Məhkəmə qərarları › İş №1(102)-168/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-168/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-168/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib oğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə) 22 iyul 2022-ci il tarixli hökmü ilə xx xxx 1988-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 5 noyabr 2021-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 6 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-114/2022 saylı, 22 iyul 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, “Verdiktum” Vəkil Bür osunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, haz ırki qərara əsasən Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3- cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin may ayının ortalarında övladı X7 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncunun anası Şahid8 özünün geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Aysel Rəşidlini «Kürdəmir Asan Xidmət Mərkəzi»nə işə düzəldəcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsin Aysel Rəşidlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 manat məbləğində pulu rüşvət qismində verilməsi müqabilində həmin məsələni 20 gün ərzində müsbət həll edəcəyini, yəni Aysel Rəşidlini həmin tarixədək «Kürdəmir Asan Xidmət Mərkəzi»ndə işə düzəldəcəyini Şahid8 Mingəçevir şəhəri Heydər Əliyev prospekti 4 saylı binanın həyətində aldatmaqla yalandan vəd edərək istədiyi 7.000 manat pulun 6.000 manatını əvvəlcə, qalan 1.000 manatı isə Aysel Rəhimlinin işə qəbul əmri verildikd ən sonra verməli olduğunu bildirib, Şahid8 razılığını almaqla sövdələşib, həmin adla 28 may 2020-ci il tarixdə ünvan 2 ünvanda sonuncudan 6.000 manat məbləğində pulu alıb, eyni niyyətlə, 16 iyul 2020-ci il tarixdə Şahid8 zəng edərək guya işin həll olunduğunu, təcili olaraq qalan 1.000 manat pulu cinayətdən xəbərsiz X8 adına olan bank hesabına göndərməsini bildirərək "xxxx" ASC-yə məxsus olmaqla özündə olan 4****2867 nömrəli plastik kartının fotoşəkilini «WhatsApp» ani mesajlaşma və internet telefonu ilə mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə göndərərək sövdələşib sonuncu tərəfindən həmin tarixdə 1.000 manat pulun həmin karta Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerlə şən «İlkin market»dən göndərməsinə nail olub, həmin pulu "xxxx" ASC-nin Bakı şəhərində «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığında yerləşən filialının bankomatından çıxarmaqla, əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid8 məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pulu ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aysel Rəşidlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid8 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa o, eyni niyyətlə, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cina yətdən xəbərsiz tanışı Şahid4 vasitəsi ilə X3 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncunun atası Şahid1 2020-ci ilin sentyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Astara rayonunun Siyakü kəndində Şahid1 cinayətdən xəbərsiz olan qaynı Şahid6 evində görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək səlahiyyətli şəxsi kimi təqdim edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yüksək vəzifədə işləyən yaxın tanışının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Nəzərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 25.000 ma nat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində həmin məsələni 30 oktyabr 2020-ci il tarixədək müsbət həll edəcəyini, yəni Elşən Nəzərovu həmin tarixədək həbsdən azad etdirəcəyini Şahid1 yalandan vəd edərək, istədiyi 25.000 manat pulun əvvəlcə 10.000 manatını, bir neçə gün sonra isə qalan hissəsini verməli olduğunu bildirib, görəcəyi işdə özünə inam yaradıb, bununla da alınacaq pulun müqabilində həmin məsələnin həll ediləcəyini yalandan deyib yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid1la sövdələşib, həmin görüşləri zamanı tələb etdiyi məbləğdən 9.000 manat pulu sonuncudan alıb, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarına yaxın istintaqla müəyyən edilməyən gündə Şahid1 zəng edərək qalan 16.000 manat pulu da Bakı şəhərinə aparıb ona verməli olduğunu bildirərək aldadıb, Şahid1la razılaşmaqla sövdələşərək, 16 sentyabr 2020-ci il tarixdə həmin adla Bakı şəhəri «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığındakı parkda Şahid1 digər oğlu Şahid2la görüşüb sonuncudan 13.600 manat pulu eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarında Şahid1 zəng edərək işlərin güya mürəkkəbləşdiyini, danışdıqları vəsaitə məsələnin alınmadığını aldatmaqla bildirib əlavə olaraq yenidən 10.000 manat pulu eyni niyyətlə istəyib, qalan pulu ona cinayətdən xəbərsiz olan atası X4 adına olan bank hesabına göndərməyini bildirərək, atasının "xxxx" ASC-yə məxsus olmaqla özündə olan 4169 74** **** **89 nömrəli plastik kartının fotoşəkilini «Whatsapp» ani mesajlaşma və internet telefon mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şa hid2 istifadəsində olmuş ******-**-** mobil telefon nömrəsinə göndərərək sövdələşib Şahid1 tərəfindən 16 sentyabr 2020-ci il tarixdə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat olmaqla, ümumilikdə 11.700 manat pulu həmin karta Astara rayonunun Pensər kəndindən göndərməsinə nail olub, həmin pulu "xxxx" ASC-nin Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarından çıxarmaqla, əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus cəmi 34.300 (otuz dörd min üç yüz) manat məbləğində pulu ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Nəzərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçisi olduğu Məhkum ona istinad olunan əməli törətdiyi mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmələr Məhkum istinad olunan ittiham üzrə təqsirli bilmək üçün yalnız zərər çəkmiş şəxsin və şahidlərin bir-biri ilə ziddiyyət təşkil edən absurd ifadələrinə əsaslanmışdır. Müdafiəçisi olduğu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi yalnız təkzibolunmaz sübutlarla təsdiq edildikdən sonra, o, həmin maddə ilə ittiham oluna və cəzalandırıla bilər. İş materialları ilə Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi heç bir mötəbər sübutla təsdiq edilmir. Cinayət işinin materiallarından və məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən də göründüyü kimi şahidlərin bəziləri təqsirləndirilən şəxs Məhkum özünün harada işləməsini demədiyini, bəziləri guya Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, bəziləri i sə guya Dövlət Sərhəd Xidmətində işlədiyini dediyini bildirmişlər. Bütün bunlar isə cinayət işinin ibtidai istintaqını aparan müstəntiqin verilmiş ittihamların formal da olsa tərkibini yaratmaq üçün şahidlərə təsiri nəticəsində alınmış ifadələrdir. Məhkum birbaşa kontaktda olduğu şahidlərdən Şahid4 və Şahid6 Məhkum onlara və ya kiməsə harada işləməsi barədə deməsini eşitmədiklərini bildirmişlər. Digər tərəfdən, Məhkum əvvəlcədən nə Şahid1, nə də onun qohumlarını tanımadığını, yalnız Rəna adlı qadının ona zəng edərək nəvəsi Nadirin dostu üçün vəkil lazım olmasını bildirməsindən sonra Rəna xanımın və Şahid4 vasitəsi ilə Şahid1 və onun qohumlarını tanıdığını, onlarla Şahid4 və Rəna xanımın əlaqə saxladığını, sonradan isə Şahid1 və onun qohumlarının özlərinin onunla əlaqə saxlayaraq köməklik g östərməsini xahiş etdiklərini, özünün isə nə Şahid1 və nə də onun qohumlarını rüşvət verməyə təhrik etmədiyini bildirmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə verilmiş ittiham nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı sübut edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyinin iş materiallarında olan hansı mötəbər sübutlarla təsdiq edildiyini öz qərarında əsaslandırmamışdır. Bütün bunlar, həm ibtidai istintaqın, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində araşdırmanın qeyri-obyektiv aparıldığını, müdafiəçisi olduğu Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyinin sübuta yetirilmədiyini bir daha təsdiq edir. Müdafiəçi kassasiya şikayətind ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri üzrə təqsiri sübuta yetirilmədiyinə görə, Məhkum barəsində bəraət hökmü çıxarılması, Məhkum əməlini 178.1-ci maddəsi ilə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin qismən təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfində n faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci mad dəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayə t-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv a raşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələlər məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri üzrə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsi, eyni zamanda əməlini 178.1-ci maddəsi ilə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə bəraə t verilməsi barədə dəlillərinə münasibət bildirməri zəruri hesab edir: Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2,178.2.4 və 310-cu maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməlinin əlamətlərinin mövcu d olması, işin faktiki halları, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 18 may 2021-ci il tarixli xx/xx-1285 saylı məktub; Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 100 manatlıq əskinasların əks olunduğu foto şəkil; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş 3 may 2021-ci il tarixli 16/2537 saylı məktub və digər sübutlarla sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 və 310-cu maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.2.2,178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə da ir işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönə lmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borc unun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli mi qdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməkdən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdən ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun dələduzluq cinayət əməli törətməməsi qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət Məcəllə sinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədil miş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsi rkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, onun özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib etməməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan d igər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkumun qeyd edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Kassasiya məhkə mə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə tövsif edilməsi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum göstərilən əməllər üzrə bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə olan əməlinə münasibətdə isə qeyd edir ki, şəxsin cinayət qaydası nda cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib-edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarından xaric olunmalıdır. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul t arixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4,312-ci maddəsi) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəs ində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törə dilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Odur ki, hazırki işdə də Məhkum törətdiyi dələduzluq əməllərində “rüşvət verməyə təhrik” əslində yalan olmaqla dələduzluq cinayətinin üsulu kimi çıxış etdiyindən, onun təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyası ilə tam şəkildə əhatə olunur və əməlin əlavə olaraq cinayətlərin məcmusu qaydasında, həm də CM-in 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi üçün hüquqi əsas yar anmır. Bu səbəbdən CM-in 32.4,312.2-ci maddəsi məhkumun əməllərinə artıq (hüquqi əsas olmadan) şamil edilmiş cinayət-hüquqi normalar olduğundan, şərh edilən hal əməlin hüquqi tövsifində yol verilmiş səhv kimi qiymətləndirilməli, bu hissədə kassasiya şikayəti əsaslı hesab edilib qismən təmin edilməli, CPM-in 416.1.15-ci maddəsində göstərilən əsasla mübahisələndirilən məhkəmə qərarları dəyişdirilməli, məhkum edilmiş şəxsin CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, dair müddəalar məhkəmənin yekun qərarından xaric edilməlidir Kassasiya şikayətində mübahisələndirilən cəzaya dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəlləni n Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sa həsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dö vlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olun ması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı (himayəsində iki azyaşlı uşağının olmasını) və ağırlaşdıran hal olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə a lınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 178.2.2, 178.2.4 və 310-cu maddələrinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı övladının olması kimi cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halın olmaması qeyd olunsa da, cəzanı yüngülləşdirən hallara düzgün hüquqi qiymət verməməsi qənaətinə gələrək dəymiş ziyanın ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı əlavə hallar qismində müəyyən etmiş, birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində g östərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə c avab verir. Məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi) üçün qanuni əsas kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilərək həmin qərardan Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə və Azərbaycan Respublikası CM-in 66.3-c ü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməli, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyi şdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və həmin maddə ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar