Məhkəmə qərarları › İş №1(102)-168/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-168/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-168/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X14 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə X17 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli 1(099)-72/2024 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1991-ci ildə Lənkəran rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMin 234.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cə zasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, xxx qeydiyyatda olmaqla yaşayan X17 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad olunması, CPM-in 350.4-cü maddəsinə əsasən ona verilmiş ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, X17 qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın öd ənilməsini tələb etmək hüququnun izah olunması müəyyən edilmiş, həmçinin maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı V.İ.Şabanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli 1(106)-641/2024 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya p rotesti verilmişdir. İŞİN HALLARİ: X17 qarşı irəli sürülmüş ittihama görə, o, özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 30 oktyabr 2022-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu X kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin plastik pəncərəsini aralama yolu ilə açıb, evə qanunsuz daxil olub ikinci mərtəbəyə çıxmaqla yataq otağından şifonerində qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus olmuş saxlanc yeri olan mücrünün içərisindəki qızıl zinət əşyaları olan 300 manat dəyərində 1 ədəd rusiya istehsalı olan 5 qram çəkidə 583 əyyarlı sadə qızıl boyunbağını, 250 manat qiymətində bir ədəd rus istehsalı 583 əyyarlı aypara formasında 5 qram çəkidə klonu, 150 manat qiymətində bir ədəd rus istehsalı 583 əyyarlı aypara formasında 2 qram çəkidə klonu, 50 manat qiymətində bir ədəd rus istehsalı 583 əyyarlı gözmuncuğu formasında 2 qram çəkidə klonu, 1100 manat qiymətində bir ədəd rus istehsallı 583 əyyarlı brilyant qaşlı, 10 qram çəkidə üzüyü, 75 manat qiymətində bir tay rus istehsallı 583 əyyarlı sadə qaşlı 2 qram çəkidə sırğanı və həmin mücrünün yanında olan pul qabından 240 manat pul olmaqla Zərərçəkmiş şəxs1 2.165 manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o 2023-cü ilin fevral ayının ortalarında Lənkəran rayonu X kəndində satış məqsədi olmadan, qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,748 qram, 0,814 qram və 0,809 qram-ümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristal form ada, eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 17 fevral 2023-cü il tarixdə saat 15:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu X kəndi ərazisində yaşadığı evinin yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman gödəkcəsinin sol yan cibindən şəffaf selofana bükülmüş həmin psixotrop maddə metamtetamin üzərində «kent» siqaret qutusunun içərisindən 1 ədəd borucuq və falqa ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışd ır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X17 CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Birinci instansiya məhkəməsi X17 CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs X14 məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında ma raqlı şəxslər olan bacısı X-in, qonşusu X-in və X-in məhkəmələrdəki ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya X14 təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş. Belə ki, işin hallarından göründüyü kimi, X14 iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə X14 qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımasının və eləcə də onun Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olmaqla oğurluq etməsinin mötəbər sübutlarla təsdiqini tapmaması qənaətinə gəlməklə X17 CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs X14 məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib X18 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Halbuki X24 ibtidai istintaqın bütün mərhələlərində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ona CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilmiş və törətdiyi cinayət əməlləri barədə tam təfsilatı ilə etirafedici ifadələr vermiş, o cümlədən həmin ifadələrində polis şöbəsinə gətirilərkən və şöbədə olarkən ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilmədiyini göstərmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X24 çıxış edərək, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsini n prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən X17 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhku mun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X17 verilmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməməsi barədə qənaətə gəlinmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nə zərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin tə qsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, y aranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarıl ır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X14 yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qa ydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və o nun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). X14 barəsində olan cinayət işini n materiallarından görünür ki, X14 17 fevral 2023cü il tarixdə saat 15:30 radələrində Lənkəran Rayonu X kəndində saxlanılmaqla rayon polis şöbəsinə gətirilməsi sənədləşdirilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. X14 üzərində şəxsi axtarış aparılması barədə 17 fevral 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, onun üzərində şəxsi axtarış 17 fevral 2023-cü il tarixdə saat 16:20-də aparılmışdır. Videogörüntülərdə X14 axsaması, ayaq üstə çətinliklə durması müşahidə edilir. Psixotrop maddə metamfetamin onun cibindəki siqaret qutusunda dörd ədəd sellofan bükümlərdə aşkar olunur, elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 3,13 qram olması müəyyən edilir. Bundan başqa siqaret qutu sunun içərisindən 1 ədəd kağız borucuq və bir ədəd gümüşü rəngli kağız parçası aşkar olunmaqla götürülmüşdür. X24 dörd ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini X kəndində x adlı şəxsdən öz istifadəsi üçün 35 manat pula almasını göstərmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisinə yazdığı xx.xx.2023-cü il tarixli raportunda göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonu X kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evindən baş vermiş oğurluq hadisəsinin X24 tərəfindən törədilməsinin müəyyən edilməsi göstərilmişdir. Bu raport əsasında 19 fevral 2023-cü il tarixdə X12 qeyd olunan oğurluq cinayəti ilə bağlı e tirafedici ifadə alınmış və bunun əsasında X kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən qızıl əşyalarının və 240 manat məbləğində pulun oğurlanması faktına görə 23 noyabr 2022-ci il tarixli qərarla CM-in 177.1-ci maddəsi ilə başlanılmış, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından CPM-in 53.1.1-ci maddəsinə əsasən icraatı 24 dekabr 2022-ci il tarixli qərarla dayındırılmış, cinayət işi üzrə icraat 19 fevral 2023-cü il tarixli qərarla təzələnməklə hazırkı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, 17 fevral 2023-cü il tarixdə X14 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə günün birinci yarısı saat 09:11-də, 10:54-də, 11:41-də, 12:09-da, 12:11-də 12:19-da, 13:01-də və 13:19-da danışıql ar aparılmış, həmin vaxt telefonun anten dairəsi Lənkəran rayonu x kəndi ərazisində olmuş, 13:19-dan sonra danışıq aparılmamışdır. X14 17 fevral 2023-cü ildə faktiki olaraq onunla eyni kənddə (Lənkəran rayonu X kəndində) yaşayan əmisinin arvadı X7 yaşadığı evdə naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar olaraq, cinayətin onun tərəfindən törədilməsindən şübhələndiklərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulması barədə ifadəsinin yoxlanılması məqsədi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan, X7 öldürülməsi faktına görə başlanılmış cinayət işinin materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi Lənkəran rayon prokurorunun 17 fevral 2023-cü il tarixli qərarı ilə başlanılmışdır. Qərarda göstərilir ki, X-in meyit i yaşadığı evdə saat 11:45-də aşkar olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi barədə 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış saat 11:55-də başlanmış və 13:40-da başa çatmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid kimi dindirilən X13 göstərmiş ki, Lənkəran rayonu X kəndində X14 bacısı X-lə qonşuluqda yaşayır. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında onlarla eyni küçədə yaşayan X-in yaşadığı evdə öldürülməsi məlum olmuş, küçəyə çoxlu adamlar və polis işçiləri toplaşmışlar. Həmin gün saat 13 radələrində evdə olduğu zaman həyətdə səs-küy eşitmiş, pəncərədən həyətə baxında qonşuları X14 qaçaraq onların həyətlərinə girdiyini, polis işçilərinin də onun dalınca həyətə girdiklərini, onu qovduqlarını görmüşdür. Polis işçiləri bir dəfə h avaya atəş açmışlar, bu zaman X dayanmışdır. Polis işçiləri onu tutub aparmışlar. X14 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdə saat 13:19-dan sonra danışıq aparılmamasından təsdiq olunur ki, polis əməkdaşları tərəfindən X14 xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu X kəndində tutulmasını göstərsələr də, həmin saatlarda X24 faktiki olaraq ölüm işi ilə əlaqədar Lənkəran ŞRPŞ-də saxlanılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməs ini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifa dəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələblərindən çıxış edərək kassasiya protestində göstərilmiş “məhkumun ibtidai istintaq zamanı etirafedici ifadələrinin məhkəmələr tərəfindən nəzərə alınmamasına” dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, cinayət işi üzrə X14 barəsində 17 fevral 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərar qəbul olunsa da, o, ekspert müayinəsinə 20 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 160 nömrəli rəydə X14 bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmaması göstərilmişdir. Bununla yanaşı, Bakı İstintaq Təcridxanasından daxi l olmuş sənədlərin surətlərindən görünür ki, X24 Bakı İstintaq Təcridxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. O, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı hər iki budunun aşağı üçdə birində və hər iki bilək nahiyəsində 2-3 sm ölçülərdə üzəri qərtməkli yaralar aşkar olunmuşdur. X14 polis şöbəsində saxlanıldığı müddətdə döyülməsi və işgəncəyə məruz qalması onun özünün ifadəsindən əlavə onun anası Şahid4 və X10 ifadələri ilə, cinayət işinin materiallarında olan sənədlərlə və xx.xx.2023-cü il tarixdə onun üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş videogörüntülərlə (istintaq hərəkəti zamanı X-in axsaması, ayaq üstə çətinliklə durması müşahidə olunur) kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid4 və X20 məhkəmə istintaqında verdikləri ifadələrində göstərmi şlər ki, onları polis şöbəsinin üçüncü mərtəbəsində, X18 isə birinci mərtəbədə saxlamışlar. Polis işçiləri X18 döyərkən onun qışqırıq səsləri eşidilmişdir. Bundan əlavə işin materiallarından müəyyən olunduğu kimi polis işçilərinin X18 döymələri nəticəsində çoxsaylı bədən xəsarətləri aldığından yaraları sağalana kimi on gün müddətində polis şöbəsində saxlamış, sonra isə Bakı İstintaq Təcridxanasına göndərmişlər. Halbuki CPM-in 157-cü maddəsi imperativ qaydada müəyyən etmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutul muş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdik ləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin 20 fevral 2023-cü il tarixli 160 nömrəli rəydən “asılı olduqlarını” iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəz ərə almamış və bu zaman həmin rəylə nə kimi faktiki halların müəyyən edildiyinə, rəydə faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olubolmamasına əhəmiyyət verməmişdir. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə məhkəmələrin X14 barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 160 nömrəli rəyinə yuxarıda gətirilən hüquqi normaları əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, X14 saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə və oğurluq cinayəti ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan psixotrop maddənin X17 aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında aşağı instansiya məhkəmələrinin nət icəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 12 5-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X14 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirilən dəlilləri mötəbər hesab etmişdir. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərini n pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı d igər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəs ində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Onun məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, ittihamın əsasını təşkil edən, etirafedici ifadələrin, “şəxsi axtarış aparılması barədə” 17 fevral 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyi şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X17 CM-in 177.2.3 və 234.1-1- ci maddələri ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X14 təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apelly asiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cin ayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini i sə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar