Məhkəmə qərarları › İş №1(102)-1681/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1681/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1681/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsi rli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 apel 2022-ci il tarixli, 1(101)-577/2022 saylı hökmü ilə (hakimlər X5 (sədrlik edən hakim), X8 və X3 ibarət tərkibdə), xx xxxx 2004-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal İqtisadiyyat” fakultəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının dövlət sifarişli əyani təhsil üzrə 1-ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi ev 7, mənzil 58 -də qeydiyyatda olmaqla yaşayan (şəxsiyyətini təsdiq edən sənəd №-AA*******, FİN-xxxxxxx) barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, AR CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı 02 günün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, AR CM-in 56.1.2-ci maddəsinə əsasən Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi. Məhkum cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni 19 apre l 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclası zalından həbsə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin maddi sübutların saxlanma yerində saxlanılan 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat pulun Məhkum tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: X4 (sədrliyi və məruzəsi ilə), X11 və X2 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(101)-577/2022 saylı hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddəti ərzində Məhkum üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, sınaq müddəti ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələrinin qoyulması,sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, qərarın surətinin Məhkum davraşına nəzarəti həyata keçirilməsi üçün yaşadığı ünvan üzrə Bakı Şəhər Probasiya İdarəsinə göndərilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması qərara alınmış. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmiş və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum tanışı Şahid3 24 may 2021-ci il tarixdə Şahid1 ilə aralarında baş vermiş mübahisə nəticəsində nalayiq ifadələrə məruz qalmaqla döyülməsini aydınlaşdırmaq üçün “İnstaqram” sosial şəbəkəsində Şahid1la əlaqə saxlayaraq qarşılıqlı razılaşma əsasında 29 may 2021-ci il tarixdə Nəsimi rayonu Azər Əliyev küçəsində yerləşən 9 saylı yaşayış binasının qarşısında görüş təyin edib, həmin gün saat 22 radələrində tanışı Şahid2 və Şahid3 ilə birlikdə qeyd olunan ünvanın qarşısında Şahid1 və sonuncu ilə gəlmiş Zərərçəkmiş şəxs və Hüseyn adlı şəxslə görüşüb mübahisənin səbəbini aydınlaşdıran zaman, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun sifət nahiyyəsi ndən yumruqla vuraraq yerə yıxdığına görə sonuncudan qisas almaq niyyəti ilə üzərində olan zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçaqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsindən vuraraq ona döş qəfəsinin ön səthinin daxilə nüfuz edən və pnevmohemotoraksla, yəni plevra boşluğuna havanın və qanın toplanması ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmiş v ə kassasiya protestinə qarşı etiraz verilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, cinayət qanununun şərti məhkum etmə institutunu tənzimləyən normalarının təhlilindən məlum olur ki, məhkəmə yalnız CM-nin 70.1-ci maddəsində təsbit edilən dörd növ əsas cəzaya (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) münasibətdə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin cəzanın şərti hesab edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, şəxsin cəza çəkmədən islah edilməsinin mümkün sayılması üçün törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınm alıdır ki, yekunda cəza şərti tətbiq edilsə də, bununla cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq olmasın və cəzanın məqsədləri təmin edilmiş olsun. Yəni, belə halların törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsirin müsbət mənada kifayət qədər olması məhkəmələr tərəfindən elə əsaslandırılmalıdır ki, cinayət prosesinin tərəfləri həmin arqumentləri anlamalı, onun ağlabatanlığını inkar etməməlidir. İşin halları mübahisəsiz təsdiqləyir ki, hazırki hadisə nəticəsində Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs həyat üçün ən vacib orqanlarından biri olan döş qəfəsi nahiyəsindən bıçaqla zərbə vurmuş, hadisə öncəsində isə özünə aidiyyəti olmayan münaqişəni aydınlaşdırmaq üçün bir neçə şəxslə birlikdə hadisə yerinə gedərək ora da məlum hadisəni törətmiş, hadisəni törətdiyi bıçağı isə öncədən üzərində götürməklə özünü həmin situasiyaya qarşı əvvəlcədən hazırlamışdır. Apellyasiya instansiyası məhkəməsi həm də nəzərə almamışdır ki, Məhkum hadisə vaxtı yetkinlik yaşına çatmasa da, onun təqsirli bilindiyi CM-nin 126.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir, əməlin obyektini insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər sistemi təşkil edir. Həm də, bu cinayət əməli sağlamlıq əleyhinə olan cinayətlərin ən təhlükəlisidir, yəni əməl nəticəsində zərər çəkmişin sağlamlığına vurulan zərər yetirildiyi anda onun həyatı üçün təhlükəli olmaqla ani gedişatı ölümlə nəticələnə bilir. Cinayət qanunu insanın sağlamlığını onun dünyaya gəldiyi andan həyatının sonuna qə dər mühafizə edir (bu baxımdan, CM-nin 2.1-ci maddəsi cinayət qanununun vəzifələri kimi, qanunla mühafizə edilən obyektlərin sırasında insan hüquq və azadlıqlarını məxsusi olaraq sadalayır.) Təhlil edilən cinayət subyektiv cəhətdən əsasən birbaşa qəsdlə, az hallarda isə dolayı qəsdlə törədilir, yəni, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir, yaxud nəticəni arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir). İşdən görünür ki, məhkəmə kollegiyası yekun qərarında məhkum edilmiş şəxsə təyin olunmuş cəzanı şərti tətbiq edərkən onun cəza çəkmədən islah olunmasına əsas gördüyü halları ağlabatan şəkildə açıqlamamış, birinci instansiya məhkəməsinin cəzanı y üngülləşdirən (şəxsin cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışmasını və barəsində şikayət olmamasını, əməlindən səmimi peşmançılığını, tələbə olmasını) hallara dair qənaətini və ağırlaşdıran halların olmamasını eynilə təkrarlamaqla, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini mümkün hesab etmişdir (bax: qərarın 7-ci səhifəsinin 6 və 7-ci abzasları). Göründüyü kimi, məhkəmə bu hissədə cəza təyininə dair cinayət qanunu normalarının tələblərinə, eləcə də formalaşmış ümumi məhkəmə təcrübəsinə hüquqi tənzimetmə üslubunda yanaşmamış, sübut etmə predmetinə dair CPM-nin 139.0.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Xüsusilə vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin şərti məhkum etmə institutunun tətb iqi üçün əsas hesab etdiyi hallar onsuz da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış və Məhkum təqsirli bilindiyi CMnin 126.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (CM-nin 126.1 -ci maddəsinin sanksiyası 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqini mümkün sayır.). Birmənalı aydın olur ki, Məhkum təyin edilmiş cəzanın şərti tətbiq olunması həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, kollegiya, birinci instansiya məhkəməsindən fərqli olaraq CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas gördüyü halın (və ya halların) nədən ibarət olmasını, nəd ə ifadə olunmasını və hansı normaya istinadən cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini yekun qərarının təsviri-əsaslandırıcı hissəsində açıqlamamış və əsaslandırmamışdır. Məhkəmə kollegiyasının hüquqi izahı olmayan, ümumi sözlərlə ifadə olunmuş mövqeyi cinayət və cinayət-prosessual qanunun tətbiqi baxımından da qeyrimüəyyənlik yaratmış, təyin olunmuş cəzanın işin hallarına və təqsirkarın şəxsiyyətinə adekvat olmayan dərəcədə diferensiallaşdırılmasına (fərdiləşdirilməsinə) və həddən artıq yüngülləşdirilməsinə səbəb olmuşdur. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin o lunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkum A.M.Mailov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, müdafiəçi B.S.Həsənov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya i nstansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısın ın kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində n əzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlil ik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya o nun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin birinci instansiya məhkəməsində verdiyi ifadələrlə əlaqəli şəkildə Məhkum tərəfindən törədilmiş cinayət hadisəsinin baş verməsi Zərərçəkmiş şəxs kobud hərəkətləri zəminində törədilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən səhvə yol verməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, onun gənc olmasını, ailə şəraitini nəzərə alaraq qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. “Məhkəmələ r tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət gğstərməsi. uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Re spublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələri nin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikasının CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkoma niyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası Məhkum sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməməsinin və azadlıqdan məhrum etmə cəzasının saxlanılması ilə bağlı irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1088/2022 saylı 9 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar