Məhkəmə qərarları › İş №1(102)-1675/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1675/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1675/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər və Novruzov X7 ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum1 müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 121, mənzil 19 ünvanında qeydiyyatda olan, ünv an 2ında yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 29, 178.3.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3 və 32.3, 315-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3 və 32.3, 315-ci maddələri ilə nəzə rdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2, 29, 178.3.2-ci maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.3, 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən, əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 29, 126.2.2, 29, 126.2.3, 315 və 134-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirl i bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.A.Şirinov və Z.B.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3 və 32.3, 315-ci maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 29, 126.2.2, 29, 126.2.3, 315 və 134-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum1 aid hissədə dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə görə cina yət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 313, 32.4, 313, 320.1, 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar hökmdən xaric edilmiş, ona təyin edilmiş Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 78.3.2-ci maddələri ilə Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 32.3, 315-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzalar qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirməklə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etm ə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə təkra rən cəhd etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən saxta rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən vahid niyyətlə təkrarən istifadə etmiş, vəzifəli şəxsi rəsmi sənədlərə tamah niyyətilə ələ alma, sövdələşmə yolu ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətinin törədilməsini təşkil etmiş, sifarişlə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona qarşı qəsdən insan həyatı üçün təhlükə li olan, yaxud hər hansı orqanının funksiyasının itirilməsinə, sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin törədilməsinə cəhd edilməsi cinayətinin törədilməsini təşkil etmişdir. Belə ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həmin rayon şöbəsinin pensiya təyinatı sektorunda aparıcı məsləhətçi, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək şöbənin gəlirlər sektorunda aparıcı məsləhətçi vəzifələrində işləyərkən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiya işlərinin və şəxsi hesablarının invertarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edil məsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi, məcburi dövlət sosial sığortası sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi, məcburi dövlət sosial sığorta ayırmalarının düzgün hesablanması və ödənilməsi, xərclənməsi və onlardan təyinatına görə istifadə olunmasına nəzarət işlərinin həyata keçirilməsi və sair qulluq funksiyalarına malik vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui- istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmək məqsədilə atası,xx.xx.1952-ci il təvəllüdlü Şahid20 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmamasını bildiyi halda, yəni atasının 1974-1975-ci illər ərzində İmişli rayon Çahar orta məktəbində tarix müəllimi, 1975-1993-cü illər ərzində İmişli şəhərində fəaliyyət göstərən “Qızıl Ulduz” qəzetində ədəbi işçi, 1993-1994-cü illər ərzində İmişli rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahının rəisi, 1994-2000-ci illər ərzində İmişli rayonu Çahar kəndində yerləşən H.Cavid adına kolxozun və həmin kolxozun aqrar islahat komissiyasının sədri, 2000-2003-cü illərdə İmişli rayonu Çahar bələdiyyəsinin sədri, 2003-2012-ci illər ərzində isə “AzərTac” informasiya agentliyinin Muğan bölgəsi üzrə müxbiri vəzifələrində işləməsini və h əmin iş yerlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli,320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin İİ Siyahısı”nda nəzərdə tutulmadığını bilərək, istintaqla müəyyən olunmayan şəraitdə və vaxtda rəsmi sənəd olan atasının adına yazılmış əmək kitabçasına və digər sənədlərə tamah niyyətilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə atasının guya əmək şəraiti ağır və zərərli olan iş yerlərində işləməsi, habelə öz qulluq mövqeyindən istifadə edərək məqsədyönlü şəkildə pensiyaçının xx.xx.2008-ci il tarixli 510962 nömrəli uçot vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinin (“Əmək pensiyası şəxsin (ərizəçinin ) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir”) tələblərini qəsdən pozaraq özünün çalışdığı şöbəyə və şifahi olaraq özünə təhkim olunmuş xidmət sahəsinə aid etmək məqsədilə atası Şahid20 ünvan 3 ünvanında qeydiyyatda olmadığı və daimi yaşamadığı halda guya həmin ünvanda qeydiyyatda olmaqla yaşaması barədə qabaqcadan əlbir olduğu vəzifəli şəxslərlə bir qrup şəxs halında tamah niyyəti ilə ünvan 4 ünvanda yerləşən Səbail rayon şöbəsinin inzibati binasında xx.xx.2008-ci il tarixdə istintaqla müəyyən edilməyən şəraitdə bilə-bilə yalan məlumatları daxil edib, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə atası Şahid20 adından DSMF-nin ünvan 4 ünvanda yer ləşən Səbail rayon şöbəsinə 2008-ci ilin mart-aprel aylarında müraciət edərək, şöbənin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2008-ci il tarixdə Şahid20 əvvəli xx.xx.2007-ci il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 55 yaşından İİ Siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair 604 nömrəli qərarın qəbul edilməklə 510962 nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən xx.xx.2008-ci il tarixdə Şahid20 adına 510962 kodlu 4127**** **** 7350 nömrəli, 2013-cü ilin avqust ayında istifadə müddəti bitdiyi üçün DSMF-nin Səbail rayon şöbəsi tərəfindən 5167**** ****5216 nömrəli, istifadə müddəti bitdiyi üçün 2018-ci ilin avqust ayında isə 5167**** ****8889 nömrəli plastik pensiya kartlarının "xxxx "ı ASC-dən sifariş verilməklə hazırlanmasına və həmin kartların qeyd olunan bankdan götürülməsinə,xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sonuncunun 510962 nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 303.629,40 manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla həmin plastik kartlar vasitəsilə qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən müxtəlif bankomatlardan şəxsən özü və bir sıra hallarda qohumları və tanışları vasitəsilə çıxarıb nağdlaşdırmaqla qabaqcadan əlbir olduğu digər şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməkl ə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olan 303.629,40 (üç yüz üç min altı yüz iyirmi doqquz manat qırx qəpik) manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, atası Şahid20 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qeydə alınmış 510962 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2019-cu il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2023-cü ilin avqust ayı daxil olmaqla kartın istifadə müddətinə uyğu n olaraq, yəni 2023-cü ilin sentyabr ayının 1-dək aylıq 2986,81 manat (iki min doqquz yüz səksən altı manat səksən bir qəpik) olmaqla 51 ay üzrə, o cümlədən, 2019-cu ilin iyun-sentyabr ayları ərzində hər ay 160 manat olmaqla cəmi 640 manat,2019-cu ilin oktyabr-2023-cü ilin avqust ayı daxil olmaqla (hər ayı 200 manatdan hesablanmaqla) 9.400 manat olmaqla yaşa görə qanuni əsaslarla ödənilməli olan əmək pensiyasının 10.040 manat hissəsi istisna olmaqla, cəmi 142.287,31 (bir yüz qırx iki min iki yüz səksən yeddi manat otuz bir qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında D övlət Sosial Müdafiə Fonduna məxsus külli miqdar təşkil edən ümumilikdə 445.916,71 (dörd yüz qırx beş min doqquz yüz on altı manat yetmiş bir qəpik) manat pul vəsaitini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz quluq mövqeyindən istifadə etməklə vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə rəsmi sənədlərə vahid qəsdlə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin gəlirlər sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qulluq funksiyalarına malik vəzifəli şəxs kimi qeyriləri ilə qabaqca dan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək tamah niyyətilə təkrar vəzifə saxtakarlığı törətməklə, bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədlərdən tamah niyyətilə istifadə etməklə özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etməklə dələduzluq yolu ilə təkrar ələ keçirmək məqsədilə xalası, xx.xx.1965-ci il təvəllüdlü Şahid9 əlilliyə görə əmək pensiyası almaq hüququnun, sosial sığorta stajı və kapitalının olmamasını, "xxxx" QSC-nin hər hansı struktur qurumunda işləməməsini və əlil olmasına səbəb ola biləcək xəstəliyinin, yəni xalasının ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokordiyası, İİ funksional sinif teztez baş verən tutmalar ilə, durğunluq, ürək çatmam azlığı QDÇ (qan dövranı çatmamazlığı), yanaşı xəstəlik olan hipertoniya xəstəliyi-2-ci dərəcə, tez-tez baş verən krizlər kimi xəstəliklərindən əziyyət çəkmədiyini bildiyi halda, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində guya xalasının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsini göstərən hüquq verən saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun 1436 saylı saxta epikrizini və həmin epikriz əsasında ünvan 8 ünvanda yerləşən 20 saylı şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2012-ci il tarixli saxta göndərişi, eyni üsulla həmin ünvanda yerləşən 20 saylı şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixli saxta göndərişləri, habelə Bak ı 26 №-li Birləşmiş Şəhər Xəstəxanasının saxta epikrizini və həmin epikriz əsasında ünvan 9 ünvanında yerləşən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Sosial İnkişaf İdarəsi MDX (X4) Əhmədli tibbi sanitar hissəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 4405003AAAHV nömrəli saxta göndərişi əldə edərək və saxta olduğunu bildiyi halda, istifadə etməklə həmin saxta sənədləri əldə etdiyi aylar ərzində ünvan 11 ünvanda yerləşən 3 №-li və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanda yerləşən 13 №-li Tibbi Sosial Ekspert Komissiyalarına təqdim olunmasına və Şahid9 3 №-li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ilk dəfə xx.xx.2012-ci il tarixdə 1 il müddətinə İİ dərəcə əlilliyin, eyni üsulla həmin TSEK tərəfindən xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, sonuncu dəfə isə 13 №-li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlilliyin təyin olunmasına, habelə öz qulluq mövqeyindən istifadə edərək məqsədyönlü şəkildə pensiyaçının xx.xx.2012-ci il tarixli 311705 nömrəli uçot vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin (“Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir”) tələblərini qəsdən pozaraq özünün çalışdığı şöbəyə və şifahi olaraq özünə təhkim olunmuş xidmət sahəsinə aid etmək məqsədilə xalası Şahid9 ünvan 13 ün vanda qeydiyyatda olmadığı və daimi yaşamadığı halda, guya həmin ünvanda qeydiyyatda olmaqla yaşaması barədə qabaqcadan əlbir olduğu vəzifəli şəxslərlə bir qrup şəxs halında tamah niyyəti ilə ünvan 4 ünvanda yerləşən Səbail rayon şöbəsinin inzibati binasında xx.xx.2012-ci il tarixdə istintaqla müəyyən edilməyən şəraitdə bilə-bilə yalan məlumatları daxil edib, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə əlillik hüququ verən rəsmi sənədləri, o cümlədən saxta olduğunu bildiyi halda əlillik dərəcəsinin təyin olunması barədə 13 №-li Tibbi Sosial Ekspert Komissiyasının 106 saylı, xx.xx.2016cı il tarixli arayışını, yuxarıda sadalanan sənədləri və digər sənədləri tamah niyyəti ilə istifadə etməklə xalası Şahid9 adından DSMF-nin ünvan 4 ünvanda yerləşən Səbail rayon şöbəsinə 2012-ci ilin iyul ay ında təqdim edərək, şöbənin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə Şahid9 əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmaqla İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasına dair 508 nömrəli qərarın qəbul edilməklə 311705 nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən xx.xx.2012-ci il tarixdə Şahid9 adına 311705 kodlu 6762**** ****5414 nömrəli, 2017-ci ilin avqust ayında kartın istifadə müddəti bitdiyi üçün DSMF-in Səbail rayon şöbəsi tərəfindən həmin kodlu və nömrəli plastik pensiya kartlarının "xxxx"ı ASC-dən sifariş verilməsinə, hazırlanmasına və həmin kartların qeyd olunan bankdan götürülməsinə, xx.xx.2012-ci il tarixdən xx.xx.2019cu il tarixədək sonuncunun hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi üç ün nəzərdə tutulmuş cəmi 43.811,61 manat (qırx üç min səkkiz yüz on bir manat altmış bir qəpik) pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla həmin plastik kartlar vasitəsilə qeyd olunan məbləğdə pul vəsaitini müxtəlif vaxtlarda, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhərində müxtəlif ünvanda yerləşən bankomatlardan qohumları və tanışları vasitəsilə çıxarıb nağdlaşdırmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olan 43.811,61 manat (qırx üç min səkkiz yüz on bir manat altmış bir qəpik ) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq ələ keçirib təkrarən dələduzluq etmiş, xalası Şahid9 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair 311705 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2019-cu il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2022-ci ilin avqust ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2022-ci ilin sentyabr ayının 1-dək aylıq 769,08 manat (yeddi yüz altmış doqquz manat səkkiz qəpik) olmaqla 33 ay üzrə cəmi 25.379,64 manat (iyirmi beş min üç yüz yetmiş doqquz manat altmış dörd qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə qeyr iləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus külli miqdar təşkil edən ümumilikdə 69.191,25 manat (altmiş doqquz min bir yüz doxsan bir manat iyirmi beş qəpik) pul vəsaitini vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə rəsmi sənədlərə vahid qəsdlə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta rəsmi sənəddən tamah niyyətilə ist ifadə etmişdir. Bundan başqa, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəb ul edilməsinin və baxılmasının təmin edilməsi, pensiya işlərinin və şəxsi hesablarının invertarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi və sair qulluq funksiyalarına malik vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə təkrar vəzifə saxtakarlığı törətməklə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən təkrar tamah niyyətilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyi ndən istifadə edib aldatma və etibardan sui-istifadə etməklə təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə arvadı, xx.xx.1984-cü il təvəllüdlü X8 əlilliyə görə əmək pensiyası almaq hüququnun, sosial sığorta stajı və kapitalının olmamasını, "xxxx" QSC-nin hər hansı struktur qurumunda işləməməsini və əlil olmasına səbəb ola biləcək xəstəliyinin, yəni arvadının bronxial astma, şəkərli diabet, xroniki hepatoxolisistit, eləcə də ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiası İİ funksional sinif tez-tez baş verən tutmalar ilə, durğunluq, ürək çatmamazlığı QDÇ (qan dövranı çatmamazlığı), yanaşı xəstəlik olan hipertoniya xəstəliyi-2-ci dərəcə, tez-tez baş verən krizlər kimi xəstəliklərdən əziyyət çəkmədiyini bildiyi halda, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində g uya arvadının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsini göstərən hüquq verən saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2014-cü il tarixli Bakı 5 saylı şəhər klinik Xəstəxanasının 162 saylı saxta epikrizini və ünvan 9 ünvanında yerləşən "xxxx" QSC-nin Sosial İnkişaf İdarəsi MDX (X5) Əhmədli tibbi sanitar hissəsində tərtib edilmiş xx.xx.2014cü il tarixli saxta tibbi kartadan çıxarışı, eyni üsulla guya xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı 14 saylı Birləşmiş şəhər Xəstəxanasında stasionar müalicədə olması barədə qeydlərin daxil edildiyi Cəmiyyətin həmin ünvanda yerləşən Sosial İnkişaf İdarəsi MDX(X5) Əhmədli tibbi sanitar hissəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 405003AAAHU nömrəli saxta göndərişi əldə edərək və saxta olduğunu bildiyi halda istifadə etməklə həmi n saxta sənədləri əldə etdiyi aylar ərzində ünvan 17 ünvanda yerləşən 10 №-li və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanda yerləşən 13 №-li Tibbi Sosial Ekspert Komissiyalarına təqdim olunmasına və Esmira Əliyevanın 10 №-li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ilk dəfə xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə əlilliyin, eyni üsulla 13 №-li TSEK tərəfindən xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə əlilliyin, sonuncu dəfə isə 13 №-li TSEK tərəfindən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlilliyin təyin olunmasına, habelə öz qulluq mövqeyindən istifadə edərək məqsədyönlü şəkildə pensiyaçının xx.xx.2012-ci il tarixli 311705 nömrəli uçot vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin (“Əmək pen siyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir”) tələblərini qəsdən pozaraq özünün çalışdığı şöbəyə və şifahi olaraq özünə təhkim olunmuş xidmət sahəsinə aid etmək məqsədilə arvadı Esmira Əliyevanın ünvan 18 ünvanında qeydiyyatda olmadığı və daimi yaşamadığı halda, guya həmin ünvanda qeydiyyatda olmaqla yaşaması barədə qabaqcadan əlbir olduğu vəzifəli şəxslərlə bir qrup şəxs qismində tamah niyyəti ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park-32 ünvanında yerləşən Suraxanı rayon şöbəsinin inzibati binasında xx.xx.2015-ci il tarixdə istintaqla müəyyən edilməyən şəraitdə bilə-bilə yalan məlumatları daxil edib, qabaqcad an əlbir olduğu qeyriləri ilə birlikdə əlillik hüququ verən rəsmi sənədləri, o cümlədən saxta olduğunu bildiyi halda əlillik dərəcəsinin təyin olunması barədə 13 №-li Tibbi Sosial Ekspert Komissiyasının 107 saylı, xx.xx.2016-cı il tarixli arayışını, yuxarıda sadalanan digər sənədləri tamah niyyəti ilə istifadə etməklə arvadı Esmira Əliyevanın adından DSMFnin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park-32 ünvanında yerləşən Suraxanı rayon şöbəsinə 2015-ci ilin iyul ayında təqdim edərək, şöbənin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə Esmira Əliyevaya əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasına dair 711 nömrəli qərarın qəbul edilməklə 622253 nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən xx.x x.2015-ci il tarixdə Esmira Əliyevanın adına 622253 kodlu 4127**** ****2357 nömrəli plastik pensiya kartının "xxxx"ı ASC-dən sifariş verilməsinə, hazırlanmasına və həmin kartın qeyd olunan bankdan götürülməsinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sonuncunun hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 34.895,50 manat (otuz dörd min səkkiz yüz doxsan beş manat əlli qəpik) pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla həmin plastik kart vasitəsilə müxtəlif vaxtlarda, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhərində müxtəlif ünvanda yerləşən bankomatlardan özü və ailə üzvləri vasitəsilə qeyd olunan pul vəsaitini çıxarıb nağdlaşdırmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə aralar ında bölüb şəxsi ehtiyaclarına sərf edərək qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olan 34.895,50 manat (otuz dörd min səkkiz yüz doxsan beş manat əlli qəpik) pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, arvadı Esmira Əliyevaya İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair 622253 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsin in xx.xx.2019-cu il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2020-ci ilin avqust ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin sentyabr ayının 1-dək aylıq 643,38 manat (altı yüz qırx üç manat otuz səkkiz qəpik) olmaqla 15 ay üzrə cəmi 9.650,70 manat (doqquz min altı yüz əlli manat yetmiş qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus xeyli miqdar təşkil edən ümumilikdə 44.546,20 manat (qırx dörd min beş yüz qırx altı manat iyirmi qəpik) pul vəsaitini öz qulluq mövq eyindən istifadə edib aldatma və etibardan sui-istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə rəsmi sənədlərə vahid qəsdlə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta rəsmi sənəddən tamah niyyətilə təkrarən istifadə etmişdir. Bundan başqa, o, ələ alma, sövdələşmə yolu ilə vəzifəli şəxsi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmək, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən saxta rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətl ə saxtalaşdırmaqla qanunsuz hazırlamaq, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən təkrarən istifadə etmək və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən təkrar istifadə etməklə özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə bacısı, xx.xx.1991-ci il təvəllüdlü Şahid3 əlilliyə görə əmək pensiyası almaq hüququnun, sosial sığorta stajı və kapitalının olmadığını, “Entrepose Kontraktinq” xarici şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş ofisində, "xxxx" MMC-nin və "xxxx" QSC-in hər hansı struktur qurumunda işləmədiyini və sonuncu Cəmiyyətin tabeliyində olan Bakı Dəmir yolu Xəs təxanasında ambulator müayinə və müalicədə olmadığını, habelə əlil olmasına səbəb ola biləcək xəstəliyinin, yəni bacısının xroniki obstruktiv pielonefrit tez-tez kəskinləşmələrlə, böyrək kasasının genişlənməyi ilə, sidik turşulu diatez, xroniki böyrək xəstəliyi İİ mərhələ, real anemiya, XBÇ (xroniki böyrək çatışmazlığı) İİ dərəcə xəstəliklərdən əziyyət çəkmədiyini bildiyi halda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində guya bacısının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsini göstərən hüquq verən saxta rəsmi sənədləri, o cümlədən ünvan 22 ünvanda yerləşən Bakı Dəmir yol Xəsətxanasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli 4083003AAB5S nömrəli saxta göndərişi, pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikası DSMF-in Nizami rayon şöbəsinə Şahid3 adından ünvanlanm ış xx.xx.2018-ci il tarixli ərizəni əldə edərək və saxta olduğunu bildiyi halda istifadə etməklə həmin saxta sənədi əldə etdiyi ay ərzində ünvan 25 ünvanda yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə təqdim olunmasına və Şahid3 xx.xx.2017-ci il tarixdə həmin xidmət tərəfindən 5 il müddətinə İİ dərəcə əlilliyin təyin olunmasına, habelə məqsədyönlü şəkildə pensiyaçının xx.xx.2018-ci il tarixli 054371 nömrəli uçot vərəqində ələ alma, sövdələşmə yolu ilə istintaqla şəxsiyyətləri araşdırılan səlahiyyətli vəzifəli şəxsləri vəzifə saxtakarlığı, yəni Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta şöbəsində mövcud olan “Arxiv Editor” (arxiv redaktoru) proqramınainformasiya resursu na və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə rəsmi sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi cinayətini həmin vəzifəli şəxslərin tamah və digər şəxsi niyyətlə törətmələrinə sövq edərək qeyd olunan informasiya resursuna istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə “B_ARZU” istifadəçi adı ilə daxil olunaraq Bakı şəhər sakini X3 adına olan **********226 sosial sığorta nömrəsinin qeyd edilməklə Nəzrin Babayevanın adına olan məcburi dövlət sosial sığorta haqqında, yəni sonuncunun xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək “Entrepose Kontraktinq” xarici şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş ofisində ofis meneceri,xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də kadr üzrə müfəttiş vəzifələrində işləməsi barədə məlumatların Şahid3 adına dəyişdirilməsinə, Şahid3nin xx.xx.1991-ci il təvəllüdlü olduğu halda Nəzrin Babayevanın xx.xx.1980-ci il tarixli doğum tarixinin Şahid3 doğum tarixi kimi göstərilərək uyğunlaşdırılmasına,qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə istintaqa məlum olmayan tarixdə və şəraitdə hüquq verən rəsmi sənəd olan Şahid3 adına ******* nömrəli əmək kitabçasını istifadə etmək məqsədi ilə saxtalaşdırma yolu ilə qanunsuz hazırlamaqla, yəni həmin rəsmi sənəddə guya sonuncunun xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək qeyd olunan tarixlərdə 15 yaşı olduğu halda “Entrepose Kontraktinq” xarici şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş ofisində ofis meneceri, xx. xx.2009cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də kadr üzrə müfəttişi vəzifələrində işləməsi ilə bağlı yalan məlumatlar daxil edilməklə guya şirkətlərin məsul şəxslərinin imzaları və şirkətlərin möhürlərinin sənədə skan üsulu ilə daxil edilərək təsdiq edilməsi görüntüsü yaradılmaqla Şahid3 təvəllüdünün “xx.xx.1980” kimi qeyd edilməsinə nail olduqdan sonra, həmin saxta əmək kitabçasını, əlil olmasını göstərən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətində sonuncu Xidmətində sonuncunun müayinəsinə dair xx.xx.2017-ci il tarixli saxta məlumatı və məcburi dövlət sosial sığorta haqları barədə məlumatları əldə edərək və saxta olduğunu bildiyi halda qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə ta mah niyyəti istifadə etməklə bacısı Şahid3 adından DSMF-nin ünvan 26 ünvanında yerləşən Nizami rayon şöbəsinə 2018-ci ilin noyabr ayında təqdim edərək, şöbənin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə Şahid3 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasına dair 982 nömrəli qərarın qəbul edilməklə 054371 nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən xx.xx.2018-ci il tarixdə Şahid3 adına 054371 kodlu 412720**** ****9089 nömrəli plastik pensiya kartının "xxxx"ı ASC-dən sifariş verilməsinə, hazırlanmasına və xx.xx.2018-ci il tarixdə həmin kartın qeyd olunan bankdan götürülməsinə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sonuncunun hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla əlilliyə gör ə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 4.436,25 manat (dörd min dörd yüz otuz altı manat iyirmi beş qəpik) pul vəsaitinin qanunsuz köçürülməsinə nail olub, həmin plastik kart vasitəsilə müxtəlif vaxtlarda,xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən bankomatlardan özü və ailə üzvləri vasitəsilə çıxarıb nağdlaşdırmaqla özünün və qabaqcadan əlbir olduğu qeyrilərinin ehtiyaclarına sərf edərək qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olan 4.436,25 manat (dörd min dörd yüz otuz altı manat iyirmi beş qəpik) pul v əsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, bacısı Şahid3 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair 054371 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2019-cu il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2023-ci ilin dekabr ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2024-cü ilin yanvar ayının 1-dək aylıq 923,94 manat (doqquz yüz iyirmi üç manat doxsan dörd qəpik) olmaqla 57 ay üzrə cəmi 52.664,58 (əlli iki min altı yüz altmış dörd manat əlli səkkiz qəpik) manat, habelə birdəfəlik köçürülməsi nəzərdə tutulan, lakin köçürülməyən 14.197,71 manat (on dörd min yüz doxsan yed di manat yetmiş bir qəpik) məbləğində pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus külli miqdar təşkil edən ümumilikdə 71.298,54 manat (yetmiş bir min iki yüz doxsan səkkiz manat əlli dörd qəpik) pul vəsaitini vahid qəsdlə aldatma və etibardan sui-istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, ələ alma, sövdələşmə yolu ilə vəzifəli şəxsi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən saxta rəsmi sənədi istifadə etmək məqsəd i ilə vahid niyyətlə tamah məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən tamah məqsədilə təkrarən istifadə etmişdir. Bundan başqa o, Dövlət Sosial Müdafiə Fondunun müvafiq olaraq Bakı şəhəri Nizami və Səbail rayon şöbələrində bacısı Şahid3 və atası Şahid20 sənədlərin saxtalaşdırılması yolu ilə özünün təyin etdirdiyi pensiyaların qanunsuzluğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin aprel ayının 8-dən başlayan xidməti araşdırma nəticəsində aşkara çıxarıldıqdan sonra, pozuntuların rəsmiləşdirilməsinin və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsinin qarşısını almaq məqsədilə 2019-cu ilin may-iyun aylarında dəfələrlə özünün istifadə sində olan ***-***-**-** nömrəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunun baş məsləhətçisi vəzifəsində işləməklə Azərbaycan Respublikasının ƏƏSMN-in Daxili nəzarət və audit şöbəsinin Əsasnaməsinə əsasən nazirliyin strukturlarında çalışan əməkdaşlar barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar xidməti araşdırmalar aparmaq kimi səlahiyyətlərə malik olmaqla və vətəndaş X1 həmin nazirliyə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində əks olunmuş məlumatın (Firəngül Əliyeva, Şahid3 və Şahid20 saxta sənədlər və saxta əlillik əsasında yüksək məblə ğlərdə pensiya almaları barədə) üzərinə qoyulmuş dərkənar əsasında xidməti araşdırmanı aparan Zərərçəkmiş şəxs1 istifadəsində olan ******-**-** mobil nömrəsinə zəng vuraraq sonuncu ilə bu barədə görüşmək istəsə də, rədd cavabı aldıqdan sonra, 2019-cu ilin iyun ayının 30-da yenidən Zərərçəkmiş şəxs1 zəng vuraraq həmin tarixdə, saat 21 radələrində sonuncunun yaşadığı, ünvan 28 ünvanına yaxın ərazidə, yəni həmin küçədə 124 ünvanında yerləşən “İran” klinikasının qarşısında görüşüb bacısı Şahid3 və atası Akif Əliyevə təyin edilmiş pensiya işlərində aşkar olunmuş qanun pozuntularının rəsmiləşdirilməməsini və hüquq-mühafizə orqanlarına göndərilməməsini tələb etdiyi zaman, Zərərçəkmiş şəxs1 rədd cavabı aldıqdan sonra, sonuncudan qanuni hərəkətlərinə görə qisas almaq zəminində və törətdiyi cinayətl əri örtbasdır etmək və qarşısını almaq məqsədilə 2019-cu ilin iyul ayının ortalarında özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən tanışı, əvvəllər İmişli rayon xalq məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 145-ci maddəsinin 1-ci hissəsi (quldurluq), Əzizbəyov rayon xalq məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 185-ci maddəsinin 1-ci hissəsi (həbsdən qaçma) və Suraxanı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş Məhkum2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dədə Qorqud” parkının ərazisində görüşüb 500 manat mə bləğində pul verərək, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsə metal predmetlə vurub əlil olmasına, yəni həyatı üçün təhlükəli olan, yaxud hər hansı orqanının funksiyasının itirilməsinə, sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsini sifariş etdikdən, həmin əməli ilə cinayətin törədilməsinə rəhbərlik etməklə təşkil etdikdən sonra, Məhkum2 500 manat pulu ondan alıb əvvəlcədən planlaşdırılmış sifarişi icra etmək üçün Zərərçəkmiş şəxs1 kənardan izləməklə sonuncunun yaşadığı ünvanı müəyyən edərək 20 iyul 2019-cu il tarixdə, saat 08 radələrində ümumi cinayətkar niyyəti icra etmək üçün qabaqcadan istintaqa məlum olmayan şəraitdə əldə etdiyi, şübhə yaratmaması üçün qara sellofana bükülmüş dəmir materialından hazırlanmış, tikintidə səviyyənin ölçülməsi üçün istifadə edilən nizamlayıcı alətlə silahlanaraq həmin ünvana gəlib ünvan 29inanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə qalxan pilləkənlərdə, 2-ci mərtəbə ilə 1-ci mərtəbə arasında olan meydançada sonuncunun səhər işə getməsi üçün yaşadığı evdən çıxmasını gözləməklə, saat 08:30-da Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən çıxıb tək vəziyyətdə pilləkənlərlə aşağı enərkən silah qismində istifadə etdiyi həmin alətlə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm olan orqanına, yəni baş nahiyyəsinə yuxarıdan aşağıya güclü zərbə ilə bir dəfə vurub sonuncuya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib cinayətin törədilməsi üçün mövqenin düzgü n seçilməməsi və zərərçəkmiş şəxsin pilləkənlərlə aşağı istiqamətdə iti addımlarla hərəkətdə olması səbəbindən baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yıxılıb pilləkənlərlə aşağı yuvarlanarkən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, sol dirsək nahiyəsinin sıyrığı xəsarətləri yetirməsindən, Məhkum2 binanın Şərifzadə küçəsinə tərəf çıxan hissəsində Zərərçəkmiş şəxs1 üzərinə yenidən hücum edib əlində olan metal predmeti sonuncunun sifəti istiqamətində vurmaq istəməsindən, sonuncunun isə zərbədən yayınmasından sonra, Məhkum2 Zərərçəkmiş şəxs1 baş nah iyyəsindən axan güclü qanın artıq yetirilmiş xəsarətin sifarişə uyğun olaraq ağır dərəcəli bədən xəsarəti ilə nəticələndiyini fikirləşib, habelə ətrafda yaşayan qonşuların hər an çıxıb sonuncuya kömək etmə, bununla da ifşa olunmaqla yaxalanma ehtimalının olmasını düşünüb hadisə yerindən uzaqlaşmaqla həmin əməlləri ilə bilavasitə qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətin törədilməsinə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar sifariş əsasında qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətinin Məhkum2 tərəfindən yetirilməsinə cəhd edilməsi, habelə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Məhku m2 vasitəsilə həyat və sağlamlıq üçün zor tətbiqi ilə müşayiət olunan müqavimət göstərilməsi cinayətinin törədilməsini təşkil etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin xitam ediməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Məhkum1 vəzifəli şəxs kimi konkret olaraq hansı rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumat daxil edilməsi ümumiyyətlə müəyyən edilməmişdir. Yalan mə lumat daxil edilmiş sənədin ümumiyyətlə mövcud olmaması həmin sənədə yalan məlumat daxil edilməsini istisna edir. Həmçinin, Məhkum1 tərəfindən konkret olaraq hansı şəxsi cinayət törətməyə sövq etməsi ümumiyyətlə istintaq zamanı müəyyən edilməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum1 əməlində CM-in 126-cı maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayət hadisəsi ümumiyyətlə mövcud olmamışdır. Belə ki, istintaq zamanı zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin edilərək keçirilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum1 mövcud olmayan və baş verməyən cinayət hadisəsinə görə ittiham elan edilmişdir. Sağlamlığa xəsarət yetirilməsi i lə bağlı olan cinayətlərdə ittihamın mahiyyəti yetirilmiş xəsarətin ağırlıq dərəcəsindən asılıdır. Hazırkı cinayət işinin materiallarında da isə Məhkum1 ittiham yetirilmiş xəsarətin ağırlıq dərəcəsinə görə yox, ehtimallara əsasən verilmişdir. Belə ki, heç bir əsas olmadan qərəzli olaraq istintaq orqanı Məhkum2 ağır xəsarət yetirmək niyyəti ilə vurmasını ehtimal edərək həmin maddə ilə ittiham elan etmişdir. Halbuki bu maddənin tərkibinin yaranması üçün konkret hərəkət və nəticə olmalıdır. Müdafiəçinin fikrincə, Məhkum1 hərəkətlərində CM-in 32.3, 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri də mövcud deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin e dilməsi barədə Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, b irinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya a ldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş ş əxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respub likası CM-in 315-ci maddəsinə görə “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə– iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələləri nə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət q anununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şər tlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X12rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından as ılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı Məhkum1 ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair hissədə sübutların tədqiqi zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçıları nın hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiq ini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəm ə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 cinayət əməli iş materiallarında olan digər təqsirləndirilən şəxs Məhkum2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər – Zərərçəkmiş şəxs1, Şahid21, Şahid11 ifadələri, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 iyul 2019-cu il tarixli, 573 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2020-ci il tarixli T 28/202 0 nömrəli rəyi, götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokol, habelə iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum1 vəzifəli şəxs kimi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi ilə əl aqədar ona qarşı qəsdən insan həyatı üçün təhlükəli olan, yaxud hər hansı orqanının funksiyasının itirilməsinə, sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin törədilməsinə cəhd edilməsi cinayətinin törədilməsi ilə əlaqədar əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, ittihama və məhkəmə hökmünə görə Məhkum1 vəzifəli şəxs kimi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən Zərərçəkmiş şəxs1 həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətinin törədilməsini təşkil etmiş, sifarişlə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona qarşı qəsdən insan həyatı üçün təhlükəli olan, yaxud hər hansı orqanının fun ksiyasının itirilməsinə, sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin törədilməsinə cəhd edilməsi cinayətinin törədilməsini təşkil etmişdir. Ona görə də Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.3, 29, 126.2.2 və 32.3, 315-ci maddələri ilə ittiham elan edilmiş və o həmin maddələrlə məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 17.4-cü maddəsinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulan “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə”də ifadə olunan cinayət əməli ümumi, həmin Məcəllənin 126.2.2-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməllərin törədilməsi isə CM-nin 315-ci maddəsinə münasibətdə xüsusi normadır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum1 həmin epizod üzrə əməlinin tövsifində səhvə yol vermişlər. Məhkum1 həmin epizod üzrə əməli yalnız CM-in 32.3, 29, 126.2.2-ci maddəsi ilə tövsif olunmalı o lduğu halda, ona həm də CM-in 32.3, 315-ci maddəsi ilə əsassız olaraq ittiham elan edilmiş və məhkum olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şə xslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinay ət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilməli və Məhkum1 Azərbaycan Respublikası CM-in 32.3, 315-ci maddəsi ilə məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarından xaric edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Məhkum2 münasibətdə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilməli və Məhkum2 da Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə ittiham edilməsi və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 ba rəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 32.3, 315-ci maddəsi ilə ittiham edilməsi və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum1 təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirməklə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Məhkum2 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 da Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə ittiham edilməsi və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum2 təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 126.2.2 və 29, 126.2.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar