Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1675/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 iyul tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X13 və X5 ibarət tərkibdə) 2024-cü il 2 may tarixli, 1(101)-525/2024 nömrəli hökmü ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 16 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X20, ev 10, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Açıq Pəri küçəsi, döngə 1, ev 28də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından (xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək) tutulduğu 2 gün müddət çıxıla raq üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 352,875 qram narkotik vasitə heroin, 215,485 qram psixotrop maddə metamfetamin, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə m addi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 194 manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X9 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X14 və X4 ibarət tərkibdə) 2024-cü il 25 iyul tarixli, 1(103)-1391/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və n arkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,735 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində şübhəli olduğuna görə ünvan 1 ünvanın yaxınlığında Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin 13-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində olan çantadan bir ədəd bükümdə təmiz çəkisi 0,735 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan "Məhəmməd” adlı şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya görə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan "Məhəmməd” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan üsulla göndərmiş olduğu istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 353,175 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 215 qram psixotrop maddə metamfetamini əldə edib üzər ində saxlayaraq ünvan 3 ünvanına daşımaqla narkotik vasitə heroinin 340 qramını və 215 qram psixotrop maddə metamfetamini evin yataq otağının çarpayı üzərindəki döşəyin altında yaşıl rəngli sellofan torbanın içərisində, heroinin 13,175 qramını isə üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİnin 13-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 13,175 qram külli miqdarda narkotik vasitə heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə evin yataq otağındakı çarpayı üzərindəki döşəyin altından bir ədəd yaşıl rəngli sell ofan torbaya yerləşdirilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 340 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 215 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun tərəfindən Məhkum verilmiş ittihamı darmadağın edəcək sübutlar təqdim edilməsinə baxmayaraq Apellyasiya məhkəməsi həmin sübutların araşdırılmasında heç bir maraq göstərməmişdir. Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul edərkən demək ola r ki, ibtidai istintaqın və birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etmişdir. İstər istintaq, istərsə də birinci instansiya və apellyasiya məhkəməsi baxışı zamanı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, təqsirləndirilən şəxs Məhkum hüquqları kobud şəkildə pozulmuşdur. Beləliklə, hər iki məhkəmə instansiyası tərəfindən kifayət qədər prosessualhüquq və qanun pozuntularına yol verilmiş, Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış insan hüquq və azadlıqları, cinayət prosessual qanunvericiliyinin hüquqi yardım almaq, mühakimə icraatının qərəzsizliyi, sübutların qiymətləndirilməsi, ədalətli məhkəmə baxışının təmin olunması prinsipləri başda olmaqla demək olar ki, əksər prinsipləri, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının tələbləri ç ox kobud şəkildə pozulmuşdur. Belə ki, Məhkum birinci etiraf ifadəsindən sonrakı ifadələrində Sabunçu RPİ-nin İŞ-də CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə özünü təqsirli bildiyini, lakin 234.4-cü maddəsi ilə qətiyyən təqsirli bilmədiyini, fiziki və psixoloji təzyiqlərə məruz qalaraq etiraf ifadəsi verdiyini, BNMİ-nin əməkdaşlarının onu saxlayarkən 13-cü polis bölməsinə yox, BNMİ-nin inzibati binasına aparıb orada işgəncəyə məruz qoyduqdan sonra 13-cıi polis bölməsinə gətirib orada rəsmiləşdirmə islərinə başladıqlarını bildirmişdir. Lakin məhkəmə çıxarmış olduğu qanunsuz hökmdə Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təhrif edərək guya Məhkum məhkəməyə vermiş olduğu ifadəsində BNMİ-nin əməkdaşları onu yaşadığı evdə saxlayaraq BNMİ-nin inzibati binasına aparıb orada təzyiq və işgəncələrə məruz qoyduqdan sonra yenidən yaşadığı evə gətirdiklərini söylədiyini qeyd etmişdir. Lakin Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində yaşadığı evdə saxlanıldığını, ailəsinin və övladlarının gözləri qarşısında şiddətli şəkildə döyüldüyünü, şərəf və ləyaqətinin alçaldıldığını, bundan sonra BNMİ-nin inzibati binasına aparılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı etiraf xarakterli ifadə verməyə məcbur edildiyini, polis əməkdaşlarının qanunsuz tələbləri ilə razılaşmayınca bir otağa salıb orada elektrik cərəyanına verildiyini, işgəncə və təhqirlərə tab gətirə bilməyib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı etiraf xarakterli ifadə verməyə razı olduğunu bildirdikdən sonra isə 13-cü PŞ-yə gətirilib orada sənədləşmə işlərin in aparıldığını bildirmişdir. Lakin həm birinci instansiya, həm də Apellyasiya instansiya məhkəməsi hökmlərində Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini üstün tutaraq həmin ifadəyə istinad etmiş və təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatları sadəcə olaraq özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirmişdir. Bununla yanaşı, “Cinayət işinin başlanması haqqında” qərarda göstərilmişdir ki, Məhkum Bakı şəhəri, Sabunçu rayonu, X20 döngə 01, ev 26 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq 13-cü polis bölməsinə aparılmış və üzərinə baxış zamanı külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilməklə götürülmüşdür. Lakin tutma protokolu, tutma qərarı və baxış keçirilmə haqqında protokolda isə Məhkum Aşıq Pəri küçəsi, ev 12 ünvanında saxlanılması göstərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarda isə Məhkum tutulduğu ünvan yenidən X20 göstərilmiş və yaranmış ziddiyətlərə heç bir yekun fikir bildirilməmişdir. İbtidai istintaq orqanı ümumiyyətlə əməliyyatın hansı ünvanda keçirilməsi, Məhkum hansı ünvanda saxlanılmasını müəyyənləşdirmədən onu ağır cinayətin törədilməsində ittiham etmişdir. Lakin həm ibtidai istintaq zamanı, həm də birinci instansiya və apellyasiya məhkəmə istintaqı zamanı Məhkum konkret olaraq hansı ünvanda saxlanılması dəqiq müəyyən edilməmişdir. Bundan başqa iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum istər istintaqda, istərsə də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində 03 mart 2023-cü il tarixdə saat 17:30-da deyil, həmin gün saat 13:30-da saxlanıldığını, həmçinin küçədə piyada hər əkətdə olarkən deyil yaşadığı evdə saxlanıldığını bildirmişdir. Məhkum məhkəmədə vermiş olduğu ifadəsində BNMİ-nin inzibati binasında olarkən yanında müdafiəçi olmadığını, hüquqlarının müdafiə edilmədiyini, həmçinin ittiham elan edilərkən müdafiəçinin yardımından istifadə edə bilmədiyini, müdafiəçini sadəcə olaraq məhkəmə prosesi zamanı gördüyünü, ilkin izahat və ifadələrinə imza edərkən həmin sənədlərin məzmunundan xəbərinin olmadığını, latın qrafikalı əlifbanı bilmədiyini bildirmişdir. Sənədlərin tədqiqi mərhələsində də ümumiyyətlə Məhkum latın qrafikalı əlifba ilə bir dənə də olsun yazısının olması müəyyən edilməmişdir. Lakin həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi yenə də həmin xüsusatı pozuntu kimi qiymətləndirməmişdir. Kassasiya şikayətində göstərilənlərə əsas ən Məhkum müdafiəçisi Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli, 1(103)1391/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 iyul tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini y oxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbay can Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm və zifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyi b, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in üç maddəsi ilə, yəni CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiəçi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.2 və 234.4.3-cü maddələri üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin də lilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin Məhkum “Məhəmməd” adlı şəxslə qabqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən Məhkum “Məhəmməd” adlı şəxslə qabaqcadan əl bir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur: 1) “...şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan "Məhəmməd” adlı şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş...” 2) “...aralarındakı razılaşmaya görə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan "Məhəmməd” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan üsulla göndərmiş olduğu...” 3) “...istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq...” Verilmiş ittihamdan məlum olmur ki, Məhkum cinayətin digər iştirakçısı ilə hansı qaydada əlaqə saxlamışdır. Göründüyü kimi, ittiham tərəfinin qabaqcadan əlbir olan bir qrupun mövcudluğunu təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cü mlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab ve rən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Məhkum və “Məhəmməd” adlı şəxsdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tə rkibində (birgə) törədildiyi qeyd olunsa da, Məhkum sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir (iittihamda, birinci və apellyasiya instansiya məhkəməsinin hökm və qərarında təsvir olunmuş Məhkum əməllərinin faktik məzmunu müstəsna olaraq onun “Məhəmməd” adlı şəxsin satdığı herain və metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması hərəkətləri əhatə edir). Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, ə slində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan şəxs və şəxslər”, “istintaqla müəyyən edilməyən qaydada və şəraitdə” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143-146cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sü but olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilməli, Məhkum cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 2025-ci il 25 iyul tarixli qərarı müdafiəşinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzadan, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət çıxılaraq, üzərində qəti olaraq 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, q
Məhkəmə qərarları › İş №1(102)-1675/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1675/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver