Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1676/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X15, bəraət almış şəxs Məhkum və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022ci il tarixli bəraət hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X24 və X7 ibarət tərkibdə) 27 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxx 1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əm əlini törətməkdə təqsirli bilinmiş və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 06 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X25 və X8 ibarət tərkibdə) 24 may 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Ba kı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(101)-102/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Məhkum izah edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama və birinci inst ansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlayaraq daşımış və satmışdır.. Belə ki, o, istintaqa məlum olmayan yerdə və tarixdə naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş tam mində dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç tam mində iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib saxlamış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı X2 üçün sonuncuya məlumat vermiş, X11 ilə pulun sonradan ödənilməsi şərti əsasında razılaşaraq görüş yeri və vaxtı təyin etdikdən sonra saxladığı həmin narkotik vasitə heroini və psixotrop maddə m etamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsinə qədər daşımış, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində X11 ilə həmin yerdə görüşərək qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sonuncuya satmış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində X4 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək X3 götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi qərarını şahid Göyçəli Şirxanın ziddiyyətli ifadələr verməsi, digər şahidlərin məhkəmə baxışında fərqli ifad ələr verməsi, təqsirləndirilən şəxsə məxsus olması istinad edilən mobil telefon nömrələrinin ona məxsus olmaması ilə əsaslandırmağa çalışmışdır. Lakin ibtidai istintaq orqanının iş üzrə topladığı və məhkəmə istintaqında tədqiq edlərək ittihamın əsasını təşkil edən, biridigəri ilə bağlı sübutların mövcudluğuna əhəmiyyət verməmişdir. Apellyasiya məhkəməsi Şirxan Göyçəlinin ibtidai İstintaq zamanı verdiyi ifadəni hansı səbəbdən təsdiq etmədiyini araşdırmamış, ibtidai istintaq zamanı verdiyi ifadələrin həqiqiliyini ortaya qoyan sms mətnləri, telefon zəngləri, şahid ifadələri və digər sübutların mövcudluğunu nəzərə almamış, həmin sübutlara heç bir münasibət göstərməmişdir. İşdə olan 08 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə X11 və Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Göyçəli Şirxan 03 aprel 2020-ci il tarixində saat 20 radələrində Xəzərin ona zəng edib yaşadığı küçəyə çağırdığını, Xəzərin özündə narkotik vasitə heroin və şüşə kimi tanıdığı metamfetamin oduğunu deməsini, həmin maddələri ona verməsini təklif etməsini, Xəzərin narkotik maddələrin pulunu dərhal istəmədiyini, pul məsələsini daha sonra öz aralarında həll edəcəklərini qeyd etdiyini, Xəzərdən həmin narkotik vasitələri götürüb yaşadığı evə daxil olmasını Məhkum üzünə qarşı demiş, Məhkum X4 ifadəsini təsdiq etməmiş, sonuncuya heç vaxt narkotik vasitə satmadığını, əksinə X3 dəfələrlə narkotik vasitə aldığını bildirmişdir. Şirxan Göyçəli özünün barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən ifadə verərək qeyd edilən ifa dələrini bir daha təsdiq etmiş, ondan aşkar edilən metamfetamin və heroinin Məhkum aldığını göstərmişdir. Həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır. Məhkəmə hökmündə Şirxan Göyçəlinin narkotik vasitəni Məhkum əldə etməsi təkcə onun təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə deyil, verilmiş ittihamın məzmunu kimi, məhkəmənin müəyyən etdiyi hal formasında qəti olaraq müəyyən etmişdir. Hazırkı işdə Şirxanın narkotik vasitəni Xəzərdən alması halı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü İlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası isə bu halı nəzərə almamışdır. Cinayət işi üzrə sübutlar kifayət qədər təqsirləndirilən şəxs Xəzər Mirsaiehlinİn təqsirini təsdiq edir. Şahidlərin cinayət işinin ibtidai istintaqı zamanı verdikləri ifadələrin digər sübutlarla əlaqəli surətdə götürdükdə ittiham hökmünün çıxarılması üçün yetərli olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası sübutları şübhə altına almaqla iş materialları ilə uzlaşmayan əsaslandırma aparmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxs və onun müdafiəçisinin kas sasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibin i və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki: Məhkum cinayət işi üzrə bütün izahat və ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmiş olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, o cümlədən X9 narkotik vasitə satmamış, habelə cinayət işi üzrə onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkum üzərindən və ya yaşadığı evdən və yaxud ona aid olan hər hansı digər yerdən ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, ona münasibətdə cinayət işi üzrə maddi sübut olmamışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham yalnız X1 əsasən verilmiş, ittihamın məzmunu sonuncunun ifadələri əsasında qurulmuşdur; X6 üzərində şəxsi axtarış keçirilməsi barədə xx.xx.2020-ci tarixli protokolda, eyni tarixli izahatında və şübhəli şəxs qismində dindirilməsi protokolunda o, narkotik vasitəni və psixotrpop maddəni Telman adlı şəxsdən aldığını göstərmişdir. Bundan başqa, X14 05 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi protokolunda da narkotik vasitəni və psixotrop maddəni Telman adlı şəxsdən aldığını göstərmiş və hətta Telman adlı şəxsin mobil nömrələrini istintaq orqanına təqdim etmişdir; İstintaq orqanı tərəfindən 06 aprel 2020-ci il tarixdə X6 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi Telman adlı şəxsin şəxsin şəxsiyyətini və olduğu yerin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tapşırığı verilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 20 iyul 2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən əməliyyat tapşırığını icrası ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Telman adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, 22 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən X14 bu dəfə narkotik vasitəni və psixotrop maddəni Xəzər adlı tanışından aldığını bildirmiş və sonuncunun mobil nömrəsini təqdim etmişdir. Lakin istintaq orqanı X6 zi ddiyyətli ifadələr, yəni əvvəlki izahat və ifadələrində narkotik vasitələri və psixotrop maddələri Telman adlı şəxsdən əldə etdiyini bildirdiyi halda, birdən-birə nə üçün Xəzər adlı şəxsdən əldə etməsini göstərməsi barədə 22 iyul 2020-ci il tarixdə ümumiyyətlə suallar verilməmişdir. Həmin məzmunlu sual X10 19 sentyabr 2020-ci il tarixdə verilmişdir. 19 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən X14 həmin ziddiyyəti belə izah etmişdir ki, polis şöbəsində ona Telman adlı şəxsin adını yazmağı təklif edilmiş, o, da buna etiraz etməmişdir. Xəzərin adını qeyd etməməsinin səbəbi aralarında münasibətləri özünün həll etmək istəyi olmuşdur. Telmanın isə ümumiyyətlə bu işlə əlaqəsi yoxdur. Telmanı Xəzər vasitəsilə narkotik aludəçisi kimi tanımışdır. Həmçinin cinayət işi üzr ə Məhkum məxsus olduğu iddia edilən ***-***-**-**, ***-*****-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə bağlı da kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluq olmuşdur. Belə ki, mobil operatorların təqdim etdiyi anten məlumatlarından görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** nömrəsi 03 aprel 2020-ci il saat 14:42-dən axşam saat 22:41-dək ünvan 4 ünvanında olmuşdur. Məhkum istinad edilən ***-***-**-** nömrəsi isə həmin zaman kəsiyində yəni, 14:40-da və 15:15-də Maştağa qəsəbəsi, A və B həyəti ünvanı, ünvan 5ayon, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küç., döngə 2, ev 16 ünvanında olmuşdur. Məhkum istinad edilən ***-***-**-** telefon nömrəsinin istifadəçisi isə həmin tarix, saat 16:59-da Sabunçu rayonu, Nigar Şadlıq sarayının yaxınlığında olmuşdur. Şi rxan Göyçəlinin tutulduğu gün guya Məhkum ona zəng etdiyi nömrə olan ***-*****-** nömrəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinin müqayisəli təhlil etdikdə görünür ki, sonuncu nömrə 03 aprel tarixindən əvvəl və sonra əsasən ünvan 4 ünvanında olsa da, ***-***-**-** nömrəsi 04 aprel 2020-ci il tarix saat 13:59-dan 05 aprel 2020-ci il axşam saat 9-a qədər yalnız 3 ünvanda Badamdar qəsəbəsi, 1-ci massiv ev 43 ünvanı, Qaradağ, Xocəsən yolu və Bakı şəhər Baş Yol Polisi İdarəsi yaxınlığında olmuş, yalnız 05 aprel 2020-ci il axşam saat 9-dan sonra Sabunçu rayonu ərazisində olmuşdur. Halbuki, qeyd edilən zaman kəsiyində Məhkum istifadəsində olan telefon nömrəsi yalnız Bakı şəhəri Sabunçu ərazisində olmuşdur. Sonuncu nömrənin Məhkum aid edilməsi cəhdləri məhz həmin nömrənin istifadəçi sinin 03 aprel 2020-ci il tarix, saat 18:53 radələrində ünvan 4 ünvanında olması olmuşdur. Həmin nömrənin istifadəçisinin ittihamda qeyd olunan vaxtda və yerdə olması istisna deyildir. Lakin, istintaq orqanı yalnız ittihamda qeyd olunan saat 19 radələrində müvafiq ünvanda olmağın ittihamı təsdiq edəcək heç bir sübuti əhəmiyyəti olmadığını bilməli olduğu halda bilməmişdir. Çünki, anten məlumatları iş materiallarında təkcə 03 aprel tarixini deyil, ondan çox əvvəlki və sonrakı tarixləri də əhatə edir. Belə olan təqdirdə, Məhkum aşkar şəkildə istifadəsində olduğu görsənən ***-***-**-** nömrəsi ilə həmin nömrələrin anten məlumatlarının üst- üstə düşməməsi bu beş nömrənin ayrı-ayrı şəxslər tərəfindən istfadə edilməsini sübut edir. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən Məhkum təqsirliliyinə d air ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətlidir, belə ki, onun üzərindən və ya yaşadığı evdən narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, yeganə sübut kimi təqdim olunan şahid Şirxan Göyçəlinin ifadəsi kəskin ziddiyyətli olmaqla Məhkum barəsində axtarış prosessual qanunverciliyin tələblərinə uyğun aparılmamışdır. Şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələri mövcud olmaqla ittihamın sübut olunmasında yaranan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alınaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunveri ciliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X16 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhk əmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilmə si üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sü but qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qada ğan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olm asına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X16 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının ink ar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəti cəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli hökmü kassasiya protesinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1676/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1676/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver