Məhkəmə qərarları › İş №1(102)-1676/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1676/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1676/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayhan Məhəmməd oğlunun, zərərçəkmiş şəxs X, məhkumun müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-190/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 1(124)-106/2022 nömrəli hökmü ilə (sədrlik edən F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.Rzayevdən ibarət tərkibdə) xx xxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və nümayəndəsinin apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən A.İ.İsmayılov, hakimlər R.Ə.Ağayev və R.O.Əsgərovadan ibarət tərkibdə) 18 aprel 2024-cü il tarixli, 1(105)-190/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri və əlavə təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmi n qərardan Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə İldir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən N.R.Mövsümov, hakimlər Ə.C.Seyidov və T.L.Kazımovdan ibarət tərkibdə) 03 aprel 2024-cü il tarixli, 1(102)-456/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2017-ci ildə Zərərçəkmiş şəxs2 yeni aldığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindəki evini təmir edərkən aralarında səmimi münasibətlər yarandığından söhbətlər əsnası nda sonuncunun mərhum atasından ona miras qalan evi satmaqla 105.000 (yüz beş min) manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün nümunəvi etik davranışları ilə Zərərçəkmiş şəxs2 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə sonuncudan 21 fevral 2018-ci il tarixdə, saat 17:34-də Sumayıt şəhəri, H.Əliyev prospekti 58 ünvanında yerləşən Sumqayıt şəhər 4 saylı natoriat binasında xx.xx.2018-ci il tarixdə geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 3.400 (üç min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri ərazisində satışda olan təmirsiz evləri alıb təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandıraraq, ondan alacağı pulu və gəliri qaytaracağına yalandan vəd ve rib, ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzili alması üçün 14 noyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında 58.800 (əlli səkkiz min səkkiz yüz) manat və 2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayınadək 15 günlük intervalla həmin mənizilin təmirinə xərcləmək üçün birincisi 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3.400 (üç min dörd yüz) aBş dolları, ikincisi 3.500 (üç min beş yüz) manat, üçüncüsü 2.500 (iki min beş yüz) manat, dördüncüsü 500 (beş yüz) manat olmaqla cəmi 12.280 (on iki min səkkiz yüz manat), 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanında geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 1.000 (min) manat, ipoteka ilə ev almaq istəyən bəzi hərbiçilər in zəruri ilkin ödənişləri banka köçürə bilmədiklərini və onların ilkin ödənişlərini Zərərçəkmiş şəxs2 ödəyəcəyi təqdirdə, hərbiçilərin ev alması üçün bankdan ayrılacaq pulu götürdükdən sonra onun ilkin olaraq verdiyi pulla birgə əlavə xeyir əldə edəcəyinə dair həqiqətə uyğun olmayan yalan vəd verib aldadaraq, sonuncudan ünvan 4 ünvanında birinci ev üçün xx.xx.2019-cu il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 9.000 (doqquz min) ABŞ dolları və 4.700 (dörd min yeddi yüz) manat, cəmi 20.000 (iyirmi min) manat, ikinci ev üçün xx.xx.2019-cu il tarixdə 7.500 (yeddi min beş yüz) manat, üçüncü ev üçün xx.xx.2020-ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 7.000 (yeddi min) ABŞ dolları və 10.000 (on min) manat, cəmi 21.900 (iyirmi bir min doqquz yüz manat) manat, dördüncü ev üçün xx.xx.2020-ci il tarixdə 14.620 (on dörd min altı yüz iyirmi manat) manat, ucuz qiymətə satışa qoyulmuş avtomobili alıb baha qiymətə sataraq yüksək gəlir əldə edəcəyinə yalan vəd verməklə ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixdəsaat 16 radələrində 10.500 (on min beş yüz) manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə borca götürdüyü pul məvacibini borc müqaviləsi ilə rəsmiləşdirmiş, ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin hüquqi məsələlərinin tənzimlənməsi ilə bağlı Zərərçəkmiş şəxs2 1 illik adı ilə 1 aylıq etibarnamə vermiş, 17 y anvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68.000 (altmış səkkiz min) manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs2 pul verməyərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aldatmaqla ümumlikdə 150.000 (yüz əlli min) manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurub dəluduzluq etmişdir. Bundan başqa o, təkrarən, 2018-ci ilin sonlarında Şahid4 yeni aldığı Sumqayıt şəhəri 40-cı məhəllə ərazisindəki evini təmir edərkən aralarındakı söhbət zamanı sonuncunun tanışı Zərərçəkmiş şəxs1 özünə məxsus mənzili satmaqla 30.000 (otuz min) manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncuyla onun cinayətkə ra niyyətindən məlumatsız olan Şahid4 vasitəsi ilə tanış olub özünün nümunəvi etik davranışları ilə Zərərçəkmiş şəxs1 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzilin Zərərçəkmiş şəxs2 məxsus vəsait ilə alınması kimi həqiqi məlumatı gizlədib həmin mənzilin öz vəsaiti hesabına alındığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verərək sözügedən mənzili təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandırıb həmin evin təmir xərcəiəri üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "Badəm” çay evində sonuncudan 2019-cu ilin fevral ayının sonlarında 5000 (beş min) manat, 2019-cu ilin aprel ayının əvvələrindən 24 aprel 2019-cu il tarixədək 200 0 (iki min)-3.000(üç min) manat intervalla 13.000 (on üç min) manat, cəmi 18.000(on səkkiz min) manat, "Saray” MTK-nın inşa etdiyi sosial evlərin təmiri üçün 26.000 (iyrimi altı min) manat pulu depozitə qoyacağı təqdirdə hər ay üçün ona ümumi məbləğin 10 %-nin, yəni 2.600(iki min altı yüz) manatın ona gəlir kimi qayıdacağını və əsas vəsatini istənilən vaxt geri çəkə biləcəyi ilə bağlı həqiqətə uyğun məlumatlar verib inandırmaqla 18 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "Ordubad” çay evində 26.000 (iyirmi altı min) manat, ödəmə imkanlarının məhdud olmasına baxmayaraq 01 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 3.000 (üç min) manat, 2020-ci ilin iyul ayında Sumqayıt şəhəri, 45- ci məhəllə ərazisində 1.900(min doqquz yüz) man at, cəmi 4.900 (dörd min doqquz yüz) manat pulu qaytaracağına yalandan vəd verərək borca alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə depozitə qoyulduğunu bildirdiyi 26.000 (iyirmi altı min) manat pulun gəliri kimi 2019-cu ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək hər ay 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 12.500 (on iki min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 qaytarmış, 17 yanvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68 (altımış səkkiz) manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs1 pul verməmiş, "Dərəçiçək” MTK tərəfindən rəsmiləşdirilmiş 04002 saylı müqavilənin əslini 10 avqust 2020-ci il il tarixdə istintaqa məlum olmayan kompyuterlə skan edib möhür yerinə qələmlə qeydlər apardıqdan sonra kserosurətini çıxartmaqla rəsmi sənədi saxtalaşdırıb,verdiyi bütün vədlərin qarşılığında ünvan 5 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 -ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin pay kimi Zərərçəkmiş şəxs1 verilməsini təsdiq edən saxta sənəddən biləbilə istifadə edərək aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 ümumlikdə 48.900 (altımış bir doqquz yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurub dəluduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə lər tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum dələduzluq əməlini törətməmiş, onun zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmamışdır. Əslində zərərçəkmiş şəxslə onun arasında borc münasibətləri yaranmışdır. Belə ki, Məhkum zərərçəkmiş şəxsə vaxtında yaranmış borc ilə bağlı faizləri ödəyə bilmədiyi üçün zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Həmin məsələyə isə mülki icraat qaydasında baxılmalıdır. Müdafiəçi Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 18 aprel 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlam anın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun dələduzluq cinayətində təqsirli olması, Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apel lyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi Süleymanov Mərdəli Binəli oğlunun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət m əsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən təqsirləndirilən şəxs özünün həm ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə, həmdə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsl ərin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddəə t əqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qi ymətləndirilə bilməz. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməs inin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin, dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-190/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd ed ilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Süleymanov Mərdəli Binəli oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)190/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar