Məhkəmə qərarları › İş №1(102)-1673/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1673/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1673/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 19 avqust 1992-ci il tarixdə Özbəkistan Respublikası, Səmərqənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şdır. 2. 12 oktaybr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 noyabr 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 142,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, yəni təmiz çəkisi 44,467 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 131,46 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq Təqsirləndirilən şəxs üzərində və özünü n yaşadığı Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında saxlamış, 30 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Qələbə” parkında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Təqsirləndirilən şəxs saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 9,540 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 9,337 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan q ara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda külli miqdarda təmiz çəkiləri 23,024 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 6,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində olan qara rəngli asma çantanın içərisindən 2 (iki) ədəd polietilen bükümdə olan şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılqda təmiz çəkiləri 82,5 qram və 14,31 qram çəkidə bitki mənşəli tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2022-ci il tarixdə saat 15:40-da Gülüsta n qəsəbəsi, ev 29, mənzil 4 ünvanında yerləşən Məhkum yaşadığı evə baxış keçirilən vaxt evin dəhlizinin sağ tərəfində olan dolabda saxladığı bir ədəd «Tp-link» yazılmış kağız qutudan bir ədəd elektron tərəzi, bir bükümdə külli miqdarda təmiz çəkisi 110,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir bükümdə külli miqdarda təmiz çəkisi 28,965 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 34,65 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-115/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinay ət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü və 29,318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu apellyasiya şikayətləri vermiş, müdafiəçi apellyasiya şikayətində Məhkum bəraət verilməsini, Məhkum isə apellyasiya şikayətində ona köməklik edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-115/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum cinayət əməlini törətməsi həm məhkəməyədək, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Məhkum verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olsa da, üzərində narkotik vasitənin olmadığını, evində Təqsirləndirilən şəxs məxsus olan WiFi qutusunun içərisində nəyin olmasından xəbəri olmadığını bildirmişdir. Həmin ifadənin doğruluğunu Təqsirləndirilən şəxs da təsdiq etmişdir. Bundan başqa cəmi iki nəfər polis əməkdaşı şahid qismində dindirilmiş, onlar bir-birilərinin ifadələrinə zidd ifadələr vermiş, həmin ziddiyyətli sübutlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Göstərilə nlərə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi öz təsdiqini tapmadığından, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-115/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli hökmünün və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kass asiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azər baycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, “baxış keçirmə və götürmə haqqında” protokol, şəxsi axtarış protokolu, mobil telefona baxış keçirilməsi barədə protokol, məlumatlara baxış keçirilməsi barədə protokollar, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Müdafiəçinin kassasiya şikayətində Məhkum evində digər məhkum Təqsirləndirilən şəxs məxsus olan simsiz internet ötürücüsünün qutusu içərisində nə olmasından xəbərinin olmamasına dair iddiasının əksinə, Məhkum yaşadığı evə baxış keçirilərkən, sorğu-sual zamanı Təqsirləndirilən şəxs onun evinə gətirdiyi həmin qutuda marixuana narkotik vasitəsinin olmasından məlumatının olduğunu bildirmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən evində narkotik vasitələrin olmasını etiraf etmişdir.

25. Eyni ilə, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, aşkar edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə çox çəkidə, müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, Məhkum evindən aşkar edilmiş narkotik vasitələrin olduğu yerdə tərəzinin də aşkar edilməsi, üstəlik Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrlə Məhkum evindən götürülən narkotik vasitələrin xari ci əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsi, narkotik vasitələrin dövriyyəsinə dair həm Təqsirləndirilən şəxs, həm də Məhkum istifadə etdikləri mobil telefon nömrələrinə aid olan mesaj mətnləri onların məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamalarına təsdiqləyir.

26. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Resp ublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayə t işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhk um müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-122/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar