Məhkəmə qərarları › İş №1(102)-1680/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1680/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1680/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlunun, Məhkum müdaf iəçisi Rüstəmov Şahin Əli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi və Məhkum CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi S.B.Fərəcov və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Musayev Aqil Əlisa oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tə rkibdə) Təqsirləndirilən şəxs1, 29 avqust 1971-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, İİ qrup əlil olan, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəmluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə, və Məhkum, xx xxxxx 1969-cu il tarixdə Salyan rayonunun Qubalı kəndində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 237.1ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 14 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzas ına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da, hər birisi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalarını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Təqsirləndirilən şəxs3 CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə, Təqsirləndirilən şəxs2 isə CMnin 69.3.-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olara q təmiz çəkisi 3,299 qram olmaqla, külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) əldə etmiş, saxlamış, daşımış, həmin heroinin təmiz çəkisi 1,350 qram təşkil edən hissəsini 29 iyul 2021-ci il tarixdə saat 19 radələrində ünvan 3ün yanında tanışı Təqsirləndirilən şəxs3 iyirmi manat məbləğində pula, təmiz çəkisi 1,949 qram təşkil edən hissəsini isə 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə tanışı Məhkum əlli manat məbləğində pula satmışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birgə istifadə etmək məqsədilə heroin əldə etmək barədə razılığa gəldikdən sonra 29 iyul 2021-ci il tarixdə saat 19 radələrində satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs3 Təqsirlə ndirilən şəxs2 ona verdiyi iyirmi manat məbləğində pula ünvan 3in yanında tanışı Təqsirləndirilən şəxs1 təmiz çəkisi 1,35 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən heroini əldə etmiş, saxlamış, daşımış, həmin heroinin bir ədəd bükümdə təmiz çəkisi 0,662 qram təşkil edən hissəsini Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin heroini əlində saxlamış, daşımış, Təqsirləndirilən şəxs3 əldə etdiyi heroinin bir ədəd bükümdə qalan, təmiz çəkisi 0,688 qram təşkil edən hissəsini idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdə olan günlüyündə saxlamış və daşımışdır. Məhkum satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə və iki ədəd bağlamada, müvafiq o laraq təmiz çəkiləri 0,98 qram, 19,42 qram və 255,0 qram, ümumi təmiz çəkisi 275,4 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) əldə etmiş, 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhərində yerləşən “köhnə hərbi şəhərcik” adlandırılan ərazidə tanışı Təqsirləndirilən şəxs1 iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram və 1,269 qram, ümumi təmiz çəkisi 1,949 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən heroini əlli manat məbləğində pula almaqla əldə etmiş, ünvan 3 ünvanında yerləşən, yaşadığı evə daşımış, göstərilən qurudulmuş marixuananın təmiz çəkisi 255,0 qram təşkil edən hissəsini yaşadığı evin ikinci mərtəbəsindəki istifadə olunmaya n otağın döşəməsi üzərində sərilmiş vəziyyətdə, qalan hissələrini və heroini isə yaşadığı evin həyətində yatmaq üçün hazırladığı yerin üzərində olmuş qablarda saxlamışdır. Bundan başqa, o, 2021-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş, dörd ədəd olmaqla, xeyli miqdar təşkil edən çətənə bitkilərini qanunsuz olaraq əkmək, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 29 iyul 2021-ci il tarixdə müvafiq olaraq saat 20 və 22 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, 14 avqust 2021-ci il tarixdə Məhkum saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə, Məhkum yaşadığı evə və onun həyətyanı sahəsinə baxış keçirilərkən göstərilən narkotik vasitələr və çətənə bitkiləri saxlanılması və əkilməsi yuxarıda qeyd edilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Həbibov Vəliəhəd Heydər oğlu, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi S.B.Fərəcov və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 1 6 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs3, onun müdafiəçisi V.H.Həbibov və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi S.B.Fərəcov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, həmin hökm isə dəyişdirilərək Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İlk növbədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegi yasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qərarı Təqsirləndirilən şəxs3 aid hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmiş və sonuncuya CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) ilədək endirilmişdir. Bundan sonra, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi S.B.Fərəcov və Məhkum ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi S.B.Fərəcov – qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Tə qsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılması üçün işin yeni apellyasiya baxışına təyin olunmasını; - Məhkum – qərarın ləğv olunmasını və ona daha yüngül cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində sübutların toplanması, araşdırılması, qiymətləndirilməsi, habelə cinayət işi üzrə bəraət hökmünün çıxarılması əsasları təsbit edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin iş üzrə toplanmış bəzi sübutlara istinad edən müdafiəçi S.B.Fərəcov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1in ona qarşı irəli sürülmüş itiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməm iş, bu ittiham yalnız hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin həqiqətə uyğun olmayan, ziddiyyətli və başqa sübutlarla təsdiq olunmayan ifadələri üzərində qurulmuş, məhkəmələr araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün qiymət verməmiş və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs təqsiri olmadığı halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Onun ibtidai araşdırma zamanı döyülməsi faktı isə məhkəmələr tərəfindən araşdırılmamış və bu halı da təsdiq edən sübutlara qanuna müvafiq qaydada qiymət verilməmişdir. Təqsirləndirilən şəxs1 nə vaxtsa və kimdənsə hansısa miqdarda narkotik vasitələr əldə edərək saxlaması və daşımasını təsdiq edən sübutlar isə ümumiyyətlə əldə edilməmiş və məhkəmə iclaslarında belə sübutlar araşdırılmamışdır. Müdafi əçinin qənaətinə görə, bu hal bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 heç vaxt və heç kimə ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda və növdə narkotik vasitə satmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi S.B.Fərəcov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri nəzərdə tutulmuş CM-nin müvafiq maddələrinə, kassasiya icraatını tənzimləyən CPM-nin normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, ona qarşı irəli sürülmüş ittiham üzrə işin müəyyən edilmiş hallarına, barəsində çıxarılmış 06 may 2022-ci il tarixli hökmə və həmin hökmün onun barəsi ndə dəyişdirilmədən saxlanılması haqqında apellyasya instansiyası məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarına istinad edən Məhkum həmin qərardan verdiyi kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən cəzanı yüngülləşdirən bir sıra halları nəzərə almasını göstərsə də, eyni zamanda onun qardaşı oğlu X4 N saylı hərbi hissədə xidmət etməklə Suqovuşan qəsəbəsinin azad olunmasında iştirak edərək şəhid olması, “Murov” fatehi adlandırması, qardaşı Xnin də qazi olmasını nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi də bu halları diqqətindən qaçımışdır. Halbuki, bu hallara görə ona daha yüngül cəza təyin edilə bilərdi. Qeyd olunan dəlillərə əsaslanaraq Məhkum da onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Müdafiəçi S.B.Fərəcovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu iş üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirərək həmin şikayətində iş üzrə toplanmış sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edib apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək məhkumun barəsində bəraət hökmünün çəxarılması üçün işin yeni apellyasiya baxışına təyin olunması barədə kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirmişdir. Məhkum isə kassasiya şikayətində ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan açıq-aşkar ağır cəzanın təyin təyin edilməsini iddia edir və həmin cəzanın yüngülləşdirilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 müdafiəçi S.B.Fərəcovun və Məhkum kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs1 və Məhkum barələrindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cina yət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərin ə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apel lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bunda n başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Kon stitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin hər bir insannın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, cinayət törətmiş şəxslərin isə hər hansı cinayət in törədilməsində təqsirlilikləri sübuta yetirildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə pri nsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutla rın təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyəti nin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanu nvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilə r. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prose sinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədal ətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməmə sini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquq unun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər halla rla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllə də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməs i ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan ası lı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunlu ğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarş ı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özü nün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla m üəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübu ta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessu al qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə həm birinci instansiyası məhkəməsinin hökmünə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi, Məhkum is ə CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinmələri barədə nəticələrə gələrkən əsasən Məhkum və hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 cinayət təqibinin bütün mərhələlərində verdikləri və eyni zamanda Təqsirləndirilən şəxs1 əməllərini ifşa edən ifadələrinə, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 verdikləri ifadələrinə, 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə şəxsi axtarışın və sonuncunun idarə etdiyi avtomobilə baxışın keçirilməsi, 14 avqust 2021-ci il tarixdə Məhkum üzərinə şəxsi axtarışın, yaşadığı evə və həyətyanı sahəyə isə baxış keçirilməsi barədə protokollara, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərə, məhkəmə-bioloji ekspertizasının 14 avqust 2021 -ci il tarixli, 18/886-18/887 saylı, materialların məhkəmə ekspertizasının 30 iyul 2021-ci il tarixli, 18/798 saylı və 02 noyabr 2021-ci il tarixli 18/1095 saylı rəylərinə, "xxxx" MMC-nin 16 sentyabr 2021-ci il tarixli BKC/LGL-17138/21 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlara və həmin məlumatlara baxışın keçirilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli protokola, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara və sübut əhəmiyyətli sənədlərə, maddi sübutlara, Təqsirləndirilən şəxs1 müvafiq cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi barədə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli 2415 nömrəli rəyinə, habelə iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla (CPM-nin 125.2-ci maddəsin də sadalanan pozuntulara yol verilmədən) toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş digər sübutlara əsaslanaraq həmin sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirmiş və bu sübutları həm Təqsirləndirilən şəxs1, həm də Məhkum barələrində onlara qarşı irəli sürülmüş ittiham üzrə ittiham hökmünün çıxarılması üçün kifayət hesab etmişlər. Apellyasiya instansiyası məhkəməsi bu sübutların təkrarən araşdırılmasını zəruri bilməmiş və haqlı olaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngülləşdirilməsi istisna olaraq birinci instansiya məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünün həm ona, həm də Məhkum aid hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılması barədə əsaslandırılmış qərar qəbul etmişdir. Məh kəmə kollegiyası da bütün qeyd olunanlar barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin hökmündə araşdırılmış sübutların hamısı, apellyasiya instansiyası məhkəməsnin mübahisələndirilən qərarında isə onların bir hissəsi ətraflı təsvir edilsə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilərinə cavab verilməsi üçün onların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs1 istər ibtidai aradırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, heç vaxt və heç kimə, o cümlədən hazırki iş üzrə məhkum olunmuş şəxslər ə narkotik vasitələr satmamış və sonuncuların ona qarşı ifadələr vermələrinin səbəbini bilmir. Lakin, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı videoçəkiliş aparılmaqla 15 avqust 2021-ci il tarixdə Məhkumla, 16 avqust 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs3la üzləşdirilərkən göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə Məhkum ona zəng edib bədənindəki ağrılarla əlaqədar heroin istədiyini dedikdən sonra onun yaşadığı evə tərəf gəlmiş və ona hədiyyə olaraq heroini hədiyyə etmiş, yəni pulla satmamışdır. Təqsirləndirilən şəxs3 isə saxlanılmazdan əvvəl ona zəng edib avtomobilinə təkər lazım olduğunu dedikdən sonra onun yaşadığı evə tərəf getmiş və orada sonuncuya bir ədəd avtomobil təkəri vermişdir. Halbuki, həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı Məhkum və Təqsirləndirilə n şəxs3, cinayət təqibinin digər mərhələlərində olduğu kimi, Təqsirləndirilən şəxs1 onlara narkoik vasitələri satmasını bir daha təsdiq etmiş və ibtidai araşdırma zamanı verdikləri ifadələri məhkəmə iclasında da təkrarlamışlar. Belə ki, həmin iclasda təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, o, əvvəllər heroin və qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin mart ayında o, yaşadığı evin həyətində dörd ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, onlara aqrotexniki qaydada qulluq etmişdir. 07 avqust 2021-ci il tarixdə şəxsən istifadə məqsədilə qurutmaq üçün həmin çətənə kollarından yığdığı yarpaqların bir hissəsini yaşadığı evin ikinci mərtəbəsindəki otaqda döşəmənin üzərinə, qalan hissəsini isə yaşadığı evin həyətindəki yatacağın üzərində olmuş qabın için ə tökmüş, bir ədəd bükümdə qurutduğu marixuananı isə yatacağın üzərində saxlamışdır. 14 avqust 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edərək ona bir qram heroini əlli manat məbləğində pula satacağını demiş və bunun üçün Hacıqabul şəhərindəki “köhnə hərbi şəhərcik” adlandırılan yerdə görüşməyi təklif etmişdir. Buna görə də o, həmin əraziyə gedib Həsənin yaşadığı evin yerləşdiyi binanın müvafiq blokuna girmiş, orada sonuncu ona bir ədəd bükümdə heroin vermiş, o, isə buna görə Həsənə əlli manat məbləğində pul ödəmişdir. Həmin heroini şəxsən istifadə etmək məqsədilə əldə edib yaşadığı evə gətirdikdən sonra iki ədəd bükümə bölmüş və həyətindəki yatacağın üzərinə qoymuşdur. Həmin g ün saat 20 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Hacıqabul RPŞ-nə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməmiş, yaşadığı evdə narkotik vasitələr saxladığını və həyətində əkib-becərdiyi çətənə bitkilərinin olduğunu demişdir. Yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həyətində əkib-becərdiyi dörd ədəd çətənə bitkiləri, həyətində yatmaq üçün hazırladığı yerin üzərində olmuş qabda açıq vəziyyətdə saxladığı və bir ədəd bükümdə olmuş qurudulmuş marixuananı, iki ədəd bükümlərdə yerləşdirilmiş heroini, yaşadığı evin ikin ci mərtəbəsindəki istifadə olunmayan otağın döşəməsi üzərinə sərilmiş vəziyyətdə saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüş, göstərilənlər barədə tərtib edilmiş protokolları imzalamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs3 da ibtidai araşdırma zamanı, o cümlədən Təqsirləndirilən şəxs1la üzləşdirilərkən verdiyi ifadələri təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər heroindən istifadə etmişdir. 29 iyul 2021-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 onun mobil nömrəsinə zəng edib bədənində ağrılar olduğuna görə ondan verəcəyi iyirmi manat məbləğində pula narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı tanışı Təqsirləndirilən şəxs1 heroin almas ını xahiş etmiş, alacağı heroini istifadə etmək üçün aralarında bölüşdürəcəklərini demişdir. Təqsirləndirilən şəxs2in Təqsirləndirilən şəxs1dən narkotik vasitə almaq üçün onlar arasında etibarlı münasibət olmamış, o, isə əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs1 heroin aldığına görə sonuncu ilə aralarında belə münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs2in etdiyi xahişi yerinə yetirmək məqsədilə o, sonuncu ilə görüşüb avtomobilində olmuş X adlı şəxsin mobil telefonundan Təqsirləndirilən şəxs1ə zəng edərək heroin almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs1 onu heroin satmaq üçün Hacıqabul şəhəri, Koroğlu küçəsində gözlədiyini dediyinə görə idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs2 və Xla birlikdə həmin yerə getmiş və öz avtomaşının Təqsirləndirilən şəxs1in idarə etdiyi “ VAZ 2107” markalı avtomobilin yanında saxlamışdır. Sonra o, Təqsirləndirilən şəxs2 20 manat məbləğində pulu alıb avtomobildən düşmüş, sonuncu və X isə avtomobildə əyləşib onun gəlməsini gözləmişlər. Təqsirləndirilən şəxs1in idarə etdiyi avtomaşına yaxınlaşıb həmin pulu sürücü tərəfdən açıq olan pəncərəsindən ona vermiş, Təqsirləndirilən şəxs1 da bunun müqabilində ona bir ədəd bükümdə heroin vermiş, o, da öz avtomaşınına qayıdıb Təqsirləndirilən şəxs2 və Zaura Təqsirləndirilən şəxs1dən heroin aldığını bildirmişdir. Şahid5 yaşadığı evin yaxınlığında düşürdükdən sonra o, idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs2lə birlikdə Hacıqabul şəhərində “köhnə hərbi şəhərcik” adlandırılan əraziyə gəlmiş və Təqsirləndirilən şəxs1dən aldığı heroinin az bir hissəsini onlar orada qəbul etmiş, qalan hi ssəsini isə iki ədəd bükümlərə bölüb bir ədədini Təqsirləndirilən şəxs2ə vermiş, digər bir ədədini isə şəxsi istifadəsi üçün idarə etdiyi avtomobilin günlüyünə qoymuşdur. Təqsirləndirilən şəxs2 başqa yerdə avtomobilindən düşürdükdən təxminən iki saat sonra polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmış və onun sonuncuya narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib Hacıqabul RPŞ-nə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməsə də, idarə etdiyi avtomobildə heroin saxladığını demişdir. Yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin sürücü tərəfdə olan günlüyündə saxladığı bir ədəd bü kümdə olan heroini polis əməkdaşlarına təqdim etmiş, həmin kütlə qablaşdırılıb götürülmüş, aparılmış istintaq hərəkətləri barədə tərtib edilmiş protokolları imzalamışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 ifadələrinə analoji ifadələri həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 də vermiş və bildirmişdir ki, o, Təqsirləndirilən şəxs3 ona verdiyi iyirmi manat məbləğində pulun müqabilində narkoik vasitə olan heroini Təqsirləndirilən şəxs1 almasını görmüşdür. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 29 iyul 2021-ci il tarixdə ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə heroini 20 manat məbləğində pulun müqabilində məhz Təqsirləndirilən şəxs1 almasını Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 16 sentyabr 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətində də bildirmiş (narkotik vasitənin miqdarını mübahisələndirməsi hissəsi istisna olmaqla) və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı ilə işin bu faktiki halı bir daha təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 barəsindəki kassasiya instansiyası məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından müdafiəçi S.B.Fərəcov və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması zamanı preyudisial əhəmiyyətə malik olan olan məhkəmə aktı kimi qəbul edir, həmin aktla da müəyyən edilmiş halın başqa cür qiymətləndirilməsi üçün əsas g örmür və vurğulamağı lazım bilir ki, bu qənaət CPM-nin 142.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bununla yanaşı, məhkəmə kolleiyası onu da qeyd edir ki, Məhkum 16 sentyabr 2022-ci il tarixli qərardan verdiyi kassasiya şikayətində onun yaşadığı evdən aşkar edilərək götürülmüş 1,949 qram çəkidə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 50 manat məbləğində pul müqabilində alması barədə ibtidai araşdırma verdiyi ifadələri polis əməkdaşlarının təsiri altında verməsini, həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığın bild irsə də, bu halları təsdiq edən heç bir sübuta əsaslanmamış, məhkəmə iclasında isə həm onun özünə, həm də Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama uyğun verdiyi ifadələrin bir qismini inkar etməsinin səbəbini isə hər hansı şəkildə izah etməmişdir. Bu isə Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrinin mötəbər sübut kimi qəbul edilməsinə əsas verir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün sübutlar CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına və nə üçün üstünlük verilməsi həmin məhkəmə tərəfindən çıxarılmış hökmdə kifayət qədər əsaslandırılmış və nəzərə alınmışdır ki, istər Məhkum, istərsə də hazırki iş üzrə məhkum olunmuş digər şəxslər Təqsirləndirilən şəxs1 barəsində ifadələri onlara qarşı hər hansı təsir və təzyiqə məruz qalmadan vermiş və bu ifadələr cinayət işi üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutlarla da tam uzlaşır. Buna görə məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərindən çıxış edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə bağlı həmin məhkəmənin o, mövqeyi ilə də razılaşır ki, məhkəmənin hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və buna görə məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sü butların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün qanuniliyini şərtlərindən əsaslardan biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmənin yekun məhkəmə aktı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələ ri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Hazırki işin materiallarından isə göründüyü kimi, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbər olmuş, sonuncuya qarşı irəli sürülmüş ittiham mülahizələr üzərində qurulmamış, əldə edilmiş sübutların CPM-nin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyi müəyyən edilməmiş və buna görə də birinci instansiya məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 təqsirliliyinə və əməlini n sübuta yetirilməsi barədə qənaəti qanunveniciliyin tələblərinə və bu tələblərə yuxarıda verilmiş təfsirə uyğun olmuş, digər tərəfdən isə məhkəmələr bütün yuxarıda göstərilənlərlə yanaşı həm də “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə ədalətli məhkəmə araşdırılması hüququnun da pozulmasına yol erməmişlər. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi, yəni onun fiziki zorakılığa məruz qalması, bu səbəbdən də ibtidai araşdırmanın ilkin mərhələsində özünə qarşı həqiqətə uyğun olmayan ifadələr verməsi barədə müdafiəçi S.B.Fərəcovun dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 bu faktla bağlı müraciəti üzrə Hacıqabul rayon prokurorluğu tərəfindən ətra flı araşdırma aparılmış, o cümlədən məhkəmə-tibbi ekspertizası keçirilərək müvafiq rəy alınmış və prokurorluğun müstəntiqi X3 21 yanvar 2022-ci il tarixli qərarı ilə fakt üzrə polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hazırki işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmənin əldə edərək tədqiq etdiyi həmin qərardan görünür ki, araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs1 qarşı hər hansı qeyri-qanuni həpəkətlər etmələrini qəti şəkildə inkar etmiş, məhkəmə-tibbi ekspertizasının 18 avqust 2021-ci il tarixli 262 nömrəli rəyi ilə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun üzərində aşkar edilmiş qançı r və sıyrıqlardan ibarət xəsarətlər o, 15 avqust 2021-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb polis avtomobilinə mindirildikdən sonra həmin şöbəyə aparılmamasına nail olmaq məqsədilə özünün bədəninin müxtəlif nahiyələrini avtomobilin müxtəlif hissələrinə vurması nəticəsində yetirilmiş, burun sümüyünün köhnə mazollaşmış sınığından ibarət xəsarət isə 14 avqust 2021-ci il tarixdən əvvəl yaranmışdır. Müstəntiq X3ün 21 yanvar 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs1 və ya onun müdafiəçisi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermədiklərindən həmin qərar hal hazırda da qüvvədə olduğundan məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin qərara istinad etmələrin də heç bir qanun pozuntusu görmür. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət işinin materiallarına əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı ittiham onun qismən etirafedici ifadələrinə əsasən deyil, iş üzrə toplanmış digər sübütlara əsasən irəli sürülmüş və məhkəmələr də məhz yuxarıda qeyd olunan həmin sübutlara əsaslanaraq onun bu ittiham üzrə təqsirli bilinməsi barədə qanuni nəticəyə gəlmişlər. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.B.Fərəcovun kassasiya şikayətinin dəlillərini Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi qiymətləndirərək onları qəbul edilməz sayır və buna görə də baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən m əhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1.2 və 416.1.11-cı maddələrindən göstərilən pozuntulardan hər hansı birini müəyyən etməyərək həmin şikayətin təmin edilməməsini mümkün bilir. Məhkum kassasiya şikayətinin dəlilərinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci mad dəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəy ə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Ple num Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1. 1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasın hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üz rə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Kon stitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun ol malıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanun suz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxs lər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CMnin 237.1-ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq təhlil edilən hissədə dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum həm təqsirli bi lindiyi CM-nin 234.1 və 237.1-ci maddələri ilə, həm də CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edərkən onun törətdiyi cinayətləriin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlinin açılması və sonuncunun ifşa edilməsinə fəal kömək etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən isə vərəm və “Hepatit C” xəstəliklərindən əziyyət çəkməsini, törətdiyi əmllərdən səmimi peşiman olmasını bildirməsini, əvvəllər məhkum olunmamasını, habelə yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. O, ki qaldı Məhkum kass asiya şikayətində istinad etdiyi halların - onun qardaşı oğlu X4 N saylı hərbi hissədə xidmət etməklə Suqovuşan qəsəbəsinin azad olunmasında iştirak edərək şəhid olmasının, “Murov” fatehi adlandırmasının, qardaşı Xnin də qazi olmasının məhkəmələr tərəfindən nəzərə alınmaması məsələsinə, məhkəmə kollegiyası əvvəla hesab edir ki, həmin halların mövcudluğu heç də onun özünün şəxsiyyətini və öz ailə vəziyyətini səciyyələndirən hallara aid olmamaqla bu halların həm məhkumun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin azaltması, istərsə də onun özünün ictimai təhlükəli şəxs olmaması barədə fikir yürütmək üçün əsas vermir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təsvir edilən hallara görə də onun cəzasının yüngülləşdir məsi barədə tələb irəli sürsə də, bu halları təsdiq edən sübutlar onun və ya müdafiəçiləri tərəfindən məhkəmələrə təqdim olunmamış, belə sübutları o, kassasiya müraciətinə əlavə etməmişdir. Halbuki, yuxarıda göstərildiyi kimi, CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə əsasən, iş üzrə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olması da müvfaiq sübutlar vasitəsilə təsdiq olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o, halda nəzərdən keçirilə bilər ki, ilk növbədə cəza təyini məsələsini həl edən birinci və ya apellyasiya instansiyası məhkəmələri müvafiq sübutlarla təsdiq edilən və cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilən hər hansı halı nəzərə almasınlar, yaxu d da CMnin 61.1-ci maddəsində nəzərdə tutulmamış hallara aid olmayan hər hansı halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib bu halı nəzərə almış olsunlar. Hazırki işin materiallarından və qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin bu kimi çatışmazlıqlara yol vermələri görünmür. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı əsası müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi S.B.Fərəcovun, Məhkum müdafiəçisi Ş.Ə.Rüstəmovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmran ovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə və Məhkum CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı adları çəkilən məhkumlar barəsində və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı adları çəkilən məhkumlara aid hissələrdə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar