Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1674/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Ağakişiyev Sadir Rəfail oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Ağakişiyev Sadir Rəfail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(066)-109/2023 nömrəli (hakim: Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi) qərarı ilə 28 noyabr 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum əməlində CM-in 221.3-cü maddəsinin əlamətləri olmadığından onun əməlinin CMin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsi, on un CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(104)-123/2024 nömrəli (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti təmin edilmiş, Göygöl Ra yon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum istintaq müddətində 31 may 2023-cü il tarixdən 2 iyun 2023-cü il tarixədək saxlandığı 3 (üç) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan yəni, 29 fevr al 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Ağakişiyev Sadir Rəfail oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 27 may 2023-cü il tarixdə saat 17 radələrində x rayonu ərazisində yerləşən “x” restoranının həyətyanı sahəsində həmin restoranda keçirilən toy məclisində iştirak edən Zərərçəkmiş şəxs onun arvadı Şahid6 söz soruşmasını bəhanə gətirərək b unun üçün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edərək toy məclisində iştirak edən Şahid2 oğlunun, Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan çoxsaylı şəxslərin ətrafa toplaşmasına səbəb və şərait yaradaraq həmin şəxslərin gözü qarşısında üzərində gəzdirdiyi istintaq tərəfindən əldə olunması mümkün olmayan bıçağı silah qismində istifadə etməklə həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncunun sağ bud nahiyyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arası nda bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi hökmü ilə Məhkum qarşı sürülmüş ittihamın hadisə yerinin, vaxtının, mexanizminin, şahidlərinin və sübutlarının dəyişdirməklə prosessual hüquq normasını kobud surətdə pozmuşdur. Gəncə Apellyasiya Məhkəməsinə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar təqdim edilmiş və həmin sübutların tədqiq olunması xahiş olunmuşdur. Lakin əsassız olaraq sübutların tədqiqindən imtina edilmişdir. Məhkəmə iclasında dəfələrlə hadisə baş verən restoranın ətrafında üzüm bağı deyilən tənəkliyin olmaması, həmin yerin olub-olmaması ilə bağlı hadisə yerinə baxış keçirilməsi və həmin hadisə yerinin zərərçəkənin ifadəsi və ittihamçı prokurorun protestindəki dəlilləri ilə əlaqəli tədqiq edilməsi xahiş olunmuşdur. Ümumiyyətlə hadisə baş verən restoranın yanında tənəklik yoxdur. Bu təqdim edilmiş video-disklə öz təsdiqini tapır. Həmin diskə baxdıqda açıq aydın görünür ki, hadisə baş verən yerdə və ona yaxın ərazidə ü mumiyyətlə tənəklik yoxdur. X-in Zərərçəkmiş şəxsi üzüm bağı olan tənəklikdə vurması nə ibtidai istintaqda, nə də ki məhkəmə istintaqında heç bir sübutla təsdiq olunmamışdır. Hadisənin üzüm bağı olan tənəklikdə olması barədə sübut da ola bilməzdi. Heç onunla bağlı məhkəmə istintaqında hər hansı araşdırma aparılmamışdır. Hadisə olan restoranın 5 km radiusunda üzüm bağı və yaxud tənəklik heç vaxt olmamışdır. Belə olan halda hökmdə hansı sübuta əsasən üzüm bağı olan tənəklikdə hadisənin törənməsinə istinad edilməsi sual yaradır. Gəncə Apellyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərini kobud sürətdə pozmuşdur. Cinayət işi üzrə toplanmış sübutlardan Zərərçəkmiş şəxs özü-özünü bıçaqla xəsarət yetirməsi barədə kifayət qədər sübutlar olduğundan, Cinayət-Prose ssual Məcəlləsinin tələblərinə əsasən Göygöl Rayon Məhkəməsinə və işə baxan Gəncə Apellyasiya Məhkəməsinə dəfələrlə vəsatətlər verilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinə “əlavə məhkəmə-tibbi ekspertizanın keçirilməsi” barədə vəsatət verilmişdir. Ekspertiza təyin olunması barədə vəsatət heç bir səbəb olmadan rədd edilmişdir. Vəsatətin rədd edilməsi protokolda bir cümlə kimi “vəsatətlər rədd edilsin” kimi qeyd edilmişdir. Vəsatətin hansı səbəbdən rədd edilməsi barədə hər hansı əsaslandırılmış qərar qəbul edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinə “məhkəmə-trasoloji ekspertizası” keçirilməsi barədə vəsatət verilmişdir. Vəsatət heç bir səbəb olmadan rədd edilmişdir. Həmin vəsatətin hansı səbəbdən rədd edilməsi göstərilməmişdir, ibtidai istintaqı aparan orqan (işi aparan müstəntiq) zə rərçəkmiş şəxsin hadisə baş verən zaman şalvarını maddi sübut kimi götürməli olduğu təqdirdə götürməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkum bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ağakişiyev Sadir Rəfail oğlu çıxış edərək, zərərçəkmiş şəxsin müxtəlif ifadələr verdiyini, ibtidai istintaq zamanı hadisənin şadlıq sarayının qarşısında baş verdiyini, daha sonra tənəklikdə baş verdiyini, lakin həmin ərazidə elə bir yerin olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsin in prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmə tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasl ar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığı nı yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanıl mış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cina yət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Qeyd edilən normaların tələblərinə əsasən aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bi r sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı ittiham təsdiqini tapmadığından birinci instansiya məhkəməsində əməl CM-in 128-ci maddəsinə tövsif edilmiş, lakin sonradan apellyasi ya protesti və apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində ibtidai istintaq orqanının gəlmiş olduğu nəticə ilə qismən razılaşmaqla Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Yuxarıda qeyd edilən işin halları bölməsindən aydın olur ki, Məhkum ittiham verilmişdir ki, “o, 27 may 2023-cü il tarixdə saat 17 radələrində X rayonu ərazisində yerləşən “X” restoranının həyətyanı sahəsində........... şəxslərin gözü qarşısında üzərində gəzdirdiyi istintaq tərəfindən əldə olunması mümkün olmayan bıçağı silah qismində istifadə etməklə həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə bir dəfə zərbə vurub.... xəsarəti yetirməklə..........qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir”. Apellyasiya məhkəməsinin qərarına əsasən müəyyən olunur ki, verilmiş ittiham üzrə işin faktiki hallarından fərqli olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, “Məhkum Zərərçəkmiş şəxs arvadına yaxınlaşaraq söz soruşmasını bəhanə edərək restoranın həyətinə çıxartmış və orada münasibətləri aydınlaşdıran zaman onların ətrafına toyda iştirak edən çoxsaylı şəxslər toplaşmış, bundan sonra Məhkum bıçaq çıxardaraq Zərərçəkmiş şəxs xəsarət yetirmək istəmiş və əlində bıçaq restoranın qarşısı ilə Zərərçəkmiş şəxs arxası ilə qaçaraq tənəklik olan yerdə bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya məhkəmə baxışı zamanı verdiyi ifadəyə və baş vermiş hadisəni özündə əks etdirən video görüntünü tədqiq edərkən qeyd edilən nəticəyə gəldiyini əsaslandırmağa çalışmışdır. Hal buki iş materiallarına əsasən müəyyən olunur ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə keçirilmiş hadisə yerinə baxışın protokoluna, baxış protokoluna əlavə edilmiş foto cədvələ, zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs, hadisə yerində olmuş bütün şahidlər təkrar-təkrar verilən ifadələrində bütün hadisələrin məhz “X” restoranının qarşısındakı həyətyanı sahədə baş verib bitdiyini qeyd etmişlər. Bundan əlavə apellyasiya məhkəmə kollegiyasının istinad etdiyi hadisənin baş vermə anını özündə əks etdirən video görüntünün DVD diskinə baxış keçirilməsi barədə protokolda məhkəmənin gəldiyi nəticədən fərqli olaraq göstərilmişdir ki, “diskə baxış zamanı restoranın həyətyanı sahəsində dayanmış avtomobilin arxa tərəfində Məhkum ilə Zərərçəkmiş şəxs mübahisə etdikləri, yanlarında isə iki nəfər şəxsin olması görünür. Daha sonra münaqişə zamanı Məhkum bıçaq çıxararq Zərərçəkmiş şəxs vurması, yanlarında olan iki nəfər şəxsin Məhkum tutub saxlamağa çalışdıqları, buna baxmayaraq Məhkum əlindəki bıçağı irəli-geri hərəkət etdirərək, onlara xəsarət yetirməyə çalışdığı görünür. Daha sonra Məhkum Zərərçəkmiş şəxs üzərinə doğru getdiyi, Zərərçəkmiş şəxs isə restoranın arxa tərəfinə doğru qaçması, ətrafda olan kənar şəxslərin Məhkum arxası ilə qaçaraq, tuta bilməyərək geri qayıtması müşahidə olunur”. Bundan əlavə Zərərçəkmiş şəxs hadisədən sonra toy məclisində yarım saat oturması, Zərərçəkmiş şəxsin xalası qızı X və xalası ilə birlikdə yarım saat ərzində x kəndindən x şəhərinə (11 km məsafəni) piyada getməsi, yolda axsımaması, toyda və yaxud yolda Zərərçəkmiş şəxs in onlara bıçaqlanması barədə hər hansı ifadə işlətməməsi, evə getdikdən 1 saat sonra Zərərçəkmiş şəxsin onlara bıçaqlanması barədə məlumat verməsi, X-in Zərərçəkmiş şəxsin ayağından qan axmasını 20:12-də görməsi, Zərərçəkmiş şəxsin X-ə və xalasına məlumat verməsinin hadisədən 3 saat 12 dəqiqədən sonra olması, xəstəxanada 20:40-da ilkin tibbi yardım alması barədə faktlar apellyasiya instansiyası məhkəməsi tərəfindən əlaqəli araşdırmamış və bu hal üzrə sübutlar tam tədqiq edilməmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən et diyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar ın və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. İş materiallarına məhkəmə hökmü ilə əlaqəli qiymətləndirdikdə Zərərçəkmiş şəxs ibtidai istintaqda restoranın qarşısında bıçaqlandığı barədə ifadəsi, Göygöl Rayon Məhkəməsinin birinci iclasında restoranın qarşısında, sonrakı məhkəmə iclaslarında üzüm bağı olan tənəklikdə bıçaqlanması, sonradan Gəncə Apellyasiya Məhkəməsində ağaclıq olan yerdə bıçaqlanması barədə ziddiyyətli ifadələrinin bir-biri ilə əlaqəli yoxlanmadığı, həmin ifadələrin qeyd edilən normaların tələbləri baxımından tədqiq edilib qiymətləndirilmədiyi müəyyən olunur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəmə kollegiyasının hökmünə əsasən müəyyən olunur ki, məhkəmə hökmündə iş üzrə müəyyən olunmuş sübu tların bir hissəsini sadəcə formal surətdə sadalamaqla, həm həmin sübutların, həm də kassasiya məhkəmə kollegiyasının təkrarən yuxarıda sadaladığı sübutların təsdiqi və ya təkzibi üzrə heç bir əsaslandırma aparmadan, gəldiyi nəticəni, qanuni və əsasli nəticə kimi qəbul edilməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hər hansı bir mötəbər sübutların məcmusuna istinad etmədən, iş üzrə yeni faktiki hallar müəyyən etməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyinin olmasına dair gəlmiş olduğu nəticə aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə uyğun deyil. Belə ki, cinayət mühakimə icraat ının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmündə göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Bundan əlavə kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın yuxarıda göstərilən meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha ətraflı, tam araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş halları (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə, məhkumun təqsirlil iyi barədə məhkəmə hökmününün əsasını yolverilməz sübutlar təşkil etdiyinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarıda sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin hökm cina yət-prosessual normalara uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun hökmü kassasiya şikayətinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Ağakişiyev Sadir Rəfail oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə b
Məhkəmə qərarları › İş №1(102)-1674/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1674/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver