Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1673/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in (bundan sonra CM-in) 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı, 26 oktyabr 2022ci il tarixli hökmü ilə (hakim M.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikasının CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 234.1-ci maddəsi ilə 3 (il) müddətə azadlığın məhdudlaşdırılması cə zasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 4 (dörd) ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 3 fevral 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 6 (altı) ay 7 (yeddi) gün müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyin in Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, Məhkum üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmünün onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hissəsində ləğv edilməsini, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin baxılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı,26 oktyabr 2022-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən də, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)417/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum tərə findən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 1(103)-618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, Məhkum apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Daha sonra təqsirləndirilən şəxs Məhkum buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək vəsatətinin təmin edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən veri lmiş vəsatət rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını müdafiə tərəfi mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair 1(004)-417/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı cinay ət prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 385.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 391.3.1-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına mü vafiq olaraq apellyasiya şikayətinin və ya apelyasiya protestinin hərəkətsiz saxlanılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Dövlət ittihamçısının fikrincə, məhkum müddətin bərpasına dair vəsatət qaldırdığından apelyasiya ins tansiyası məhkəməsinin onun apelyasiya şikayətinin baxılmamış saxlamanılmasına dair qərar qəbul etmək səlahiyyəti yox idi. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyü nü yoxlayır. Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -İş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsində iştirak edən və kassasiya protestinin müəllifi olan dövlət ittihamçısı öz çıxışında konkret fikir söyləməmiş, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. -Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən apelyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürülməklə verildiyindən, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 1(103)-618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərb aycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, Məhkum apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs Məhkum buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək vəsatətinin təmin edilməsini xahiş etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin olunmamasına dair xx.xx.2023-cü il tarixli qərarını müdafiə tərəfi mübahisələndirməmişdir. Ona görə də, apelyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti vermiş təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsində baxılmasına əsas verən Azərbaycan Respublikası CPM-nin 386 və 387-ci maddələrinin tələbləri apelyasiya şikayəti vermiş şəxs tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1673/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1673/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver