Məhkəmə qərarları › İş №1(102)-1672/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1672/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1672/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçiləri Əliyev Süleyman Hüseynqulu oğlunun və Əhmədov Araz Həmzə oğlun un iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin 16 fevral 2021-ci İl tarixli hökmü ilə (sədrlik edən hakim: N.Mustafayev) Məhkum - 27 avqust 2000-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Şəmkir Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdu dlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində ünvan 2taqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, CM-in 69.3-cü maddəsinə əsasən, onun həbsdə və ev dustaqlığında saxlandığı 27 aprel 2020-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək müddət, yəni 09 ay 19 gün azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 gününün bərabər tutulması qaydası ilə hesablanmaqla 1 il 7 ay 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyi şdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması və ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4 və X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 06 fevral 2020-ci il tarixdə saat saat 03:50-də X1 Şəmkir rayonu Düyərli kəndinin mərkəzində yerləşən saxlanc yeri olan «Zeytun» aptekə qanunsuz daxil olaraq aptekin kassasında saxlanılan 200 manat məbləğində nağd pulu gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X7 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 06 fevral 2020-ci il tarixdə saat 04:20 radələrində X2 Şəmkir rayonu Düyərli kəndində yerləşən «ELG Telekom» telefon dükanına qanunsuz daxil olaraq 7700 manat məbləğində nağd pulu, 1020 manat dəyərində 600 ABŞ dolları məbləğində nağd pulu və 120 manat dəyərində «SAMSUNG J3» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs X2a xeyli miqdarda, yəni 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,283 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib qol və papaq hissələrində qırmızı rəngləri olan qara rəngli qış gödəkçəsinin sol iç-yan cibində saxlamışdır ki, 24 aprel 2020-ci il tarixində saat 06 radələrində Tovuz RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan gödəkçəni geyinərək sonucunun evindən siqaret almaq məqsədi ilə çıxmış dostu X5, Tovuz şəhəri H.Əliyev prospektində yol kənarında müəyyən edilərək ünvan 3 ünvanında yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib, həmin binanın birinci mərtəbəsində xidməti otaqda üstünə baxış keçirilən zaman, həmin 0,283 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı tərəfindən v erilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğı cının 27 aprel 2020-ci il tarixdən hesablanmasıqərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticə yə gəlmişdir. Kassasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin hökmündən müdafiə tərəfi apellyasiya şikayət verməmiş, dövlət ittihamçısı apellyasiya protesti vermiş və apellyasiya protesti apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təmin edilərək, hökmdə dəyişiklik edilmiş, məhkuma təyin edilmiş cəza sərtləşdirilərək ona 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. C inayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları, Məhkum məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əməllərindən səmimi peşman olmalarını və cəmiyyətdə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa məhkəmə Məhkum cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, t örətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barələrində cəzalarını ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkum əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuşdur. Göründüyü kimi Məhkum oğurluq cinayətini törətməsinə görə əvvəllər daha yüngül cəzaya məhkum olunmasına baxmayaraq, islah olunmayaraq, məhkumluğu götürülməmiş yenidən qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum edilməsini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsininin göstəricisi olan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətməsini nəzərə almamışdır. Halbuki, CM-nin 34.8-ci maddəsində də qeyd edilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum 0,283 qram çəkidə, kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini əldə edib üzərində saxlamışdır. Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olma qla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop ma ddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin şəxsi istehlak miqdarından dəfələrlə artıq psixotrop maddə gəzdirməsini cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə almamış və əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin etmişdir. Cinayət işinin hallarından görünür ki, Məhkum tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Beləliklə də, Məhkum azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi Məhkum törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaq la, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göstərilən əsaslarla apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş cəzanı sərtləşdirərək azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəra rında göstərilən əsaslardan müəyyən edilir ki, Məhkum təyin edilmiş cəzanın sərtləşdirilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu kassasiya şikayətində göstərilməmişdir. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021 -ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişiksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar