Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1678/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, X43 və Zərərçəkmiş şəxs68 iştirakları ilə xx xxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan, hal-hazırda həbs də olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tut maq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 05 dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X24 da Azərbaycan Respublikası CM-in 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) apellyasiya şikayətləri təmin edilmə miş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum külli miqdarda özgə əmlakını ələ keçirmə məqsədilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında olan şifahi razılaşma əsasında podratçı kimi ünvan 3ların tikinti-inşaat işlərini həyata keçirərkən, MMC-nin rəhbərliyi ilə əlaqələrindən istifadə edərək, mənzil almaq üçün ona müraciət etmiş şəxslərə özünü həmin binaların sahibi və mənzillərin alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etməklə aldadaraq inam və etimadlarını qazanmaqla Zərərçəkmiş şəxs1 09 yanvar 2016cı il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 4də inşa olunan 7 saylı binanın 3-cü mərtəbəsində 61,2 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili satacağını bildirərək ona həmi n binanın 1-ci mərtəbəsində yerləşən 61,2 kv.m. sahəsi olan 1 otaqlı 5 saylı qeyriyaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında 09.01.2016-ci il tarixli, AF-A/0003 №-li alqı-satqısı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 30.000 manat, təkrarən Zərərçəkmiş şəxs2 2016-cı ilin yanvar ayında 6 saylı binanın 7-ci mərtəbəsində yerləşən 128 kv.m. sahəsi olan 4 otaqlı mənzili satacağını bildirərək ona həmin binada yerləşən 3 otaqlı 128 kv.m. sahəsi olan 71 saylı mansarın satılmasına dair cinayətdən xəbərsiz olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında 19.01.2016-cı il tarixli, AF-A/0005 №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilmə sinə nail olmaqla ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 68.000 manat, təkrarən Zərərçəkmiş şəxs3 məxsus «XX» yaşayış kompleksi, 25 saylı küçədə 11 saylı binanın 11-ci mərtəbəsində yerləşən 67,6 kv.m. sahəsi olan 37 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X15 arasında 05.04.2016-cı il tarixli M/0296 №-li alqı-satqı haqqında müqavilə ilə həmin şəxsə satılmasına nail olaraq ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı Zərərçəkmiş şəxs3 məxsus 35.000 manat, təkrarən, 06 aprel 2016-cı il tarixdə ünvan 4-cı məhəllədə 8 saylı binanın 11-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus 85,4 kv.m. sahəsi olan 2 otaqlı 94 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X25 arasında 06.04.2016-cı il tarixli AF-A/0035 №-li alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı Zərərçəkmiş şəxs4 məxsus 12.000 manat, təkrarən Zərərçəkmiş şəxs5 7 saylı binanın 3cü mərtəbəsində 61,2 kv.m. sahəsi olan 1 otaqlı mənzili satacağını bildirərək ona həmin binanın 1-ci mərtəbəsində yerləşən 61,2 kvadrat metr sahəsi olan 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs5 arasında 08.06.2017-ci il tarixli AF-B/0066 №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində ye rləşən ofisində sonuncudan 34.000 manat, təkrarən Zərərçəkmiş şəxs6 6 saylı binanın 5-ci mərtəbəsində 50,1 kv.m. sahəsi olan mənzili satacağını bildirərək ona, həmin binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 3 A saylı qeyri-yaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında 22.06.2016-cı il tarixli AF-A/0066 №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 37.575 manat, təkrarən "xxxx" MMC-nin ünvan 4-cı məhəllədə inşa etdiyi 8 saylı binada yerləşən Zərərçəkmiş şəxs7 məxsus 60,7 kv.m. sahəsi olan 1 otaqlı 47 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X21 arasında 28.05.2016-c ı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan aldığı Zərərçəkmiş şəxs7 məxsus 29.000 manat, təkrarən, ünvan 5 ünvanında inşa olunmuş «XX» yaşayış kompleksində 13 saylı küçədə 6 saylı binada yerləşən Zərərçəkmiş şəxs8 məxsus 77,4 kv.m. sahəsi olan 2 otaqlı 9A saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X1 arasında 21.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs8 məxsus 60.000 manat, təkrarən Zərərçəkmiş şəxs76 "xxxx" MMC-nin ünvan 6ndə inşa etdiyi 7 saylı binanın 3-cü mərtəbəsində 85,9 kv.m. sahəsi olan 2 otaqlı mənzili satacağını bildirərək ona həmin binanın 1-ci mərtəbəsində yerləşən 85,9 kv. m. sahəsi olan 2 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs76 arasında 25.07.2016-ci il tarixli AF-A/0078 №-li mənzilin alqı-satqısı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı 64.425 manat, təkrarən ünvan 6 saylı ünvanda yerləşən «XX» yaşayış kompleksində 28 saylı küçədə 7 saylı binanın 12-ci mərtəbəsində Zərərçəkmiş şəxs10 məxsus 61,3 kv.m. sahəsi olan 2 otaqlı 93 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 28.07.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X16 arasında 28.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs10 məxsus 28.320 manat, təkrarən 27 saylı küçədə 1 saylı binada yerləşən Zərərçəkmiş şəxs11 məxsus 55 kv.m. sahəsi olan 1 otaqlı 76 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X5 arasında 01.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs11 məxsus 44.100 manat, təkrarən 25 saylı küçədə 11 saylı binada yerləşən Zərərçəkmiş şəxs12 məxsus 113,4 kv.m. sahəsi olan 3 otaqlı 22 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X7 arasında 19.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs12 məxsus 40.000 manat, təkrarən 25 saylı küçədə 11 saylı binanın 9-cu mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus 113,4 kv.m. sahəsi olan 3 otaqlı 34 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 22.08.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X5 arasında 22.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs13 məxsus 25.600 manat, təkrarən 25 saylı küçədə 11 saylı binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəx s14 məxsus 67,6 kv.m. sahəsi olan 1 otaqlı 9 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 05 sentyabr 2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X13 arasında 29.09.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan aldığı Zərərçəkmiş şəxs14 məxsus 18.000 manat, təkrarən 24 saylı küçədə 4 saylı binanın 8-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs15 məxsus 113,4 kvadrat metr sahəsi olan 2 otaqlı 30 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun verdiyi 30.09.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X17 arasında 01.10.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs15 məxsus 60.000 manat, təkrarən Zərərçəkmiş şəxs16 məxsus ünvan 4-cı məhəllədə 8 saylı binada yerləşən 54 kv.m. sahəsi olan 1 otaqlı mənzili satacağını sonuncuya vəd etməklə, onun razılığı əsasında 01.02.2016-cı il tarixdə başqa şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs16 məxsus 6.300 manat, təkrarən "xxxx" MMC-nin ünvan 4-cı məhəllədə inşa etdiyi 5 A saylı binada Zərərçəkmiş şəxs17 məxsus 61,2 kv.m. sahəsi olan 1 otaqlı 84 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə X8 arasında 16.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsin də yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs17 məxsus 10.200 manat, təkrarən ünvan 6 ünvanında yerləşən «XX» yaşayış kompleksində 25 saylı küçədə 1 saylı binada yerləşən Zərərçəkmiş şəxs18 məxsus 108,9 kv.m. sahəsi olan 2 otaqlı, 41 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun razılığı əsasında "xxxx" MMC ilə X2 arasında 18.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs18 məxsus 50.000 manat, təkrarən "xxxx" MMC-nin ünvan 6ndə inşa etdiyi 7 saylı binada Zərərçəkmiş şəxs19 məxsus 85,9 kv.m. sahəsi olan 2 otaqlı 51 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 24.02.2017-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X4 arasında 28.02.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs19 məxsus 34.000 manat, təkrarən ünvan 6 ünvanda yerləşən «XX» yaşayış kompleksində 27 saylı küçədə 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs20 məxsus 59,5 kv.m. sahəsi olan 1 otaqlı 89 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 02.03.2017-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X9 arasında 25.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs20 məxsus 28.500 manat, təkrarən Zərərçəkmi ş şəxs21 13.02.2016-cı il tarixli AFB/0014 №-li mansarın alqı-satqısı haqqında müqavilə ilə aldığı "xxxx" MMC-nin ünvan 6ndə inşa etdiyi, 5 saylı binada 92,7 kv.m. sahəsi olan 2 otaqlı 76 saylı mansarı başqa mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə 2017-cı ilin mart ayında ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 10.000 manat, təkrarən "xxxx" MMC-nin ünvan 4-cı məhəllədə inşa etdiyi 5 A saylı binada Zərərçəkmiş şəxs22 məxsus 61,2 kv.m. sahəsi olan 1 otaqlı 52 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında "xxxx" MMC ilə Zərərçəkmiş şəxs70 arasında 27.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs22 məxsus 20.000 manat, təkrarən ünvan 6 ünvanında yerləşən «XX» yaşayış kompleksində 13 saylı küçədə 7 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs23 məxsus 77 kv.m. sahəsi olan 2 otaqlı 10A saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 18.05.2017ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X32 arasında 19.05.2017-ci il tarixli alqısatqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs23 məxsus 40.000 manat, təkrarən, 29 saylı küçədə 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs24 məxsus 65,4 kv.m. sahəsi olan 2 otaqlı 29 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazıl ı razılığı əsasında "xxxx" MMC ilə X18 arasında 26.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs24 məxsus 24.700 manat, təkrarən 25 saylı küçədə, 10 saylı binanın 7-ci mərtəbəsində Zərərçəkmiş şəxs26 məxsus 66,9 kv.m. sahəsi olan 2 otaqlı 40 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 03.06.2017-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X10 arasında 03.06.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs26 məxsus 24.000 manat, təkrarən "xxxx" MMC-nin ünvan 6ndə inşa etdiy i 12 mərtəbəli yaşayış kompleksinin 7 saylı binasında Zərərçəkmiş şəxs25 məxsus 61,2 kv.m.sahəsi olan 1 otaqlı 4 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi 30.05.2017-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Zərərçəkmiş şəxs5 arasında 08.06.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs25 məxsus 23.000 manat, təkrarən ünvan 6 ünvanında inşa olunmuş «XX» yaşayış kompleksində 29 saylı küçədə 7 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs27 məxsus 56,2 kv.m. sahəsi olan 1 otaqlı 117 saylı mənzili digər mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə onun verdiyi 02.03.2017-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə X11 arasında 24.06.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs27 məxsus 11.000 manat, təkrarən Zərərçəkmiş şəxs28 24.05.2016- cı il tarixli AF-A/0057 №-li mansardın alqı-satqısı haqqında müqavilə ilə aldığı "xxxx" MMC-nin ünvan 6ndə inşa etdiyi, 5 saylı binada 128,4 kv.m. sahəsi olan 3 otaqlı 71 saylı mansardı başqa mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə 2017-ci ilin iyun ayında ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 6.000 manat, ümumilikdə 28 şəxsə cəmi 873.520 (səkkiz yüz yetmiş üç min beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla etibardan sui-istifadə etmə və alda tma yolu ilə xeyli və külli miqdarda özgə əmlakını təkrarən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, vahid niyyətlə külli miqdarda özgə əmlakını ələ keçirmə məqsədilə, "xxxx" mənzil-tikinti kooperativinin sədri X24 ilə aralarında bağlanmış birgə fəaliyyət haqqında 20 may 2016-cı il tarixli və 13 dekabr 2016-cı il tarixli müqaviləlin şərtlərinə əsasən “İcraçı” kimi ünvan 7 kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində X20 tərəfindən kooperativin möhürü və sonuncunun imzası ilə təsdiq edilərək həmin yaşayış binasında görüləcək işin təminatı kimi verilmiş müqavilələrin şərtinə görə həmin mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir işin müqabilində vermək hüququna malik olmadığını bildiyi halda qohumları kimi təqdim e tdiyi şəxslərin, o, cümlədən, Zərərçəkmiş şəxs33 mənzil satmaq adı ilə həmin yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 73 kv.m. sahəsi olan 2 otaqlı 54 saylı mənzilə dair 18.11.2016-cı il tarixli, XC-0086 saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 33.000 manat, 27 oktyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs29 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 54,6 kv.m. sahəsi olan 2 otaqlı 28 saylı mənzilə dair 26.10.2016-cı il tarixli XC-0054 saylı və həmin binanın 6-cı mərtəbəsində yerləşən 54,6 kv.m. sahəsi olan 2 otaqlı 36 saylı mənzilə dair 26.10.2016-cı il tarixli XC-0055 saylı əmlak-pay haqqı müqavilələrini verərək sonuncudan həmin tarixdə 18.600 manat, 2016-cı ilin noyabr ayında Zərərçəkmiş şəxs30 1 saylı binanın 9-cu mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 3 otaqlı 58 saylı mənzilə dair 04.11.2016-cı il tarixli XC-0073 saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 30.000 manat, 2017-ci ilin fevral ayında Zərərçəkmiş şəxs31 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 60,3 kv.m. sahəsi olan 2 otaqlı 45 saylı mənzilə dair 08.11.2016-cı il tarixli XC-0076 saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 16.500 manat və 2017ci ilin mart ayında Zərərçəkmiş şəxs32 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən 48 kv.m. sahəsi olan 2 otaqlı, 11 saylı mənzilə dair 09.03.2017-ci il tarixli XC-0102 saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 18.000 manat olmaqla cəmi 5 şəxsin 116.100 manat, həmçinin, yerinə yetirəcəyi tikinti işlərinin dəyərinin ödənilməsinin təminatı kim i "xxxx" MTK-dan onun öz adına verilmiş ayrı-ayrı əmlak-pay haqqı müqavilələrində yazılmış həmin mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir işin müqabilində vermək hüququna malik olmadığını bildiyi halda müxtəlif şəxslərə, o cümlədən 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 52,4 kv.m. sahəsi olan 2 otaqlı, 44 saylı mənzilə dair 21.05.2016-cı il tarixli XC-0032 №-li müqaviləni 07.06.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs34 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 25.000 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 52,4 kv.m. sahəsi olan 2 otaqlı 60 saylı mənzilə dair müqaviləni 01.07.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs35 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 4.950 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 60,9 kv.m. sahəsi olan 2 otaqlı 43 saylı mənzilə dair 21.05.2016-cı il tarixli XC-0031 saylı müqaviləni 04.07.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs36 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 29.500 manat, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 66,2 kv.m. sahəsi olan 2 otaqlı 71 saylı mənzilə dair 26.10.2016-cı il tarixli XC-0064 saylı müqaviləni 28.09.2016-cı il tarixli etibarnamə ilə X19 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 37.000 manat, 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 57,4 kv.m. sahəsi olan 2 otaqlı 49 saylı mənzilə dair 25.11.2016-cı il tarixli XC0087 saylı müqaviləni 25.11.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs38 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 25.000 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 3 otaqlı 42 saylı mənzilə dair 12.11.2016-cı il tarixli XC0081 №-li müqaviləni 28.12.2016-cı il tarixli etibarnamə ilə X15na qanunsuz satmaqla həmin tarixdə sonuncudan 17.000 manat, 1 saylı binanın 3-cü mərtəbəsində yerləşən 103 kv.m. sahəsi olan 3 otaqlı 15 saylı mənzilə dair 11.01.2017-ci il tarixli müqaviləni 11.01.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs40 na qanunsuz satmaqla həmin tarixdə sonuncudan 18.000 manat, 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 65 kv.m. sahəsi olan 2 otaqlı 27 saylı mənzilə dair 25.11.2016-cı il tarixli XC-0088 saylı müqaviləni 31.01.2017-ci il tarixli etibarnamə ilə X26 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.000 manat, 2 saylı binanın 9-cu mərtəbəsində 39,6 kv.m. sahəsi olan 1 otaqlı 80 saylı mənzilə dair 26.10.2016-cı il tarixli XC-0048 №-li müqaviləni 25.02.2017-ci il t arixli etibarnamə ilə X27 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 64.000 manat, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 66,2 kv.m. sahəsi olan 2 otaqlı 71 saylı mənzilə dair 26.10.2016-cı il tarixli XC-0064 saylı müqaviləni 09.03.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs43 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.100 manat, 1 saylı binanın 4-cü mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 2 otaqlı 18 saylı mənzilə dair 10.03.2017-ci il tarixli XC-0103 №-li müqaviləni 10.03.2017-ci il tarixli etibarnamə ilə X12 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 36.000 manat, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən 103 kv.m. sahəsi olan 3 otaqlı 87 saylı mənzilə dair 26.03.2017-ci il tarixli XC-0111 №-li müqaviləni 29.03.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs44 qa nunsuz satmaqla həmin tarixdə sonuncudan 31.000 manat, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən 60,3 kv.m. sahəsi olan 2 otaqlı 85 saylı mənzilə dair 26.03.2017-ci il tarixli XC-0108 №-li müqaviləni 29.03.2017-ci il tarixli etibarnamə ilə X14 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 22.000 manat, 2 saylı binanın 10-cu mərtəbəsində yerləşən 50,7 kv.m. sahəsi olan 2 otaqlı 85 saylı mənzilə dair 26.03.2017-ci il tarixli XC0112 №-li müqaviləni 03.04.2017-ci il tarixli etibarnamə ilə X22 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.000 manat, 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 73 kv.m. sahəsi olan 2 otaqlı 30 saylı mənzilə dair 26.03.2017-ci il tarixli XC-0115 №-li müqaviləni 04.04.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs47 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 22.0 00 manat, cəmi 15 şəxsin 376.550 manat, ümumilikdə isə vahid niyyətlə 20 şəxsin 492.650 (dörd yüz doxsan iki min altı yüz əlli) manat məbləğində pulunu ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində alaraq etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən mənzil almaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin ona inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq vahid niyyətlə onlara "xxxx" MTK-nin ünvan 7 kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində və "xxxx" MMC-nin inşa etdiyi, ünvan 4-cı məhəllədə yerləşən 12 mərtəbəli və ünvan 6 ünvanında yerləşən «XX» yaşayış komplekslərində olan binalarda ucuz qi ymətə mənzillər satacağını inandırmaqla, 2015-ci ilin fevral ayında Zərərçəkmiş şəxs48 «XX» yaşayış kompleksindən 42 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 13.500 manat, təkrarən 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs49 "xxxx" MTK-dan 59 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 2.000 manat, təkrarən 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs50 ünvan 4-cı məhəllədə yerləşən 5 A saylı binanın 10-cu mərtəbəsində yerləşən 128,4 kv.m. sahəsi olan 4 otaqlı 50 saylı mənzili satacağı adı ilə sonuncudan həmin tarixdə 25.500 manat, təkrarən 2016-cı ilin avqust ayında Zərərçəkmiş şəxs51 "xxxx" MTK-dan 57,4 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 4.700 manat, təkrarən 2016-cı ilin avqust ayı nda Zərərçəkmiş şəxs52 «XX» yaşayış massivindən 77,4 kv.m. sahəsi olan 3 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs53 ünvan 6, 26 saylı məhəllədə yerləşən binadan 78 kvadrat metr qeyri-yaşayış sahəsini satacağı adı ilə sonuncudan həmin tarixdə 35.000 manat, təkrarən 15 dekabr 2016-cı il tarixdə X28 "xxxx" MMC-nin inşa etdiyi ünvan 4-cı məhəllə, 6 saylı binanın 1-ci mərtəbəsində yerləşən 128 kv.m sahəsi olan 1 A saylı, 5 saylı binanın 8-ci mərtəbəsində yerləşən 94,1 kv.m. sahəsi olan 3 otaqlı 39 saylı mənzilləri və 6 saylı binada yerləşən 94,1 kv.m. sahəsi olan 4 A saylı qeyri-yaşayış sahəsini təmir etdirəcəyi adı ilə sonuncudan həmin tarixdə 35.000 manat, təkrarən 2016-cı ilin dekabr ayında Zərərçəkmiş şəxs 55 "xxxx" MTK-dan 2 otaqlı 70,7 kv.m. sahəsi olan mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 4000 manat, təkrarən 10 aprel 2017-ci il tarixdə Zərərçəkmiş şəxs56 ünvan 6, 26cı məhəllədə yerləşən binada 2 otaqlı 67 kv.m. sahəsi olan mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 7.800 manat, təkrarən 01 iyun 2017-ci il tarixdə Zərərçəkmiş şəxs57 «XX» yaşayış kompleksindən 62 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs58 İbrahimxəlil qızına «XX» yaşayış kompleksindən 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 36.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs59 "xxxx" MTK-dan 42 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 3000 ma nat, təkrarən 2017-ci ilin iyun ayında X6 "xxxx" MTK-dan 60 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 21.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs60 ünvan 6, 26-cı məhəllədə yerləşən 7 saylı binanın 11-ci mərtəbəsində 61,5 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 9.500 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs61 ünvan 6, 26-cı məhəllədə yerləşən 4A saylı binanın, 13-cü mərtəbəsində 52 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 13.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs62 ünvan 6, 26-cı məhəllədə yerləşən 2 saylı binanın 12-ci mərtəbəsində 84,5 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs63 «XX» yaşayış kompleksində 77,4 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs64 «XX» yaşayış kompleksi 13 saylı küçədə 5 saylı binanın 5-ci mərtəbəsində 77 kv.m. sahəsi olan və "xxxx" MTK-dan 73 kv.m. sahəsi olan 2 otaqlı mənzillər satacağı adı ilə sonuncudan həmin tarixdə 61.000 manat, təkrarən 17 iyun 2017-ci il tarixdə Zərərçəkmiş şəxs65 ünvan 6, 26-cı məhəllədə yerləşən 26-cı məhəllədə 67 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən 27 iyul 2017-ci il tarixdə Zərərçəkmiş şəxs66 ünvan 6, 26-cı məhəllədə yerləşən 4 saylı binanın 12-ci mərtəbəsində 56 kv.m. sahəsi olan 2 otaqlı 5 saylı mənzi l satacağı adı ilə sonuncudan həmin tarixdə 5.000 manat, təkrarən 17 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs67 ünvan 6, 26-cı məhəllə, 11 saylı binanın 6-ci mərtəbəsində yerləşən 80 kv.m. sahəsi olan 2 otaqlı 41 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən 26 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs68 «XX» yaşayış kompleksi 27 saylı küçə, 1 saylı binanın 11-ci mərtəbəsində 86 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 15.000 manat, təkrarən 28 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs69 ünvan 6, 26-cı məhəllə, 1 saylı binanın 6-cı mərtəbəsində yerləşən 36 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən 2017-ci ilin avqust ayında Zərərçəkmiş şəxs70 «XX» yaşayış kompleksində 7-ci mərtəbədə 61 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 27.000 manat olmaqla 24 şəxsin 433.000 (dörd yüz otuz üç min) manat məbləğində pul vəsaitini, ünvan 4-cı məhəllədə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində alsa da, qeyd olunan şəxsləri faktiki mənzillə təmin etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı "xxxx" mənzil-tikinti kooperativinin sədri vəzifəsində işləmiş X24 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq 2016cı ilin iyul ayında "xxxx" MT K-nin, ünvan 4-cı məhəllədə yerləşən ofisində sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etməklə ona verdiyi digər rekvizitlər yazılmayan boş blanklar olan XC-0047, XC-0048, XC-0049 və XC-0074 №-li əmlak pay haqqı müqavilələrini mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına istintaqa məlum olmayan şəraitdə yazılmaqla bilə-bilə yalan məlumatlar daxil edərək, kooperativ tərəfindən ünvan 7 kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində Zərərçəkmiş şəxs71 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 70 kv.m. sahəsi olan 2 otaqlı 42 saylı mənzilə dair 19 iyul 2016-cı il tarixli, XC-0048 №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 25000 manat, Zərərçəkmiş şəxs72 1 saylı binanın 9-cu mərtəbəsində yerləşən 55,6 kv.m. sahəsi olan 2 otaqlı 61 saylı mənzilə dair 25 iyul 2016-cı il tarixli, XC-0048 saylı əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 23000 manat, Zərərçəkmiş şəxs73 1 saylı binada yerləşən 103 kv.m. sahəsi olan 3 otaqlı 50 saylı mənzilə dair 06.08.2016-cı il tarixli XC-0049 №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 20.000 manat, Zərərçəkmiş şəxs74 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 65 kv.m. sahəsi olan 2 otaqlı 48 saylı mənzilə dair 22 sentyabr 2016-cı il tarixli XC-0047 №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 42.250 manat və Zərərçəkmiş şəxs75 2017-ci ilin yanvar ayında 2 saylı binanın 12-ci mərtəbəsində yerləşən 52 kv.m. sahəsi olan 2 otaqlı, 105 saylı mənzilə dair 27.01.2017-ci il tarixli XC-0074 №-li əmlak pay haqqı müqaviləsi ni verərək sonuncudan həmin tarixdə 18.800 manat olmaqla cəmi 5 şəxsdən 129.050 (yüz iyirmi doqquz min əlli) manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi hesab edilməyən həmin saxta müqavilələr əsasında ələ keçirərək qeyd olunan şəxsləri faktiki mənzillə təmin etməyərək, ələ keçirdikləri pul vəsaitlərini X24 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə külli miqdarda özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 31 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində qəbul edilən qərar ədalətsizdir. Belə ki, zərərçəkmiş şəxslər - X29, Zərərçəkmiş şəxs17, X33, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs65 Şahbaz oğlu, Zərərçəkmiş şəxs67, Zərərçəkmiş şəxs49 Səməddin qızı, Zərərçəkmiş şəxs68 dəymiş ziyan işin apellyasiya məhkəməsində baxışı zamanı ödənilməsinə baxmayaraq cəza təyini zamanı nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslər – Zərərç əkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs68 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci v ə apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin olunması xahiş olunur. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya al datma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi nə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəaları nın şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalar ının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağı rlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düz gün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsi, müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərə dəymiş zərərin bir qismini ödəməsi cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instans iya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1678/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1678/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver