Məhkəmə qərarları › İş №1(102)-1672/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1672/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1672/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X6 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçi si Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X5 xx xxxx 1999-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşamışdır. 2. 02 noyabr 2020-ci il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 05 avqust 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq Şəmkir şəhəri, Rəşid Behbudov küçəsi ilə evlərinə doğru hərəkə tdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zamanı onu itələyib yerə yıxmasından əsəbiləşərək qisas almaq niyyətilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd döş və qarının ön divarının sol yarısının daxilə k eçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qaçması səbəbindən və vaxtında X11 Yardım Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərə rçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 3. 16 noyabr 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X5 05 avqust 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq Şəmkir şəhəri, Rəşid Behbudov küçəsi ilə evlərinə doğru hərəkətdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zam anı onu itələyib yerə yıxmasından əsəbiləşərək şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd döş və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthi nin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-71/2021 nömrəli, 18 mart 2021-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün də yişdirilməsini və X3 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

7. Həmçinin hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verib hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs X1 törətdiyi əməlinə görə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində Azərbaycan Respublikası CM-nin 60.1 və 63.3-cü maddələrinə uyğun cəza təyin edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-262/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-71/2021 nömrəli, 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)252/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-262/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)71/2021 nömrəli, 18 mart 2 021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq, X5 Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilir, məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hö km və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi ü zrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiəçi1 kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlin səhv tövsif edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu m üraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

21. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən e dilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənil məsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

25. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla topl anmış sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha tədqiq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrin tələblərinə müvafiq şəkildə araşdırmamış, Məhkum və zərərçəkmiş şəxsin məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdikləri ifadələr arasında olan ziddiyyətlərin səbəbini aydınlaşdırmamış, həmin ifadələri digər sübutlarla qarışlılıqlı şəkildə təhlil edərək düzgün qiymətləndirməmişdir, bunun nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin yekunda gəldiyi qənaətinə görə, Məhkum məhz Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla – özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının əvvəlki qərarına uyğun olaraq yenidən baxılan apellyasiya müraciətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya inst ansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mə hkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-265/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli, hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar