Məhkəmə qərarları › İş №1(102)-1678/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1678/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1678/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 aprel tarixli, 1(106)-179/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin (X3) 2024-ci il 21 noyabr tarixli, 1(056)-59/2024 nömrəli hökmü ilə, xx.xx.1960-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, ali təhsilli, evli, mühasib işləyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə nəqliyy at vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-107/2023 saylı hökmünün icrası qaydasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində həbsdə saxlandığı 2 (iki) ay 15 (on beş) gün ona təyin edilmiş 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 3 (üç) ay 15 (on beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bundan başqa, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CPM-in 44.2.1ci və CM-in 75.1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 2025-ci il 1 aprel tarixli, 1(106)-179/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 2024-ci il 21 noyabr tarixli, 1(056)59/2024 nömr əli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Məhkum 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus olan "VAZ21064” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Hacıqabul-SabirabadBəhrəmtəpə avtomobil yolunun Qalaqayın kəndi ərazisindən keçən hissəsində 40 km/saat sürətlə idarə edərkən, hərəkət hissəsində yol kənarında yerləşən tikinti materialları mağazasına dönməli olduğundan, qarşı hərəkət zolağından X5 idarə etdiyi "VAZ 21064” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşmasını görüb, daxil olmaq istədiyi hərəkət zolağının dönmə əməliyyatını maneəsiz başa çatdıra biləcək qədər boş olmasına, bu manevr i lə yaxınlaşan "VAZ 21064” markalı avtomobilin hərəkətinə maneçilik yaratmayacağına, onun hərəkət etdiyi zolağı vaxtında boşalda biləcəyinə, hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olduqdan sonra avtomobili sola döndərib qarşı hərəkət zolağına çıxarmalı olduğu halda, bunlara riayət etmədən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmaqla, dönmə əməliyyatı aparmış, buna görə də, Mejdun Axundov təhlükədən yayınmaq üçün idarə etdiyi "VAZ 21064” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkət hissəsinin soluna istiqamətləndirərək məcburi manevr etməklə qarşı hərəkət zolağına çıxardığından, sonuncunun avtomobilinin qabaq ön hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağı ilə 30 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi "MAN 19464 YÜK” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan sürücü Mejdun Axundovun sol təpəgicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, sağ qamış və incik sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol gicgah nahiyəsində, alın nahiyəsində, sol dirsək büküşündə, sağ iç topuq proyeksiyasında yaralar, alın nahiyəsində, sifətin sol yarısında, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmağa aid bədən xəsarətlərindən ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş, belə bir şəraitdə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, xəsarət alan Mejdun Axundova ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində X9 idarə etdiyi Vaz 21064 markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul-Sabirabad-Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Qal aqayın kəndi ərazisində hərəkətdə olarkən xx.xx.1973-cü il təvəllüdlü İmişli rayonu Muradallı kənd sakini Şahid1 idarə etdiyi “MAN” 19-464 “YÜK” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə M.Axundov aldığı xəsarətlər nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat etmişdir. Göründüyü kimi cinayət işinin başlanma qərarında hüquqlarını müdafiə etdiyi Məhkum hadisə ilə bağlı hər hansı yol hərəkəti qaydasını pozması ilə əlaqədar məlumat olmamışdır. Bununla yanaşı, Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı nəqliyyat vasitələri arasında toqquşma ba ş vermədiyindən onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyqunsuzluqla hadisənin bas verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi yol nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi bilik tələb olunmadığından yol nəqliyyat hadisələri ekspertizasının səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanı və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Göründüyü kimi, Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmasına dair rəy verməmişdir. Göründüyü kimi, keçirilmiş ekspertiza rəyində M. Axundovun hadisənin qarşısını almağa texniki imkanının olmasına, Məhkum isə hadisənin qarşısını almağa texniki imkanının olmasına dair rəy verilmədiyi halda, sonuncu CM-nin 263.2.və 264-cü maddələr i il əvvəlcə xx.xx.2022-ci il təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş, sonra isə barəsində yuxarıda qeyd olunan ittiham hökmü çıxarılmışdır. Məhkum barəsində Sabirabad Rayon Məhkəməsinin hökmünün qanunsuzluğu, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirsizliyi nəinki onun özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı, eləcə də ittihamın şahidləri Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri ilə təsdiq olunmuşdur. Bundan başqa, Məhkum barəsində çıxarılan ittiham hökmünün qanunsuzluğu həm də onda ifadə olunur ki, hadisə yerində minik avtomobillərin maksimum hərəkət surəti 50 km/saat olduğundan sürücü M.Axundov da həmin sürətlə hərəkətdə olmalı və onun hadisənin qarşısını almağa texniki imkanının olması da həmin sürətə uyğun aparılmalıdır. 50 km/saat sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin 1 saniyədə qət etdiyi məsafə 13,88 metr, 3 saniyədə qət edəcəyi məsafə isə 41,66 metrdir. Belə olan halda sürücü M.Axundov nəqliyyat vasitəsini tələb olunan 50 km/saat sürətlə idarə etsəydi, hətta tormozdan istifadə etmədiyi halda belə toqquşma yerindən 14,54 metr uzaqda olacaqdır. Hüquqlarını müdafiə etdiyi Məhkum də M.Axundovun idarə etdiyi nəqliyyat vasitəsini 56,2 metr məsafədən gördükdə o həmin yerə çatana kimi təhlükəsiz başa çatdıracağına əmin olduğundan dönmə əməliyyatı aparmış, həmin vaxt sürücü M.Axundovun yoldan diqqətini yayındıracağını, hətta hərəkəti üçün təhlükə yaranarsa idarə etdiyi nəqliyyat vasitəsinin əyləcindən vaxtında istifadə etməklə sürəti azaltmaq imkanından istifadə etməyi qabaqcadan bilmək imkanı olmamış və bunu bilmək də mümkün deyildir. Göründüyü kimi hadisənin baş verməsinə səbəb sürücü M.Axundovun hərəkətləri olmuşdur. Beləliklə, Məhkum dönmə əməliyyatını təhlükəsiz başa çatdıracağına əmin olmasını, həmin nəqliyyat vasitələrinin arasında toqquşmanın baş vermədən onun dönmə əməliyyatını başa çatdırması da təsdiq edir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsin hərəkətlərində hətta «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olsa belə, təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanı olmasına dair rəy verilməməsi, onun hərəkətləri ilə M.Axundovun ölümü ilə nəticələn ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmadığından, Məhkum hərəkətlərində CM-in 263.2-ci maddəsinin tərkibi mövcud olmayacaqdır. Bununla yanaşı, sürücü M.Axundovun hərəkəti üçün təhlükənin ekspertizanın göstərdiyi şəraitdə, yəni 58,3 m məsafədə sürücü Məhkum onun hərəkət istiqamətinə dönmə əməliyyatı aparıldığı andan yaranmasını, ittiham tərəfinin qəbul etdiyi və məhkəmə yol nəqliyyatı hadisələri ekspertizasının həmin hadisə mexanizmində baş verməsinə dair nəticəyə gəldiyi halda eyni zamanda aparılan təhqiqat zamanı həmin ekspertiza rəyində sürücü M.Axundovun məcburi manevr etməsinə dair hər hansı müddəa, cinayət işinin materiallarında bunu təsdiq edə biləcək hər hansı bir məlumat olmadığı halda, CPM-in 125.2.9-cu maddəsinə zidd olaraq mənbəyi məlum olmayan məlumatlardan sübut kimi isti fadə edilərək Məhkum qarşıdan əks istiqamətə hərəkət edən sürücü M.Axundovun hərəkət zolağını dəyişib qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “MAN” markalı yük avtomobilinin yoluna çıxmasını məcburi manevr kimi qiymətləndirmiş, müdafiə tərəfi birinci instansiya məhkəməsində məhkəmə çıxışında və apellyasiya şikayətində həmin “məcburi manevr”in nədən ibarət olmasının əsaslandırılmasını bildirməsinə baxmayaraq, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Halbuki, məcburi manevr etmək sürücü M.Axundovun həmin hərəkətdən başqa digər çıxış yolunun olmamasını nəzərdə tutur. Onun “Yol hərəkəti haqqında” qanunun tələblərini pozması, hadisənin qarşısını almağa texniki imkanın olması və hadisən in özünün yol hərəkəti qaydalarını pozması ilə ölümü arasında səbəbli əlaqənin olması “məcburi manevr”in Məhkum ittihamına heç bir əsas olmadan yazılmasını, onun barəsində olan hökmün qanunsuz olmasını təsdiq edir ki, bu məsələyə də apellyasiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən verilmiş kassasiya şikayətinin təmin edilməsi və Məhkum CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 2024-cü il 21 noyabr tarixli, 1(056)-59/2024 nömrəli hökmünün, həmin hökmün dəyişdirilmədən öz qüvvəsində saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 1 aprel tarixli, 1(106)-179/2025 nömrəli qərarının qanunsuz hesab edərək ləğv edilməsi və Məhkum bəraət veril məklə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi kassasiya şikayətində göstərilən məzmunda çıxış etdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi ki mi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyas ı kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixl i qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun ü zrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayət inin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin faktiki hallarından görünür ki, Məhkum idarə etdiyi avtomaşın yol nəqliyyat hadisəsi zamanı heç bir maneə ilə fiziki təmasda olmamış, heç bir avtomaşınla toqquşmamış, yolda manevr edərək yolun kənarına çıxmış və yol hərəkətinin iştirakçısı kimi digər iki avtomobil toqquşmuş və hadisə nəticəsində qarşı tərəfdən hərəkətdə olan avtomobilin sürücüsü M.Axundov ölmüşdür. Hadisə üzrə Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası keçirilmişdir. Cinayət işində olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 31 avqust 2022-ci il tarixli 8/2098 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İstintaq tərəfindən göstərilmişdir ki, sürücü M.Axundov VAZ-21064 markalı avtomobili Hacıqabul-Sabirabad-Bəhrəmtəpə yolu ilə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində 70 km/saat sürətlə idarə edərkən qarşıdan əks istiqamətdə 40 km/saat sürətlə hərəkətdə olan sürücü Məhkum idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə sola dönmə əməliyyatı edərək qarşı əks hərəkət zolağına çıxmış, həmin vaxt sürücü M.Axundov toqquşmanın qarşısını almaq üçün avtomobilin sükanını sola döndərərək idarəetməni itirib qarşı əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 30 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi MAN 19-464 markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma MAN 19-464 markalı avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin 1.5 metr məsafədə həmin avtomobilin sol qabaq hissəsi ilə VAZ-21064 markalı avtomobilin sol qabaq hissəsi aras ında baş vermişdir. VAZ 2106 markalı avtomobil ilə VAZ 21-64 markalı avtomobil arasında toqquşma olmamışdır. Qeyd olunan vəziyyətdə sürücü Məhkum idarə etdiyi VAZ 2106 markalı avtomobili sola döndərib qarşı sol hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ 21064 markalı avtomobilə yol verməli, hərəkət üçün təhlükə yaratmamalı və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxarmalı idi. Mövcud vəziyyətdə sürücü Məhkum idarə etdiyi VAZ 2106 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıdan əks istiqamətdə VAZ 21064 markalı avtomobilin yaxınlaşdığı vəziyyətdə avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxartdığından onun hərəkətlərində “Yol hərəkəti h aqqında” Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yolayırıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Lakin hadisə zamanı nəqliyyat vasitələri arasında toqquşma baş vermədiyindan VAZ 2106 markalı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Müdafiə tərəfinin vəsatəti əsasında ibtidai istintaq zamanı keçirilmiş əlavə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 may 2023-cü il tarixli 8/977 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir.

1. Təhlükə yaranan andan, yəni VAZ-21064 markalı avtomobil **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönməyə başladığı andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda 70 km/saat sürətlə hərəkətdə olan VAZ21064 markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 58,3 metrə uyğundur.

2. Təhlükə yaranan andan, yəni VAZ-2106 markalı avtomobil sola dönməyə başladığı andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi və təhlükə yaranan anda VAZ-2106 markal ı avtomobil ilə VAZ-21064 markalı avtomobil arasında 56,2 metr məsafənin olması şəraitində sürücü X6 təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla, 70 km/saat sürətlə hərəkətdə olan VAZ-21064 markalı avtomobili toqquşma yerinə və VAZ21064 markalı avtomobilin sola dönməyə başladığı yerə çatmadan dayandırmağa texniki imkanı olmuşdur.

3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21064 markalı, 10GH - 428 dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

4. Sürücü M.Axundov VAZ-21064 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

5. Sürücü M.Axundov VAZ-21064 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının») tələblərinə uyğunsuzluq olmuşdur.

6. Mövcud metodikanın tələblərinə əsasən sürücünün nəqliyyat vasitəsini hadisə baş verən yolda icazə veriləndən artıq sürətlə hərəkət etdirməsi şəraitində nəqliyyat vasitəsinin faktiki hərəkət sürətində sürücünün hadi sənin qarşısını almağa texniki imkanı olmadığı halda, tədqiqat hadisə baş verən yolda icazə verilən sürətə uyğun aparılır. Mövcud şəraitdə sürücü M.Z.Axundovun VAZ-21064 markalı avtomobilin faktiki 70 km/saat hərəkət sürətində hadisənin qarşısını almağa texniki imkanı olduğundan hadisə baş verən yolda icazə verilən 50 km/saat sürətə uyğun tədqiqat aparılmır.

7. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21064 markalı, **BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı VAZ- 2106 markalı avtomobil ilə VAZ-21064 markalı avtomobil arasında toqquşma baş vermədiyindən sürücü Məhkum hərəkətlərində qeyd olunan mad dənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Hər iki ekspert rəyinin təhlilindən görünür ki, ekspert yol nəqliyyat hadisəsinin törədilməsi ilə Məhkum hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması ilə bağlı qeyd etmişdir ki, səbəbli əlaqənin qiymətləndirilməsi yol nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından, yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və m əhkəmə tərəfindən qiymətləndirilə bilər. İstintaq orqanı 3 iyun 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarında səbəbli əlaqə məsələsinə heç bir münasibət bildirməmişdir. Bu səbəbdən Məhkum baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, yəni məhkumun hərəkətləri ilə hadisə arasında səbəbli əlaqənin olub-olmamasını ətraflı şəkildə əsaslandırmaq və sübuta yetirmək vəzifəsi məhkəmənin üzərinə düşmüşdür. Kassasiya şikayətində də kassator məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, məhkəmə qərarlarında bir sübutun qəbul, digər sübutun qəbul edilməməsinin səbəblərini əsaslandırmadıqlarını göstərmişlər. Kassasiya müraciətinin dəlilləri əsasında məhkəmə qərarlarını hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunların tətbi qinin düzgünlüyü baxımından yoxlayaraq, məhkəmə kollegiyası, məhkəmələr tərəfindən sübutların qiymətləndirilməsi və qəbul etdikləri qərarların (hökm və yekun qərar) əsaslandırılması səviyyəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü aşağıdakı kimi əsaslandırılmışdır: “Beləliklə Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilməməsi, hadisənin M.Axund ovun diqqətsizliyi və ya digər səbəbindən baş verməsini, bu səbəbdən günahın M.Axundovda olmasını göstərməsi şahid ifadəsi, məhkəmə yol nəqliyyat hadisələri üzrə ekspertizasının rəyləri və işin digər halları ilə təkzib edildiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli ibtida istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir.” Birinci instansiya məhkəməsinin əsaslandırması bundan ibarətdir. Göründüyü kimi, hakim araşdırılması və sübut olunması vacib olan səbəbli əlaqə məsələsinə, ümumiyyətlə, heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiya məhkəməsinin 1.4.2025-ci il tarixli qərarı aşağıdakı kimi əsaslan dırılmışdır: “Apellyasiya şikayətinin dəlillərinin və müdafiəçinin çıxışının qısa xülasəsinə əsasən, müdafiə tərəfi mərhum Mejdun Axundovun sürücülük hüququnun olmaması, yolda sürət həddinin 50 km/saat olmasına baxmayaraq, onun hadisə vaxtı avtomobili 70 km/saatla idarə etməsi, ittihamda qeyd olunan “məcburi manevr etmə”nin düzgün olmadığı, çünki Mejdun Axundovun təhlükə yaranan ana görə 56,2 metr məsafədən əyləc sistemindən istifadə etməklə hadisənin qarşısını almağa texniki imkanı olması əsaslarına isnad edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əsaslar işin halları baxımından mübahisəli deyil. Lakin nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İX hissəsinin tələblərinə görə, yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssi z nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Apellyasiya baxışında hadisə anı barədə təhlükəsizlik kamerasından götürülmüş kompakt diskdə olan video görüntü tədqiq edilmişdir. Həmin videogörüntü ilə müəyyən olunur ki, görüntü 12 saniyə müddətindədir. Görüntünün 2-ci saniyəsində Məhkum idarə etdiyi avtomobillə, avtomobili saxlamadan, qarşıdan gələn “Vaz 2106” markalı avtomobilin ötüb keçməsini gözləmədən sol tərəfə, yəni qarşı zolağa manevr etməklə, 2 saniyə ərzində yolun sol hissəsinə keçir. Həmin müddətdə qarşıdan gələn “Vaz-2106” markalı avtomobil sağ tərəfə manevr etməklə, qarşı zolaqla hərəkət edən “MAN” markalı yük nəqliyyat vasitəsi ilə toqquşur. Göründüyü kimi, ekspertiza rəyinə uyğun olaraq, Məhkum yolayrı cından kənar hissədə sola dönmüşdür. Qeyd olunan Qanunun tələbinə görə o, əvvəlcə qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, sonra həmin manevri edə bilərdi. Lakin Məhkum əksinə dayanmadan, qarş zolaqla hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən yolun sol hissəsinə keçmiş, həmin vaxt qarşıdan gələn avtomobil Məhkumlə toqquşmaqdan yayınmaq üçün, öz hərəkət istiqamətinin sol hissəsi tərəfə manevr etmiş və həmin vaxt yük nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd olunmalıdır ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Hüquq nəzəriyyəsinə əsasən cinayətin obyektiv cəhəti əməlin zahiri cəhətini, ictimai təhlükəli nəticəni, əməllə nəticə arasındakı səbəbli əlaqəni, zamanı, məkanı və cinayətin baş verdiyi şəraiti, habelə onun edilmə üsulunu əhatə edir. Cinayət hadisəsinin baş vermə şəraiti iş üzrə əldə edilmiş hadisə yerinə baxış protokolu, şahid ifadələri, ekspertiza rəyləri, hadisə anı barədə videogörüntü və digər sübutlarla müəyyən olunur. Həmin sübutlar kifayət edir ki, təqsirləndirilən şəxsin hərəkət istiqamətində yol ayrıcı ol mayan yerdə sol tərəfə dönərkən, qarşı zolaqla hərəkət edən nəqliyyat vasitəsinə yol verməmişdir, başqa sözlə baş verəcək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Nəticədə həmin avtomobilin sürücüsü mövcud toqquşmadan yayınmaq üçün öz hərəkət istiqaməti üzrə sola manevr etmiş və digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Aşkar görünür ki, Məhkum sola dönərkən qarşı zolaqla gələn avtomobilə yolverməməklə Mejdun Axundov üçün qəza şəraiti yaratmış və məhz həmin yol nəqliyyat hadisəsi nəticəsində sonuncu ölmüşdür. Bununla da o, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.” Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi də yol nəqliyyat hadisəsi iştirakçılarının hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması ilə bağlı məsələyə demək olar ki, heç bi r münasibət bildirməmiş, bu məsələ ilə bağlı əsaslandırma aparmamışdır. Bu səbəbdən kassasiya instansiyası məhkəməsi cinayət hüququ sahəsində səbəbli əlaqə institutu barədə aşağıdakıların qeyd edilməsini vacib hesab edir, Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 12-ci bəndinin 3cü abzasında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblə rinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” Cinayətin obyektiv cəhətinin zəruri əlaməti – səbəbli əlaqə subyektin cinayət əməli və bu əməldən doğan ictimai təhlükəli nəticələr arasında elə bir əlaqədir ki, həmin əlaqədə əməl göstərilən nəticədən əvvəl gəlir, nəticənin baş verməsi üçün zəruri şərt kimi çıxış edir, onun baş verməsinin real imkanını müəyyən edir. Əməl və nəticə arasında səbəbli əlaqənin olub-olmaması aşağıdakı meyarlarla müəyyən edilir: --İctimai təhlükəli nəticənin baş verməsinin müstəsna s əbəbi və şərti kimi yalnız cinayətin subyektinin əməli çıxış edir. Bu o deməkdir ki, nə təbiət qüvvələri, nə digər anlaqlı şəxslərin və ya heyvanların fəallığı, nə mexanizmlərin işi ictimai təhlükəli nəticənin səbəbi ola bilmir. --əməl nəticənin baş verməsi üçün zəruri şərt olmalıdır. İnsanın konkret davranışı hadisələrin obyektiv inkişafının elə yönümünü yaratmalıdır ki, nəticədə bu yönüm ictimai təhlükəli nəticənin baş verməsinə səbəb olsun. Bu halda, əməl baş vermiş nəticələrin zəruri şərti kimi çıxış edir. Əgər əməl, baş verən nəticə ilə müəyyən əlaqəsinin olmasına baxmayaraq, müəyyən nəticəyə gətirib çıxarmırsa, deməli, səbəbli əlaqə yoxdur. --nəticənin baş verməsi üçün zəruri şərt olan əməl ən azı antisosial olmalı, özündə müəyyən riski və zərərli nəticələrin mümkünlüyünü əks etdirmə lidir. Xarici ölkələrin cinayət hüququ sahəsində səbəbli əlaqənin müxtəlif konsepsiyaları, müxtəlif nəzəriyyələri mövcuddur: Bu nəzəriyyələrdən biri kimi, ekvivalentlik nəzəriyyəsinə görə, ictimai təhlükəli nəticələrin səbəbi ictimai təhlükəli nəticənin baş verməsi üçün zəruri şərt kimi çıxış edən istənilən hərəkətdir (hərəkətsizlikdir). Bu zaman bütün şərtlər (hətta kifayət qədər uzaq olan, lakin bunlarsız müəyyən nəticələrin baş verməsi mümkün olmayan) eyni dərəcədə, əsas və ikinci dərəcəli şərtlərə bölünmədən (“ekvivalentlik” nəzəriyyəsinin adı da buradan doğur) eyni səviyyədə dəyərləndirilir. Deməli hər bir şərti baş vermiş nəticənin şərti kimi nəzərdən keçirmək lazım gəlir. Qeyd edilən nəzəriyyəyə görə bütün zəruri halların nəticə üçün eyni (bərabər qiyməti) kazual əhəmiyyəti vardır. Nəzəriyyənin nümayəndələri qeyd edilən müddəanı nəticənin bölünməzliyi ilə əlaqələndirirlər. Nəticənin baş verməsində nəticə ilə əlaqədar olan zəruri halların eyni dəyərə malik olması, bu nəzəriyyənin əsas mahiyyətini ifadə edir. Adekvatlıq nəzəriyyəsi öz adını səbəblə nəticənin yaranması üçün uyğun (adekvat), tipik, statistik qanunauyğun amil baxımından yanaşmadan götürmüşdür. Bu nəzəriyyə artıq səbəblərin və nəticələrin baş verməsinin zəruri şərtlərini fərqləndirirdi. Bu nəzəriyyəyə əsasən, səbəbli əlaqə kimi yalnız tipik vəziyyətdə, əməlin təkcə nəticələrin baş verməsi üçün, sadəcə, şərt olduğu vəziyyətdə deyil, bu nəticələrin daim həmin vəziyyətlərdə baş verdiyi hallardakı əlaqə qəbul edilirdi. Bu o demək idi ki, əgər bu və ya digər konkret halda, insanın hərəkətləri ictimai təhlükəl i nəticələr törətmişsə, lakin bu nəticələr həmin hərəkətlər üçün tipik, adekvat deyilsə, deməli, bu halda, səbəbli əlaqə mövcud deyildir. Nəticə təqsirkarın əsəri olmalıdır. Bütün maddi tərkibli cinayətlərdə olduğu kimi, ehtiyatsızlıqdan törədilən maddi tərkibli cinayətlərdə də əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Təqsirkarın əməli ilə nəticə arasında səbəbli əlaqə bağının mövcudluğu üçün təqsirkarın hərəkətindən (hərəkətsizliyindən) kənar hər hansı bir amilin nəticəyə təkbaşına səbəb olmaması zəruridir. Nəticənin tamamilə zərərçəkənin hərəkətindən əmələ gəlməsi halında təqsirləndirilənin bu nəticəyə görə məsuliyyəti yaranmır. Heç kim iradəsi xaricində olan hərəkətlərdən, üçüncü şəxslərin meydana gətirdiyi nəticələrdən və ya təbiət hadisələrinin səbəb o lduğu nəticələrdən məsul ola bilməz. Təsadüfi səbəb (əməl) baş verən nəticədən uzaq olur, lakin nəticəyə daha yaxın olan və onu doğuran səbəbin inkişafına şərait yaradır. Cinayət hüquqi mənada belə əlaqə nəticəni doğurmaq xüsusiyyətinə malik olmadığından cinayət hüquqi əhəmiyyət kəsb etmir. Buna görə də təsadüfi səbəbli əlaqədə cinayətin obyektiv cəhəti yaranmadığından cinayət tərkibi də mövcud olmur. Səbəbli əlaqə hərəkət ilə nəticə arasında bir bağlantıdır. Şərt nəzəriyyəsinə görə, konkret bir nəticənin meydana gəlməsi üçün mövcudluğu gərəkən və baş verməyəcəyi halda nəticənin meydana gəlməyəcəyi düşünülən hər bir hərəkət nəticənin zəruri şərti kimi qəbul olunur. Belə bir səbəbli əlaqənin varlığı təbiət elmləri – emprik (təcrübi) baxışa görə təyin edilir. Şərt nəzəriyyəsinə və ya şərtlər in eyniliyi nəzəriyyəsinə görə (condicio sine-qua non) bir hərəkət olmadan nəticənin düşünülməsi mümkün deyilsə, burada səbəbli əlaqə vardır. Bu, eyni zamanda, səbəbli əlaqənin kəsilməsinin mümkün olduğu mənasını da daşıyır. Birinci şərt öz-özlüyündə nəticənin meydana gəlməsi üçün yetərli deyilsə və ikinci bir şərtin də mövcudluğu zəruridirsə və bu ikinci şərt nəticənin meydana gəlməsinə səbəb olmuşsa, burada səbəbli əlaqənin kəsilməsindən və ya önə keçən səbəbli əlaqədən bəhs edilir. Səbəbli əlaqənin təyinində hadisənin konkret bütünlüyü içində nəticənin meydana gəlməsinə istinad edilir. Bir səbəb nəticəni doğuran səbəbli əlaqə təsirinə sahib deyilsə, bu zaman əhəmiyyətsiz ikinci bir səbəb nəticəni yarada bilər. Şərt nəzəriyyəsinin ifadə etdiyi ikinci anlayış bütün şərtlərin ekvivalent (e şdegerde) sayılmasıdır. Buna, səbəblə şərtərin bərabərliyi nəzəriyyəsi (ekvivalent) adı da verilmişdir. Məsələ heç bir hərəkət olmasaydı nəticənin baş verib-verməməsi deyil, xarici aləmdə baş verən dəyişikliyin hərəkət nəticəsində baş verib-verməməsindədir və məlum təbiət qanununa görə konkret nəticənin baş verməsi üçün konkret əməlin edilməsi zəruridir. İki və ya daha çox səbəbin cinayət əməlinin nəticəsinə səbəb olduğu, başqa deyişlə, müxtəlf şərtlərin bərabər təsirlə nəticəni meydana gətirdiyi hallara kümülatif (məcmu) səbəbli əlaqə adı verilmişdir. Bu səbəbli əlaqə növünə görə iki səbəbdən hər biri, ayrı-ayrılıqda nəticənin baş verməsinə səbəb olmaz, lakin ikisi birlikdə birləşməklə nəticənin baş verməsinə səbəb olur. Alternativ səbəbli əlaqədə iki və ya daha çox şərtin cinayətdən ibar ət nəticəyə səbəb olması araşdırılmaqdadır. Fərqli səbəblərin fərqli şəxslərdən qaynaqlanması və ya eyni şəxsin iki və ya daha çox səbəblə eyni nəticəyə yol açmasının əhəmiyyəti yoxdur. (iki şəxs zərərçəkmişə atəş açır, lakin ölümün səbəbi bir atəşdir və ya bir şəxs zərərçəkmişə iki dəfə atəş aşır, lakin ölümün səbəbi atəşlərdən biridir). Bu alternativ səbəbli əlaqəyə aid bir nümunədir. Obyektiv isnadiyyət (istinad) nəzəriyyəsinə görə nəticə təqsirkarın əsəri olaraq görülə bilirsə, təqsir yaradan nəticənin meydana gəlməsinə görə təqsirkar cinayət hüququ baxımından məsuliyyətə cəlb oluna bilər. Bunun əksi olaraq, nəticə xarici səbəbdən yaranırsa (təsadüfün əsəri) və ya başqasının və ya birbaşa zərərçəkmişin məsuliyyət səhəsinə daxildirsə (bir başqasının əsəri), bu zaman hadisənin nəticəsi təqsirkara istinad edilə bilməz. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli qərar səbəbli əlaqə ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi ifadə edilmişdir: Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:  törədilmiş əməlin (hərəkət və ya hərək ətsizliyin) hüquqa zidd olması;  törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;  ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.” Cinayət hüququnda olan səbəbli əlaqə ilə bağlı müddəaları hazırkı işin faktiki halları ilə əlaqəli şəkildə təhlil etdikdə meydana çıxan mənzərə ondan ibarətdir ki, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən də göründüyü kimi, Məhkum tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri pozulmuşdur. Həmin Qanun normasına əsasən yolayrıcından kənarda sola vəya geriyədönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsüqarşıdan gələn nəqliyyat vasitələrinəvəeyni istiqamətdəgedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dö nərkən, yolun sol kənarıtərəfdən manevr etməküçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağkənarından (yolun sağqırağından) manevr etməyəyol verilir. Bu zaman sürücüarxadan vəqarşıdan gələn nəqliyyat vasitələrinəyol verməlidir. Qanundan da göründüyü kimi, sürücü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Lakin istər qanunvercilikdə, istərsə də təcrübədə sürücünün qarşıdan hansı məsafədən gələn nəqliyyat vasitəsinə yol verməli olması müəyyən edilməmişdir. Hazırki işdən də göründüyü kimi, Məhkum sola dönmə əməliyyatı aparmağa başlayarkən mərhumun idarə etdiyi avtomobil hadisə yerindən 56,2 metr məsafədə olmuşdur. Bundan əlavə, mərhum Mejdun Axundov təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla 70 km/saat sürətlə idarə etdiyi avtomaşını toqquşma yerinə və Məhkum idarə etdiyi avtomobili sola dönmə əməliyyatı apardığı yerə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol vəmeteorolojişərati, xüsusən hərəkət istiqamətindəgörməşəraitini nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuşsürət məhdudiyyətindənçox olmayan sürətləsürməlidir. Sürücühərəkətüçün təhlükəyarandığınıgördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaqüçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, burada “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri ilə həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ara sında rəqabət yaranır və səbəbli əlaqə ilə bağlı məsələlərin araşdırılması, eləcə də yol nəqliyyat hadisəsindən ibarət olan nəticənin kimin, məhkumun və yaxud mərhumun əməlinin nəticəsi, yəni əsəri olmasının müəyyən edilməsi məqsədi ilə meydana çıxan bu rəqabətdə mərhumun “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl edəcəyi təqdirdə hadisənin baş verib verməyəcəyi konteksindən yanaşdıqda məlum olur ki, Məhkum hadisədən bilavasitə öncə sola dönmə işığını yandıraraq hər hansı bir nəqliyyat vasitəsi ilə fiziki təmasda olmadan dönməni özü üçün təhlükəsiz şəraitdə tam başa çatdırmışdır. Qarşıdan gələn avtomobilə yol verilməsi tələbi isə qiymətləndirmə yolu ilə müəyyən edilməli tələbdir, yəni qarşıdan gələn avtomobil hansı məsafədə olmalıdır ki, dönmə əməliyyatını aparan sürücü də onu gözləs in? Ümumiyyətlə, yol hərəkətinin iştirakçıları yolun hərəkət hissəsində daim dəyişən, müxtəlif istiqamətlərə, müxtəlif sürətlə hərəkət edən nəqliyyat vasitələrinin mürəkkəb coğrafiyasında hər bir sürücü, onun eyni istiqamətdə və ya qarşıdan əks istiqamətdə hərəkətdə olarakən hər bir sürücünün gözləntisi digər sürücünün Qanunun tələblərinə dəqiq əməl etməsini gözləməkdən ibarətdir. Bu hadisədə də mərhum idarə etdiyi avtomobili yolda icazə verilən hərəkət sürəti (50 km/saat) ilə idarə edəcəyi təqdirdə, təhlükəli vəziyyətin, yol nəqliyyat hadisəsinin, ümumiyyətlə, baş verə bilməməsi real görünür. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri baxımından hazırkı hadisəyə yanaşdıqda məlum olur ki, Məhkum dönmə əməliyyatı apararkən qarşıdan gələn mərhuma məxsus avtoma şınla arasında kifayət qədər məsafə olmuş və mərhum da qeyd edilən Qanunun tələblərinə dəqiq əməl edəcəyi təqdirdə, ümumiyyətlə, heç bir yol nəqliyyat hadisəsi də baş verməzdi. Bu araşdırmadan məlum olur ki, həm irəli sürülmüş ittihama, həm də hadisə barədə verilmiş “Məhkəmə - yol nəqliyyat hadisəsləri ekspertizası”nın rəyinə əsasən həm məhkum, həm də mərhum tərəfindən “Yol hərəkəti haqqında” Qanunun müxtəlif maddələrinin tələbləri pozulmuşdur. Nəticənin (hadisənin) baş verməsinə məhkumun və ya mərhumun hərəkətinin səbəb olmasının müəyyən edilməsi üçün yuxarıda geniş şəkildə şərh edilmiş cinayət hüququnda səbəbli əlaqə institutunun tələbləri baxımından hadisəyə yanaşmaq və qiymətləndirmə aparmaq lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında da göstərilmişdir ki, səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Bu fikrin davamı olaraq qeyd edilməsi zəruridir ki, səbəbli əlaqənin mövcud olubolmamasının müəyyən edilməsi üçün hadisənin (nəticənin) baş verməsində konkret olaraq hansı subyektin hərəkətinin zəruri şərt və ya əsas faktor rolu oynamasının müəyyən edilməsi zəruridir. Bir qayda olaraq maddi tərkibli hər bir cinayət əməli törədilərkən hərəkətlə nəticə arasında səbəbli əlaqə bağı mövcud olur. Lakin əksər cinayətlərdə nəticəni kimin törətməsi o qədər açıq- aydın olur ki, burada hərəkətlə nəticə arasında səbəbli əlaqənin mövcud olub-olmamasını araşdırmağa zərurət olmur. Eyni zamanda, nəticə bir necə şəxsin hərəkətinin bəhrəsi ola bilir ki, bu da əsasən iştirakçılıqla törədilən cinayətlərdə mümkün olur və bu hala da birgə iştirakçılıq və ya rolların bölünməsi ilə iştirakçılıq hallarında rast gəlinir. Burada da hər bir iştirakçının hərəkəti ilə nəticə arasında iştirakçıların rol bölgüsünə uyğun səbəbli əlaqə bağı mövcud olur və əksər hallarda bu əlaqə mübahisləndirilmir. Lakin hazırkı cinayət işi üzrə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan iki şəxs var və müəyyən etmək lazımdır ki, yol nəqliyyat hadisəsinin törədilməsi iki şəxsdən kimin təqsiri səbəbindən baş vermişdir, yəni nəticə kimin əsəridir. Səbəbli əlaqənin ekvivalent nəzəriyy əsinin (bərabər şərtlər nəzəriyyəsi) tələbləri baxımından hadisəyə yanaşdıqda burada hər iki şəxslə bərabər yol nəqliyyat hadisəsində iştirak edən üçüncü avtomobil sürücüsü, eləcə də hər üç avtomobili istehsal edən və satan şəxslərdə nəticənin baş verməsində məsuliyyət daşımalı olacaqlar ki, bu Azərbaycan Respublikasının cinayət hüququ və məhkəmə təcrübəsi baxımından yolverilməzdir. Onu da qeyd etmək lazımdır ki, hər hansı bir əməl nəticənin baş verməsi üçün şərt olduğu halda, onun səbəbi kimi qəbul olunmaya da bilər. Əməlin nəticənin bilavasitə səbəbi olması vacib şərtdir. Səbəb şərtdən onunla fərqlənir ki, bir tərəfdən, səbəb həmişə şərt olur, şərt isə heç də həmişə səbəb ola bilmir. İkinci tərəfdən isə səbəbin özü, ona daxilən xas olan törədici xüsusiyyətlərə görə nəticəni yaradır. Şərt isə yalnız nəticənin baş verməsinə bu və ya digər yolla təsir göstərən, ya da ki, təsir göstərə biləcək hal kimi çıxış edir. Belə ki, əgər əməl, baş verən nəticə ilə müəyyən əlaqəsinin olmasına baxmayaraq, müəyyən nəticəyə gətirib çıxarmırsa, deməli, səbəbli əlaqə yoxdur. Yuxarıda qeyd edilən səbəbli əlaqə ilə bağlı nəzəriyyələrdən şərt nəzəriyyəsinin müəyyən etdiyi əlamətlər hazırki cinayət işinin faktiki halları ilə üst-üstə düşür. Belə ki, şərt nəzəriyyəsinə və ya şərtlərin eyniliyi nəzəriyyəsinə görə (condicio sine-qua non) bir hərəkət olmadan nəticənin düşünülməsi mümkün deyilsə, burada səbəbli əlaqə vardır. Bu, eyni zamanda, səbəbli əlaqə kəsilməsinin mümkün olduğu mənasını da daşıyır. Birinci şərt öz-özlüyündə nəticənin meydana gəlməsi üçün yetərli deyilsə, ikinci bir şərtin də möv cudluğu zəruridirsə və bu ikinci şərt nəticənin meydana gəlməsinə səbəb olmuşsa, burada səbəbli əlaqənin kəsilməsindən və ya önə keçən səbəbli əlaqədən bəhs edilir. Hazırki cinayət işinin faktiki hallarından da görünür ki, Məhkum idarə etdiyi avtomobillə qarşıdan gələn avtomobilə yol vermədən sola dönmə əməliyyatını həyata keçirmiş, lakin onun hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş verməmiş, yəni baş vermiş yol nəqliyyat hadisəsi onun əməlinin nəticəsi olmamış və mərhum yol hərəkəti qaydalarına əməl edəcəyi təqdirdə yol nəqliyyat hadisəsi də baş verməzdi. Yəni burada yol hərəkəti qaydalarını pozan iki şəxs var. Məhkum yol hərəkəti qaydalarını birinci pozur və onun hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş vermir, yəni səbəbli əlaqə kəsilir, bu kəsilmədən sonra isə mərhum tər əfindən yol hərəkəti qaydalarının pozulmasına yol verilir və nəticədə yol nəqliyyat hadisəsi baş verir. Mərhumun hərəkətləri (və ya hərəkətsizliyi) olmasa idi yol nəqliyyat hadisəsi də baş verməzdi, yəni işin faktiki hallarından da göründüyü kimi, hazırkı hadisədə nəticə ikinci şərtdən yararlanmış və ikinci şərtdə baş vermiş hadisə ilə nəticə arasında səbəbli əlaqə olmuşdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı cinayət işi üzrə baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsinə konkret olaraq kimin (məhkumun, mərhumun və ya digər şəxsin) səbəb olmasını dəqiq müəyyən etmək məhkəmələrin vəzifəsi olmasına baxmayaraq, məhkəmələr bu vəzifəni CPM-in tələblərinə uyğun olaraq yerinə yetirməmiş və nəticədə əsaslandırılmamış qərar (hökm və yekun qərar) qəbul etmişlər. CPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddaəlarının pozulması yolverilməzdir. CPM-in 349-cü maddəsi “Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər” adlanır. Həmin maddəyə əsasən: 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.4.Məhkəmənin hökmüAzərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız m əhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Bundan sonra Avropa Məhkəməsi) Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə a lınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Avropa Məhkəməsi Van de Hurk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Obermeier Avstriyaya qarşı iş üzrə qərarına əsasən Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrdən effektiv məhkəmə araşdırması tələb edir. Avropa Məhk əməsinin Helle Finlandiyaya qarşı, Schuler-Zgraggen İsveçrəyə qarşı, Feldbrugge Hollandiyaya qarşı, Albert və X17rşı iş üzrə qərarlarına əsasən nəticə etibarilə, məhkəmə prosesinin ədalətliliyi ilə bağlı istənilən nöqsan müəyyən şərtlər daxilində daha sonrakı mərhələdə, ya eyni məhkəmə və yaxud yuxarı məhkəmə tərəfindən aradan qaldırıla bilər. Avropa Konvensiyası və Avropa Məhkəməsinin yuxarıda qeyd olunan presedent hüququndan da göründüyü ki, sübutlar, yəni təqdim olunmuş dəlillər və məlumatlar mütləq yoxlanılmalı və daha sonra qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı isə qəbul olunmayan, yəni rədd edilən sübutun rədd səbəbləri dəqiq göstərilməli və əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. Qərarları). Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməd iyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 aprel tarixli, 1(106)-179/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və h əmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq e dilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2024-ci il 21 noyabr tarixli, 1(056)-59/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 aprel tarixli, 1(106)-179/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar