Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1675/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Musayev Taleh Valeh oğlu) Məhkum, 1 noyabr 1966-cı il tarixdə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, CM-in 228.1-ci maddəsi i lə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Göstərilən hökmlə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum qanunsuz olaraq döyüş sursatı əldə etmiş və saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən əldə etdiyi döyüş sursatı hesab edilən 150 ədəd Tula patron zavodunda istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla(zirehdələn, yandırıcı güllələri olan 7,62 53 və 7,62 3 57—B3—231 və 57—3— 231) həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AK-47”, “AKMS” markalı avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan atəşə yararlı patronları Bakı-Qazax yolunun şimal hissəsində Şəmkir rayonunu n Aşağı Seyfəli kəndi ərazisində yerləşən, istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda bir ədəd sellofan torbanın içərisində gizlətməklə qanunsuz olaraq 9 mart 2023-cü il tarixədək saxlamış, 9 mart 2023-cü il tarixli qərara əsasən həmin ünvanda axtarış istintaq hərəkəti aparılan zaman döyüş sursatı hesab olunan 150 ədəd atəş açmaq üçün yararlı, 7,62x39 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Kazımov Rövşən Zahid oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 21 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in 228-ci maddəsinə, habelə cəza təyininin şərtlərini, qaydalarını və prinsiplərini tənzimləyən həmin Məcəllənin müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 10, 143-146, 416 və 419-cu maddələrinə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğularının qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il tarixli və 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarlarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməs inin məhkəmə iclasında araşdırılmış bir çox sübutlara, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama (həmin ittihama görə, Məhkum CM-in 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, təqsirli bilindiyi cinayəti qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir) və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, istintaq zamanı toplanmış sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən törətdiyi cinayət əməli əsassız olaraq CM-in 228.1-ci maddəsi ilə tövsif olunmuş Məhkum cinayət təqibi zamanı özünü qeyri-səmimi aparmaqla yanaşı bilərəkdən bir-birinə ziddiyyətli ifadələr vermiş, uydurma dəlillər yaradıb istintaqa təqdim etməklə cinayət prosesini həyata keçirən orqanın əlavə araşdırmalar aparmasına və istintaq müddətinin lüzumsuz uzadılmasına, eləcə də uzun müddət ərzində cinayət təqibindən yayınmağa, layiq olduğu cinayət məsuliyyətindən kənarda qalmağa nail olmuş, bununla da cinayətə görə cəzanın labüdlüyü prinsipinin ciddi zədələnməsinə və cəmiyyətdə ədalət mühakiməsi haqqında qeyri-obyektiv fikirlərin formalaşmasına səbəb olmuşdur. Halbuki, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli ifadələri həm onun özünün ifadələri ilə, həm də digər sübutlarla təkzib olunmuşdur. Belə o, 28 mart 2023 və 5 may 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, mərhum atasının əldə etdiyi av tomat silahı və patronları özü ilə daşıyaraq kəndin ətrafında meşəlik ərazidə və Şəmkir rayonunun Seyfəli kəndinin ərazisində “Dağlış dağı” adlanan yerdə həmin avtomatdan atəşlər açmışdır. Bu ifadələr təsdiq edilir ki, Məhkum göstərilən silahı və döyüş sursatını əldə edib saxlayan şəxslə əlbir olmuş, yəni faktiki olaraq CM-in 228.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri icra etmişdir. Bundan başqa, Məhkum doğma atası X9un patronları saxladığı yeri göstərməklə sonuncunu məlumatlandırması artıq həmin döyüş sursatı olan patronları ona həvalə etməsi kimi dəyərləndirilməlidir. Əks halda atanın öz oğluna onlar üçün “lazımsız olan əşyanın” basdırılması yerini göstərməsi məntiqsiz və izahı olmayan dəlildir. Bu hal da onu təsdiq edir ki, Məhkum həmin döyüş sursatının gizlədil diyi yeri atasından qəbul etməklə, faktiki olaraq atası ölənə kimi sonuncu ilə birlikdə, öləndən sonra da döyüş sursatı olan patronların atasından ona miras qalmış və özünün istifadəsində olan fermada vahid niyyətlə saxlanılması ilə bağlı cinayət əməlini törətməkdə davam etdirmişdir. Məhkum ittihamda göstərilən döyüş sursatını yadından çıxıb fermada saxlaması ona görə inandırıcı hesab edilə bilməz ki, o, özünün iştirakı ilə fermada aparılan axtarış zamanı həmin yeri birinci cəhddən, unutmaq elementləri olmadan asanlıqla göstərmiş və həmin patronlar gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Bu fakt hər hansı “lazımsız” əşya və predmetin yaddan çıxarmış şəxsin onun olduğu yeri asanlıqla göstərməsi və təqdim etməsi, həmin əşya və predmetlərin heç də onun niyyəti və məqsədi üçün “lazım sız” olmadığı və həmin predmetlərin yerini dəfələrlə incələməsi və yekunda qanunsuz saxlama ilə bağlı niyyətini davam etdirməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin, Məhkum mərhum atası X9un həmin patronları fermada gizlətdiyini, vəfat etməmişdən 2-3 il əvvəl onların yerini bir dəfə ona göstərdiyini bildirsə də, onun atası X9un vəfat etdiyi 8 dekabr 2017-ci il tarixdən sonra həmin patronların yerini bildiyi halda könüllü surətdə hüquq-mühafizə orqanlarına təhvil verməmiş, patronların mənbəyi və əldə edilmə şəraiti ilə bağlı istintaqa mötəbər sübutlar təqdim etməmiş, həmin silah və patronların vaxtı ilə atası X9un yaşadığı evdə olması və sonradan hüquq-mühafizə orqanlarına təhvil verilməsi mərhum X9un digər ailə üzvləri tərəfindən təsdiq olunmamışdır ki, bu hallar da Məhkum döyüş sursatı hesab edilən 150 ədəd 7,62 mm kalibrli patronları qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməklə istifadəsində olan toyuq fermasında saxlaması barədə nəticəyə gəlmək üçün əsas verir. Ona görə də, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında döyüş sursatı hesab edilən 150 ədəd 7,62 mm kalibrli patronları əldə edib Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda gizlətməklə qanunsuz olaraq saxlaması, “Kalaşnikov” markalı avtomat və patronların mərhum qardaşının əldə edərək mərhum atası X9 hədiyyə kimi verməsi, atası X9un həmin avtomatı Şəmkir rayon polis şöbəsinin sabiq rəisi Xin işlədiyi dövrdə 1995-1997-ci illərdə könüllü surətdə polisə təqdim etməsi, sonuncunun 15 0 ədəd patronları fermada gizlədərək yerini bir dəfə ona göstərməsi, həmin patronların fermada olduğunu unutduğu üçün onları könüllü surətdə hüquq-mühafizə orqanlarına təhvil verməməsi barədə ifadəsi həmin hissədə özünü müdafiə xarakteri daşıdığından, həmçinin həmin xüsusatlar istintaq materialları ilə təkzib olunmaqla işin faktiki hallarına uyğun gəlmədiyindən sübut növü kimi qiymətləndirilməməli və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli ifadələr kimi dəyərləndirilməlidir. Dövlət ittihamçısı Q.A.Rizvanovun qənaətinə görə, məhkəmələr toplanmış sübutlara düzgün qiymət verməyərək Məhkum əməlinin tövsifində səhvə yol vermiş, sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş və eyni zamanda CM-in 8, 41, 58-ci maddələrinin tələblərini nəzərə almayaraq əsassız olaraq məhkumun şəxsi etirafını və yaşayış yeri müsbət cəhətdən xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməiş, nəticədə isə sonuncuya açıq-aşkar yüngül cəza təyin olunmuşdur. Odur ki, dövlət ittihamçısı Q.A.Rizvanov qeyd olunan dəlillərə əsaslanaraq onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından verdiyi həmin protestində məhkəmələr tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, onlara düzgün qiymət verilməməsini, Məhkum əməlinin tovsifində səhvə yol verilməsini və ona həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçı sı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qe yd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını və kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları müvafiq olaraq CPM-in 419 və 416.1-cı maddələrində müəyyən edilmişdir. CPM-in 416.1ci maddəsində təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda isə Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışı nın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbi t edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbay can Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş mə hkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiya da təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yən i həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilmə si vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətmək də ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkə mənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm beynəlxalq müqavilələrdə, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanı nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət i şinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cina yətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Ko nstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcə llənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlə r cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu s übutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzə rdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədq iq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yek un məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiy yət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Ple numu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirlən dirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işini n materiallarından görünür ki, ilk növbədə faktları müəyyən edən birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-ballistik ekspertizasının 14 mart 2023-cü il tarixli 3/454 nömrəli rəyinə, baxış və götürmənin aparılması haqqında 9 mart 2023-cü il tarixli protokola, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 16 mart 2023-cü il tarixli 3-13-11/2-3552/2023 nömrəli məktubuna əsaslanaraq və kassasiya protestinin dəlillərinin əksinə olaraq araşdırdığı sübutları CPM-in 145.1-ci maddəsinin tələbinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib məhk um olunmuş şəxsin əməlini CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Aşağıda göstərilənlərə görə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin bu haqda gəldikləri nəticə qanuni və əsaslı olduğundan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Ümumiyyətlə isə, kassasiya protestinin cinayət işinin materialları ilə əlaqəli şəkildə öyrənilməsi məhkəmə kollegiyasına belə fikir yürütməyə əsas verir ki, həmin protestdə dövlət ittihamçısı Q.A.Rizvanov əsasən Məhkum qanunsuz olaraq döyüş sursatı olan 150 ədəd 7,62 mm kalibrli patronları əldə edərək saxlaması əməlini törətməsinin tam sübuta yetirilməsini iddia edir, lakin bu əməli qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, yəni CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən mötəbər sübutlara istinad etməmiş və istər ibtidai araşdırma orqanı, istərsə də dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi belə sübutları məhkəmələrə təqdim etməmişlər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara istinad etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətməkdə təqsirli bilindiyini cinayətin əsas tərkibi CM-in 228.1-ci maddəsinin dispozisiyasında “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursa tı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə” kimi təsbit edilmişdir. Təsvir edilən normada - odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular cinayətin predmeti kimi çıxış etdiyi halda, cinayətin obyektiv cəhəti qeyd olunan əşyaları əldə etmədə, başqasına vermədə, satmada, saxlamada, daşımada və ya gəzdirmədə ifadə olunur. Sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi çıxış edən iştirakçılıq da, baxılan işin sübutetmə predmetini təşkil edir. CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışı isə CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birisinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar mə qsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab ed ir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin y alnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Kassasiya protestindən də göründüyü kimi, Məhkum qarşı CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə, yəni onun qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdiyi döyüş sursatı hesab edilən 150 ədəd 7,62 mm kalibrli patronları Bakı-Qazax yolunun şimal hissəsində, Şəmkir rayonunun Aşağı Seyfəli kəndi ərazisində y erləşən və istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda bir ədəd sellofan torbanın içərisində gizlətməklə qanunsuz olaraq 9 mart 2023-cü il tarixədək saxlamasına görə irəli sürülmüş ittiham həlledici şəkildə Məhkum məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri ilə əsaslandırılmış, lakin onun məhz həmin ittiham üzrə, yəni ona istinad əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dair başqa sübutlar əldə olunmamışdır. Halbuki, CPM-in 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum özünü ibtidai araşdırma orqa nı tərəfindən elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1991-1993-cü illərdə Sovet qoşunları Azərbaycanı tərk edən zaman mərhum qardaşı X12 tanımadığı hərbi qulluqçudan bir ədəd “Kalaşnikov” markalı avtomat və çoxlu sayda 7,62 mm kalibrli patronları alıb mərhum atası X9a hədiyyə etmiş, sonuncu isə həmin avtomatı və patronları yaşadıqları evdə öz otağındakı dolabda saxlamışdır. O, həmin avtomatı atası X9un otağında dəfələrlə görsə də, onun və ya qardaşlarının həmin silahdan istifadə etdiklərinin şahidi olmamış, avtomat saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı olmuşdur. 1995-1997-ci illər arası dəqiq bilmədiyi tarixdə atası göstərilən avtomat silah Şəmkir Rayon Polis Şöbəsinə aparıb könüllü surətdə təhvil vermiş, bu haqda Polis Şöbəsindən atasına hər h ansı rəsmi sənədin verilməsi barədə onun məlumatı olmamışdır. Atası X9 avtomatı təhvil verdikdən sonra 150 ədəd 7,62 mm kalibrli patronları özünə məxsus Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən toyuq fermasının dam örtüyünün altındakı tavanda gizlətmiş və vəfat etməmişdən təxminən 2-3 il əvvəl onu fermaya apararaq həmin patronların yerini göstərmişdir. Axtarış zamanı aşkar olunmuş patronların üzərində pasa oxşar ləkələr olmuş, həmin patronlardan heç vaxt istifadə etməmiş və istifadə etmək fikri də olmamışdır. O, qeyrisi ilə, o cümlədən 2017-ci ildə vəfat etmiş atası ilə həmin patronların saxlanılması barədə sövdələşməmiş, bununla bağlı heç kimlə razılığa gəlməmiş və yalnız patronların saxlanıldığı yer barədə məlumatlı olmuşdur. Atası vəfat etdikdən sonra patronların gizlədildiyi fe rma onun sərəncamına keçsə də, orada göstərilən döyüş sursatının atası tərəfindən gizlədilməsini unutduğu üçün onları könüllü surətdə hüquq-mühafizə orqanlarına təhvil verməmişdir. Bununla belə, Məhkum ifadələrində patronları fermasının dam örtüyünün altındakı tavanda unudaraq saxladığı üçün əməlindən peşman olmasını bildirmişdir. Kassasiya protestində istinad olunan şahidlərin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin təhlili göstərir ki, həmin şahidlərin əksəriyyəti yalnız 9 mart 2023-ci il tarixdə Məhkum məxsus fermada baxış və götürmə istintaq hərəkətinin aparılmasını və bunun nəticəsində oradan 150 ədəd 7,62 mm kalibrli patronların aşkar edilərək götürülməsini təsdiq etmiş və öz ifadələrində Məhkum təqsirli bilindiyi cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsini təsdiq edən hər hansı hala istinad etməmişlər. Bundan başqa, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da – məhkəmə ekspertizalarının rəyləri ilə və ibtidai araşdırma orqanının sorğularına verilmiş cavablarla da Məhkum qanunsuz olaraq döyüş sursatını qanunsuz olaraq əldə etməsi və saxlaması cinayətini mübahisə edilən tövsif edici əlamətlə törətməsi müəyyən edilmir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfl i və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilməməsinə və Məhkum əməlinin düzgün tövsif edilməməsinə, yəni həmin məhkəmənin CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsinə dair kassasiya protestinin dəlilləri yalnız ehtimallar üzərində qurulduğundan, məhkəmə kollegiyası həmin dəlilləri qəbul edilməz sayır və həmin protestin təhlil edilən hissədə təmin edilməsi üçün əsaslar tapmır. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkə mə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidirlər (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəm iyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin formasını, motivini, üsulunu, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçıl arından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar və ya bir növ cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mö vqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayə t-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən və onun ailə vəziyyətinə aid olan məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsa slı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Məhkəmə kollegiyası təkrarən vurğulayır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləş dirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və m üvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 s aylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci inst ansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə (həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bu məsələyə məhz CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaların ən ağır növündə olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş və belə nəticəyə gəlmişdir ki, məhz həmin cəza cəzanın məqsədlərini təmin edə bilər. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi hissəsində birinci və apellyasiya instansiyası məhkəmələrin mövqeyi ilə razılaşır, çünki məhkəmələr bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.2-ci maddəsinin tələbinə uğun olaraq Məhkum yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini (bu hal məhkum olunmuş şəxsin barəsində verilmiş və ittiham aktında da istinad olunan xasiyyətnamə ilə təsdiq olunur), törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, yaşlı olmasını və ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən ən ağırı növündə - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmiş, bu zaman həmçinin CM-in yuxarıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə istinad etməklə gəldikləri nəticəni lazımi şəkildə əsaslandırmışlar. Kassasiya protestində isə həmin cəzanın müddətinin aşağı həddə olması mübahisələndirilsə də, məhkəmə kollegiyası Məhkum təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi və bu cəzanın ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya ba xışına təyin olunması üçün heç bir əsas görmür, bununla bağlı kassasiya protestində cəzanın məqsədləri ilə bağlı təsvir edilmiş və yalnız mülahizə xarakteri daşıyan dəlillərlə razılaşmır və hesab edir ki, həmin protestin müəllifi bir sıra normativ aktlara istinad etsə də yuxarıda göstərilən cəzanın yüngül olmasını kifayət qədər əsaslandıra və məhkəmə kollegiyasını buna inandıra bilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-in 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-in 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismin də nəzərə alına bilməz. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin Məhkum təyin olunmuş cəzanın açıq-aşkar yüngül olması barədə də dəlilləri ilə razılaşmayaraq onları da qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən həmçinin CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının məhkuma cəza təyini hissəsində qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı kassasiya prot
Məhkəmə qərarları › İş №1(102)-1675/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1675/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver