Məhkəmə qərarları › İş №1(102)-1674/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1674/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1674/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamışdır, həmçinin barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2019-cu ilin fevral ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda nark otik vasitə əldə etmə, saxlama, daşıma və satma məqsədi ilə başqa şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə də 08 fevral 2019-cu il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Pirallahı-Qala avtomobil yolunun Xəzər rayonu ərazisində başqa şəxsdən külli miqdarda, yəni 1.033,35 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2.017,7 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib idarə etdiyi “VAZ 2108” markalı Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməklə həmin qaydada daşıyaraq saxlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbir i nəticəsində 09 fevral 2019-cu il tarixdə saat 11:00-da o, ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və yuxarıda göstrilən miqdarda narkotik vasitələr Məhkum əlində saxladığı torbanın içərisindən aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)-262/2020 nömrəli hökmünə əsasən (hakimlər N.A.Kərimovun sədrliyi və məruzəsi ilə, R.A.Allahverdiyeva və R.Ə.Sadıxovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 09 fevral 2019-cu il tarixdən hesablanması, ona elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin xaric edilməsi, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdri. Hökmlə həmçinin, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.

4. Hökmdən məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)262/2020 saylı hökmünün ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməsi barədə hökmün çıxarılmasını xahiş etmişdir.

5. Hökmdən dövlət ittihaçısı apelyasiya protesti verməmişdir.

6. Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 1(103)-230/2021 nömrəli qərarı ilə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 1(103)-230/2021 nömrəli qərarından apelyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(102)-1172/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 1(103)-230/2021 nömrəli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 1(103)-230/2021 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 1(102)-703/2022 saylı qərarına əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2021-ci il tarixli, 1(103)-230/2021 nömrəli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarı ilə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına və cinayət işi materiallarında olan məhkum tərəfindən verilmiş ifadəyə və şahid ifadələrinə istinadlar edilərək göstərilmişdir ki, cinayət işi üzrə icraatda iştirak et miş hal şahidlərinin iştirakları cinayət prosessual qanunvericiliyin və bir sıra beynəlxalq aktların prinsiplərinə zidd olmuşdur. Qeyd edilmişdir ki, hal şahidləri ifadələrində onların polislər tərəfindən təsadüfü olaraq bu iş üzrə hal şahidi kimi iştirak etmək üçün cəlb edildiklərini, əvvəllər bu əməliyyatda iştirak edən şəxsləri tanımadıqlarını və hal şahidi kimi hər hansı işdə iştirak etmədiklərini bildirmişlər. Halbuki, müdafiə tərəfi olaraq, hal şahidlərinin 20-dən çox cinayət işində Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə işlərdə hal şahidi kimi iştirak etdiyini müəyyən etmişlər. Bundan əlavə, hal şahidləri tərəfindən məhkəmə icraatı zamanı verilmiş ifadə ilə ibtidai istintaq zamanı verilmiş ifadələr arasında zid diyyətlər mövcud olmuş, buna baxmayaraq həmin ziddiyyətli məqamlar araşdırılaraq aradan qaldırılmamış, əksinə məhkəmə icraatı zamanı həmin ifadələrin verildiyi video çəkiliş cinayət işi materialarına əlavə edilməmişdir. Həmçinin, Məhkum ittiham edildiyi cinayət əməlinin onun tərəfindən törədilməməsi mübahiələndirilmişdir. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti verilməmişdir. III.Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir:

17. Kassasiya şikayətində məhkumun müdafiəçisi tərəfindən Məhkum təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi nin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir.

19. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, razılaşdığı hissədə aşağıdakıları qeyd edir.

20. Belə ki, müdafiəçi tərəfindən ibtidai istintaq zamanı hal şahidi qismində cəlb edilərək cinayət prosesində iştirak edən digər şəxs qismində iştirakı təmin edilən və daha sonra ifadəsi alınan Şahid2 və Şahid1 cinayət prosesində iştiraklarını istisna edən halların mövcud olması, qeyd edilən halların mövcudluğ unu təsdiq edən sübutların (müvafiq məhkəmə qərarlarının surətlərinin) cinayət işi materiallarına əlavə edilməsinə, həmçinin həmin hal şahidlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə apellyasiya icraatı zamanı vermiş olduqları ifadələr arasında ziddiyyət olmasına, bundan əlavə, əvvəlki kassasiya icraatı zamanı apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni baxışa qaytarılması əsaslarından birinin məhz şahid ifadələrinin tədqiq edilməsindən ibarət olmasına baxmayaraq, mübahisələndirilən sonuncu apellyasiya instansiya məhkəməsinin icraatı zamanı həmin hal şahidlərinin ifadələri alınsa da, ifadələri arasındakı ziddiyyətlər tədqiq edilməmiş, həmçinin onların cinayət prosesində iştiraklarını istisna edən halların mövcudluğuna dair təqdim edilmiş sübutlar təhlil edilərək qiy mətləndirilməmişdir.

21. Cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarından və xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclası protokolundan görünür ki, apellyasiya icraatı zamanı ziddiyyətli ifadə verməsi iddia edilən hal şahidi Şahid1 xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında ifadəsi alınmış, həmin ifadə onun birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı vermiş olduğu ifadə ilə sözbəsöz eynilik təşkil etmişdir. Halbuki, məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətində və kassasiya icraatı zamanı çıxışında həmin hal şahidinin ziddiyyətli ifadə verməsi iddia edilmişdir.

22. Apellyasiya icraatı zamanı məhkəmə baxışı iclaslarının video görüntülərini özündə əks etdirən DVD disk cinayət işi materiallarına əlavə edilsə də, məhz hal şahidi Şahid1 ifadəsinin alındığı xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasının gedişatını özündə əks etdirən DVD disk cinayət işi materiallarına əlavə edilməmişdir. Kollegiya tərəfindən, AZEMİS Elektron Məhkəmə İnformasiya sistemində apellyasiya icraatında olmuş məhkəmə iclaslarının videogörüntülərinə baxış keçirilərkən isə müəyyən edilmişdir ki, sözügedən tarixli məhkəmə baxış iclası arxiv olunmadığından ona baxış keçirilməsi mümkün olmamışdır.

23. Həmçinin, məhkumun müdafiəçisi tərəfindən hal şahidi Şahid2 başqa cinayət işləri üzrə cinayət prosesində hal şahidi qismində dəfələrlə iştirakını təsdiq edən məhkəmə qərarları cinayət işi materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə baxı şı iclasının videogörüntüsündən görünür ki, Şahid2 müdafiəçinin sualına əvvəllər israrla heç bir cinayət işi üzrə hal şahidi qismində iştirak etmədiyini bildirsə də, daha sonra təqdim edilmiş fakt qarşısında dediklərini təkzib edərək, “narkotik satışına qarşı mübarizədə bir vətəndaş kimi öz borcunu vermək üçün əvvəllər narkotik işlərində hal şahidi kimi iştirak etdiyini” etiraf etmişdir.

24. Kollegiya qeyd edir ki, hal şahidi anlayışı və onu xarakterizə edən xüsusiyyətlər Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsində qeyd edilərək göstərilmişdir ki, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətini n aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.

25. Qeyd edilən maddənin ikinci bəndində hal şahidinin vəzifələri öz əksini tapmışdır. Həmin vəzifələrə cinayət təqibi orqanının çağırışı ilə gəlmək; cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prose sində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək; istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq; iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək; müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək; cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxil edilmişdir. Göründüyü kimi `cin ayət prosessual qanunvericilik hal şahidinin anlayışını verib, onu xarakterizə edən xüsusiyyətləri müəyyən edərkən hal şahidinin narkotik satışına qarşı mübarizədə bir vətəndaş kimi öz borcunu vermək məqsədi ilə mütəmadi olaraq cinayət işlərində hal şahidi qismində iştirakını nəzərdə tutan bir vəzifə növü təsbit etməmişdir.

26. Əksinə qanunverici hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halını istisna edərək, cinayət prosesində iştirak zamanı sözügedən halı hal şahidinə etirazın əsasları qismində müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icra atında təkrar iştirakını istisna etmir.

27. Göründüyü kimi, apellyasiya məhkəmə kollegiyası yekun qərarında məhkumun müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi prosessual qanun pozuntularına dair dəlillərinə qiymət verməmiş, hal şahidlərinin ifadələrini alsa da, həmin ifadələrdəki ziddiyyətli məqamları tədqid etməmiş, onların cinayət prosesində iştiraklarının mütəmadi xarakter daşımasına dair xüsusatları düzgün qiymətləndirməmişdir.

28. Kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tə dqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət vermədən və CPM-nin 121, 323-cü maddələrin tələblərini pozaraq cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılmasi üçün hər hansı tədbir görmədiyindən, bununla da müdafiə tərəfinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verdiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarı l əğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

28. Qeyd etmək lazımdır ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

29. Cinayət Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesa b edə bilməz.

30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

31. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolu nda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir.

32. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər.

33. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır.

34. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil.

35. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsi nə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”.

36. Azərbaycan Respublikası CPM-in 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apel lyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;”.

37. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”.

38. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdır ki, apellyasiya məhkəməsi həm fakt, həm də h üquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. 39. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyi-nəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı ola raq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”.

40. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir.

41. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsi nin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşınalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir.

42. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi, özünü təqsirli bilməməsi, ibtidai istintaq zamanı hal şahidi qismində cəlb edilən şəxslərin cinayət prosesində iştiraklarını istisna edən halların mövcudluğuna dair tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin qeyd edilən halları araşd ıraraq tədqiq etməməsi, faktları araşdırmadan apellyasiya şikayəti ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayətprosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda baxılmalıdır.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq süutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

44. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-1847/2022 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar