Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1673/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, məhkumun müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi X9 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1214/2021 saylı hökmü ilə (hakimlər X12 (sədrlik edən hakim), X18 və X1 ibarət tərkibdə), 02 avqust 1962-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon təhsil şöbəsin in məsləhətçisi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ev 183, mənzil 32-də qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli palto, bir ədəd qara-ağ rən gli xırda damalı uzunqol köynək, göyümtül-bozumtul rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kəmər mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X7 təhvil verilməsi, Məhkum məxsus və Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd göy rəngli, uzunqol jaket, bir ədəd göy rəngli cins materialdan şalvar və bir cüt qara rəngli corab Məhkum oğlu Şahid5 təhvil verilməsi, mərhum Zərərçəkmiş şəxs məxsus “Lexsus GX 460” markalı, Az-**-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisindən 12 dekabr 2020-ci il tarixdə aşkar olunmuş bir ədəd dəyənəyin və bir ədəd 368481 saylı, 6.35mm kalibrli TK-Korovin konstruksiyalı, yivli odlu silah olan tapançanın və onun komplekt hissəsi olan bir ədəd darağın baxılan cinayət işindən ayrılan cinayət işi üzrə maddi sübut olmaqla Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılması nəzərə alınması, Bakı şəhər Xəzər RPİ-də saxlanılan bir ədəd “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli yivsiz odlu ov silahı, içərisində 9 ədəd patron olan 01 ədəd patrondaş, hadisə yerindən götürülmüş 03 ədəd atılmış giliz Azərbaycan Respublikası DİN-nə təhvil verilməsi, pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 10 ədəd qırma, Zərərçəkmiş şəxs meyitindən götürülmüş 10 ədəd qırma məhv edilməsi, cinayət işində olan 2 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci olan 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat məbləğində pul Məhkum tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbayc an Beynəlxalq Bankdakı AzMEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməsinə dair hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X10 və Məhkum Səməd oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrliyi və məruzəsi ilə), X4 və X2 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)1214/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum 12 dekabr 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 1 ünvanında ailə mün aqişəsi zəmnində qisas niyyəti ilə kürəkəni - xx xxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.1986-cı il tarixli 242 saylı şəhadətnamə ilə özünə məxsus olan 12 kalibrli, (“MÜ 21-12” markalı), “N 7672” nömrəli, 4 ədəd patron tutumuna malik, özüdolduran (avtomatik doldurma mexanizmli), yivsiz təklüləli ov silahından fasiləsiz olaraq dalbadala 3 dəfə atəş açmaqla zərərçəkmişə sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah-qırma yarası, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah - qırma yarası, sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarasının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah - xırda qırma yaraları yetirməklə Zərərçəkmiş şəxs, yəni başqa şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Vüqar Məmmədov və vəkili Nümayəndə2 tərəfindən birgə kassasiya şikayəti verilmiş və kassasiya şikayətinə qarşı Məhkum etiraz verilmişdir. Etirazda qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin kassasiya şikayətində göstərdikləri dəlillərlə bağlı Bakı Apellyasiya Məhkəməsinin q ərarı dəyişdirilə və daha ağır cəza təyin edilə bilməz. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi X9 şikayətində göstərmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi formal olaraq, məhkum edilmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması halına istinad edərək, onun xüsusilə ağır cinayət törətməsini, həmçinin əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, ona yüngül cəza vermişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum könüllü gəlib təqsirini boynuna almasını və cinayətin alətini könüllü təqdim etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edi lməmişdir Apelyasiya şikayətində də qeyd etdiyim kimi, Məhkum anlaqlı bir şəxsdir. Hadisəni törədərkən də ağlı başında olmuşdur. Rəşid Məmmədov onun kürəkəni olmaqla yanaşı, həmçinin nəvələrinin atası idi. Əsəbləşib silah ilə onun ürəyindən deyil, ayağından da vura bilərdi. Lakin Məhkum öz üstünlüyünü, “avtoritetini” sübut etmək üçün bilərəkdən həyatdan məhrum etmək məqsədilə Zərərçəkmiş şəxs sinəsindən, ürək nahiyəsindən silahla vurmuşdur. Buna baxmayaraq, məhkəmə ona etdiyi əmələ, şəxsiyyətinə, cinayətin törədilmə üsulu və səbəbinə, cinayətin törədilmə şəraitinə tam uyğun olmayan, açıq aşkar yüngül cəza təyin etmişdir. Qeyd edilənlərdən əlavə, hesab edirəm ki, birinci instansiya məhkəməsinin yalnız şahid qismində dindirilmiş David Kərimovun ifadəsinə istinad edərək Məhkum hadisə barədə D İN-ə məlumat verməsini sonuncunun könüllü gəlib təqsirini boynuna alması kimi qeyd etməsi qanunsuz və əsassızdır. Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşk ar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Nəzərə alınmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma hər bir konkret halda səmimi peşmançılıqla birbaşa bağlı olmasa da, şəxsin özünü istintaq və təhqiqat orqanına könüllü təqdim etməsi, törədilmiş və ya hazırlanan cinayət yaxud onda iştirakı barədə düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyinin göstəricisidir. Şəxsin könüllü gəlib təqsirini boynuna almasının səmimi peşmançılıq, təqsirin etirafı və ya öz davranışının qınanması halları ilə də müşayiət olunması istisna edilmir. Xüsusilə vurğulanmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, CM-in 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən yüngülləşdirici hal kimi könüllü gəlib təqsirini boynuna alma yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar olmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi X9 Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsini və məhkumun 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini x ahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin, nümayəndəsinin kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin, şikayətin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum müdafiəçisinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikay ətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənl əşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azə rbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmam ası kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizli yin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Hüquqi varisin kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticə dəyişdirilməli olması və əməlinin maddədə nəzərdə tutulmuş yuxarı həddə məhkum edilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanm ış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qızı Nigarın əri olmuşdur. Nigarla Rəşad 12 il əvvəl nigaha girərək ailə qurmuşlar. Ailə qurduqdan sonra onların iki qız övladı olmuşdur. Toydan qısa müddət keçmiş bilmişdir ki, Rəşadın pis vərdişləri vardır. Belə ki, Rəşad narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızına qarşı kobud davranır. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm Rəşadın öz valideynləri, həm də onun özü tərəfindən səylər göstərilmiş, pul verilmiş, lakin nəticəsi olmamışdır. Demək olar ki, qızı Nigar Rəşadla evləndiyi vaxtdan Rəşa dın pis vərdişlərinə görə əziyyət çəkmiş, amma ailəsini qoruyub saxlamaqdan ötrü Rəşadın neqativ hərəkətlərinə dözmüşdür. Hətta təxminən 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin ağsaqqalların tövsiyyəsi və səyi nəticəsində qızı Rəşadla barışmış, onlar yenə birgə yaşamışlar. Həmin vaxt Rəşadın valideynləri ilə yenə qərara gəlmişlər ki, Rəşadı müalicə etdirsinlər. Lakin Rəşad müalicəni yarımçıq qoymuş, müalicədən yayınmışdır. Sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət etmiş, həmin vaxtdan qızı Nigar övladları ilə birlikdə köçüb onun şəhərdə olan mənzilində yaşamışdı r. Nigar onlarda qaldığı vaxtlarda həftədə 2-3 dəfə Rəşadın öz uşaqlarını görməsi üçün həm Nigar tərəfindən, həm də onun tərəfindən şərait yaradılmışdır. Nə qızı, nə arvadı, nə d əki, o özü heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışlar. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında Rəşad öz mobil nömrəsindən ona zəng edib aqressiv şəkildə harada olmasını soruşmuş, o isə Rəşada Mərdəkanda bağ evində olduğunu demişdir. Rəşad bağa çatanda ona darvazanın ağzında olduğunu demiş, o, evdən həyət qapısının düyməsini basmış və qapı açıldıqdan sonra Rəşad həyətə daxil olmuşdur. Rəşad ona zəng edən vaxt onunla aqressiv danışdığından Rəşadı sakitləşdirmək məqsədilə, həmçinin Rəşadın həyətdə söyüş söyməsindən, qışqırıb səs-küy salmasından ehtiyat edib Rəşadı evə dəvət etmişdir ki, Rəşad la söhbət etsin. Rəşadla evə qalxaraq masa arxasında əyləşib söhbət etmiş, ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışmış, hətta Rəşadın böyük qızı ilə telefonla şəxsən danışdığını, qızının ona xəstələndiyi və onlayn dərsə qoşulduğu üçün atası ilə görüşə bilməyəcəyini deməsini, burada heç kəsin ona qarşı pis hərəkət etmədiyini izah etməyə çalışmışdır. Hətta Rəşada demişdir ki, vaxt keçər yenə barışarlar, yenə ailələlri bir-birinə qovuşar. Lakin Rəşad onun danışıqlarına əhəmiyyət verməmiş, aqressiv formada onu alçaltmağa çalışmış, əxlaqsız sözlər, ona qarşı yaşına uyğun olmayan ifadələr işlətmişdir. O isə əsəbini cilovlayaraq ona cavab verməmiş, düşünmüşdür ki, Rəşad sakitləşəcək və xoşluqla çıxıb gedəcəkdir. Əksinə Rəşad daha da qızışaraq artıq onu, uşaql arını, ailəsini pis-pis söyüşlərlə söymüş, onu və ailə üzvülərini öldürməklə hədələmiş, evin içi olduğu üçün həmin sözləri yalnız ikisinin eşitdiyini başa düşdüyü üçün Rəşadın sözlərini sakit qəbul edib, söyüş və təhqirlərini özünü daxilən boğub cavab verməmiş, Allahdan səbr diləyib, lənət şeytana deyə-deyə özünü toxtamağa, ələ almağa çalışmışdır. Bundan sonra Rəşad ayağa qalxıb evdən həyətə çıxmış, o da onun arxasınca çıxmışdır. Həyətdə Rəşad sakitləşməyərək ona tərəf çönərək olüsünü-dirisini və nəhayət atasının qəbrini söymüşdür. Artıq buna dözməmiş, elə bil ki, havalanaraq çönüb evə girərək girişdə olan ov tüfəngini çıxarıb bayıra çıxmış və bundan sonra nə baş verdiyini xatırlamır. O zaman ayılmışdır ki, bağbanı onun kürəyindən tutaraq silkələyir. Bu zaman görmüşdür ki, yerə çöküb otur muş, əlindəki tüfəng yerə düşmüş, Rəşad isə ondan aralıda torpaqda uzanıqlı vəziyyətdədir. Bağbana təcili tibbi yardıma zəng etməsini demiş, özü isə polisə zəng etmişdir. Onun Rəşadı vurmasına səbəb həm onu və övladlarını öldürməsi barədə hədəsinin real olması və ən axmaq söyüşlərlə onu,arvadını, övladlarını, atasının qəbrini belə söyüb təhqir etməsi olmuşdur. O, Ovçular cəmiyyətinin üzvü olmaqla 4 tüfəngi vardır. 3 tüfəng şəhərdəki mənzildə seyfdə, bir tüfəng isə hadisə baş verdiyi bağ evində idi. Belə ki, həmin bağda çox vaxt tək qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərindən bu tüfəngi bağda saxlayırdı. Zərərçəkmiş şəxs hadisədən az əvvəl ona və ailəsinə qarşı, hətta ölülərini məhkəmədə deyilməsi mümkün olmayan söyüşlərlə söyməsi, ailə üzvlərini öldürməklə hədələməsi onu özündən çıxarmış, etdiyi hərəkətlərin fərqində olmamış, havalı vəziyyətdə Zərərçəkmiş şəxs öldürmüşdür. Qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs tapançası olmuşdur, həmin tapança ilə Rəşad bir dəfə bu bağda qızı və oğlunu qorxuzmaq üçün bağda olduğu zaman havaya atəş açmışdır. Həmin vaxt o ölkədən xaricdə olmuşdur. Həmçinin o bilirdi ki, Rəşad həmin odlu silahı daima üzərində gəzdirir, hətta bir neçə dəfə həmin tapançanı görmüşdür. Bu səbəbdən Rəşadın övladlarını və onu öldürəcəyi ilə hədəsini həqiqi kimi qəbul etmişdir. O, yaxınlarını qorumaq üçün və ağır təhqirlər səbəbindən bir anlıq üzərinə nəzarətini itirərək bu hadisəni törətmişdir. Təbii ki, hadisənin bu cür baş verməsinə görə peşmandır. Məhkəmənin nəzərinə çatdırır ki, o, onkoloji xəstəsidir, bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müayinə olunmu ş və müalicə almışdır. Həmçinin onun ürəyində kardioloji problemləri olduğu üçün bununla da bağlı əziyyət çəkir, istintaq təcridxanasında lazımi tibbi yardım ala bilmir, məhkəmədən xahiş edir ki, onun onkoloji və kardioloji problemlərini nəzərə almaqla müalicə müəsssəsinə köçürülməsinə köməklik edilsin. Sahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum 10 ildən artıq müddətdir ki, tanıyır. Belə ki, o, Məhkum Mərdəkan qəsəbəsindəki bağında bağban işləyir. Bağın ərazisində giriş qapısının yanında onun yaşayıb işləməsi üçün iki otaqlı evi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə Azər müəllimin qızı Nigarın əri olmuşdur. Azər müəllimlə mərhumun münasibətləri normal olmuşdur. Ümumiyyətlə, Azər müəllim övladlarının ailə işlərinə qarışmırdı. Əksinə, övladları üçün bütün imkanlarından istifadə edirdi. Hətta kürəkəni Rəşad bağ evi tikdirdiyi zaman ona maddi cəhətdən köməklik etmişdir. O da Azər müəllimin tapşırığı ilə həmin bağın tikintisində iştirak etmişdir. Rəşad onun yaddaşında əsəbi, dəyişkən təbiətli bir insan kimi qalmışdır. Həmin bağın tikintisi zamanı Rəşad bağa gələrək fəhlələrin bağdan çıxarılmasını ondan tələb edirdi. Bunun üçün isə heç bir səbəb olmamış, sadəcə Rəşad sərxoş olmuşdur. 2013-cü ildə isə qısa müddətə rayona gedib qayıtdıqdan sonra Azər müəllimdən eşitmişdir ki, Rəşad bağa gələrək tapança ilə göyə atəş açmışdır. Həmin vaxt bağda Azər müəllim olmamış, amma ailə üzvüləri olmuşdur. Nigardan eşitmişdir ki, Rəşad narkotik vasitələri qəbul edir, spirtli içkilər aludəçisidir. Rəşad əvvəllər Azər müəllimin bağ evinə tez-tez gəli b-getmiş, sonradan Rəşadla Nigarın ailə problemləri səbəbindən arada soyuqlaşma olmuş, bundan sonra Rəşad bağ evinə demək olar ki, heç gəlməmişdir. Hadisə haqqında bildirir ki, 11 dekabr 2020-ci il tarixdə Azər müəllim yenə bağ evinə gəlmiş, yenə adəti üzrə həyət-bacada işləmiş və bağda gecələmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 6-7 radələrindən Azər müəllim həyətdə səliqə-səhman işləri ilə məşğul olmuşdur. Təxminən saat 10 radələrində evdə olan zaman həyət qapısının açıldığını eşitmiş, pəncərədən baxdıqda Rəşadın gəldiyini görmüşdür. O, həyətə düşdükdə, görmüşdür ki, Azər müəllim evin qapısının qarşısında dayanıb Rəşadı qarşılamış, içəri dəvət etmiş, Rəşadla Azər müəllim evə daxil olmuşlar. Bu vaxt Rəşadın əsəbi olduğunu hiss etmişdir. O, həyətdə olarkən Rəşadın yüksək tonla danışdığ ını eşitmiş, hər hansı bir hadisənin baş verməməsi üçün Azər müəllimin oğlu Məmmədin mobil telefonuna zəng edib olanlar haqqında məlumat vermişdir. Məmməd isə ona Rəşadı evdən çıxarmasını demiş, lakin o, bunu bacarmayacağını bildirərərk Məmməddən tez bağa gəlməsini xahiş etmişdir. Məmməd də yola çıxdığını bildirmişdir. Bu vaxt Rəşadın Azər müəllimlə evdə yüksək səslə mübahisə etdiyini eşidirdi. Evin qapısı bağlı olduğu üçün utandığından və Azər müəllimdən abır-həya etdiyi üçün qapını döyməmiş və söhbətlərinə müdaxilə etməmiş, öz evinin yanına çəkilib Məmmədin gəlişini gözləmişdir. Bu zaman qapının açılmasını, evdən Rəşadla Azər müəllimin çölə çıxdıqlarını görmüşdür. Amma çalışmışdır ki, Azər müəllim onu görməsin. Rəşad əsəbi halda Azər müəllimi əxlaqsız söyüşlərlə təhqir etmiş və ona sənin oğlunu da, qızını da güllələyəcəyəm demişdir. Azər müəllimin isə səsi gəlmirdi. Birdən dalbadal açılan atəş səslərini eşitmiş, əvvəl qorxaraq evinə tərəf çəkilmiş, lakin sonra həyətə tərəf gedərək görmüşdür ki, Azər müəllim dizi üstə ayaq yalın yerdə oturmuş, silah qucağında əsirdi. Rəşadı isə görməmişdir. Azər müəllimə yaxınlaşaraq onu kürəyindən silkələyib “Azər müəllim, yaxşısız?” deyə sual vermişdir. Lakin Azər müəllim ona cavab verməmiş, ümumiyyətlə bir ağsaqqal kimi həmişə Azər müəllimlə məsafə saxladığı üçün çox da Azər müəllimi danışdırmamış, lakin bir daha Azər müəllimə “nə kömək edə bilərəm?” demiş, Azər müəllim sanki özünə gələrək «mən nə etdim?» demişdir. Bu vaxt o, çardağın alt hissəsinə tərəf baxdığında Rəşadın yerdə uzanıqlı vəziyyətdə və hərəkətsiz olduğunu görmüşdür. Bu z aman Azər müəllim ona “təcili tibbi yardıma zəng et” demişdir. O, telefonla 2 dəfə təcili tibbi yardımı yığaraq düşə bilməmiş, yalnız üçüncü dəfə yığanda təcili tibbi yardıma düşə bilmişdir. Bundan sonra Azər müəllimə ayağa qalxıb evə getməyə kömək etmişdir. Polisə hadisə haqqında Azər müəllim özü zəng vurub məlumat vermişdir. Hadisə baş verən vaxt bağ evində Azər müəllimdən və ondan başqa heç kəs olmamışdır. Bir neçə dəqiqə sonra təcili yardım həkimləri gələrək Rəşadı müayinə edib öldüyünü bildirmişlər. Bu vaxt Məmməd də bağa gəlib çatmış, qısa müddətdə isə bağa polis əməkdaşları da gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum atasıdır, mərhum Zərərçəkmiş şəxs isə əri olmuşdur. Rəşadla 2008-ci ildə ailə həyatı qu rmuş, həmin nikahdan iki qız övladı dünyaya gəlmişdir. İlk əvvəl Rəşadla aralarında münasibətlər yaxşı olmuş, lakin ailə qurduqdan 2 ay sonra Rəşadın narkotik vasitə olan kokain və nəşə istifadə etməsini bilmişdir. Belə ki, həmin vasitələri evdə aşkar etmiş, həmçinin Rəşadın kokain istifadə etdikdən sonra hamamda vəziyyətinin pisləşməsini dəfələrlə görmüşdür. Narkotik maddələrdən istifadə etdikdə Rəşad özündə olmamış, onu acılayır, nalayiq söyüşlərlə söymüşdür. Dəfələrlə Rəşad onu döymüş, iki dəfə Rəşad hamam otağında narkotik maddə istifadə etdiyinə görə halsız vəziyyətdə qalmışdır. Həmin vaxt qapını açıb Rəşadı çıxarmış, qaynanasına zəng edib köməyə çağırmışdır. Dəfələrlə Rəşad özündə olmayaraq onun üzərinə bıçaqla hücum çəkmişdir. Bundan sonra Rəşad narkotik vasitə və spirtli içki qəbul etdikdə hətta gecə saatlarında valideynlərinin yaşadığı evinə iki körpə qızı ilə gəlmiş, Rəşad arxasınca gələrək atasıgilin yaşayış binasının blokunda səs-küy salmış, evin qapısını təpiklə vurub sındırmağa çalışmışdır. Bu səbəbdən Rəşadla aralarındakı münasibətlər soyumağa başlamış, hətta 2009-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin atası və qaynatası işə qarışdığı və onları barışdırdığı üçün Rəşadla barışmışdır. Rəşadın valideynləri onu müalicə etdirərək narkotikdən sağaldacaqlarını söz vermiş, həqiqətən də anonim olaraq Rəşadı ayrı-ayrı narkoloji dispanser və həkimlərdə müalicə etdirməyə çalışmış, lakin Rəşadın axıracan müalicə almağa iradəsi çatmamış, müalicələrini yarımçıq buraxmış, köhnə həyat tərzini davam etdirmişdir. Rəşad atasına məxsus Bakı əyirici-tikici fabrik ində müavin işləmiş, lakin daima narkotik və spirtli içkilərin təsiri altında olduğundan işə də getmirdi. 2013-cü ildə Rəşad onu yenə evdən qovmuş və o, yenə uşaqları ilə valideynlərinin Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gəlmişdir. Belə ki, həmin vaxt aralarında olan mübahisələrə görə Rəşad onu evdən qovmuşdur. Bağ evində olan zaman Rəşad bağa gəlmiş, darvazanın qabağında maşından düşüb havaya bir neçə dəfə atəş açmış, Rəşadın qabağına çıxan qardaşı Məmmədə nalayiq ifadələr işlətməklə “yaxşı edirəm atıram, hamınızı öldürərəm demişdir”. Məmməd Rəşada evi tərk etməsə, polis çağıracağını demiş, yalnız bundan sonra Rəşad maşına əyləşib çıxıb getmişdir. Rəşadda tapançanın olmasını bilirdi, həmin silahı evində, Rəşadın üzərində və maşınında görmüşdür. O, Rəşadın nə vaxtsa düzələcəyinə ümid edib, qız övladlarını atasız böyütmək istəmədiyi üçün Rəşadın bütün hərəkətlərinə dözmüşdür. Rəşadın anası Sevinc xanıma artıq Rəşadın hərəkətlərinə dözə bilmədiyini demiş, Rəşadı müalicə etdirməsini xahiş etmişdir. Sevinc xanım Rəşadı dilə tutub klinikaya aparmış, lakin bir ay müalicə aldıqdan sonra anası Rəşadın müalicə prosedurlarında əziyyət çəkdiyini görüb, müalicəni dayandırmış, Rəşadı klinikadan çıxartmışdır. 2020-ci ilin sentyabr ayında sonuncu dəfə Rəşadın ailəsi Rəşadı bərpa mərkəzinə aparmış, Rəşad bir neçə həftə orada qaldıqdan sonra müalicə prosedurlarını tam yerinə yetrimədən bərpa mərkəzindən çıxmışdır. Son zamanlar Rəşad tamamilə öz idarəetməsini itirmişdir. Hətta artıq uşaqlara da əl qaldırır, sonuncuları döymüşdür. 2020-ci ilin oktyabr ayında Rəşad yenidən özündə olmadığ ı vaxt mübahisə edib onu və uşaqları evdən çıxararaq onları evdən qovmuşdur. O, uşaqlarla bərabər valideynlərinin yaşadığı evə gəlmişdir. Bütün bu olanları, artıq Rəşadın düzəlməyəcəyini, uşaqlara zərər verdiyini, sonuncu ilə bir yerdə yaşamağın özünə və uşaqların həyatlarına təhlükəli olduğunu görüb boşanma ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin Rəşada uşaqları nə vaxt istəyirsə, görə biləcəyini demişdir. Ərizəsinə məhkəmədə baxılan ərəfələrdə Rəşad bir neçə dəfə uşaqları görmüş, uşaqlarla vaxt keçirmiş, öz valideynlərinin evinə aparmışdır. Birinci dəfə övladlarını götürdükdə, hətta uşaqlar Rəşadla birlikdə gecələmişdir. İkinci dəfə Rəşad uşaqları götürdükdən sonra bir neçə saat vaxt keçirib geri qaytarmışdır. Üçüncü dəfə hadisədən təxminən 2 həftə əvvəl, yəni təxminə n noyabr ayının sonlarında Rəşad telefonla öz övladlarına zəng edərək uşaqları vaxt keçirmək üçün aparacağını desə də, sonradan zəng edərək gəlməyəcəyini, Quba rayonuna gedəcəyini, işinin olduğunu bildirmiş və uşaqlarla görüşməmişdir. Bu arada, yəni o, atasıgilə gəldiyi müddətdən sonra Rəşad yenə müalicə alırdı. 12 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində Rəşad böyük qızı Məryəmə zəng edərək az sonra gəlib onu və kiçik bacısını götürəcəyini demişdir. Məryəm atasına xəstə olduğunu, özünü pis hiss etdiyini bildirmiş, bundan sonra Rəşad o biri qızı Mədinəni soruşmuşdur. X16 yaxşı olduğunu demişdir. Rəşad da Məryəmə gəlib Mədinəni götürücəyini bildirmiş, lakin bir neçə dəqiqə sonra yenidən Məryəmə zəng edərək onları gəlib heç vaxt götürməyəcəyini, cəhənnəmə getmələrini demişdir. O zaman qızları ağlayaraq atalarının nə üçün onlara hirsləndiyini soruşmuşlar. O da uşaqlarını sakitləşdirərək uşaqlara hər şeyin yaxşı olacağını demişdir. Ümumiyyətlə övladları ilə görüşməsinə nə o, nə də valideynləri heç vaxt maneə yaratmamışlar. Təxminən həmin vaxtdan bir-iki saatdan sonra qardaşı Məmməd zəng edib bildirmişdir ki, atası Azər Rəşada atəş açmış və Rəşad hadisə yerində ölmüşdür. Atası onun ailə işlərinə heç vaxt qarışmamış, dəfələrlə o, Rəşadla boşanmaq istədikdə səbrli olmasını bldirmiş, onları barışdırmağa çalışmışdır. Bağbanı Davuddan hadisə haqqında sorğu-sual etdikdə sonuncu ona bildirmişdir ki, Rəşad 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında atasının bağ evinə gəlib atası və atasının doğmalarını ağır ifadələrlə söyüb təhqir etmiş, həmçinin atasına övladlarını, yəni onunla Məmmədi öldürəcəyini bildirmişdir. Ona görə də atası özündə olmayaraq əsəblərini cilovlaya bilməmiş və özündə olmayaraq hadisəni törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da ifadəsində göstərmişdir ki, Məhkum onun əridir. Mərhum Zərərçəkmiş şəxs isə qızı Nigarın əri olmuşdur. Baş vermiş hadisə hər iki ailə üçün böyük bir faciədir. Onun qardaşının yoldaşı Rəşadın dayısı qızıdır. Bu səbəbdən 2008-ci ildə qızı Nigarı Rəşada ərə vermişlər. Lakin o zaman Rəşadın narkotik vasitələrindən istifadə etməsindən məlumatları olmamışdır. Məlumatları olduqda isə artıq gec olmuşdur. Qudalarına bununla bağlı müraciət etdikdə sonuncular insafən Rəşadı müalicə etmək üçün əllərindən gələni etmişlər. Rəşadı Moskvaya, Türkiyəyə, Bakı şəhərinin özündə dəfələrlə müalicəyə cəlb etmişlər. Lakin müalicə prosedurları ağır olduğu üçün həmişə yarımçıq qalmışdır. Rəşad qızını incitdiyi üçün Nigar 2009-cu ildə boşanmağa ərizə vermiş, lakin o, əri Azər və qudaları övladlarını barışdırmış, boşanmalarına icazə verməmişlər. Sonuncu dəfə keçən ilin oktyabr ayında qızı Nigar uşaqları ilə yenə evlərinə gələrək Rəşadın onları evdən qovduğunu demişdir. Buna baxmayaraq Rəşada uşaqlarını gəlib görməsinə mane olmamışlar. 11 dekabr 2020-ci il tarixdə əri Azər Mərdəkana bağ evlərinə getmişdir. Ümumiyyətlə, Azər bağ evində qalmağı xoşlayırdı. Növbəti gün isə səhər tezdən Rəşad gəlib qızlarını özü ilə aparmaq üçün zəng etmiş, böyük nəvəsi xəstə olduğu üçün atasına xəstə olduğunu demiş, Rəşad qızının bu sözünə qəzəblənib bir daha onları gəlib götürməyəcəyini demişdir. Bir-iki saatdan s onra oğlu Məmməd zəng edib əri Azərin bağda tüfəngdən atəş açmaqla Rəşadı öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhkum onun atasıdır. Mərhum Zərərçəkmiş şəxs isə bacısı Nigarın əri olmuşdur. Nigar 2008-ci ildə Rəşad ilə ailə həyatı qurmuşdur. Rəşad bacısı Nigarla evləndikdən bir müddət sonra məlumatı olmuşdur ki, Rəşad narkotik maddələrin, həmçinin spirtli içkilər istifadəçisidir. Hətta Rəşadı valideynləri bu vərdişlərdən qurtarmaq üçün müalicə etdirməyə çalışmışlar. Lakin Rəşad pis vərdişlərindən əl çəkməmişdir. Demək olar ki, bacısı Nigar təxminən 12 ildir ki, yəni Rəşadla evləndiyi vaxtdan Rəşadın pis vərdişlərinə görə əziyyət çəkir, amma ailəsini qoruyub saxlamaqdan ötrü Rəşadın hərəkətlərinə dözmüşdür. Bir neçə dəfə N igar Rəşaddan boşanmaq istəsə də valideynləri nəvələrinin atasız böyüməməsi üçün buna imkan verməmişlər. Lakin Nigar dəfələrlə Rəşadın ailədə dözülməz vəziyyət yaratdığına görə ata evinə gəlmiş, hətta təxminən 2013-cü ildə bacısı Rəşad tərəfindən evdən qovulduğu üçün uşaqları ilə birlikdə atasının Mərdəkandakı bağına gəlmiş, Rəşad isə bağa gələrək tapança ilə göyə atəş açmış, o, onun qarşısına çıxıb polis çağıracağını dedikdən sonra çıxıb getmişdir. Rəşadın silah olmasından və hər an onlara qarşı həmin silahdan istifadə edə biləcəyindən məlumatlı idi. Lakin Nigarın ailəsinin dağılmaması üçün valideynləri, o və bacısı hər şeyə dözürdülər. Nəhayət 2020-ci ilin son aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülm əz şərait yaratdığına görə Nigar övladları ilə birlikdə ata evinə köçüb boşanmaq üçün yenidən Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Nigar atasıgildə qaldığı vaxtlarda hər həftə Rəşad öz uşaqlarını görməyə gəlmiş, həm Nigar tərəfindən, həm də valideynləri tərəfindən Rəşada heç bir maneə törətməmişlər. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında atasının bağında bağban işləyən və daima orada yaşayan Davud ona zəng edərək bildirmişdir ki, atası Rəşadla evdə yüksək səslə mübahisə edir və ondan təcili gəlməsini xahiş etmişdir. O, Davuda telefonda oralarda olmasını, təcili gəldiyini bildirmişdir. Mərdəkandakı bağ evinə çatdıqda isə təcili yardım maşınını görmüş, həyətə keçdikdə həkimlərin Rəşadı müayinə edib sonuncunun öldüyünü bildirmişlər. Atasından və Davuddan nə baş verdiyini soruş duqda onlar demişlər ki, həmin gün səhər saatlarında Rəşad bağa gəlmiş, atası Rəşadı qarşılamış və evə dəvət etmişdir. Rəşad atasıyla evdə yüksək tonla danışmış, atasıyla mübahisə etmiş, atasına qarşı nalayiq ifadələr işlətmiş, atasına aqressiv şəkildə uşaqlarını ona göstərməməkdə ittiham etmiş, sonra evdən çölə çıxdıqda atasına övladlarını, yəni onu və bacısını gedib öldürəcəyin dediyi üçün atası Rəşadı tüfənglə atəş açaraq öldürmüşdür. Rəşadın buna hazır olmasını gəldiyi maşında tapança silahın polis əməkdaşları tərəfindən aşkar olunması da sübut edir. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 verilmiş xx.xx.2021-ci il tarixli, 386 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Məhkum əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edil məmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünya görüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidar ındadır, Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkum cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Həmçinin iş materiallarından, o cümlədən ifadələrindən müəyyən olunur ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait olması istisna olunur. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Mə hkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin da irəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində göstərilən xüsusatlarla bağlı Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1- ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ist ntaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və y a təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPMin 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiy yətinə uyğun olmalıdır. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndənin kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası S.Y.Namazovun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanu nla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum Rəşid oğlunun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndənin kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs hüquqi varisi X6 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1673/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1673/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver