Məhkəmə qərarları › İş №1(102)-1670/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1670/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1670/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 1(053)-22/2023 nömrəli (hakim: Qədimov X Tofiq oğlunun sədrliyi) hökmü ilə xx xxx 1962-ci ildə x rayonunun xxx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum 2 dekabr 2022-ci il tarixindən bu günədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 14 (on dörd) günün CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması, alınan 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) günün yuxarıda qeyd olunan 2 (iki) il müddətindən çıxılmaqla ona qəti olaraq 1 (bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə sax lanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, Məhkum barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin seçilməsi, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı Tural Məmmədov tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs “X” İstehs alat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024cü il tarixli 1(106)-140/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə məhkəməyə verilm işdir, ona görə ki, istintaq orqanının qənaətinə görə o, 2022-ci ilin avqust ayından günü istintaqa məlum olmayan tarixdən 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrinə kimi olan müddət ərzində “X” X2 X11 İdarəsinə məxsus Salyan rayonunun Çuxanlı kəndindən Neftçala rayonunun Şorkənd kəndi istiqamətində olan, 1979-cu ildə istifadəyə verilmiş və 2021-ci ilin noyabr ayında istismardan çıxarılmış, 8 mm qalınlığında D-530 mm 600 p/m, 3 mm qalınlığında D-273 mm 280 p/m və 3 mm qalınlığında D-219 mm 328 p/m, sonuncu dəfə 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Neftçala rayonunun Şorkənd kəndi ərazisində 20 metr olmaqla, vahid niyyətlə ümumilikdə 43840,0 manat dəyərində, xeyli miqdarda 1208 metr uzunluğunda istismara yararsız dəmir materialdan təbii qaz borularını kəsib gizli olaraq tal amaqla oğurluq etmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, onun əməlinin tövsifi CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə dəyişdirilərək ona bu maddə ilə cəza təyin edilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və qiymətləndirilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 177.2.4-cü maddəsindən CM-in 177.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə Məhkum 60 metr uzunluğunda D-530 mm-lik borudan başqa hər hansı digər boruları oğurlaması halının öz təsdiqini tapmaması kimi işin fak tiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da, işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum “X” X2 X11 İdarəsinə məxsus Salyan rayonunun Çuxanlı kəndindən Neftçala rayonunun Şorkənd kəndi istiqamətində olan, 1979-cu ildə istifadəyə verilmiş və 2021-ci ilin noyabr ayında istismardan çıxarılmış, ümumilikdə 43840,0 manat dəyərində xeyli miqdarda 1208 metr uzunluğunda istismara yararsız dəmir materialdan təbii qaz borularını kəsib vahid niyyətlə gizli olaraq talamaqla oğurluq etdiyi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kolleg iyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkəmələr nəzərə almamışlar ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamda onun cinayət əməlini yalnız 18 noyabr 2022-ci il tarixdə törətməsi deyil, 20 noyabr 2022-ci il tarixədək olan müddətdə törətməsi (vahid niyyətlə) göstərilmişdir. Belə olan halda qeyd olunan tarixlərdə də Məhkum oğurluq əməlini törətməsi istisna edilmir (həmin tarixlərdə onun cinayətin törədildiyi ərazidə olmasını təkzib edən hər hansı dəlil (anten məlumatı və s.) iş materia llarında yoxdur). Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı dindirilən şahidlər oğurlanmış qaz borularının diametri ilə bağlı dəqiq fikir söyləməmişlər, hətta, təqsirləndirilən şəxsin özü belə qaz borusunun diametri barəsində fikir söyləməkdə çətinlik çəkmişdir, çünki, həm təqsirləndirilən şəxsin özü, həm də şahidlərin qaz borusunun diametri ilə bağlı dəqiq fikir söyləmələri real deyil, cinayətin predmeti olan həmin qaz borularının diametri gözlə görünən şəkildə müəyyən edilə bilməzdi, ona görə ki, həmin qaz borularının üzərində diametri ilə bağlı konkret yazılar əks olunmamışdır, bunu yalnız həmin sahə üzrə ixtisaslı olan şəxs görə bilərdi. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və ş ahidlərin ifadələri, baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək, kassasiya protestinin təmi n edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 177.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələnd irilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini n bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən mü əyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən ci nayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayə t törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sü butların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilməmiş, cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməldə “xeyli miqdar” tərkib əlamətin olmadığı barədə nəticəyə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci insta nsiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, əvvəla dövlət ittihamçısının kassasiya protestinin dəlillərindən müəyyən olunduğu kimi, həmin dəlillər Məhkum oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini xeyli miqdarda ziyan vurmaqla törətdiyi, əsassız və qanunsuz olaraq əməlinin CM-in 177.1-ci maddəsi ilə tövsif edildiyi barədə iddialarını yeni hallardan (oğurluğun əvvəlki tarixlərdə mümkünlüyü və s.) çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurulmuşdur. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məh kəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və dövlət ittihamçısının məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi yeni faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Belə ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona ittiham olunan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, “....Borunun istifadəyə yarasız olduğunu görüb və sahibsiz olduğunu düşünərək belə qərara gəlmişdir ki, onu kəsib metal qəbulu məntəqəsinə satsın. Borunun ümumi uzunluğu təxminən 40 – 60 metr, diametri 530 mm, qalınlığı isə 8 mm olub. Beləliklə, 20 noyabr 2022-ci ildə saat 15 radələrində həmin borunu kəsmək üçün qaynaqçı kimi tanıdığı X-i dəvət etmiş, X «Qazel» markalı avtomobili ilə gəlib borunu qaynaq aparatı vasitəsilə 5 hissəyə bölmüşdür. Həmin vaxt X-in əmisi oğlu X də X ilə birlikdə gəlmiş və ona kömək etmişdir. Eyni zamanda boruları metal qəbulu məntəqəsinə aparmaq üçün X adlı «MAZ» markalı yük avtomobilinin sürücüsünü də dəvət etmiş, borular həmin yük avtomobilinə tanışı X-in idarə etdiyi kran vasitəsilə yüklənmişdir. Qeyd edir ki, X, X, X və X boruların oğurluq olduğunu bilməyiblər. Onlara həmin boruları satın aldığını bildirmişdir. Daha sonra həmin 40 – 60 metr uzunluğunda borunu X-lə birlikdə, sonuncunun idarə etdiyi «MAZ» markalı yük avtomobili ilə «X14» şirkətinin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparmış və təhvil vermişdir. Boruları ondan məntəqəyə rəhbərlik edən X adlı şəxs təhvil alıb. Bununla bağlı boruların çəkisi tərəzidə ölçülmüş, ümumi çəkinin 2.400 kq təşkil etdiyi müəyyən olunmuşdur. X-lə metalın hər bir kiloqramına görə 50 (əlli) qəpik qiymət razılaşdıqdan sonra, boruları X-ə satmış, sonuncu bunun müqabilində ona 1.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, gördükləri işin müqabilində, zəhmət haqqı kimi X-ə 70 və ya 80 manat, X-ə isə 100 manat pul verib. Təqsirləndirilən şəxs vurğulayır ki, oğurladığı boruların diametri eyni olub. Yəni, yalnız diametri 530 mm, qalınlığı 8 mm, ümumi uzunluğu isə təxminən 40 – 60 metr təşkil edən qaz borularını oğurlayıb (həmin boru qaynaq aparatı vasitəsilə 5 hissəyə bölünmüşdür). İttiham aktında göstərilən digər diametrli borulardan, habelə diametri 530 mm, qalınlığı 8 mm təşkil edən borunun qalan hissəsindən xəbəri yoxdur və onları oğurlamayıb. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, göstərilənlərdən başqa tanımadığı yaşlı bir kişidən pulunu ödəməklə iki ədəd köhnə metal su borusu alıb. Boruları aldığı vaxt onlardan biri torpaq örtüyü altında olub. Həmin boru X adlı şəxsin idarə etdiyi texnika vasitəsilə torpağın altından çıxarılmışdır. Sonradan göstərilən su boruları onun tapşırığına əsasən X adlı şəxsə məxsus «Kamaz» avtomobili vasitəsilə daşınaraq X adlı şəxsin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinin yaxınlığındakı boş əraziyə boşaldılmış, bir müddət orada qaldıqdan sonra yük maşını ilə səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satılmışdır. Qeyd etdiklərindən başqa heç bir boru oğurlamayıb, almayıb və satmayıb. Göstərilənlərə əsasən ittihamı D-530 mm 540 və ya 560 p/m, D-273 mm 280 p/m və D-219 mm 328 p/m borulara aid hissədə əsassız sayır...” Qeyd olunan hallar həm ibtidai istintaq, həm də məhkəmə baxışı dövründə şahid qismində dindirilmiş şəxslər Şahid1, X8, Şahid2 və Şahid5 tərəfindən də təsdiq edilmişdir. Belə ki, onlar qeyd etmişər ki, cəmi bir dəfə - 2022-ci ilin noyabr ayının 20-də Məhkum dəvəti ilə gəlib istismardan çıxarılmış qaz borusunun kəsilməsi, avtomobilə yüklənməsi və metal qəbulu məntəqəsinə daşınması ilə bağlı sonuncu tərəfindən onlara tapşırılmış işləri görmüş və bunun müqabilində təqsirləndirilən şəxsdən zəhmət haqqı almışlar. Şahidlər müvafiq qaz borularının diametrinin də eyni olduğunu bildirirlər. Onların ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin tapşırığı əsasında hər-hansı başqa diametrli borunun kəsilməsi, avtomobilə yüklənməsi və metal qəbulu məntəqəsinə daşınması ilə bağlı işlər görməyiblər və təqsirləndirilən şəxsin başqa qaz borusunu oğurlamasının şahidi olmayıblar. Həmin məntəqədə yükü qəbul etmiş Şahid6 isə bildirir ki, təqsirləndirilən şəxsin gətirdiyi boruların ümumi çəkisi 2.400 kq təşkil edib. Bütün şahidlər isə oğurlanmış borunun diametrinin 530 mm-ə uy ğun olduğunu bildirirlər. O cümlədən, cinayət işinin materiallarında olan Salyan XXX-nin Salyan rayonu üzrə rəis müavini X, Salyan XS-nin QDX-nin rəisi X və QDX-nin mühəndisi X tərəfindən 18 noyabr 2022-ci ildə tərtib olunmuş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) No socar **********40020020A00109 nömrəli sərəncamına əsasən həmin şəxslər tərəfindən 18 noyabr 2022-ci ildə Salyan rayonu Çuxanlı kəndindən Kürkənd kəndinə qədər çıxarılması mümkün olan ümumi uzunluğu 1.208 p/m təşkil edən müxtəlif diametrli (D-530 mm-lik 600 p/m, D-219 mm-lik 328 p/m, D-273 mm-lik 280 p/m) istismardan çıxarılmış qaz borularının demontaj olunması məqsədi ilə hazırlıq işlərinin görülməsi üçün baxış keçirilmiş və demontaj olunması mümkün olan borular müəyyən edilmişdir. Həmin akt da və zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi hər-hansı başqa sənəddə 18 noyabr 2022-ci il tarixinədək olan dövr üzrə şirkətə məxsus boruların yerində aşkar edilmədiyinə dair heç bir məlumat yoxdur. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılar kən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qan unlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillərlə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etsə də, Məhkum oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini xeyli miqdarda ziyan vurmaqla törətməsi xüsusatı hər hansı bir mötəbər sü butla öz təsdiqini tapmamışdır. Odur ki, cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Məhkum oğurluq cinayət əməlini sadəcə bir dəfə, yəni 20 noyabr 2022-ci il tarixdə etməsi, bu zaman cəmi 40-60 metr uzunluğunda, 8 mm qalınlığında, D-530 mm-lik istismardan çıxarılmış qaz borusunu oğurlaması barədə nəticəyə gəlinməsinə təqsirləndirilən şəxsin özünün qismən etiraf edici ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, o cümlədən iş üzrə toplanmış digər sübutlar əsasdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tö vsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kass asiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar