Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-167/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Esmira Məmmədova) 05 fevral 2024-cü il tarixli 1(099)232/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1979-cu ildə Astara rayonu Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azad lıqdan məhrum etmə cəzasına, CM-in 167-3.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Fərzad adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaq və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib saxlanılmış və daşınaraq Astara rayonu, Ərçivan qəsəbəsi 4 saylı orta məktəbin yaxınlığında elektrik dirəyinin yanında gizlədilmişkülli miqdarda- 117,190 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi 31 yanvar 2023-cü il tarixdə saat 17 radələrində həmin əraziyə gələrək, gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qeyd olunan tarixdə saat 18:15-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəb əsi ərazisində saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda-117,190 qram olan narkotik vasitə heroin onun əynindəki qara rəngli köynəyin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, “Kərimə dövləti”nin yaradılmasına dair çağır ışlar təbliğ edilən, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ edilən, üzərində “Rəhimə xanım” məscidinin təsviri olan, fars qrafikası ilə “Kanal” sözü, Fars və Azərbaycan dillərində “Azərbaycanda gələcək hakimiyyət İslam olacaq” sözləri yazılmış A4 formatlı 01 ədəd vərəqəni, üzərində “İlahi! Biz Kərimə dövlətin qurulmasını şövqlə səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. Orada bizi sənin itaətinə çağıranlardan və sənin yoluna yönəldən rəhbərlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəs ib edəcəksən” sözləri yazılmış və Azərbaycan Respublikasının xəritəsi fonunda əlində üzərində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insanın təsviri olan A4 formatlı 01 ədəd vərəqəni, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri və Azərbaycanın dövlət başçısı və Azərbaycan hökumətinə qarşı nifrət ifadə edilən yazılar olan A4 formatlı 01 ədəd vərəqəni və üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın sarı rəngli bayrağının, bayrağın fonunda İran İslam Respublikasının ali dini lideri X4 və “Hizbullah” təşkilatının lideri X2 fotoşəkillərinin, Azərbaycan Respublikası Dövlət Gerbinin, “Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun, yəni Azərbaycan Respublikasının xəritəsi və snayper tüfəngi tutan əlin təsviri olan, logonun üzərində Qu rani-Kərimin “əl-Həcc” surəsinin 39-cu ayəsinin məzmunu, alt hissəsində isə “hüseynçilər” mənasını verən “hüseyniyyun” yazılmış, həmçinin Fars və Azərbaycan dillərində “Azərbaycan İslam Müqaviməti olan Hüseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq, düşmən bunu istəsə də, istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik. X5-2016” yazısı olan A4 formatlı 01 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 02 fevral 2023-cü il tarixədək, yəni Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evində axtarış aparılıb aşkar edilənədək, həmin evdə saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi hakim), İsmayıl Əhmədov və Yaşar Həşimov) 16 may 2024-cü il tarixli 1(106)-415/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(099)-232/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli 1(106)-415/2024 nömrəli qərarının bəraətverici əsaslarla ləğv edilməsi və işə yeni apellyasiya baxışının təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instans iya məhkəməsinin hökmü və onun qüvvədə saxlanılmasını əks etdirən apellyasiya instansiyası məhkəməsinin qərarı tamamilə ədalətsiz və qanunsuzdur. Belə ki, Məhkum ifadələrindən görünür ki, onun təqsiri yoxdur, narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Verilmiş ittiham tamamilə absurd ittihamdır və birinci instansiya məhkəməsinin ittiham hökmü, eləcə də, həmin hökmü qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı mülahizələrə əsaslanmaqla çıxarılmışdır. Cinayət işində olan sübutlarla Fərzad adlı İİR vətəndaşının şəxsiyyəti və Məhkum narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar onunla əlaqəsinin olması müəyyən edilməmiş, Məhkum istifadəsində olan mobil telefonunda həmin əlaqənin mövcüdluğunu təsdiq edən zənglər və ya yazışmalar olmamışdır. Fərzad tərəfindən narkotik vasitənin Astara rayon u Ərçivan qəsəbəsi 4 saylı orta məktəbin yaxınlığında elektrik dirəyinin altında gizlədilməsi və Məhkum həmin narkotik vasitəni oradan götürməsi real deyildir. Belə ki, həmin yer dövlət sərhəddindən 11-12 kilometr məsafədə yerləşir və kəndin sıx məskunlaşmış ərazisidir. Məhkum heç vaxt narkotik vasitəni istifadə etməmiş, satmamış, evində olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və ailəsi ilə təhdid edilərək narkotik vasitəni boynuna götürməyə məcbur edilmişdir. İş materiallarından göründüyü kimi, Məhkum şəxsiyyət əleyhinə ağır cinayətləri və ya xüsusi təhlükəli dövlət cinayətlərini törətməsi, belə cinayətləri törətməyi hazırlaması və buna cəhd etməsi barədə Astara Rayon Polis Şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamış və bu baxımdan "Əməliyyat-axtarış fəaliyyəti" haqqınd a Qanunun tələblərinə uyğun olaraq məhkəmənin qərarı olmadan onun güdülməsi üçün heç bir əsas olmamışdır. Müdafiəçi hesab edir ki, hazırkı iş üzrə hökm çıxarılarkən məhkəmə baxışında tədqiq edilməyən və lazımi qaydada araşdırılmayan, məhkəməyə bildirilmiş, lakin, məxfi hesab edilən və əsaslandırılmayan məlumatlar şahid ifadəsi hesab edilmiş, mötəbər sübutlar qismində hökmün əsasında dayanmışdır. Halbuki şahidlərin ifadaləri (polis əmakdaşlarının ifadələri) sadəcə olaraq yanlış və absurd fikirlərdən ibarət olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı cəza his səsində dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni c inayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 1673.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli v ə ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxar ıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234. 4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış və apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində özünü təqsirli bilməsə də ona qarşı irəli sürülmüş ittihamla əlaqədar cinayət işi üzrə ibtidai istintaq zamanı göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasına Məşhəd ziyarətinə getmişdir. 2022-ci ilin dekabr ayında İran İslam Respublikasının Məşhəd şəhərində olan zaman Fərzad adlı şəxslə tanış olmuşdur. Fərzad ona narkotik vasitə alveri etməyi təklif etmiş, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış, bir-birlərinə nömrələrini vermişlər. 31 yanvar 2023-cü il tarixdə Fərzad “WhatsApp” ani mesajlaşma vasitəsi ilə ona zəng vurmuş və Ərçivan qəsəbəsində yerləşən 4 saylı məktəbin yanına gedib ora qoyduğu narkotik vasitəni götürə biləcəyini demişdir. O saat 17 radələrində həmin deyilən 4 saylı məktəbin yanına getmiş, həmin narkotik vasitəni götürüb ona deyilən şəxsə verməli olmuşdur, b unun üçün 100 dollar məbləğdə pul verəcəklərmiş. Narkotik vasitəni götürdükdən sonra mobil telefonda olan mesaj və nömrəni silmişdir. İdarə etdiyi “VAZ21011” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığı ev istiqamətində bir az yol getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, onu saxlamışlar. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü, onu idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkil Umud Cəfərovun iştirakı və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan köynəyin cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlə götürülərək qablaşdırılmışdır. Daha sonra idarə etdiyi avtomobilə də ba xış keçirilmiş və Fərzadla danışan zaman istifadə etdiyi bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon aşkar olunaraq götürülmüşdür. Həmçinin Məhkum ifadəsində göstərmişdir ki, Fərzadla sonuncu dəfə “WhatsApp” ani mesajlaşma vasitəsi ilə əlaqə saxladıqdan sonra onun nömrəsi və ona etdiyi zəngləri telefonda olan “WhatsApp” ani mesajlaşma tətbiqindən silmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum yuxarıda qeyd edilən halları həm öz xətti ilə yazılmış ilkin izahatında, həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən, həm də ifadənin yerində yoxlaması zamanı müdafiəçinin iştirakı ilə göstərmişdir. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmaması, aşkar olunmuş külli miqdarda - 117,190 qram heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən hədələndiyi üçün heroinin ona məxsus olduğunu bildirməsinə, eləcə də yaşadığı evdən tapılan dini ekstremist xarakterli materialların ona aid olmadığını deməsinə tənqidi yanaşaraq belə nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxsin bu ifadələri işin faktiki hallarına uyğun gəlmir və digər mötəbər sübutlarla təkzib olunur. Ona görə də məhkəmələr nəticəyə gəlmişlər ki, Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onlar düzgün və həqiqətə uyğun hesab edilməlidir, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiəyə yönəlmiş və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilməlidir. Məhkəm ə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir gö stərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadələri müdafiəçinin iştirakı ilə vermiş və istintaq eksperimenti zamanı müdafiəçinin iştirakı ilə təsdiq etmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Astara Rayon Prokurorluğunun 22 avqust 2023cü il tarixli qərarının surətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara RPŞ-in əməkdaşları tərə findən şübhəli şəxs qismində saxlandıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə müraciətində qeyd olunan xüsusiyyət öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 02 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Məhkum bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Qeyd edək ki, İ.Y. Həsənovun tibbi müayinəsi onun etirafedici ifadə verdikdən dərhal sonra aparılmışdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-pr osessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Y.Məhkum üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir mötəbər hala söykənən səbəblə əsaslana bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi təqsir ləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair təqsirləndirilən şəxsin dəlili ilə razılaşmayaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadə cinayət işi üzrə digər sübutlarla təsdiq edildiyindən həmin ifadəni həqiqətə uyğun və mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda göstərilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, m əhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayə t məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum X3 barəsində Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Lakin məhkəmə kollegiyası Məhkum cəza təyin hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bili nən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum təyin edərkən, onun himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyəti n zəruriliyinə bəraət qazandıran materialları yaşadığı evdə saxlaması Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edilmiş və bunu nəzərə alaraq Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il müddətinə, CM-in 167-13.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşaqların olmasını və qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməllərinə görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-in 58.1-ci maddəsinin tələblərinə əsasən, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə daha yüngül cəza tətbiq edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CP M-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə daha aşağı həddə cəza təyin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən hazırkı qərarla CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 1(099)-232/2024 nömrəli hökmü ilə CM-in 167-3.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-167/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-167/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver