Məhkəmə qərarları › İş №1(102)-1679/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1679/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1679/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli, 1(103)-214/2022 nömrəli qərarından Məhkum Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Fərhad oğlu xx xxxxx 1967-cı ildə Daşkəsən rayonu Tapan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi döngə 1 ev mənzil 15-də yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Fərhad oğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,042 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəksi 1.745 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini vahid niyyətlə qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, qadağan olunmuş əşya olan əldə etm iş olduğu 1.745 qram çəkidə olan metamfetamindən 0.683 qram hissəsini və 3.042 qram çəkidə narkotik vasitə olan heroini yoxlamadan gizlətməklə kartofun içərisində iki ədəd ayrı-ayrı polietilen bükümlərdə yerləşdirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhəri Həsən Əliyev küçəsində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid8 verilməsi üçün sonuncuya sovqat aparan oğlu Şahid9 vasitəsilə göndərmiş, Şahid9 yetkinlik yaşına çatmadığından içərisində narkotik vasitə və psixotrop maddə olan sovqatı dayısı Şahid11 həbsdə saxlanılan atası Şahid8 verməsini xahiş etməsinə görə 14 fevral 2021-ci il tarixdə, saat 15:40-da 2 saylı istintaq təcridxanasının sovqat qəbulu Arzu Qurbanovun gətirmiş olduğu sovqata baxış keçirilərkən kartofun içəris ində gizlədilmiş 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olan təmiz çəkisi 3,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,683 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar olunaraq götürüldüyündən onun iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı, yəni naktotik vasitə olan heroini və pixotrop maddə olan metamfetamini istintaq təcridxanasında saxlanılan tanışı Şahid8 ötürməyə cəhd etmiş, həmçinin 2 saylı İstintaq Təcridxanasına narkotik vasitə və psixotrop maddə ötürməyə cəhd etməsi ilə əlaqədar Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 16 fevral 2021-ci il tarixdə, saat 20:00-da Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zamanı əynindəki göy rəngli idman geyiminin sağ yan cibindən istintaq təcridxanasına keçirməyə cəhd etdiyi psixotrop maddə ilə eynilik təşkil etdiyi təmiz çəkisi 1,062 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 1(100)74/2022 nömrəli hökmü ilə Məhkum Fərhad oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə, CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır.

4. Həmin hökmdən Məhkum Fərhad oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli, 1(104)-214/2022 nömrəli qərarı ilə Məhkum Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum Fərhad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

7. Məhkum Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və yenidən məhkəmə araşdırılması aparılmaqla digər maddələrə tövsif olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya inst ansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Məhkum Fərhad oğlu kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 12 aprel 2022-ci il tarixli, 1(104)-214/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

17. Məhkəmə kollegiyası Məhkum Fərhad oğlunun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

18. Belə ki, Məhkum Fərhad oğlu əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məh kəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Fərhad oğlunun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

20. Məhkəmə kollegiy ası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

21. Beləliklə, məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Fərhad oğlunun törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

22. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli, 1(104)214/2022 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. 23/ Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyasİ Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Fərhad oğlu barəsində olan 12 aprel 2022-ci il tarixli, 1(104)-214/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar