Məhkəmə qərarları › İş №1(102)-1677/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1677/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1677/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, bəraət almış şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə bəra ət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, X4 və X7 ibarət tərkibdə) 28 dekabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Lənkəran rayonunun Portİliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi işlə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 52, mənzil 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərd i yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən 17 dekabr 2018-ci il tarixdən 28 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət 1 (bir) il 11 (on bir) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum cəzasını çəkmiş hesab edilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddianın olmadığı nəzərə alınması, maddi sübut kimi tanınaraq BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılan 84 ədəd 500 avroluq saxta pul əskinazlarının hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına təhvil verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X11 və X2 ibarət tərkibdə) 17 iyun 2020-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi1 Əliyedər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqında olan 28 dekabr 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş dir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2018-ci il tarixdən 28 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət 1 (bir) il 11 (on bir) gün müddət hazırki qərarla ona təyin edilən cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 iyun 2020-ci il tarixdən hesablanması, məhkəmə iclas zalından həbs edilməsi, Məhkumnn cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə) 19 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmiş, Məhkum həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə,) 31 may 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 204.2-ci maddəsi ilə məhkum edilməsinə dair 28 dekabr 2019-cu il tarixli, 1(101 )-681/2019 saylı hökmü ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2ci maddəsinə əsasən Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılan 84 ədəd 500 avroluq saxta pul əskinazlarının məhv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına sərf edilmiş 73 (yetmiş üç) manat və 61 (altmış bir) manat 52 (əlli iki) qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 204.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti i lə xarici valyuta olan saxta pul əskinazlarını əldə edib satılması barədə şəxsiyyəti istintaqla araşdırılan «Apo» ləqəbli Ersan Arslan adlı şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, aralarında olan cinayətkar razılaşmaya əsasən Türkiyə Respublikasının İstanbul şəhərində olarkən sonuncudan 2 dekabr 2018-ci il tarixdə ofset çap üsulu ilə hazırlanmış, həqiqi 500 avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etməyən 84 ədəd saxta 500-lük, cəmi 42.000 avro məbləğində saxta pul əskinazlarını əldə edib Bakı şəhərinə gətirərək icarə əsasında işlətdiyi ofisdə saxlamış, 5 dekabr 2018-ci il tarixdə qeyd olunan puldan 34 ədəd saxta 500-lük, cəmi 17.000 avro məbləğində saxta pulu götürüb saat 16:15-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəb əsi, «Binə» ticarət mərkəzində fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı şöbəsinə gələrək orada pulun saxta olmasını bilməyən tanışı Şahid8 vasitəsi ilə 1 saylı şöbənin əməkdaşı Şahid6 həmin günün məzənnəsi ilə təşkil edən 32.606 manata dəyişdirərək satmaqla zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra 8 dekabr 2018-ci il tarixdə pulların saxta olmasını bilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təklifi ilə Məhkum Şahid8 vasitəsi ilə 7 ədəd 500-lük, cəmi 3.500 avro məbləğində saxta pulu geri götürüb həmin günün məzənnəsi ilə 6.713 manat təşkil edən pulu Cəmiyyətin 1 saylı şöbəsinə qaytarmış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfin dən 17 dekabr 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 15:40-da Məhkum icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyriyaşayış obyektinə baxış keçirilərkən onun şəxsi kabinetində olan masanın rəfindən çıxararaq təqdim etdiyi xarici valyuta olan saxta 57 ədəd 500-lük, cəmi 28.500 avro məbləğində saxta pul əskinazları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, məhkəmənin gəldiyi nəticə əsaslı olmamış, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi cinayət işi üzrə mövcud sübutlara sübutlarla əlaqəli şəkildə təhlil edilmədən, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı verdiyi ifadələr nəzərə alınmadan bəraət verilmişd ir. Halbuki, cinayət işi üzrə şəxsin təqsirliliyini təsdiq edəcək kifayət qədər sübutlar cinayət işinin materiallarında mövcud olmuşdur. İbtidai istintaq və birinci instansiya məhkəməsində aparılmış istintaq zamanı toplanmış sübutlarla Məhkum CM-in 204.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam olaraq öz təsdiqini tapır. Bakı Apellyasiya Məhkəməsində aparılan istintaq zamanı bu sübutlardan yalnız təqsirləndirilən şəxsin ifadəsi və Şahid8 ifadəsi fərqli olmuşdur. Belə ki, onlar Məhkum pul əskinaslarının saxta olmasını qabaqcadan bilməsini təsdiq etməmişlər. İbtidai istintaq zamanı fərqli ifadə vermələrini istintaq zamanı onlara fiziki və psixi təsir göstərilməsi ilə izah etmişlər. Lakin onlar fiziki təsirin nə formada göstərildiyini izah edə bilməmiş, bununla əlaqədar hər hansı istintaqı aparan şəxsə və ya digər orqanlara məlumat vermədiklərini bildirmiş, hansı səbəbdən onlara edilmiş fiziki təsirlər barədə vaxtında məlumat vermədiklərinin səbəblərini göstərməmişlər. Təqsirləndirilən şəxs Məhkum və Şahid8 nəinki etiraf ifadələri verdikləri ərəfədə məruz qaldıqları fiziki və psixi təsirlər barədə heç bir məlumat verməmiş, Məhkum ibtidai istintaq zamanı uzun müddət ev dustaqlığında olmasına, Şahid8 isə barəsində CM-nin 204.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilərək azad edilməsinə baxmayaraq onlara qarşı edilmiş qanunsuzluqlar barədə hər hansı bir dövlət orqanına müraciət etməmişlər. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin və Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadələrin həqiqiliyini şübhə altına alarkən Şahid8 birinci instansiya məhkəməsi nin iclasında verdiyi ifadəyə də hər hansı bir qiymət verməmişdir. Halbuki, Şahid8 məhkəmə qarşısında ifadə verərəkən şahid statusunda idi və barəsində hər hansı bir qətimkan tədbiri mövcud deyildi. Buna baxmayaraq Şahid8 sərbəst ifadəsində Məhkum avroların saxta olması barədə əvvəlcədən məlumatlı olmasını və bunu ona etiraf etməsini göstərmişdir. Bunlardan əlavə apellyasiya istansiyası məhkəməsi cinayət qanunun tətbiqində də səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilərkən maddi sübutların taleyini düzgün müəyyən etməmiş, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılan 84 ədəd 500 avroluq saxta pul əskinazların məhv edilməsi barədə qərar vermişdir. Halbiki istənilən halda, məhkəmənin qənaətinin düzgün olubolmamasından asılı olmayaraq məhkəmə kollegiyası maddi sübutların məhv ediməsi barədə qərar qəbul etməyə haqlı olmamışdır. İbtidai istintaq orqanının qənaətinə görə Məhkum istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə xarici valyuta olan saxta pul əskinazlarını əldə edib satılması barədə şəxsiyyəti istintaqla araşdırılan «Apo» ləqəbli Ersan Arslan adlı şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əməlini törətmişdir Yəni, hazırkı cinayət işi üzrə maddi sübut olan və saxta olmaması məhkəmənin hökmündə də mübahisələndirilməyən pul əskinasları həm də ibtidai istintaqla şəxsiyyəti araşdırılan “Apo” adlı şəxsin barəsində aparılan cinayət təqibi üçün həyati əhəmiyyət kəs b edir. Bu isə həmin maddi sübutların məhv edilməsini yolverilməz edir. Digər tərəfdən, məhkəmənin qənaətinə görə isə Məhkum həmin əskinasları qanuni yolla Türkiyə Respublikasında valyuta dəyişmə məntəqəsindən əldə etmiş, saxta olmasını bilməmişdir. Hər bir halda Məhkum harada satılmasından asılı olmayaraq saxta pul satılmışdır, yəni cinayət əməli törədilmişdir və həmin saxta pul maddi sübut kimi cinayət işində tanınmışdır. Apellyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, bəraət hökmünün əsasında duran sübutlar yolverilməz olmuş, cinayət qanunu müddəalarını pozmaqla qərar qəbul etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 204.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022ci il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Zərərçəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi kassasiya şikayətini kassasiya protestinin dəlilləri ilə eyni əsaslandırılaraq eyni tələbi irəli sürmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə bəraət verilməsi barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadl ıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məh kəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cin ayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid q ismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, o, "xxxx" ASC-nin Binə TM-də yerləşən 1 saylı mübadilə şöbəsində xəzinədar işləyir. 5 dekabr 2018-ci il tarixdə saat 16 radələrində sonradan tanıdığı Şahid8 işlədiyi mübadilə şöbəsinə yaxınlaşaraq 34 ədəd 500 lük avro pul əskinazları olmaqla ümumilikdə 17.000 avro təqdim edib, mübadilə etmək istəyini bildirmişdir. Asəfin şəxsiyyət vəsiqəsini qəbul edib onu günün kursu ilə tanış etmişdir. Sonuncu razılaşıb ondan 32.606 manat pulu qəbul etmişdir. Pul vəsaitinin miqdarı çox olduğundan Asəfin mobil telefon nömrəsini götürmüşdür. 6 dekabr 2018-ci il tarixdə Bankda aparılan təftiş zamanı həmin pul əskinazlarının həqiqiliyinin şübhəli olduğu müəyyən edilmişdir. 7 dekabr 2018-ci il tarixdə Asəfə zəng edilib Banka dəvət olunmuş və ona satdığı pulda problem olduğu bildirilmişdir. 8 dekabr 2018-ci il tarixdə Asəf Fərhad adlı şəxslə banka gəlmişdir. Sonunculara mübadilə məntəqəsinə verilən pulların həqiqiliyi şübhəli olduğu bildirildikdən sonra həmin pulları geri götürməsi xahiş edilmişdir. Fərhad 6.713 manat pul təqdim edib Asəfin satdığı 17.000 saxta avrodan 3.500 avro saxta pulu geri almış və yaxın günlərdə qalan 13.500 avroları gəlib alacağına söz vermişdir. Sonradan Asəf telefona cavab vermədiyinə görə filial rəhbərliyi hadisə ilə bağlı ASC-nin rəhbərliyinə müraciət edib məlumat vermişdir. Asəfin təqdim etdiyi 17.000 avro pul bankda olan mövcud detektor vasitəsi ilə ilkin yoxlama zaman həqiqiliyi şübhə doğurmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, tanışı Fərhadın yanında a ylıq 300-400 manata köməkçi işləmişdir. 5 dekabr 2018-ci il tarixdə günorta radələrində onlar Binə Ticarət Mərkəzində yerləşən "xxxx" ASCyə məxsus valyuda dəyişmə şöbəsinə gəlmiş, Fərhad filialın qarşısında ona 17.000 avro pulu verib həmin pulu mübadilə etməyini xahiş etmişdir. İçəri keçib şəxsiyyət vəsiqəsini və 17.000 avro pulu bankın əməkdaşına vermiş 32.606 manat pul alıb bankdan çıxmışdır və onu küçədə gözləyən Fərhada yaxınlaşıb 36.606 manat pulu sonuncuya vermişdir. Həmin puldan 350 manat pulu Fərhad ona vermişdir. Belə ki, həmin ərəfədə Fərhad onun aylıq əmək haqqını vermədiyi üçün 350 manat pulun əmək haqqı kimi verdiyini düşünmüş və bununla bağlı heç bir sual verməmişdir. xx.xx.2018-ci il tarixdə ona xatırlamadığı nömrədən Bank əməkdaşı zəng edib onu Banka dəvət etmişdir. Bildird ilər ki, onlara satdığı pulda problemlər var. O, Fərhadın yanına gəlib bu barədə bildirmiş və xx.xx.2018ci il tarixdə onlar həmin banka getmişlər. Orada adını xatırlamadığı Bank əməkdaşı bildirmişdir ki, mübadilə etdiyi avrolar saxtadır və təklif etmişdir ki, həmin avroları geri alsınlar. Fərhadın üstündə təxminən 6800 manat pul olduğundan həmin pulu verib əvvəl satdığı 17000 saxta avrodan 3.500 avro saxta pulu geri almış və bildirmişdir ki, yaxın günlərdə qalan 13500 saxta avroları gəlib alacaq. Bundan sonra Fərhad ona etiraf etmişdir ki, mübadilə etmək üçün ona verdiyi avrolar saxta olmuşdur. Fərhad onun dostu olduğundan sonuncunun barəsində heç bir hüquq mühafizə orqanlarına və ya digər şəxslərə məlumat verməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum müvafiq pul vəsaitlərin in saxta olmasını bilməməsi və belə olan halda onun əməlində cinayət tərkibinin subyektiv cəhətinin, yəni təqsirin olmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, Məhkum Şahid8 təqdim etdiyi və Şahid8 tərəfindən banka təqdim edilmiş pul əskinaslarının bankda olan dedektor və pul sayan aparat vasitəsi ilə yoxlanılması, həmin vaxt təqdim olunan pul vəsaitlərinin saxta olmasının müəyyən edilməməsi və həmin gün bank tərəfindən hər hansı problem olmadan qəbul edilməsi işin mübahisəsiz halıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Şahid8 tərəfindən banka təqdim edilmiş pul əskinaslarının bankda olan dedektor və pul sayan aparat vasitəsi ilə yoxlanılması, həmin vaxt təqdim olunan pul vəsaitlərinin saxta olub–olm amasını müəyyən edən əsas meyar kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilən pul vəsaitlərinin saxta olmasını təsdiq edən sənədlərin texniki ekspertizasının 18 dekabr 2018-ci il tarixli 33131 saylı rəyi mövcuddur. Cinayət işinin materiallarında olan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 84 ədəd 500 Avro dəyərində pul əskinazına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır. «Currency» proqramında olan həqiqi 500 Avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etmir. Təqdim edilmiş 500 Avro dəyərində pul əskinazlarına oxşar obyektlər eyni məbləğli həqiqi pul əskinazından aşkar şəkildə fərqlənmir. İş materiallarında olan (cild 2, səh 261-262) qəbzlərdən görünür ki, Məhkum 03 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində "DİNÇ-AYDİN” d öviz ticarət məntəqəsində verdiyi 53.465 ABŞ dolları məbləğində pul vəsaitinin qarşılığında 45000 avro pul vəsaiti almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum ifadəsində göstərdiyi kimi Bakıya gəlmədən öncə İstanbulda özündə olan dollarları avroya dəyişməsinin, həmçinin bu dəyişməni təsdiq edən qəbzləri istintaq zamanı təqdim etməməsinin səbəbləri, həmin qəbzlərin ümumiyyətlə mötəbər sənəd olubolmadığı aydındaşdırılmamışdır. Göstərilən məhkəmə Məhkum həmin pulların saxta olmasını bilməsinin inandırıcı olmaması barədə nəticəyə gəlsə də, özünün bü qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Türkiyə Respublikasında mübadilə zamanı əldə etdiyi və qanuni yolla Azərbaycan Respublikasına gətirdiyi pul vəsaitlərinin saxta olmasından xəbərinin olmaması barədə gəldiyi nəticə əsaslandırılmış və iş üzrə əldə olunmuş sübutlarla öz təsdiqini tapmış qənaət kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Şahid8 və Məhkum ilkin ifadələrində Məhkum tərəfindən Şahid8 mübadilə üçün verdiyi pulların saxta olmasından Asəfin xəbərinin olmasını bildirsələr də, ondan bir gün sonra verdiyi ifadəsində Şahid8 Məhkum ona bankda dəyişməsi üçün verdiyi pulların saxta olduğunu bilmədiyini, yalnız bankdan ona zəng gələrək verdiyi pullarda problem olması barədə məlumat verildikdən sonra Fərhadın ona pulların saxta olmasını bildirdiyini göstərmiş, lakin elə həmin gün yenidən təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Şahid8 pulları dəyişm ək üçün verərkən pulların saxta olduğunu ona dediyini və Asəfin bundan xəbərinin olmasını bir daha göstərmişdir. Apellyasiya məhkəməsi Şahid8 Məhkum avroların saxta olması barədə əvvəlcədən məlumatlı olması və bunu ona etiraf etməsi barədə ifadəsindən apellyasiya baxışı iclasında fərqli ifadə verməsinə düzgün hüquqi qiymət verməmiş, hansı səbəbə görə onun yalnız Məhkum xeyrinə verdiyi ifadəsini həqiqi və inandırıcı hesab etməsini əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum və Şahid8 ifadələrində qeyd etdikləri kimi müvafiq ifadələrin təsir və təzyiq altında verilməsinə dair əsaslı şübhələrin ortaya çıxmasını qeyd etsə də, ibtidai istintaq dövründə həmin şəxslərin bu barədə hər hansi şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmə lərini nəzərə almamışdır. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şə xsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətb iq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Şahid8 birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir, yəni məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona təsir və təzyiq göstərilməsi barədə heç bir məlumat bildirməmişdir. İşin qeyd edilən bu hallarına isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qiymət verilməmişdir. C inayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə bəraət verən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirər kən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, nəticədə göstərilən sübutlar əsasında Məhkum bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırı lması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri razılaşır və hesab edir ki, Məhkuma CM-in 204.2-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti və kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların Məhkum təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və Məhkum əsassız bəraət verilməsi haqda kassasiya protestinin və kassasiya şikayət inin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin mə hkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhb ər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 31 may 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar