Məhkəmə qərarları › İş №1(102)-1671/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1671/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1671/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum1 müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxs X1, zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1960-cı il tarixdə XXX anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, XXX qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Məhkum2 xx xxxxxxx 1958-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayır. 2. 20 noyabr 2021-ci il tarixli ittiham aktı ilə M əhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 308.1, 311.3.2 və 313-cü maddələri ilə, Məhkum2 qarşı Azərbaycan Respublikası CMnin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham irəli sürülmüşdür.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə: Məhkum1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin köməkçiliyi ilə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtaka rlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; Məhkum2 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə: Məhkum1 Az ərbaycan Respublikası CM-nin 308.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 46.2-cı maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müd dətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi; Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaların qismən toplanılmaqla, ona qəti olaraq 02 il (iki) 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətini n əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş mülki iddianın b axılmamış saxlanılması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, onlar tərəfindən verilmiş cari cinayət işi üzrə şahid qismində iştirak etmiş şəxslərə qarşı verdikləri mülki iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Həmçinin, hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, hüquqları müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Eləcə də, hökmdən dövlət ittihamçısı apellyasiya protesti veib hökmün hər iki təqsirləndirilən ş əxsə aid olan hissədə dəyişdirilməsi, cinayət qanunvericiliyi normalarının düzgün tətbiq edilməsi ilə ləğv Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin, Məhkum2 barəsində isə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəaların hökmdən xaric edilməsi və hər ikisinə təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəul edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlan ılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən, yəni Məhkum1 barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini, Məhkum2 barəsində isə təyin edilmiş cəzanı Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab etməklə cinayə t qanunvericiliyinin tələblərinə riayət etməmiş, töərtdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamamış, eyni səhvə apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarının Məhkum1 və Məhkum2 aid hissədə ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

11. Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, nümayəndə onları təkrarlamaqla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/2023 n ömrəli, 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, mülki iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

12. Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə də apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikası CMnin 308.1, 311.3.2, və 313-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətləri yoxdur, sonuncunun əməli səhv tövsif edilmişdir. Bu səbəblə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir.

13. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etira z daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlan ılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyiş dirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslərə yüngül cəza təyin edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Zərərçəkmiş şəxs – mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini, nəticədə mülki iddianın əsassız olaraq baxılmamış saxlanıldığını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini və bunun nəticəsi olaraq Məhkum1 əməlinin tövsifində səhvə yol verdiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya dövlət ittihamçısının hər üç kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/202 3 nömrəli, 02 mart 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə a lınması tövsiyə edilmişdir.

23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

24. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, hər üç kassasiya müraciətində istinad edilən hallar kassastorların əvvə lər apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, həmin dəlillərə hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda artıq ətraflı cavablandırma verilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə işin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

26. Kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya müraciətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir.

27. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti, zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 tərəfindən verilən kassasiya şikayəti və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-68/ 2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə və verilən kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar