Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1678/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi4, Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 15 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikası, Kirovakan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “TƏBİB”- in 12 saylı təcili tibbi yardım stansiyasında sürücü işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərə k, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, barəsində seçilmiş " başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibd ə) 16 fevral 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Müdafiəçi3, Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(010)-294/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 13 dekabr 2021-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən "Maşallah” marketin qarşısında Zərərçəkmiş şəxs2 və X10 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş və mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs2 vurub yıxaraq ona sağ sağrı nahiyəsinin şişkinlik və qançırı (hematoması) kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan X9 əli ilə vuraraq ona baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinlik və qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasın a səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi və məhkumun birgə verdikləri kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə is üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və məhkum Rasim Vəlyevin əməlini səhvən CM-in 221.2.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, apellyasiya məhkəməsinin qərarının əsasını təşkil edən - Məhkum zərərçəkmiş şəxslərin ünvanına nalayiq ifadələr işlətməsinə, zərərçəkmiş Səkinə Mənsurovaya hücum etməsinə və yumruqla başından vurmasına, torpaq sahəsinə texnika gətirilməsinə dair məhkəmə tədqiqatı zamanı hər hansı sübut olmadığı halda, məhkəmə bu halları olmuş kimi qərarda göstəmişdir. Halbuki, zərərçəkmiş şəxslər tərəfindən Məhkum ünvanına davamlı olaraq nalayiq söyüşlərlə təhqir edilməsi faktını məhkəmə iclasında Şahid ifadəsində təsdiq etmişdir. Şahid daha sonra ifadəsində göstəmişdir ki, zərərçəkmiş X18 Vəliyevi əlində olan əsa ilə vurmaq istəyərkən, Məhkum əlini yuxarıya qaldırmış və əsa onun qoluna dəyərək, sınmışdır. Məhkum zərərçəkmiş şəxslərin ünvanına hər hansı nalayiq söyüşlər etməsini eşitməmişdir. Cinayət isinə əlavə olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılmış videogürüntülərdən açıq-aşkar görünür ki, bilavasitə hadisənin özü cəmi iki dəqiqə çəkmişdir, hər iki zərərçəkmiş şəxslər eyni vaxtda Məhkum yaşadığı məhəlləyə gəlmiş, hər ikisi eyni vaxtda əl-qol ilə müşahidə olunan hərəkətlər etməklə, hadisə törədilən zaman biri-birinin yanında olmuşlar. Məhkum Zərərçəkmiş şəxs2 qolundan tutub itələmi ş və Səkinə Mənsurova isə həmin vaxt əl ağacı ilə Məhkum vurarkən. sonuncu özünü müdafiə etmək üçün əlini qaldırmış və əsa onun qolunda sınmışdır. Məhkum Səkinə Mənsurovanı “yumruqla başından vurması” nümayiş etdirilmiş video diskdə görünmür. Zərərçəkmiş şəxslərin hər ikisi, eyni vaxtda törədilən əməlin obyekti olmuşlar, hər ikisi də Məhkum yaşadığı evin yanına gəlmiş, hər ikisi də eyni vaxtda Məhkum narazılıqlarını (söyüşlə, təhqirlə) bildirmiş, hadisə zamanı Məhkum qarşısında dayanmışlar. X18 Vəliyevin basından əsa ilə vurmaqla ona qarsı aqressivliyini nümayiş etmişdir. Hesab edir ki, Məhkum özünü zərərcəkmiş şəxsinin zərbəsindən müdafiə etməsi - müqavimət göstərilməsi kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxslərin Məhkum qarşı təhqiramiz münasibəti və nalayiq söyüşlərlə təhqir etməs i Şahid məhkəmə iclasında verdiyi ifadəsi ilə də təsdiq edilir. Zərərçəkmiş şəxslər məhkəmə iclasında vermiş olduqları ifadələrində göstərmişlər ki, hadisə günü evlərində qurduqları kameranı izləyərkən, guya, Məhkum həmin torpaq sahəsinə gəldiyini və onların əkib-becərdikləri ağacların kəsdiyini görmüşlər. Hadisə günü Məhkum sözü gedən torpaq sahəsinə gəlib ağacların kəsilməsi və külli miqdarda ziyan vurulmasına dair hər hansı sübut təqdim olunmamışdır və məhkəmə iclasında bu xüsusatlar öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxslərin vəkili tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında nümayiş etdirilmiş videogörüntülərdən Məhkum tərəfindən ağac kəsilməsi təsdiq olunmamışdır. Beləliklə, zərərçəkmiş şəxslərlə Məhkum arasında torpaq almaq niyyətinə görə naraz ılıqları yaranmış, Suraxanı Rayon İcra hakmiyyəti tərəfindən zərərçəkmiş şəxslər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrində abadlıq-təmizləmə işlərinin aparılmasında və ağacların kəsilməsində Məhkum əsassız olaraq günahlandırmaqla, ondan qisas almaq istəmişlər. Bu səbəbdən istər birinci gəliş zamanı, istərsə də hadisə günü onunla kobud rəftar etmişlər, hadisə günü ağacların kəsilməsi bəhanəsi ilə onun yaşadığı evin qarşısına gəlib, davamlı olaraq təhqir edib, əsassız ittiham irəli sürmüşlər. Göründüyü kimi, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxslərin təşəbbüsləri ilə başlanmış mübahisə nəticəsində baş vermişdir, törədilmiş hadisədə Məhkum əməlində xuliqanlıq niyyəti olmamışdır. Lakin məhkəmə, yuxarıda sadalanan xüsusatlara düzgün qiymət verməyərə k, Məhkum əməllərini qərəzli xuliqanlıq kimi qiymətləndirmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxslərin dövlət torpağının qeyri-qanuni zəbt etmələri, onların (öz sözlərinə görə) torpaq sahəsində əkin işləri aparıb, oradan bəhər götürmələri, bundan əlavə, əsassız olaraq Məhkum ağac kəsilməsində ittiham etmələri, onu söyüb təhqir etmələri kimi hərəkətlərinə nə birinci, nə apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilməmişdir. Hesab edir ki, hazırkı iş üzrə Məhkum hərəkətlərində qərəzli xuliqanlıq cinayətinin əlamətləri yoxdur və onun bu maddə ilə təqsirililiyinə dəlalət edən sübutlar məhkəmə iclasında təhlil olunmuş sübutlarla müəyyən olunmamışdır. Apellyasiya instansiya məhkəməsi bu xüsusatları nəzərə almayaraq, ittiham aktı və birinci instansiya məhkəməsinin hökmündə qey d olunan halları qərarında sadalayaraq, işdə olan sübutlar təhlil etmədən, sübutlara düzgün qiymət verməyərək, Məhkum əməlinin tövsifində səhv etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilərək Məhkum əməlinin Cinayət Məcəlləsinini 221.2.2-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dö vlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciə ti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi, onun hərəkətlərində xuliqanlıq cinayətinin olmaması mübahisələndirilir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmu sundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, mübahisə tərəfləri arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum ilə Səkinə Mənsurova və Zərərçəkmiş şəxs2 yaşadığı torpaq sahəsinə bitişik olan və sonuncuların uzun illərdir dövlət torpağı kimi əkib becərdikləri torpaq sahəsi ilə bağlı maraqlandıqdan sonra həmin torpaq sahəsində əkilmiş kiçik ölçülü ağac-kolların çıxarılması və Səkinə Mənsurova və Zərərçəkmiş şəxs2 bu işi on un etdiyini düşünərək, onun yaşadığı məhəlləyə gəlib ona irad bildirməsi ilə yaranmışdır. Hadisə günü zərərçəkmiş şəxslər məhz Məhkum olduğu yerə gəlmiş və onunla mübahisə etməyə başlayaraq əl-qol atdıqları zaman bu hərəkətlərin qarşısını almağa çalışan Məhkum münaqişə zəminində zərərçəkmiş şəxslərə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, təxminən 10 ildən çoxdur ki, Rasimi tanımış və onunla aralarında dostluq münasibəti vardır. 13 dekabr 2021-ci il tarixdə günorta təxminən saat 13 radələrində Rasimlə onun yaşadığı evin qarşısında küçədə dayanıb söhbət edən zaman bir nəfər orta yaşlı və bir nəfər yaşlı olmaqla iki qadın onlara yaxınlaşmış və Rasimi söyərək ona qarğış etməyə başlamışlar. Rasim onlara qarşılıq verməmiş və sakit olmalarım, nalayiq ifadələr işlətməməyi bildirmişdir. Lakin həmin iki qadın sakitləşməmiş və yüksək səslə qışqıraraq Rasimi təhqir etmişlər. Həmin iki qadın Rasimə əl-qol atmağa başlamışlar. O da araya girib həmin qadınları sakitləşdirməyə çalışmışdır. Həmin iki qadın onlardan ayrılıb getdikdən sonra yenidən Rasimi yüksək səslə söyüb ona və balalarına, ailəsinə qarğış etməyə başlamışar. Bu vaxt Rasim əsəbiləşib həmin qadınlara tərəf getmişdir. Bu zaman Rasim orta yaşlı qadının çiynindən tutub dartmış və qadın yerə yıxılmışdır. Sonra Rasim yaşlı qadına yaxınlaşmış və bu vaxt həmin qadın əlindəki əsanı qaldırıb Rasimi başından vurmaq istəmişdir. Rasim isə əlini yuxarı qaldırmış və əsa Rasimin qoluna dəymişdir. O, bu vaxt Rasimi qucağına götürüb qaldıra raq evlərinə aparmışdır. Həmin vaxt ətrafda bir çox insan olmuş, lakin heç kim bu hadisəyə hansısa bir formada müdaxilə etməmişdir. Hadisə 13 dekabr 2021 -ci il tarixdə təxminən günorta saat 13 radələrində ünvan 1 ünvanında yerləşən Rasimgilin yaşadığı evin qarşısında baş vermişdir. Hadisə təxminən 6-7 dəqiqə ərzində baş vermişdir. Həmin vaxt orada onlardan başqa "Maşallah” adlı mağazada işləyən işçilər olmuş, daha sonra isə tanımadığı şəxslər ətrafa toplaşmış və bu hadisənin şahidi olmuşlar.Hadisə zamanı Rasimin həmin iki qadını vurmasını, xəsarət yetirməsini görməmişdir. Sadəcə hadisə vaxtı Rasim həmin qadınlardan orta yaşlı qadının çiynindən tutub dartmış və qadın yerə yıxılmış, digər qadın isə əlindəki əsa ilə Rasimi vurmaq istmiş, Rasim isə qolunu qabağa verdiyi üçün əsa onun başına d əymişdir. Həmin qadınların məhkəmə-tibbi ekspertizanın rəylərində qeyd edilən xəsarətləri nə vaxt və necə almasını bilməmişdir. Hadisə zamanı nə o, nə də ətrafda olan heç kim onları vurmamış, xəsarət yetirməmiş və ya hər hansı bir formada hadisəyə müdaxilə etməmişlər. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1 -ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 - ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar məhkəmələr tərəfində n düzgün nəzərə alınmamışdır. Belə ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən "Maşallah” marketin qarşısında tanış şəxlər arasında, şəxsi münasibətlər zəminində baş vermiş və mübahisənin təşəbbüskarı məhz zərərçəkmiş şəxslər olmuşlar. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək v ə istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldikləri nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə şəxsi münasibətlər zəminində ünvan 1 ünvanına zərərçəkmiş şəxslərin gəlməsindən sonra yaranmış, qarşılıqlı mübahisə zamanı məhkum zərərçəkmiş şəxslərin sağlamlığına yüngül zərərvurma kimi xəsarətlər yetirmişdir. Məhkum tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Göstərilən hallara məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Məhkum törətdiyi cinayət əməlinin tövsifində səh və yol verilmişdir. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Məhkum, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Mübahisə tərəflər arasında ziddiyyətli şəxsi münasibətlər əsasında yaranmış və münaqişəyə çevrilərək məhkumun zərərçəkmiş şəxslərə yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkum edilmi ş şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq mo tivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə mübahisə tanış olan şəxslər arasında şəxsi münasibətlər zəminində baş verən münaqişədir, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən "Maşallah” marketinin qarşısında baş vermiş, münaqişə zamanı məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 1362 saylı rəyindən görünür ki, 1938-ci il təvəllüdlü vətəndaş X3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinlik və qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yəni 13.12. 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; Məhkəmə- tibbi ekspertizasının 22 dekabr 2021 -ci il tarixli 1361 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş X4 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ sağrı nahiyəsinin şişkinlik və qançırı (hematoması). Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə, yəni 13.12. 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozi siyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlard an, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə g əlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs, ar alarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində zərərçəkmiş şəxslərə məhz sonuncuların təhrikedici hərəkətləri nəticəsində yüngül bədən xəsarəti yetirmiş, onun cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxslər- zərərçəkmiş şəxslər olmuş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. Aşağı instansiya məhkəmələri Məhkum hərəkətlərini əsassız olaraq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qəna ət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol ver dikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti təmin edilməli və qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1678/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1678/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver