Məhkəmə qərarları › İş №1(102)-1671/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1671/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1671/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov xx Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(106)-165/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xocavənd Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(069)-12/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: İ.Y.Əliyev) xx.xx.1989-cu ildə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilmiş, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evdə yaşayan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü ildən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti vermiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 07 dekabr 2023cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum edilib ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 0,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evində gizlədərək saxlamış, həmin narkotik vasitəni tanışı, Xocavənd rayonu, Tuğ kənd sakini Şahid6 40 manat pul qarşılığında satacağı barədə 07 avqust 2023-cü il tarixdə, saat 21:59-da aralarında aparılmış 77 saniyə danışıq zamanı razılaşmış, həmin gün Şahid6 ona saat 23:26-da və saat 23:43-də təkrarən zəng edər ək, gəlib narkotik vasitəni götürəcəyini və onu gözləməsini bildirmiş, Şahid6 narkotik vasitəni götürmək üçün gecikdiyindən o, həmin gün saat 23:53-də Şahid6 zəng edərək, harada qaldığını və nə üçün gecikdiyini soruşmuş, sonuncu bir azdan gələcəyini demiş, 08 avqust 2023-cü il tarixdə, saat 00:20 radələrində Şahid6 ilə yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evin yaxınlığında görüşərək aralarında olan razılaşmaya əsasən, satış məqsədi ilə əldə edərək üzərində saxladığı ümumi təmiz çəkisi 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı Şahid6 40 manat qarşılığında satmış, Şahid6 ondan aldığı narkotik vasitəqurudulmuş marixuananı aparıb Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Təqsirləndirilən şəxs vermi ş, sonuncu həmin narkotik vasitəni Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Şahid5 50 (əlli) manat pul qarşılığında satdıqdan sonra həmin gün saat 01 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Şahid5 idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı "Mitsubsihi Airtrek” markalı minik avtomobilində saxlanılaraq, rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, Xocavənd RPŞ-nin inzibati binasında Şahid5 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olun maması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz əməlləri istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, telefon məlumatları, əməliyyat məlumatları və digər sübutlarla öz təsdiqini tapdığı halda, məhkəmə göstərilən həmin halları nəzərə almamış, müstəsna olaraq Məhkum məhkəmədə verdiyi həqiqəti əks etdirməyən ifadələrinə əsaslanmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmaya raq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234. 1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq ma ddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum əməllərinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli olduğunu iddia edərkən xüsusilə ondan çıxış edir ki, Məhkum satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 0,98 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək yaşadığı evində gizlədərək saxlamış, həmin narkotik vasitəni tanışı Şahid6 40 manat pul qarşılığında satacağı barədə 07 avqust 2023-cü il tarixdə, saat 21:59-da aralarında aparılmış 77 saniyə danışıq zamanı razılaşmış, həmin gün Şahid6 ona saat 23:26-da və saat 23:43-də təkrarən zəng edərək, gəlib narkotik vasitəni götürəcəyini və onu gözləməsini bildirmiş, Şahid6 narkotik vasitəni götürmək üçün gecikdiyindən o, həmin gün saat 23:53-də Şahid6 zəng edərək, harada qaldığını və nə üçün gecikdiyini soruşmuş, sonu ncu bir azdan gələcəyini demiş, 08 avqust 2023-cü il tarixdə, saat 00:20 radələrində Şahid6 ilə yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evin yaxınlığında görüşərək aralarında olan razılaşmaya əsasən, satış məqsədi ilə əldə edərək üzərində saxladığı ümumi təmiz çəkisi 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı Şahid6 40 manat qarşılığında satmışdır. Protest müəllifi hesab edir ki, Məhkum həmin narkotik vasitənin məhz xxxxa satması ilə bağlı törətmiş olduğu hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Lakin, apellyasiya məhkəməsi Məhkum narkotik istifadəçisi olduğunu, onun 0,98 qram olan qurudulmuş marixuananı satmadığını, Məhkumun hərəkətlərinin narkotik vasitənin satıcısının deyil, alıcısının məqs ədinə uyğun yönəlməsini (əgər o bu hərəkəti etmiş olsaydı belə, bu hərəkətlərdə narkotik vasitənin satışı kimi qiymətləndirilə bilməz) nəzərə alaraq, onun yalnız törədilməsini etiraf etdiyi cinayətdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması barədə qənaətə gəlmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi nəticə etibarı ilə təzad təşkil edən, yəni bir tərəfdən Məhkum Şahid6 0,98 qram qurudulmuş marixuananı satmaması (faktiki olaraq qeyd olunan narkotik vasitənin ona deyil Şahid6 aid olmasını iddia edir), digər tərəfdən Məhkum Şahid6 narkotik vasitəni verdiyi halda belə narkotik vasitənin satıcısının deyil, alıcısının məqsədinə uyğun yönəlmiş hərəkətlərə yol verməsi barədə yekun qənaətə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya məhkəm əsinin ağlabatan olmayan nəticələrinin ayrı ayrılıqda təhlil edilməsini zəruri hesab edir. Apellyasiya məhkəməsinin 1-ci qənaəti yəni Məhkum Şahid6 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satmaması haqqında. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə, törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən cinayətin subyektiv cəhətinə aid olan Məhkum 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi və Şahid6 40 manat müqabilində satması kimi hallar toplanmış sübutlarla təsdiq edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı və biri nci instansiya məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan hər hansı təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutlarla hazırki iş üzrə şahid qismində keçən Şahid5 üzərində aşkar edilmiş narkotik vasitənin məhz Məhkum tərəfindən satılmasını təsdiq edən heç bir sübut mövcud olmamışdır. Məhkəmə belə nəticəyə gələrkən məhkəmədə (məhkəmə istintaqı aparmadan) narkotik vasitənin satış məqsədi olmadan öz istifadəsi üçün əldə etməsi barədə Məhkum vermiş olduğu apellyasiya şikayətinin dəliləri ilə bağlı çıxışında (məhkəmənin dili ilə desək izahatında) istinad etdiyi hallara əsaslanmışdır. Belə ki, Məhkum apellyasiya baxışı zamanı göstərmişdir ki, o xa narkotik vasitə satmayıb, x ondan narkotik vasitə almamış, 7 avqust 2023-ci tarixdə saat 22 radələrində olan telefon dan ışığında x ona demişdir ki, narkotik vasitə almaq istəyən var, etiraz etmirsənsə deyim ki, narkotik vasitə sənindir (narkotik vasitənin onun olduğunu deyəcəyi halda narkotik vasitəni pulla verəcəkdi, əks halda pulsuz verməli olacaq), onların arasında telefon danışığı bu təklifin müzakirəsi ilə bağlı olmuş, o, da etiraz etməmişdir. Lakin bir daha bildirir ki, x ona pul verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı apellyasiya məhkəməsinin (natamam araşdırma aparılması nəticəsində) Şahid5 aşkar edilmiş narkotik vasitələrin Məhkum tərəfindən bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barədə gəlmiş olduğu qənaət yanlışdır və məhkəmənin gəldiyi həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində (baxılan işin kontekstində) “şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq satma” kimi təsbit olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri s atmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Plenumun hüquqi mövqeyinə görə, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması, müvafiq avadanlıqların olma sı kimi hallar başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. İbtidai istintaq orqanı (birinci instansiya məhkəməsinin razılaşdığı) Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ittiham irəli sürərkən aşağıda sadalanan sübutlara əsaslanmışdır: _ İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə təxminən saat 22 radələrində tanışları Şahid8 və Şahid6la birlikdə oturub yemək yeyərkən Mütəlib Mənafov ona zəng edərək narkotik vasitə istəmiş, eyni masada əyləşənlərdən narkotik vasitə tapa bilib-bilməyəcəklərini soruşmuş, Şahid6 da kiminləsə telefonla danı şmış, sonra ona həmin şəxsdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və qiymətinin də 40 manat olduğunu demişdir. O, da x2ə zəng edərək bu barədə məlumat vermiş, daha sonra x1dan kart nömrəsini alıb x2ə göndərmiş və 50 manat pul köçürməsini bildirmiş, pulu köçürdükdən sonra x1la x bankomatdan pulu çıxarmağa getmişlər, gedərkən x1a pulu çıxardıqdan sonra 40 manatını xa verməsini, qalan pula isə siqaret və qarpız almasını demiş, təxminən 30-40 dəqiqə sonra onlar gəlmiş və x sellofan bükümdə olan narkotik vasitəni ona vermiş, x1 isə aldığı siqaret və qarpızı masanın üzərinə qoymuş, x narkotik vasitəni ona verdikdən sonra xəstə olduğunu bildirərək evə getmiş, o isə x1la birgə oradan getmiş və x2lə görüşərək narkotik vasitəni ona vermişdir. _ İbtidai istintaq zamanı və birinci instan siya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki,.....Şahid5 zəng edərək xxdan narkotik vasitə istəmiş, xx da x2ə olmadığını demiş və daha sonra masada oturanlara, yəni ona və x1a əlaqələrinin olub-olmadığını, narkotik vasitə tapa bilib-bilməyəcəklərini soruşmuş, o, əvvəlcə tapa bilməyəcəyini desə də, xx israr etdikdən sonra əvvəllər narkotik vasitə istifadə etdiyi üçün tanışı Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 07 avqust 2023-cü il tarixdə saat 21:59-da zəng edərək, nəşə adı ilə tanıdığı narkotik vasitə olub-olmadığını soruşmuş, Məhkum da onda narkotik vasitə olduğunu, qiymətinin isə 40 manat olmasını demiş, o da bu barədə xxa demiş, sonuncu kimin üzərində plastik kart olduğunu soruşduqda x1 üzərində plastik kart olmasını bildirmiş, xx plastik kartı x1dan götürdükdən sonra telefonla zəng edərək x2ə kartın nömrəsini demiş, sonra o, Məhkumla 07 avqust 2023-cü il tarixdə saat 23:26-da və saat 23:43-da telefon əlaqəsi yaradaraq harada olması, gəlib narkotik vasitəni götürəcəyi barədə danışmış, saat 23:53-də Məhkum zəng edərək gözlədiyini demiş, bundan sonra o, Şahid7 evlərindən çağırmış, Ömər avtomobili ilə x1la onu bankomata aparmış, x1 avtomobildən düşərək bankomatdan 50 manat pulu çıxardıb 40 manatını ona vermiş, yolda olarkən x1 qalan 10 manat pulla xx üçün mağazadan siqaret və qarpız almış, sonra birlikdə saat 24 radələrində Məhkum yaşadığı yerə getmişlər, orada məhkumin yaşadığı evin məhləsinin baş hissəsində Ömərdən avtomobili saxlamasını xahiş etmiş və avtomobildən düşərək təxminən 15-20 metr getdikdən sonra məhəlləd ə Məhkumla görüşüb Şahid8 ona verdiyi 2 ədəd 20 manatlıq olmaqla ümumilikdə 40 manat pulu Məhkuma verib ondan bir ədəd sellofan bağlamada olan nəşə adı ilə tanıdığı narkotik vasitəni almış və aldığı narkotik vasitəni xxa təqdim etmişdir. _ Şahid6 ilə Məhkum arasında olan üzləşdirmə protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, ibtidai istintaq zamanı Şahid6la təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 təqsirləndirilən şəxs Məhkum barəsində verdiyi ifadələri bir daha təsdiq etmiş və ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək onu ifşa etmişdir. _ Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ibtidai araşdırma zamanı şahid qismində ifadə verərək göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə dostları Şahid6, Şahid8 və Təqs irləndirilən şəxsla evlərinin qarşısında yemək yedikdən sonra Şahid8 kartına pul köçürüldüyünü və "NAZ-Lifan” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində yerləşən bankomata getmələrini demişlər. Həmin avtomobillə qəsəbə ərazisində yerləşən bankomata getmiş, Şahid8 bankomatdan pulu çıxardıb avtomobilə minmiş və oradan mağazaya getmiş, Şahid8 mağazadan siqaret və qarpız alıb avtomobilə əyləşmişdir. Bundan sonra Şahid6 320 ailəlik qəsəbəyə getməyi xahiş etmiş və ondan nə üçün getdiklərini soruşduqda Məhkumla görüşəcəyini bildirsə də, nə üçün görüşəcəyini deməmiş, sadəcə olaraq işinin olduğunu bildirmişdir. Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində Məhkum evinin yaxınlığında avtomobili saxladıqdan sonra Şahid6 avtomobildən düşüb Məhkum evi istiqamətdə getmişdir. _ Məhkum telefon əlaqəsi yaratdığı şəxslərdən əvvəllər məhkum edilmiş, narkotik vasitə istifadəçiləri olan şəxslər müəyyən edilmiş və həmin şəxslər X9, X3, X12 və X5 Məhkum narkotik vasitə əldə edib etməməsini müəyyən etmək üçün ifadələrinin alınması üçün Xocavənd RPŞ-nin İQ-na təqdim edilmişdir. Şahid qismində dindirilmiş Həmid Hüseynov ifadəsində Məhkum 3-4 dəfə marixuana aldığını, yalnız biri dəfə əldə etdiyi narkotik vasitə üçün Məhkum 10 manat pul verdiyini bildirmişdir. _ “Telefona baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş cədvəldən görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus Samsung A14 markalı mobil telefona baxış keçirilərkən Şahid6 ilə Məhkum arasında dəfələrlə telefon danışığın olduğu müəyyən edilmişdir. O cümlədən Şahid6 istifadəsində olan ***-***-**-** say lı mobil nömrə ilə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə, saat 21:59də zəng edilərək 77 saniyə, saat 23:26-da zəng edilərək 13 saniyə və saat 23:43-də zəng edilərək 11 saniyə danışmış, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə, saat 23:53-də zəng edilərək 9 saniyə danışmışdır. _ İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli, 5930 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Məhkum Kannabinoidlərdən istifadə etmə halları olub, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəst əliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi Şahid6 Məhkum 0,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 40 manat pul qarşılığında aldığını israr etdiyi halda, qeyd olunan hal onun və Məhkum arasında baş tutmuş telefon danışıqları və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər sübutlarla təsdiq olunduğu vəziyyətdə apellyasiya instansiyası məhkəməsi bu faktiki halları nəzər almamış, məhkuma elan olunmuş ittiham üzrə toplanmış sübutların CMP-nin 143-146-cı maddələrinin tələblərinə uyğun yoxlamamış və qiymətləndirməmiş, nəticədə hadisələrin gedişatının mexanizmini obyektiv həqiqətdən uzaq olan subyektiv fikir əsasında formalaşdıraraq Məhkum Cinayət Məcəlləsinin 2 34.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmiş, onun əməlində Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında yanlış nəticəyə gəlmişdir. Halbuki yuxarıda qeyd olunan hallar cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını xarakterizə etməklə yanaşı Məhkum özünündə yüksək ictimai təhlükəliliyini (telefon əlaqəsi yaratdığı şəxslərin əksəriyyətinin əvvəllər məhkum edilmiş və narkotik vasitə istifadəçiləri olan şəxslər olmuş, bu da onun kriminal bacarığının olmasını təsdiq edir) nümayiş etdirir. Apellyasiya məhkəməsinin 2-ci qənaəti yəni Məhkum Şahid6 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı verdiyi halda belə narkotik vasitənin s atıcısının deyil, alıcısının məqsədinə uyğun yönəlmiş hərəkətlərə yol verməsi haqqında. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməsi üçün gətirdiyi əsaslandırma ziddiyyətli və təzadlı olmaqla elə apellyasiya məhkəməsinin özünün müəyyən etmiş saydığı işin faktiki halları ilə açıq-aydın uyğunsuzluq təşkil edir. Belə ki, apellyasiya məhkəməsi bir tərəfdən Məhkum məhkəmədə vermiş olduğu izahatından çıxış edərək sonuncunun Şahid6 0,98 qram olan narkotik vasitəni satmaması, bununla da, qeyd olunan narkotik vasitənin sanki Şahid6 məxsus olması (Məhkum narkotik vasitənin ümumiyyətlə olmaması) və onun Məhkum zənginin, evinə gəlişinin görüntü xatirinə olması barədə nəticəyə gəlir, digər tərəfdən Şa hid6 0,98 qram olan marixuananı məhz Məhkum verdiyini lakin bunla yanaşı narkotik vasitənin satıcısının deyil, alıcısının məqsədinə uyğun yönəlmiş hərəkətlərə yol verməsi haqqında qənaətə gəlir. Hazırkı iş üzrə mübahisəsiz şəkildə müəyyən edilən hal budur ki, Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Təqsirləndirilən şəxs, Şahid6 və Şahid8 birgə oturub yemək yeyib spirtli içki qəbul etmişlər, bu zaman Şahid5 narkotik vasitə əldə etmək (almaq) üçün Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu x2 Məmmədova özündə narkotik vasitə olmadığını bildirmiş, bununla yanaşı masada oturanlara narkotik vasitə tapa bilib bilməyəcəkləri bağlı soruşmuş, bu zaman Şahid6 Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 07 avqust 2023-cü il tarixdə, saat 21:59-da zəng etmiş, daha sonra X11 Mustafayev üzərində plastik karta 50 manat pul atmış, Şahid8 bankomatdan hesabına köçən 50 manat pulu çıxardıb 40 manatını Şahid6 vermiş, Şahid6 Şahid7 idarə etdiyi avtomobillə Məhkumun yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yaşadığı evinə getmiş, gəldikdən sonra aldığı narkotik vasitəni Təqsirləndirilən şəxs təqdim etmiş, həmin narkotik vasitədə polis əməkdaşları tərəfindən Şahid5 üzərindən aşkar edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 0,98 qram qurudulmuş marixuananın Şahid5 verilməsi ilə bağlı uzanan zəncirin hər bir iştirakçının hərəkətlərinin məhkəmələr tərəfindən araşdırılması, bu hərəkətləri həmin maddənin satan və ya alan şəxsin mənafeyinə uyğun edildiyi dəqiq müəyyən edilməsi, bununla da, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv öyrənilməsi iştirakçı ların əməllərinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəl cədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi 0,98 qram qurudulmuş marixuananın Şahid6 Məhkumdan əldə etdiyi qəbul etdiyi halda Məhkum yuxarıda sadalanmış zəncirin sonuncu şəxsi (halqası) olmuş olur, belə olan halda apellyasiya məhkəməsinin onun narkotik vasitənin satıcısının deyil, alıcısının məqsədinə uyğun yönəlmiş hərəkətlərə yol verməsi haqqında qənaəti protest müə llifinə aydın olmadığı kimi məhkəmə kollegiyasınada aydın deyil. Başqa sözlə desək Məhkumun Şahid5 xahişi ilə 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı alması, bununla da, onun mənafeyinə uyğun hərəkətlərə yol verməsi, özünün bu qurudulmuş marixuananın satışından mənfəət əldə etməməsi bağlı apellyasiya məhkəməsi motivləri məhkəmə tərəfindən aydın və inandırıcı şəkildə göstərilmədiyindən, bu cür qiymətləndirməyə əsaslanan nəticədə də, qanuni və əsaslı nəticə kimi qəbul edilə bilməz. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişməklə faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti, həmçinin birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş Məhkum cinayət əməllərinin təsviri ilə müqayisədə fərqli qənaətə gəlmişdir. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən qəbul etdiyi yekun məhkəmə aktının təsviri əsaslandırıcı hissəsində özünün müəyyən olunmuş saydığı və Məhkum sübuta yetirilmiş hesab etdiyi cinayət əməllərinin təsvirini verməli idi. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilm iş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yana şı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir. Sadalanmış hallar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi ibtidai istintaq tərəfindən Məhkum qarşı irəli sürülmüş və birinci instansiya məhkəməsinin razılaşdığı ittihamla müqayisədə fərqli nəticəyə gəlməsinə baxmayaraq, məhkəmə özünün sübuta yetirmiş hesab etdiyi cinayət əməlinin təsvirini tərəfindən qəbul edilmiş qərarın təsviriəsaslandırıcı hissəsində göstərməmiş, bununla da Məhkum nədə təqsirli bilinməsi ilə bağlı mövqeyini konkret olaraq əsaslandırmayaraq cinayət prosessual qanunvericiliyinin tələbləri və Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələri ilə uzlaşmayan nəticəni hasil etmişdir. Apellyasiya məhkəməsinin özünün sübuta yetirmiş hesab etdiyi cinayət əməlinin təsvirini tərəfindən qəbul edilmiş qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməsi həmdə ona görə vacibdir ki, qurudulmuş marixuananın miqdarı-0,98 qram təşkil etdiyi halda məhkəmə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib cəzalandırlması ilə bağlı nəticəyə gəlmişdir. Halbuki CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitənin miqdarının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur. Adı çəkilən Qanunla il ə təsdiq edilmiş siyahılarda qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramdan yuxarı külli miqdar, 50000 qramdan yuxarı isə xüsusi ilə külli miqdar hesab olunur. Bununla bağlı kollegiya qeyd edir ki, nə qədər ki, birinci instansiya məhkəməsi Məhkum qarşı AR CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşdığından narkotik vasitə olan marixuananın 0,98 qram miqdarda olması Məhkum əməlinin CM-nin qeyd olunan maddəsi ilə tövsif olunması üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməli həmin maddədən AR CMnin 234.1-ci maddəsinə tövsif edilməsi nəzərə alındıqda, qeyd olunan maddənin tərkibinin yaranması üçün narkotik vasitənin xeyli miqdarda olması mühüm əhəmiyyət kəsb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsin əməlini yanlış tövsif etməklə yanaşı, tövsif etdiyi maddi hüquq normasına münasibətdə belə yuxarıda sadalanmış halları nəzərə almamış və xeyli miqdar təşkil etməyən 0,98 qram marixuanaya münasibətdə qanunsuz, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının kobud surətdə pozmaqla Məhkum əməlində cinayət tərkibinin olması qənaətinə gəlmiş, bu azmış kimi sonuncuya qeyd olunan miqdarda narkotik vasitəyə görə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Halbuki satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin hökmdə cinayət əməli təsvir edilərkən göstərilməsi belə yolverilməzdir. Yuxarıda sadalanan halların məcmusunda n görünür ki, apellyasiya instansiyası məhkəməsi keyfiyyətsiz və natamam araşdırma aparmaqla Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlaması və daşıması ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmiş, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirmiş, yekunda kifayət qədər inandırıcı səbəblər gətirmədən Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmişdir. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(106)-165/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 fevral 2024-cü il tarixli, 1(106)-165/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar