Məhkəmə qərarları › İş №1(102)-1672/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1672/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1672/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarından cinayət məsuliyyətindən azad edilmiş şəxs tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Cinayət məsuliyyətindən azad edilmiş şəxs xx xxxxxx 1960-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır. 2. 16 sentyabr 2024-cü il tarixli ittiham aktına əsasən Cinayət məsuliyyətindən azad edilmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Cinayət məsuliyyətindən azad edilmiş şəxs cinayət təqi bi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Cinayət məsuliyyətindən azad edilmiş şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs dayandırılmış xəstəlik ilə bağlı təqaüdünün almasını bərpa etməsinə köməklik göstərilməsi barədə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 25 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ü nvanında 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini sonuncudan alıb ələ keçirərək şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-138/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli hökmü ilə Cinayət məsuliyyətindən azad edilmiş şəxsin əməlində cinayət tərkibi olmadığı əsası ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə bəraət verilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi və Cinayət məsuliyyətindən azad edilmiş şəxs Azərbaycan Respu blikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-138/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsi, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 178.2-4-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmış, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından cinayət məs uliyyətindən azad edilmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində cinayət məsuliyyətindən azad edilmiş şəxs və zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadələrinə istinadla qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi onların ibtidai istintaq dövründə verdikləri və mötəbərliyi şübhə altında olan ziddiyyətli ifadələrini əsas götürərək, bəraət hökmünü əsassız və qanunsuz olaraq ləğv etmişdir. Həmçinin, iş üzrə icraata xitam verilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) tələbləri pozulmuşdur. Qanunvericilik bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini müdafiə tərəfinin razılığı ilə həyata keçirilməsini imperativ nor ma kimi müəyyən etsə də, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən həmin tələbi pozmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Cinayət məsuliyyətindən azad edilmiş şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hall arı araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Verdiyi kassasiya şikayətində Cinayət məsuliyyətindən azad edilmiş şəxs əməlində cinayət tərkibinin olmadığını, eləcə də barəsində cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilərkən prosessual pozuntulara yol verildiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası əvvəla nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini tə şkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasi ya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənləri nəzərdən keçirərək qeyd edir ki, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, birinci instansiya məhkəməsinin bəraət hökmünd ən verilmiş apellyasiya protestinə baxılmasının nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırılmış cavablandırma artıq verilmişdir.

21. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Kassasiya şikayətində qaldırılan yeganə yeni dəlilə - iş üzrə icraata xitam verilməsinin müdafiə tərəfinin razılığı ilə həyata keçirilməli olmasının cinayətprosessual qanunvericiliyinə görə imperativ norma kimi müəyyən edildiyi və apellyasiya instansiyası məhkəməsinin bu tələ bi pozduğu barədə iddiasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində təsbit edilmiş qaydaya görə, Cinayət Məcəlləsinin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

24. İstinad edilən normanın təsvirindən göründüyü kimi, qanunverici Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi imkanını məhkəmələrin hüququ kimi yox, vəzifəsi kimi müəyyən etmiş və bu nun edilməsini bir sıra şərtlərin icrası ilə əlaqələndirmişdir.

25. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Cinayət məsuliyyətindən azad edilmiş şəxs məhkəmə baxışı dövründə zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, daha sonra isə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir.

26. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində əksini tapan qaydaya görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

27. Eyni Məcəllənin 43.1.2-ci maddəsinə əsasən isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

28. Yuxarıda istinad olunan normaların müddəalarından göründüyü kimi, məhkəmə baxışının gedişində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi tələbi imperativ norma kimi təsbit edilmişdir və həmin normanın tətbiqi müdafiə tərəfinin razılığının alınması ilə şərtləndirilməmişdir. Belə olan ha lda apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, müvafiq maddi və prosessual hüquq normalar düzgün tətbiq edilərək, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

29. Digər tərəfdən, cinayət-prosessual qanunvericiliyinin və cinayət hüququnun prinsiplərinə uyğun olaraq, təqsirləndirilən şəxsin cinayət təqibinin istənilən mərhələsində zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini təmin etməsi onun iradəsinin könüllü şəkildə təzahür etməsi kimi qiymətləndirilməli və bu hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə alınmalıdır.

30. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddə sinə əsasən, əgər şəxs xüsusilə həmin maddədə göstərilən hallarda, o cümlədən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi üzrə törətdiyi cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə könüllü surətdə ödəyirsə, bu hal onun barəsində həmin maddənin tətbiqi üçün hüquqi əsas yaradır. Belə ödəmə prosessual baxımdan könüllü öhdəlik kimi qiymətləndirilməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin nəticələrini tam aradan qaldırmaq iradəsini ifadə edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci və 73-1.2-ci maddələrinin tətbiqinin məqsədəuyğunluğu məsələsinin həllində nəzərə alınmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, qeyd edilən məbləğin könüllü şəkildə dövlət büdcəsinə ödənilməs i yalnız formal akt deyil, həm də şəxsin hüquqi məsuliyyətə münasibətini və cinayət nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərdiyini nümayiş etdirir. Belə hallarda şəxsin bu prosessual davranışı onun hüquqi statusunu dəyişdirir – şəxs artıq təkcə zərərin ödənilməsini deyil, dövlət qarşısında sosial ədalətin bərpasını da hədəfləyir ki, bu da Azərbaycan Respublikası CM-nin 57-ci maddəsində təsviri verilən cəzanın məqsədlərinə uyğun yanaşma kimi qiymətləndirilməlidir. Məhkəmənin bu kontekstdə təhlil aparması təqsirli şəxsin gələcəkdə hüquqazidd davranışlardan çəkindirilməsinə xidmət edir və ümumi profilaktik təsir gücünə malikdir.

32. Məhz bu səbəbdən Ali Məhkəmənin qəbul etdiyi müvafiq Plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsi Az ərbaycan Respublikası CM-nin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Azərbaycan Respublikası CM-nin 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı, № 7, § 40, 11 iyun 2015-ci il).

33. Beləliklə, baxı lan kassasiya şikayəti ilə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

34. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakimə sinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Odur ki, məhkəmə kollegiy ası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cinayət məsuliyyətindən azad edilmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-792/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar