Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-168/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçi – Bakı Şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, F.A.Qəribov T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1989-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Ağcabədi şəhəri, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi üzrə 07 (yeddi) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəlinin tutulduğu vaxtdan, yəni 17 iyul 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmç inin, X5 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu və digər məhkum X2 müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.C.Cəfərov, hakimlər N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilməmiş, hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarının qismən toplanması yolu ilə qəti olaraq təyin edilmiş 13 (on üç) il müd dətinə azadlıqdan məhrum etmə cəzası 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, X3 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarının qismən toplanması yolu ilə qəti olaraq təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koll egiyasının 12 yanvar 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayəti ni və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-168/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-168/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver