Məhkəmə qərarları › İş №1(102)-1671/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1671/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1671/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından Azərbaycan Respublikas ı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim D.H.İmanov, hakimlər M.Ə.Bağırov və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxx 1982-ci il tarixdə XXX30də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 234.4.3-cü məddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, həbs olunanadək Gəncə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 9 “A” ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs berəsində tətbiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası C inayət Məcəlləsinin 180.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq təyin olunan 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən (10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasından) vaxtından əvvəl şərti olaraq azad etmə ləğv olunmuş və əvvəlki hökm üzrə çəkilməyən cəza hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 sentyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 08 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər Ç.B.Məmmədov və T.A.Muxtarovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə Təqsirlən dirilən şəxs berəsində tətbiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq təyin olunan 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən (10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasından) vaxtından əvvəl şərti olaraq azad etmə ləğv olunmuş və əvvəlki hökm üzrə çəkilməyən cəza hazırki qərarla təyin olunmuş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfində n kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən külli miqdarda satış məqsədi və tamah niyyəti ilə 2345,568 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 5,568 qram çəkidə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq üzərində daşımış, 2340 qram çəkidə qurudulmuş marixuananı isə satış məqsədi ilə ünvan 2 ünvanda yerləşən evində saxlamış, 15 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhər, Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində XXX35ndə yerləşən “XXX45” stadionunun yaxınlığında saxlanılıb XXX40 ünvanında yerləşən XXX44-nə gətirilərək onun üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibin dən bir ədəd kibrit qutusunda 5,568 qram satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı qurudulmuş marixuana, həmin gün saat 19:45 radələrində yaşadığı həmin evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə əşyaların yanında olan sintetik torbanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2340 qram - külli miqdar təşkil edən ümumilikdə 2345,568 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (qurudulmuş marixuananı) satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Təqsirləndirilən şəxs cinayət əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından 469 dəfə, külli miqdarından isə 4,6 dəfə çox olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin h üdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi A zərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin – qurudulmuş marixuananın kütləsinin külli miqdar – 2345,568 qram təşkil etm əklə şəxsi istehlak miqdarından (5 qramdan) 469 dəfə, “külli miqdar”ın minimal həddindən (500 qramdan) 4,6 dəfə çox olması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin əsassız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsin in araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2020-ci il tarixli 978 saylı rəyinə görə Təqsirləndirilən şəxs “narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir”. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı qurudulmuş marixuana narkotik vasitələrin məhz kannobinoidlər qrupuna aiddir. Eyni zamanda götürülmüş 2345,568 qram qurudulmuş marixuananın külli miqdar olduğu müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olma sı kimi hallar müəyyən edilməmiş, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktik əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti məhkəmənin 08 iyun 2021-ci il tarixli qərarında istinad etdiyi, birinci instansiya məhkəməsinin hökmündə, iclas protokolunda, ibtidai istintaq materiallarında ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ilk izahatından başlayaraq narkotik vasitə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. “Baxış və götürmə haqqında” 15 sentyabr 2020-ci il tarixli protokollara əsasən Təqsirləndirilən şəxs (üzərindən və evindən) aşkar edilib-götürülmüş narkotik vasitə (qurudulmuş marixuana) satış üçün xırda bükümlərə bölünməmiş, üzərində olan narkotik vasitə bir kibrit qutusunda, evindən götürülmüş narkotik vasitə isə bir sintetik torbanın işərisndə olmuşdur. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Cinayət işinin materialları arasında olan Kəpəz Rayon Polis İd arəsinin rəsi vəzifəsini müvəqqəti icra edən X40in 21 oktyabr 2020-ci il tarixli 2446 saylı məktubundan görünür ki, ibtidai istintaqı aparmış müstəntiqin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair 12 oktyabr 2020-ci il tarixli əməliyyat tapşırığı üzrə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən məlumatlar əldə edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obye ktiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb-qiymətləndirilmiş əsaslanmışdır. sübutların məcmusuna (onların gerçək məzmununa) Odur ki, kollegiya apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələri əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan yuxarıda qeyd olunan əməlləri (satı ş məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əməlin hüquqi tövsifinin CM-in 234.4.3-cü maddəsindən (ağır cinayətdən) CM-in 234.1-ci maddəsinə (az ağır cinayətə) dəyişdirilməsi, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş “cinayətlərin təhlükəli residivi”nin, cinayətlərin sadə residivinə dəyişdirilməsinə səbəb olmuşdur. Odur ki, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə, hökmlərin məcmusu üzrə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edilməklə yuxarıda qeyd olunan dəyişiklikləri lazmınca nəzərə almış və cəzanın təyini üz rə məsələni də Cinayət Məcəlləsinin 58.3, 65, 67.1-ci maddələrinin və bu məsələyə aid digər normalarının tələblərinə əməl etməklə həll etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 08 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstər ilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 08 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar