraq 562445, 562463 və 562433 nömrəli qaimə fakturalar tərtib etməklə, “təhvil aldım” qrafalarında, habelə, həmin şəxslərin adlarından tərtib etdiyi gübrə alınmasına dair ərizələrdə “imza” qrafasında, kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələr barədə məlumatların sonunda, alqı-sat qı müqavilələrində “alıcı” qrafalarında istintaqa məlum olmayan şəxslər tərəfindən imza olunmasına nail olaraq, qeyd olunan rəsmi sənədləri saxtalaşdırıb güzəştli şərtlərlə gübrə satışından əldə olunmuş cəmi 3182,2 (üç min yüz səksən iki) manat, bundan əlavə, istintaqa məlum olmayan ayrıayrı sahibkarlara satılmış gübrələrin və pestisidin dəyəri olaraq əldə edilmiş pul vəsaitini, o cümlədən 1 (bir) tonunun qiyməti 384,0 manat olmaqla 38,2 ton azot gübrəsinin satışından cəmi 14668,8 manat, 1 (bir) tonunun qiyməti 560,0 manat olmaqla 3,35 ton superfosfat gübrəsinin satışından cəmi 1876,0 manat, 1 (bir) tonunun qiyməti 440,0 manat olmaqla 0,35 ton superfosfat gübrəsinin satışından cəmi 154,0 manat, 1 (bir) tonunun qiyməti 433,0 manat olmaqla 174,6 ton azot gübrəsinin satışından cəmi 75601,8 manat, 1 (bir) tonunun qiyməti 392,0 manat olmaqla 78,4 ton azot gübrəsinin satışından cəmi 30732,80 manat, 1 (bir) tonunun qiyməti 620,0 manat olmaqla 30,9 ton nitroamofoska gübrəsinin satışından 19158,0 manat, cəmi 142191,4 (yüz qırx iki min yüz doxsan bir) manat dəyərində 325,8 ton mineral gübrənin pulunu Cəmiyyətin hesabına köçürməyərək, rəsmi sənədlərə, yəni müvafiq mühasibat uçotu sənədlərinə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə, həmçinin, həmin vəzifədə işlədiyi müddətdə xxxx ASC-nin ünvan8 filialının istifadəsinə verilməklə ona etibar edilmiş 2700,0 manat dəyərində 1 ədəd KP-4 markalı kotanı, 6150,0 manat dəyərində 1 ədəd 2OTQ-6 markalı traktor qoşqusunu istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum şəxslərə qanunsuz və əvəzsiz olaraq sataraq, cəmi 8850 manat olmaqla, ümumilikdə 151041,4 (yüz əlli bir min qırx bir) manat pul vəsaitini - ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Bundan başqa, Məhkum həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, “xxxx” ASC-nin X60na məxsus, ünvan7 sakini X15 istifadəsinə verilmiş MTZ 89.2 markalı traktordan istifadəyə görə sonuncunun 2013-cü ilin may ayından 2014-cü ilin aprel ayınadək olan müddət ərzində icarə haqqı kimi filialın xəzinəsinə ödədiyi 1000 manatdan cəmi 248,0 manat, həmçinin oxşar üsulla, qeyd edilən filiala məxsus SK5ME-1 markalı kombayndan 2014-cü ilin biçin mövsümündə istifadəyə görə mexanizator, ünvan9 sakini X20 icarə haqqı kimi filialın kassasına ödəməli olduğu 5000 manat və eyni zamanda, fi liala məxsus olan TC 5050 markalı kombayndan 2014-cü ilin biçin mövsümündə istifadəyə görə mexanizator, ünvan7 sakini X22 icarə haqqı kimi filialın kassasına ödəməli olduğu 6800 manat olmaqla, ümumilikdə 12048,0 (on iki min qırx səkkiz) manat pul vəsaitini qeyd olunan şəxslərdən ödəniş kimi Masallı rayonu ərazisində, eləcə də “xxxx” ASC-nin X60nın inzibati binasındakı xidməti otağında alaraq, həmin məbləği filialın xəzinəsinə ödəməyərək, özünün şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş xeyli miqdarda əmlakı vahid qəsdlə mənimsəyərək təkrarən talamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindın sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələb ləri pozulmuş, meydana gələn ziyan düzgün hesablanmayaraq xeyli miqdar təşkil etdiyi halda, “külli miqdar” kimi qiymətləndirilmiş, nəticədə əməl Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə kimi) tövsif edilməli olduğu halda, əsassız olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə - külli miqdarda ziyan vurmaqla mənimsəmə kimi tövsif olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1 və 416.0.2-ci maddələrində, habelə kassasiya şikayətinin məzmununa görə 416.0.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum külli miqdar deyil, xeyli miqdar təşkil edən özgə əmlakını mənimsədiyini iddia etməklə, Məhkum əməlinin Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə deyil, 179.2.4-cü maddəsi ilə tövsif edilməli olmasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır k i, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, Məhkum əməlinin Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tövsif edilməli olmasında dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndir ilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, o cümlədən müəyyən edilmiş faktiki halların baxılmış sübutlarla uzlaşması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, cinayəti təşkil edən faktiki hallar müəyyən olunarkən və Məhkum təqsirlilik məsələsi həll edilərkən məhkəmələr tərəfindən sübutların tədqiqi qaydalarının pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarıl arkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən həmin bənddə göstərilən Cinayət Məcəlləsinin maddələrində, o cümlədən 179-cu maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq, Məhkum ittihamın bir bəndi üzrə vahid niyyətlə mənimsədiyi pul vəsaitlərinin 142191,4 manat (əlli min manatdan artıq, beş yüz min manatdan az məbləğ) olmaqla külli miqdar təşkil etməsi isə məhkəmədə tədqiq edilmiş şahidlərin ifadələri, qaimə fakturalar, digər sənədlər, məhkəmə mühasibatlıq ekspertizasının rəyi və s. sübutlarla müəyyən edilmişdir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib hökmdə, eləcə də müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılmas ı üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin sözügedən dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin təqsirlilik, əməlin hüquqi tövsifi məsələləri üzrə yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin ed ilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dəymiş ziyanın qismən ödənilməsi kimi onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum hökmlə müəyyən edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə müqayisədə altı ay az olmaqla Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalə t prinsipinin tələblərinə cavab verən (6 il 6 ay müddətə) azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsas cəzanı azaldarkən nəzərə aldığı halları fərqli şəkildə, o cümlədən cəzanın daha çox azaldılmasını, başqa cür yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.15-ci maddələrində eləcə də 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkumun, habelə kassasiya şikayə tinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-167/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-167/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver