Məhkəmə qərarları › İş №1(102)-1677/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1677/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1677/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1988-ci ildə Qubadlı rayonunun Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri Meşəçilik İnstitutunda yaşaya n X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(104)-160/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(100)-185/2023 nömrəli hökmü ilə (hakimlər: N.M.Əliyev (sədrlik edən), F.N.Mahmudov (məruzəçi) və D.H.İmanov) X12 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət ver ilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(104)-160/2024 nömrəli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(100)185/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən X3 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəl b edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 22 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri Meşəçilik qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, yəni 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çə kisi 3,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq bəraət almış şəxsa CM-in 234.1-1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxsun törətdiyi, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli şahidlərin ifadələri, üzləşdirmə protokoll arı, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya insta nsiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X8 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil dir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bə raət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ape lyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Meşəçilik İnstitutunun ərazisində yerləşən bir otaqlı yaşayış sahəsinin qapısını sındırıb içərisindən 2 ədəd xalça oğlurlamışdır. Həmin xalçaları əmisi arvadı Xə satmışdır. Sonra eşitmişdir ki, xalçanı oğurladığı Firuzə adlı qadının oğlu şəhid olmuş, onun nömrəsini öyrənmiş və özünün mobil telefonu olmadığı üçün tanışlarının telefonu ilə həmin qadına zəng edərək özünü təqdim edib xalcaları onun oğurladığını, polisə şikayət etməməsini və xalçaları gətirib qaytaracığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və səhərisi əmisi arvadından xalçaları götürüb sahibinə qaytaracağını fikirləşmişdir. Evdə olarkən təxminən saat 01 radələrində polis əməkdaşları onu evdən çağırmış və oğlurluq hadisəsi ilə bağlı onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Polisdə ondan xalca oğlurluğu barədə soruşulmuş, o da hər şeyi etiraf etmişdir. Səhərə kimi polis şöbəsində qalmış və tanımadığı polis əməkdaşı əmisi oğlu Muxtara zəng etmiş və o X anası X verdiyi xalçaların oğurluq old uğunu və gətirib polisə təhvil verməsini demişdir. Sonra polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bilmişlər. Ona hədə-qorxu gəlinmiş və şəhid ailəsinin evindən oğurluq etdiyinə görə tutulacağını və ağır cəza alacağını demişlər. Sonra ona təklif etmişlər ki, oğurluq cinayətini xitam etsinlər, narkotik vasitə istifadəçisi kimi məsuliyyəti cəlb etsinlər və məhkəmədən yüngül cəza alsın. O da polis əməkdaşının təklifi ilə razı olmuşdur. Səhər tezdən əmisi oğlu, arvadı və əmisi arvadı X xalcaları gətirib polisə təhvil vermişlər. Həmin xüsusatın yoxlanılması üçün Bərdə RPŞ-nə sorğu verilmiş və X9 müraciəti əsasında Bərdə RPŞ-nin Təhqiqat Bölməsində toplanmış 6042/22 saylı material məhkəməyə daxil olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunan X9 müraciəti əsasında Bərdə RPŞ-nin Təhqiqat Bölməsində toplanmış 6042/22 saylı materialdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə X18 DİN-nin 102 xidmətinə zəng edərək Bərdə rayonu Meşəcilik İnstitutu ərazisində yerləşən tikintisinin qapısının sındırıldığını və ona məxsus 2 ədəd xalçanın oğlurlandığı barədə məlumat vermişdir. Həmin məlumat əsasında toplanmış material üzrə araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin təhqiqatçısı tərəfindən X13 məxsus yaşayış sahəsindən 2 ədəd xalçanı oğlurlayan şəxs və ya şəxslərin müəyyən edilib Təhqiqat bölməsinə təqdim edilməsi üçün Bərdə RPŞ-nin rəisinə yazılı tapşırıq verilmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubunda göstərilmişdir ki, Bərdə RPŞ-nin təhqiqat bölməsinin icraatında araşdırılan material üzrə verilmiş xx.xx.2022-ci il t arixli əməliyyat tapşırığına cavab olaraq Bərdə rayonu Meşəcilik İnstitutunda yaşayan X9 xx.xx.2022-ci il tarixdə yaşadığı evdən 2 ədəd xalçanı oğlurlayan X14r. Həmin matarial üzrə xx.xx.2022-ci il tarixdə X8 izahatı alınmış və o xx.xx.2022-ci il tarixdə X13 məxsus yaşayış sahəsinin qapısının kilidini sındıraraq 2 ədəd xalçanı oğlurladığını etiraf etmiş və həmin xalçaları əmisi arvadı X10 30 manata satdığını bildirmişdir. Material üzrə xx.xx.2022-ci il tarixdə X6 izahatı alınmış, o da X7 2 ədəd xalçanı 30 manata aldığını bildirmiş və həmin xalçaları polisə təqdim etmiş, həmin tarixdə X6 təqdim etdiyi 2 ədəd xalça təhqiqatçı tərəfindən protokol tərtib edilərək götürülmüş və qəbzlə X13 qaytarılmışdır. Toplanmış material üzrə X8 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilmiş, lakin X9 ona dəymiş maddi ziyanı X8 ödədiyini, onunla barışdığını və şikayət və tələbi olmadığı barədə ərizəsinə görə xx.xx.2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində X8 oğurluq etməsi barədə onlarda məlumat olmadığını, onu oğurluq hadisəsinə görə polisə gətirmədiklərini göstərmişlər. Belə ki, X12 verilən ittihamdan məlum olur ki, onu 22 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Meşəçilik qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. Məhkəmə istint aqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və səhərisi əmisi arvadından xalçaları götürüb sahibinə qaytaracağını fikirləşmişdir. Evdə olarkən təxminən saat 01 radələrində polis əməkdaşları onu evdən çağırmış və oğlurluq hadisəsi ilə bağlı onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə axşam bəraət almış şəxs işdən gəlib yuyunub əynini dəyişdikdən sonra yemək yemişdir. Təxminən saat 01 radələrində polis əməkdaşları bəraət almış şəxsı evdən çağırmış və oğurluq hadisəsi ilə bağlı polisə getməsini haqqında şikayət olduğunu, ifadəsini alıb buraxacaqlarını demişlər. O da bəraət almış şəxsa evdən yuduğu tə miz paltarları vermiş və geyinib getmişdir. Səhər saatlarında bəraət almış şəxsın əmisi oğlu X demişdir ki, bəraət almış şəxsanası X 2 ədəd xalça vermiş, həmin xalçaların oğurluq olduğunu deyərək polisə təhvil verilməli olduğunu bildirmişdir. Sonra Xlə birlikdə 2 ədəd xalçanı aparıb polisə təhvil vermişlər. Həmin vaxt bəraət almış şəxsı görməmiş və xalca oğurluğuna görə tutulduğunu demişlər. Axşam polis əməkdaşları bəraət almış şəxsı evdən aparanda o işdən gəldiyi paltarı soyunmuş, ona başqa yuduğu təmiz paltarları vermişdir. Ona görə də bəraət almış şəxsın üzərində narkotik vasitə ola bilməzdi. Sonra bilmişdir ki, bəraət almış şəxsın oğurluq cinayətini bağlayaraq üzərinə narkotik vasitə qoyub tutmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, oğu rluq etdiyinə görə bəraət almış şəxsı axşam evdən polisə aparmışlar. O da bəraət almış şəxsın yoldaşı X ilə bilrlikdə xalçaları aparıb polisə təhvil vermişlər. bəraət almış şəxsın oğlurluq etdiyinə görə tutulduğunu bilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, əmisi oğlu bəraət almış şəxsı polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı axşam polis şöbəsinə aparmışlar. Sonra ona tanımadığı nömrədən zəng gəlmiş, bəraət almış şəxsona anasına verdiyi xalçaları polisə təhvil verməsini xahiş etmişdir. O da anasına bu bardə məlumat vermişdir. Bundan sonra anası X bəraət almış şəxsın yoldaşı ilə birlikdə xalçaları polisə təhvil vermişlər. Zəng zamanı həm də bəraət almış şəxsın oğurluq hadisəsi ilə bağlı saxlanıldığını bildirmişlər. Sonradan Yasin adlı polis əməkdaşından bəraət almış şəxsın xalça oğurluğu ilə bağlı tutulduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əmkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində X15 qanunsuz olaraq narkotik vasitə saxladığına görə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün “axşam” Meşəsilik institutunun ərazisində saxladıqlarını göstərmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq elə hesab etmişlər ki, təqsirləndirilən şəxs X1 Bərdə RPŞ-nə özünün göstərdiyi kimi «axşam» vaxtı gətirilməsi qeyd edilən şahidlərin və polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrlə təsdiq olunur və polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrlə kəskin ziddiyət təşkil edir və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin h əqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhə yaradır. İş materiallarınd görünür ki, X1 Bərdə RPŞ-nə gətirilmə vaxtının yoxlanılması üçün Bərdə RPŞ-nə sorğu verilmiş və Bərdə RPŞ-nə gətirilmiş şəxslərin xx.xx.2022-xx.xx.2022ci il tarixləri əhatə edən qeydiyyatı kitabından çıxarış məhkəməyə daxil olmuşdur. Bərdə RPŞ-nə gətirilmiş şəxslərin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən qeydiyyatı kitabından çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubunda göstərilən Bərdə RPŞ-nin təhqiqat bölməsinin icraatında araşdırılan material üzrə verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Bərdə rayonu Meşəcilik İnstitutunda yaşayan X9 xx.xx.2022-ci il tarixdə yaşadığı evdən2 ədəd xalçanı oğlurlayan X2 tədbirlər nəticəsind ə saxlanılıb Bərdə RPŞ-nin təhqiqat bölməsinin təqdim edilsə də həmin kitabda qeydiyyata alınmamışdır. Lakin qeydiyyat kitabından məlum olur ki, müxtəlif səbəblərə görə polis şöbəsinə gətirilmiş müxtəlif şəxslər sözü gedən kitiabda qeydiyyata alınmış, kitabda olan qrafalara «nəyə görə gətirilməsi», «gətirilmə tarixi», «hansı tədbirlər görülmüşdür» uyğun olaraq qeydiyyata alınmışlar. Məsələn xx.xx.2022-ci il tarixdə ……… oğlu «HK-1 №3991 saylı material üzrə» polisə gətirilmiş və «hansı tədbirlər görülmüşdür» qrafasına uyğun olaraq «izahatı alınaraq buraxıldı» kimi yazılmışdır. X9 müraciəti əsasında Bərdə RPŞ-ninTəhqiqat Bölməsində toplanmış HK-1 № 3973 saylı materialdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə X17 polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş, həmin qayd alara görə onunda polisə gətirilməsi sözügedən kitabda qeydiyyata alınmalı və material üzrə qəbul edilmiş qərarın nəticəsinə görə «hansı tədbirlər görülmüşdür» qrafasına uyğun olaraq «izahatı alınaraq buraxıldı» kimi yazılmalı idi. İş materiallarından görünür ki, X4 RPŞ-nin Təhqiqat Bölməsində oğlurluq faktına görə toplanmış HK-1 № 3973 saylı material üzrə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş, lakin həmin oğlurluq faktına görə gətirilməsi qeydiyyata alınmamış, xx.xx.2022-ci il tarixdə saat 10:30-da hazırda ittiham olunduğu cinayət işinin başlanmasına səbəb olan HK-1 №4004 saylı material üzrə polisə gətirilməsi qeyd olunanraq şübhəli şəxs qismində tutulması göstərilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan «Əməliyyat-axta rış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli X8 narkotik vasitə əldə edərək üzərində saxlaması əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün onun üzərinə şəxsi axtarış həyata keçirilməsinə dair Bərdə RPŞ-nin əməliyyat müvəkkili İdris Əhmədov tərəfindən qəbul olunmuş qərarda Bərdə RPŞ-nin rəisi tərəfindən «Təsdiq edirəm» qrafasında Bərdə RPŞ-nin rəisinin imzası olmamaqla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedi ci tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəz ifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bil məz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəs inin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göst ərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətl ərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X12 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X8 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci ma ddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəm əsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm Xlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və a zadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsa s mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X17 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar