Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-168/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx xxxxx 2019-cuil tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Samux rayon Məhkəməsinin xx xxxxx 2019-cuil tarixli hökmü ilə (sədrlik edən hakim X15 oğlu) Məhkum- xx xxxxxx 1979-cu ildə Kəlbəcər rayonun Geşdək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 3 nəfərlik ailəsi var, əvvəllər Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cəzasını çəkib qurtarmışdır, məhkumluğu ödənmişdir, Kəlbəcər rayon Yellicə kəndində qeydiyyatda olmaqla, Ünvan1də yaşayır Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. Məhkum oğlunun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən mə lumatlandırmaq vəzifəsi qoyulmuşdur. Həmin hökmlə X8, X12 və X4 məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təqsirləndirilən şəxslər X8, X12 və X6 şəxsiyyəti ibtidai istintaqa məlum olmayan X2 adlı şəxslə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxxxxx 2018-ci il tarixdə saat 14-15 radələrində X2 məxsus 5 baş, cəmi 4900 manat dəyərində iri buynuzlu camış heyvanlarını Samux rayonu Yenikənd kəndinin ərazisində yerləşən açıq otlaq örüş sahəsindən gizli olaraq talayıb oğurluq etmişlər. Hökmdən Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakiml ər: S.B.Hüseynov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməmiş, hökmdə isə dəyişikilik edərək Məhkum na təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətini 1 (bir) ilə endirmiş, qalan hissədə qərarı dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini əməlində cinayət tərkibi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir oğurluq cinayəti törətməmiş, oğurluq edən şəxslərlə onun arasında hər hansı bir hissənin bölünməsi olmamış, onun barəsində ibtidai istintaq düzgün aparılmamışdır. Digər təqsirləndirilən şəxslər X8, X12 və X6 heç biri latın əlifbası bilmədiyi üçün onların istintaqa verdiyi ifadələri müstəntiq təhrif etmişdir. Məhkəmə iclasında həmin şəxslər Məhkum oğurluqda iştirak etmədiyini göstərmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilm əsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayətində Məhkum heç bir oğurluq cinayəti törətmədiyini, digər təqsirləndirilən şəxslər X8, X12 və X6 heç biri latın əlifbası bilmədiyi üçün onların istintaqa verdiyi ifadələri müstəntiqin təhrif etdiyini göstərmişlər. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə Məhkum cinayət əməlləri sübut olunmuşdur. Digər təqsirləndirilən şəxslərin latın qrafikasını bilmədiklərinin ifadələrinin təhrif olunması barədə Məhkum birinci instansiya məhkəməsi iclasında da irəli sürdüyü dəlillər yoxlanılmışdır. Birinci instansiya məhkəməsi iclasında digər təqsirləndirilən şəxslər X8, X12 və X6 ifadələrində cüzi dəyişikliklər etsələr də Məhkum onlarla birlikdə oğurluqda iştirakı barədə kifayət qədər etirafedici ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti üzrə əlavə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxslər iş üzrə sərbəst izahat və ifadələr verərək etdikləri oğurluq cinayətini etiraf etmişlər, onların ifadələri özlərinə ucadan oxunmuş və özləri tərəfindən təsdiq edilmişdir. İfadə verilən zaman onlara heç bir təziyiq və təsir göstərilməmişdir. Məhkumun kassasiya şikayətində göstərdiyi digər təqsirləndirilən şəxslərin ifadələrinin tə hrif olunması barədə dəlilin əsaslılığı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən də yoxlanlmış, göstərilən dəlillərin əsassızlığı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla tədqiq edilmiş və Məhkum cinayət əməlinin hüquqi tövsifi dəyişdirilməmişdir. Məhkum təyin edilmiş cəza Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddinədək azaldılmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum və digər təqsirləndirilən şəxslərin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum və müdafiəçisi-vəkil Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-168/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-168/2020
14.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver