Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1674/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci i l tarixli 1(103)-306/2025 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 31 oktyabr 2024-cü il tarixli 1(005)-354/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1990-cı il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda - ümumi təmiz çəkisi 0,587 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2024-cü il tarixdə saat 08:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi,100 ünvanının yaxınlığında sa xlanılaraq, ünvan 3nda yerləşən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,587 qram təşkil edən ağ kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 12 mart 2025-ci il tarixli 1(103)-306/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 1(005)-354/2024 saylı hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 234.2-ci maddəsi ndən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli 1(103)-306/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlillər i: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməlinin tövsifinə düzgün hüquqi qiymət verilmədiyindən, gəlinmiş yekun qənaət əsassız olmaqla işin faktiki hallarına zidd olduğundan mübahisələndirilən qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, CM-in 234.2-ci maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və xeyli miqdarda psixotrop maddənin satış məqsədilə əldə edildiyi, saxlanıldığı, yaxud 234.2-ci maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yə ni, burada şəxsin istehlakçını sonradan, yaxud əvvəlcədən tapması və digər hallar əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Odur ki, məhkəmənin də Məhkum aidliyinə şübhə duymadığı, onun üzərindən götürülmüş metamfetaminin miqdarı həmin maddənin xeyli miqdarının (bir şəxsin istifadəsi üçün zəruri olan bioloji tələbat həcmi) minimal həddindən təxminən 3,9 dəfədən çox olmuşdur ki, bu hal E.Süİeymanovun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiqləmişdir. Məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin miqdarı belə onun həmin maddəni şəxsi istifadəsi üçün əldə etməsi qənaətini inkar etmişdir. Bu halı təsdiq və ya təkzib etmək istiqamətində məhkəmə kollegiyası tərəfindən heç bir araşdırma aparılmamış, Məhkum həyat şəraiti, haradan qazanc əldə etməsi halları da yoxlanılmamışdır. İşin digər halları təsdiqləyir ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və ya onun satışı ilə məşğul olması yalnız ondan aşkar olunan maddənin çəkisinin xeyli miqdardan bir neçə dəfə çox olması ilə məhdudlaşmamışdır. Hansı ki, digər dəlil (hal) kimi qiymətləndirilməli olan, hadisə vaxtına qədər təqsirləndirilən şəxsin istifadəsində olmuş (070) ***-**-** saylı mobil telefon nömrəsindən götürülmüş və işə əlavə edilmiş mesaj mətnləri Məhkum CM-in 234.2-ci maddəsi ilə verilmiş ittihamın doğruluğunu, təqsirləndirilən şəxsin ifadələrinin və ona əsaslanan apellyasiya instansiyası məhkəməsinin mövqeyinin həqiqəti əks etdirmədiyini açıq-aşkar təsdiqləmişdir. Belə ki, Məhkum məxsus olan ***-***-**-** nömrəsin ə daxil olan və çıxan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:50:59-da “5 manat verirem daw verde 5 diy, saat 13:51:07-də “Qoydugun.....tulla”, saat 13:51:35-də “5 manat vururam kartıva Daş verde draznit oldum”, saat 14:03:57-də “Cavab yazda alınar 5 diy daş”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 01:55:56-da “..... kolam vardı biraz yenədə ürəyim dözmədi gəldim sənlə çəkim amma sənə dordanda düşmürmüş yaxşılıq”, saat 12:01:39-da “Sən indi bomba oglansanda mal fırlatdın öz aləmində guya”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 09:32:41də “10 man düzald sana 15 man kola verim əlbə-əl pul lazımdı təcili ona görə”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 12:32:02-də “10 luq d aş vara istesen xeber ele”, saat 19:05:33-də “Elnur 10 manat duzelt gedek tema goturek mende lomkadayam, xx.xx.2023-cü il tarixdə saat 19:05:51-də “Kişi ol 2 manatda sendedi qoy üstüne gedek gotürek”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 14:54:56-da “Men lox deyilem. 02 malla 35 manat pull verim” məzmunlu mesajlar yazmışdır. (bax: cild 1, i.v. 122-125). Bu mesajlardakı detalları təhlil etdikdə narkotik vasitəyə ehtiyacı olan naməlum şəxsin Məhkum adını gizli saxladığı narkotiki əldə etməyə çalışdığı aydın görünür. Lakin narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatları özündə ehtiva edən həmin mesajlara nə kollegiyanın qərarında, nə də həmin şəxsin ifadələrində heç bir tutarlı, inandırıcı və ağlabatan izahlar gətirilməmişdir. Hansı ki, göstərilən mesaj mət nləri Məhkum qanunsuz fəaliyyətini, yəni üzərindən aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlamasını sübut edən dəlillər olduğu halda, apellyasiya instansiya məhkəməsi bu dəlillərə diqqət yetirməmiş, onların tam tədqiq və qiymətləndirilməsinə lüzum görməmişdir. Bu həm də ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi əməlin hüquqi tövsifi ilə bağlı nəticəyə gələrkən həm qanunvericiliyin tələblərini, həm də işin faktiki hallarının arxasında duran sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, satış məqsədi ilə psixotrop maddənin əldə edilməsi və saxlanılması cinayət əməli üzrə sübut edilməli olan psixotrop maddənin satışı faktı deyil, cinayət əməlinin subyekti v cəhəti, məqsədidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. Bundan başqa, məhkəmə kollegiyasının digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Məhkum həmin psixotrop maddəni satmaması, bununla bağlı onunla istehlakçı arasında razılıq əldə olunmaması onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə əsas vermir. Şərh olunan sübutların məcmusundan göründüyü kimi, Məhkum məhz polis əməkdaşlarının sayıqlığı nəticəsində ifşa olunmuş və ona psixotrop maddəni satmağa görə deyil, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıb, daşımağa görə ittiham elan edilmişdir. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmamışdır ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitə v ə ya psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilir. Odur ki, Məhkum ondan aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olması, onun mütləq əvvəlcədən kiminləsə sövdələşməsi ilə şərtləndirilə bilməz. Beləliklə, iş üzrə Məhkum aşkar olunmuş psixotrop maddənin miqdarı və istifadəsində olan mobil nömrəyə daxil olan sms-yazışma onun həmin psixotrop maddəni satış niyyəti ilə əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü ma ddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satılması və ya onların satış məqsədi ilə əldə etməsi, saxlaması, hazırlaması, daşıması və göndərməsinə görə yaranır. Göründüyü kimi “satış” və ya “satış məqsədi” CM-in 234.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraa t zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırkı cinayət işi üzrə toplanmış biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq 0,587 qram çəkidə psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhku m qanunsuz olaraq 0,587 qram psixotrop maddəni kiməsə satmaq istəməsi cinayət işinin materialları ilə təsdiq olunmasa da, o həmin psixotrop maddəni satmaq məqsədi ilə əldə etmiş və saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, ist ehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin h azırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş metafetaminin miqdarı (0,587 qram) həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyinə dair birmənalı nəticəyə gəlməyə kifayət qədər əsas vermir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəl cədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Kassasiya protestində göstərilmişdir ki, məhkumun 0,587 qram çəkidə psixotrop maddə — metamfetamini satmaq məqsədi ilə qanunsuz olaraq əldə etməsi və saxlaması onun istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və həmin nömrədən göndərilmiş SMS-lərlə təsdiq olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi öz qərarında kassasiya protestində göstərilən bu dəlili araşdırmış və əsaslı olaraq nəticəyə gəlmişdir ki, həmin SMS-lərin tarixləri və mətnləri məhkumun ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsi və saxlamasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə b orclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması təsdiq olunmur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi apellyasiya instansiya məhkəməsi sübutların araşdırılmasında hər hans ı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apellyasiya instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübut ları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçü n qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli, 1(103)-306/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 12 mart 2025ci il tarixli 1(103)-306/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1674/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1674/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver