Məhkəmə qərarları › İş №1(102)-167/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-167/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-167/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə 4 oktyabr 1979-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Hacıalılar kəndində yaşamış, hal-h azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 134-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Tovuz rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), X.H.Səmədov və N.T.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 120.1 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə CM-in 134-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 120.1-ci mad dəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə 17 iyun 2014-cü ildən 19 iyun 2021-cü il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 13 sentyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum 23 iyun 2009-cu il tarixdə, saat 23 radələrində Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Votkinskoye küçəsi, 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otağın mülkiyyətçisi X2 ilə bağladığı 20 aprel 2009-cu il tarixli kirayə müqaviləsinə əsasən kirayənişin yaşadığı həmin evdə qardaşı X10 və əmisi oğlu X14 ilə birlikdə olarkən, bir gün əvvəl onlara qonaq gələn qohumlarının həmin binada yaşayan qonşuları X15 ilə arasında baş vermiş mübahisə ilə əlaqədar sonuncunun tanışları xx.xx.1983-cü il təvəllüdlü X12, xx.xx.1990-cı il təvəllüdlü X16 və xx.xx.1989-cu il təvəllüdlü X20 həmin vaxt Məhkum və onunla birlikdə yaşayan qohumlarına iradlarını bildirmək məqsədilə onların yaşadıqları otağa gəlmiş, orada Yana Vaydaloviçin təhqir olunması ilə bağlı məsələni aydınlaşdırarkən qarşılıqlı mübahisə edərək dalaşmış, həmin dalaşma zamanı Məhkum masanın üzərində olan mətbəx bıçağını götürərək İvan Makarşinı qəsdən öldürmək məqsədilə yaxınlaşıb onun ürək nahiyəsindən bir dəfə güclü zərbə vuraraq ona ağır fiziki ağrı və 6-cı qabırğa səviyyəsində sol döş qəfəsinin daxilə keçərək, sol plevra boşluğunu və 5 və 6-cı qabırğaların qığırdaq hissəsini, ürək kissəsinin divarını, ürəyin sol mədəciyini, ağ ciyər borusunu zədələyən, sağ ağ ciyər plevrasına və yara kanalının yumşaq toxumasına qansızma ilə nəticələnən, həyat üçün təhlükəli olan və qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə hadisə yerindən qaçmış, İvan Makarşin daxilə keçən kəsilmiş-deşilmiş yara nəticəsində inkişaf edən kəskin qan itirmədən hadisə yerində ölmüş, nəticədə Məhkum mübahisə zəminində qəsdən adam öldürmüş, yəni zərərçəkmiş X17 qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, Məhkum xx.xx.2008-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2in yanında şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı X5 zorla idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı M988OK/18 dövlət qeydiyyat nişanlı avtomobilə oturdaraq İjevsk şəhəri Slavyanskoye şossesinin 4-cü kilometrliyində yerləşən meşə sahəsinə aparmış, orada üstündə gəzdirdiyi bıçağı çıxarıb X13 bilavasitə yaxınlığında dayanaraq bıçağı ona tərəf istiqamətləndirib sonuncunu bıçaqla kəsib öldürəcəyini deyərək onu real əsas larla öldürməklə hədələmiş, X13 onu buraxması barədə xahişinə məhəl qoymadan öldürməklə hədələrini davam etdirərək bıçağı ona tərəf atıb həmin bıçaqla özünə qəbir qazmağı tələb etmiş, zərərçəkmiş X13 meşə sahəsində qeyd olunan şəraitdə öz həyatı və sağlamlığı üçün istənilən vaxt reallaşa biləcək Məhkum real əsaslarla öldürməklə hədələrinə, yəni psixi zorakılığa məruz qalıb qorxaraq mənəvi sarsıntı keçirmişdir. Bundan əlavə, Məhkum 03 yanvar 2009-cu il tarixdə saat 16 radələrində ünvan 2 in yanında şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı X5 öldürməklə hədələmək məqsədilə qabaqcadan hazırlayıb əlində saxladığı içərisində tezalışan maye benzin olan banka ilə X13 yaxınlaşıb onu öldürməklə hədələmək niyyətini həyata keçirərək benzini üzərinə tökmüş, sonra yandırdığı alışqanı ona tərəf atmaqla real əsaslarla öldürməklə hədələmiş, zərərçəkmiş X13meşə sahəsində qeyd olunan şəraitdə öz həyatı və sağlamlığı üçün istənilən vaxt reallaşa biləcək Məhkum real əsaslarla öldürməklə hədələrinə, yəni psixi zorakılığa məruz qalıb qorxaraq mənəvi sarsıntı keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində təkrar baxışının təyin olunması xahiş edilir. Müdafiəçi qeyd edir ki, Məhkum CM-in 120.1-ci maddəsi ilə ittiham edilməsi qanunsuz və əsassızdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəm əsinin həmin iş üzrə qəbul etdiyi 1 noyabr 2016-cı il tarixli qərarında verilən göstərişlər icra olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq mə sələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğu mübahisə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011- ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianasta ssion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakiməni n həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatı nın prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin t ələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-in 120.1 və 134-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində q əsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə məsuliyyət nəzərdə tutulur. İş materiallarından görünür ki, Məhkum CM-in 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadələri ilə yanaşı, şahidlər X13, X18 və X7 ifadələri, o cümlədən Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər məhkəmə-tibbi ekspertiza bürosu”-nun 1525 №-li, 24 iyun 2009-cu il tarixli ekspert rəyi, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər məhkəmə-tibbi ekspertiza bürosu”-nun xx.xx.2009-cu il tarixli MK-209 saylı məhkəmə-tibbi tədqiqat aktı, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər məhkəmə-tibbi ekspertiza bürosu”-nun xx.xx.2009-cu il tarixli MK-315 saylı maddi dəlillərin ekspertizası rəyi, “Udmurt Respublik ası Səhiyyə Nazirliyinin İjevski şəhər məhkəmə-tibbi ekspertiza bürosu”-nun xx.xx.2009-cu il tarixli maddi sübutların ekspertizasının 717 №-li, ekspert rəyi, “Udmurt Respublikası üzrə Daxili İşlər Nazirliyinin Ekspert-kriminalist mərkəzinin xx.xx.2009-cu il tarixli məhkəmə-daktiloskopik ekspertizasının 2031 saylı ekspert rəyi, xx.xx.2009-cu il tarixli fotoşəkli üzrə tanınmaq üçün təqdim olunma protokolu və digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 03 nömrəli qərarının 3cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqınd a” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilm əz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi cəzasın ı yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və az adlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcə lləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm ona, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum barəsind ə cinayət işinin apellyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilməsi üçün qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar