Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1681/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X10, Məhkum və onun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızının iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1992-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, heç yerdə işlməməmiş, Şəmkir rayonunun Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum arvadı Zərərçəkmiş şəxs tanımadığı başqa bir şəxslə ona xəyanət etməsindən şübhələnərək 3 iyul 2022-ci il tarixdə, saat 14 radələrində qayınanası Şahid2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncu ilə barışıb uşaqları ilə b irlikdə onu evə qaytarmaq istəməsini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs onunla razılaşmamasına görə Məhkum hiddətlənərək qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə fərdi yaşayış evinin daxilində yerləşən pilləkənlərdə qayınanası Şahid2, azyaşlı övladları X12 və X7in gözləri qarşısında Zərərçəkmiş şəxs sinə nahiyəsindən 1 dəfə zərbə endirmiş, daha sonra qaçaraq yataq otağına daxil olan Zərərçəkmiş şəxs arxasınca gedərək cinayətkar niyyətini başa çatdırmaq məqsədilə yenidən qayınanası Şahid2 və azyaşlı övladı X7in gözləri qarşısında əlindəki bıçaqla 7 dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sağ yarısının peritonarxası boşluğa keçən sağ böyrəyi zədələyən və qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd), həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol yanağın, boyunun aşağı üçdə birinin sağ yan səthinin və sol əlin ovuc səthinin kəsilmiş yaraları, qarının sağ yan səthinin daxilə keçməyən, sol bazunun aşağı üçdə birinin deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) xəsarətlərini yetirmiş, hadisə yerində olmuş qayınanası Şahid2, qonşuluqda yaşayan Şahid1 və Şahid3 qızının araya girib Məhkum tutaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə d ə zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Məhkum bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs anası Şahid2, az yaşlı övladları X12 və X7 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 07 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 29,120.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətində “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarına, məhkəmələrin iş üzrə gəldikləri nəticələrə, ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrəinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək həmin qərarı mübahisələndirərək öz kassasiya müraciətini belə əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi qanunları təhrif edərək, işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) tələblərini, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərini kobud şəkildə pozmuş, ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmək əvəzinə ape llyasiya şikayətində irəli sürülmüş dəlilləri tam araşdırmamışdır. Şikayət müəllifi qeyd etmişdir ki, Məhkum zərər çəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmaması həm ibtidai, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən məlum olur ki, Məhkum zərər çəkmiş şəxsi öldürmək niyyəti olmamış, əgər onu öldürmək istəsə idi, daha çox bıçaq zərbələri vuraraq bunu edə bilərdi. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum əməlinə hüquqi qiymət verərkən onun zərər çəkmiş şəxsə yetirdiyi xəsarətlərin sayına və lokalizasiyasına görə əsassız olaraq onun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmişdir. Belə ki, Məhkum zərər çəkmiş şəxsə bir neçə xəsarət yetirsə də, onlarda n yalnız biri daxilə keçən ağır dərəcəli, digər altısı isə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər olmuşdur. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olsa idi, ona çoxlu sayda yüngül dərəcəli xəsarətlər deyil, ağır dərəcəli xəsarətlər yetirərdi və onun bunu etmək imkanı olmuşdur. Hazırki iş üzrə hadisənin baş verməsi halları, Məhkum davranışı onun Zərərçəkmiş şəxs anasının gözü qarşısında xüsusi amansızlıqla öldürməsinə cəhd kimi qiymətləndirməyə əsas vermir. Belə ki, əvvəla həm zərər çəkmiş şəxs, həm də onun anası məhkəmə iclasında ifadə verərkən bildirmişlər ki, hadisə başlanan zaman təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs tək olmuş, anası və uşaqları isə sonradan səsə gəlmişlər. Məhkəmə isə həmin ifadələri deyil, zərərçəkmişin istintaq zamanı verdiy i ifadələrinə əsaslanmışdır ki, bu da tamamilə ynlış mövqedir. Məhkəmə nəzərə almalı idi ki, həmin vaxt onların münasibətləri çox pis olmuş və zərər çəkmiş şəxsin də dediyi kimi, o acığından belə ifadə vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs məlum olan səbəblərdən zərər çəkmiş şəxsin hərəkətlərindən özündən çıxaraq əsəbləşmiş, ona ilk zərbəni vurduqdan sonra özündə olmamış və başqa şəxslərin gəlməsini görməmiş, əməlin xüsusi amansızlıqla tövsif olunması üçün əsas olan təqsirkarın zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməsi halı müəyyən edilməmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq Müdafiəçi2 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulm uş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkumun digər müdafiəçisi Müdafiəçi2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkumun digər müdafiəçisi Müdafiəçi2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qa ydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ünvanlayaraq, həyat yoldaşı Məhkum onun qəsdən həyatdan məhrum etmək niyyətinin olmadığını, hadisənin onun hərəkətləri nəticəsində baş verdiyini, Məhkum qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Müdafiəçi2 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən şikayət müəllifi öz şikayətində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsi f edilməməsini, nəticədə isə onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Müdafiəçi2 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsind əki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə ar aşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassas iya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şə xsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin h alları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının m üdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qoruma q qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutları nı məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmas ından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin möv cud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsir ini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbi t edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı h əyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstə ntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçıların ın qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində mü əyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökm ü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilm əsi zamanı əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçü n ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab v erə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsi rli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən ko nkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb ed ir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıx ara bilər. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlid irlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə ə sasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bunun üçün məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmələrin müəyyən olunmuş hesab etdikləri, Məhkum təqsirli bilindiyi ittihamda əksini tapmış işin hallarına və ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmaqla və tədqiq edilməklə, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın həmin sübutlarla tam təsdiq edilməsini hesab edən məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum arvadı Zərərçəkmiş şəxs tanımadığı başqa bir şəxslə ona xəyanət etməsindən şübhələnərək 3 iyul 2022-ci il tarixdə, saat 14 radələrində qayınanası Şahid2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncu ilə barışıb uşaqları ilə birlikdə onu evə qaytarmaq istəməsini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs onunla razılaşmamasına görə Məhkum hiddətlənərək qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə fərdi yaşayış evinin daxilində yerləşən pilləkənlərdə qayınanası Şahid2, azyaşlı övladları X12 və X7in gözləri qarşısında Zərərçəkmiş şəxs sinə nahi yəsindən 1 dəfə zərbə endirmiş, daha sonra qaçaraq yataq otağına daxil olan Zərərçəkmiş şəxs arxasınca gedərək cinayətkar niyyətini başa çatdırmaq məqsədilə yenidən qayınanası Şahid2 və azyaşlı övladı X7in gözləri qarşısında əlindəki bıçaqla 7 dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sağ yarısının peritonarxası boşluğa keçən sağ böyrəyi zədələyən və qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmişkəsilmiş yaraları (cəmi 2 ədəd), həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol yanağın, boyu nun aşağı üçdə birinin sağ yan səthinin və sol əlin ovuc səthinin kəsilmiş yaraları, qarının sağ yan səthinin daxilə keçməyən, sol bazunun aşağı üçdə birinin deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) xəsarətlərini yetirmiş, hadisə yerində olmuş qayınanası Şahid2, qonşuluqda yaşayan Şahid1 və Şahid3 qızının araya girib Məhkum tutaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Məhkum bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs anası Şahid2, az yaşlı övladları X12 və X7 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddar lıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclaslarında Məhkum özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik, məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam və hərtərfli tədqiq edilmiş digər sübutlarla tam təsd iq edilir. Həmin sübutlar apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarda ətraflı təsvir edilmiş və məhkəmə kollegiyası onların hamısının hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçinin kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayətmühakimə ic raatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəs i haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam həcmdə təmin olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2013-cü ildə rəsmi olaraq ailə qurmuşlar və bu evlilikdən hazırda 3 azyaşlıl övladları vardır. Onun böyük qızı X12in 6 yaşı, ortancıl oğlu X7nin 5 yaşı vardır və kiçik qızı X isə 7 aylıqdır. 19 oktyabr 2019-cu il tarixdə arvadı Zərərçəkmiş şəxsnin istifadəsində əvvəllər görmədiyi telefon olduğunu görüb həmin telefonun kimin olduğunu soruşduqda, Zərərçəkmiş şəxs ona heç bir cavab verməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxsnin həmin telefonla kiminləsə danışığını görmüşdür. Belə olan halda Zərərçəkmiş şəxsnin ona xəyanət etdiyini anlamışdır. O, buna görə Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış və onunla bir müddət küsülü qalmışdır. Zərərçəkmiş şəxsnin atası X və anası Y məsələdən xəbər tutduqda ondan boşanmamağı xahiş etmiş, o, da ailəsi və övladları üçün Zərərçəkmiş şəxsni bağışlamış, onun istifadəsində olan “Samsung” markalı telefonu isə sındırmışdır. Daha sonra o, Zərərçəkmiş şəxsyə yeni “Samsung markalı mobil telefon alıb vermiş, onların münasibətləri ilk vaxtlar normal olsa da, sonradan o, yenə Zərərçəkmiş şəxsdən şübhələnməyə başlamışdır, çünki sonuncu ona qarşı çox soyuq münasibət bəsləmişdir. 02 iyul 2022-ci il tarixdə saat 9 radələrində yaşadıq ları ünvan 3 ünvanında yerləşən evdə olarkən Zərərçəkmiş şəxsnin mobil telefonu ilə “Whatsapp” mesajlaşma proqramı ilə kiminləsə yazışdığını görüb şübhələndiyinə görə qəfildən telefonu əlindən alıb telefona baxanda onun tanımadığı və dəqiq xatırlamadığı nömrə ilə sevgi məzmunlu yazışmasını görmüşdür. Zərərçəkmiş şəxs telefonu əlindən almaq istədikdə o, telefonu verməmiş və mesajları oxumağa davam etmişdir. O, mesajları oxuduqda Zərərçəkmiş şəxsnin həmin şəxslə sevgi münasibətində olduğunu başa düşmüş və həmin tanımadığı nömrəyə mesaj yazaraq onun ailəsini dağıtdığını demişdir. Həmin şəxs isə ona cavab yazaraq psixoloq olduğunu bildirmişdir. O, hiddətlənərək evdə saxladığı cib bıçağını götürüb sol qolunu üzdən bir neçə dəfə kəsərək özünə xəsarət yetirmiş, Zərərçəkmiş şəxs isə uşaqları da gö türüb evdən qonşu Xnin evinə getmişdir. O, Zərərçəkmiş şəxsnin arxası ilə gedib yaşadıqları evə geri gəlməsi üçün danışmaq istəmiş, lakin arvadı evə gəlməkdən imtina etmişdir. Bundan başqa qonşusu X ondan polisə şikayət etmiş və polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. O, izahat verdikdən sonra polis şöbəsindən çıxmışdır. O, evə gələndə Zərərçəkmiş şəxsnin uşaqları və həmin telefonu da götürüb anası Şahid2in yaşadığı ünvan 4 ünvanına getdiyini bilmişdir. 3 iyul 2022-ci il tarixdə saat 13 radələrində o, Zərərçəkmiş şəxsnin anası evinə getmiş, məqsədi isə Zərərçəkmiş şəxs ilə barışmaq və uşaqları ilə birlikdə yaşadıqları evə geri gətirmək olmuşdur. O, avtomobilində olan bir ədəd qatlanan bıçağı özü ilə götürmüş və şalvarının bel hissəsində gizlətmiş, məqsədi isə arvadını qorxuzmaq olmuşdur. Qayınanası Şahid2 də həmin vaxtı evdə olmuşdur. O, evə girmiş və qayınanası ilə söhbət etmişdir. O, Şahid2ə Zərərçəkmiş şəxsnin ona xəyanət etdiyini demişdir. X isə ona boşanmağını bildirmişdir. O isə ailəsini dağıtmaq fikrinin olmadığı üçün Zərərçəkmiş şəxsni bağışlamaq istədiyini bildirmişdir. Belə olan halda Şahid2 ona “sən get, mən onunla söhbət edib başa salacam, səninlə barışsın”-demiş, o, da bu təkliflə razılaşmışdır. Daha sonra o, evə girərək Zərərçəkmiş şəxsyə etdiyi səhvi etiraf etməsini deyib gedib birlikdə tövbə etməyi təklif etmiş, Zərərçəkmiş şəxs isə onunla yaşamaq istəmədiyini, uşaqların da özünün olduğunu deyib, həmçinin onun valideynlərinin ünvanına nalayiq ifadə işlədərək onunla getməyə razılıq verməmişdir. O, bundan əsəbləşərək cibindəki b ıçağı çıxarıb Zərərçəkmiş şəxsnin qarın nahiyəsinə vurmuşdur. Həmin vaxtı onlar evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan otaqda olmuşlar. Zərərçəkmiş şəxs yerdən qalxıb ikinci mərtəbəyə çıxmış və otağa girmək istəyərkən o, Zərərçəkmiş şəxsnin arxası ilə qaçmış, lakin orada sonuncunu vurubvurmadığını xatırlamır. Daha sonar yaranmış səs-küyə gələn qonşular və Şahid2 Zərərçəkmiş şəxsni götürüb evin həyətinə çıxartmış, o, da evdən çölə çıxmış və gəldiyi VAZ 2106 markalı 57-BG- 464 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonunun Dəllər-Cəyir kəndinə, anası Xin yanına getmişdir. İdarə etdiyi avtomobili evdə saxlamış və anası Xin pensiya kartını geri verib baş vermiş və törətdiyi əməli anasına danışmışdır. Sonra isə polisə təslim olmaq üçün piyada Dəllər qəsəbəsinə kimi gəlmiş və orada dayanmış ağ rəngli nömrəsini xatırlamadığı VAZ-2106 markalı taksi avtomaşını ilə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. O, hadisə zamanı istifadə etdiyi bıçağı da özü ilə aparıb polis orqanına təqdim etmişdir.. Daha sonra Məhkum məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxsyə bıçaqla birinci dəfə xəsarət yetirdikdən sonrakı ona yenidən bıçaqla xəsarət yetirməsini xatırlamadığını, o, Zərərçəkmiş şəxsyə bıçaqla xəsarət yetirərkən onlardan başqa heç kimin bunu görmədiyini, həmin vaxt onların yanında nə qaynanası Şahid2, nə də övladları, nə də digər şəxslərin olmadığını, onun Zərərçəkmiş şəxsni bıçaqla vurmaqda niyyətinin onu öldürmək olmadığını, sadəcə olaraq qorxutmaq üçün onu bıçaqla vurduğunu, törətmiş olduğu əməldən peşman olduğunu bildirmişdir. Lakin iş mate riallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxsni ikinci mərtəbədə vurmaq istəyəndə qayınanası Şahid2 araya girib onu tutmuş və onun öz əməlini davam etdirməyə imkan verməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Məhkum onun əridir. O, Məhkumlə 2013-cü il tarixdə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən üç azyaşlı övladı vardır. O, öz razılığı ilə Məhkumla ailə həyatı qurmuşdur. Onlar ailə həyatı qurduqdan sonra 2019-cu ilədək Məhkumun anası X və qardaşı X ilə birlikdə Dəllər-Cəyir kəndində yaşamışlar. Onlar evləndikdən təxminən 2 (iki) il sonra X də ailə həyatı qurmuş və ailəsi ilə onlarla birlikdə yaşamağa başlamışlar. Məhkum Şəmkir rayonu M ədəniyyət evində çalışmışdır. Məhkum həmçinin toylara müğənni kimi də getmişdir. Məhkum pul qazansa da, pulu ailəsinə deyil, anası Xə vermişdir. Qayınanası X də pulu götürüb özü bildiyi kimi ailənin xərclərini qarşılamışdır. Qayınanası X evə normal ərzaq almamışdır. Bu kimi şeylərə görə onların evində həmişə mübahisə və dava düşmüşdür. Məhkum və o, X ilə dalaşmışlar. Belə olan halda 2019-cu il tarixdə atası X onlara ünvan 5 ünvanında yerləşən bir otaqlı ev almışdır. 2013-cü il tarixdən etibarən onlara orada yaşamağa başlamışlar. Onlar həmin evdə yaşamağa başlayarkən də, Məhkum yenə səbəbsiz yerə onunla dalaşıb, mübahisə etmişdir. Belə ki, Məhkum təxminən 2017-ci il tarixdən narkotik vasitə istifadə etməyə başlamış, o, isə Məhkuma dəfələrlə narkotik vasitədən evdə istifadə etməməyini desə d ə, sonuncu Məhkum buna məhəl qoymamışdır. Belə olan halda o, Məhkuma boşanacağını demiş, o, isə hər dəfə boşanacağı halda onu və anası Şahid2 öldürəcəyini söyləmişdir. Məhkum onu döydüyü üçün o, əşyalarını toplayıb anasının evinə getmək istəyəndə, ondan üzr istəyərək onu getməyə qoymamışdır. O, da belə hllarda fikrindən daşınmış, lakin söz düşdükcə onu öldürəcəyini və işinin yüngül olması üçün polisə namus üstündə onu öldürdüyünü deyəcəyini söyləmişdir. “TİK-TOK” sosial şəbəkəsində canlı yayım açaraq tanımadığı qızlarla danışdığı üçün və in hərəkətlərindən bezdiyi üçün 2022-ci ilin may ayının təxminən 15-20-si aralığında Şəmkir rayon Məhkəməsinə gedərək boşanma ilə bağlı ərizə vermişdir. O, ərizəsini versə də, rüsum olaraq ödəməli olduğu 85 manat məbləğində pulu ödəyə bilməmişdir. 2 iyul 2022-ci il tarixdə lə aralarında yenidən mübahisə olmuş, bu vaxt hamama girərək “gör çıxım səni nağaracam” deməklə onu hədələmiş, buna görə o, kiçik övladı olan Xi götürüb qonşu Lamiyənin evinə getmişdir. Gecə saatlarında Lamiyənin evinə gələrək yenidən ona hədə-qorxu gəlmiş və buna görə, Lamiyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək i polis şöbəsinə aparmışlar. polis şöbəsində olarkən o, tez evə gedərək əşyalarını götürüb anası Şahid2in evinə getmişdir. Saat 13 radələrində anasının evinə gəlmiş, o, isə evə girib qapını arxadan bağlayaraq qapının arxasından lə anası Şahid2in söhbətinə qulaq asmışdır. onu evə geri qaytarmaq üçün söhbət etmək istəmişdir. Bu zaman evdə qonşuluqda yaşayan Lamiyənin qızı X da olmuşdur. O, Xa qapını açmasını demiş və uşaqları götürüb evin ikinci mərtəbəsində olan otağa girmişdir. də yuxarı qalxmış və ondan evə qayıtmağını xahiş etmiş, o, isə razılaşmamışdır. Bu zaman anası Şahid2 və X da orada olmuşlar. anası Şahid2lə Nuraydan otaqdan çıxmalarını təklif etmiş, sonuncular otaqdan çıxdıqdan sonra in belində olan bıçağı görüb ona işarə etmişdir. Çünki onun qarşısında dizi üstə yerə çökmüşdür. ona yalvararaq evə qayıtmağını istəsə də, o, razılaşmamışdır. Daha sonra 6 aylıq qızı X ağlamağa başlamışdır. X o, biri otağın qapısının ağzında Nurayın qucağında olmuşdur. O, Xi bəhanə edib otaqdan çıxmışdır. də onun arxasınca gələrək ondan evə qayıtmağını yenə xahiş etmişdir. O, uşağı Nuraydan götürüb o biri otağa girmişdir. də ye nə onun arxasınca gələrək yalvarmağa davam etmişdir. Daha sonra otağa anası Şahid2 də gəlmişdir. O, otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. Bu zaman qəflətən onu sinə nahiyəsindən bıçaqla vurmuşdur. O, ikinci mərtəbədə olan otağa girib qapını örtmüş, lakin bağlaya bilməmişdir. Bu zaman yenə onun arxasınca gələrək sayını dəqiq xatırlamadığı bir neçə dəfə bıçaq zərbələri endirmişdir. O, yerə yıxılmış, bu zaman anası Şahid2 i ondan ayırmağa çalışmışd, lakin i sakitləşdirmək mümkün olmamışdır. Bu anda Şahid1 və Şahid2 gəlmiş, onlar çox çətinliklə i sakitləşdirmişlər. Daha sonra onun huşunu itirmiş və bir də özünə gələndə anasının və səs-küyə gələn qonşuların onu xəstəxanaya aparmaq üçün Şahid1ın maşınına doğru apardıqlarını hiss etmişdir. Bu zaman küçədə olan onun ayaqüstə olduğunu görüb, yenidən onun üstünə hücum çəkmiş, lakin anası Şahid2 cəld şəkildə “pol ağacını” götürərək inin hərəkətlərinin qarşısını almışdır. Zərərçəkmiş şəxs həmçinin məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. 6 aylıq körpəsi X onun qucağında, qızı Mələk və oğlu Malik də yanında olmuşlar. Bu zaman qəflətən onu sinə nahiyəsindən bıçaqla vurmuşdur. Bu zaman qucağında olan 6 aylıq qızı X qucağından yerə düşmüşdür. X bərk qışqırmış və anası Şahid2 da cəld özünü çatdıraraq ə mane olmuşdur. Anası Şahid2 ilə Xın qabağında durmuş və o, cəld yuxarı qalxmışdır. O, ikinci mərtəbədə olan otağa girib qapını örtmüş, lakin bağlaya bilməmişdir. Bu zaman yenə onun arxasınca gələrək sayını dəqiq xatırlamadığı bi r neçə dəfə bıçaq zərbəsi endirmişdir. O, yerə yıxılmış və oğlu Malik onun üstünə uzanaraq ə mane olmağa çalışmışdır. isə qəddarcasına ona bıçaqla zərbələr endirmişdir. O, oğlu Maliki qorumaq üçün əlini bıçağın qabağına aparanda bıçaq onun sol baş barmağının vətərini kəsmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadələrində bu halları təsdiq etmişdir. İş materiallarından görünür ki, şahidlər Şahid1 və Şahid3 qızı da məhkəmə iclasında işin yuxarıda təsvir olunmuş hallarına işin faktiki hallarına uyğun ifadələr vermiş, Şahid1 isə həmçinin göstərmişdir ki, Məhkum artıq Zərərçəkmiş şəxsyə çoxlu sayda bıçaqla xəsarət yetirdikdən sonra ona “Şahid1 əmi sən qırağa dur, sən qarışma, qoy Zərərçəkmiş şəxs ölsün, gedirəm polisə təsli m olmağa”demişdir. Təsvir edilmiş ifadələrdən belə nəticə hasil olur ki, Məhkum arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən sonuncunun anası və uşaqları da hadisə yerində olmuş, hətta Şahid2 və azyaşlı oğlu onun hərəkətlərinin qarşısını almaqdan ötrü cəhd göstəmiş, Məhkum isə bütün bunlara məhəl qoymayaraq hətta qonşusu Şahid1 arvadının ölməsi arzusunda olmasını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bu hallar Məhkum qəsdi Zərərçəkmiş şəxs məhz xüsusi amansızlıqdla qəsdən öldürülməsinə yönəlmiş və belə olan halda onun yalnız yetirdiyi xəsarətlərin ağırlıq dərəcəsinə görə məsuliyyəti daşımalı olmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının bu qənaəti cinayət qanun normalarının tələbləri ilə yanaşı həmçinin “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış izah və tövsiyələrlə də tam uzlaşır. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adamöldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, qəsdən adamöldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qər arın 8-ci bəndində izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağ rı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Müdafiəçi İsgəndəroov kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs yalnız bir ağır xəsarət yetirməsini bildirsə də onun bu dəlili də iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 10 avqust 2022-ci il tarixli, 925 nömrəli rəyi ilə təkzib olunur. Belə ki, həmin rəyə görə Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol yanağın 1 ədəd kəsilmiş yarası, boyunun aşağı üçdə birinin sağ yan səthinin 1 ədəd kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ yarsının peritonarxası bo ğluğa keçən sağ böyrəyi zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş 1 ədəd deşilmiş kəsilmiş yarası, qarının sağ yan səthinin daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı üçdə birinin ön və iç səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin 1 ədəd kəsilmiş yarası xəsarətləri (cəmi 8 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmiş, yetirilmə müddətləri 3 iyul 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə döş qəfəsinin arxa səthinin sağ yarsının peritonarxası boğluğa keçən sağ böyrəyi zədələyən və qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsin i zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) həm ayrı-ayrılıqda, həm də, birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, sol yanağın, boyunun aşağı üçdə birinin sağ yan səthinin və sol əlin ovuc səthinin kəsilmiş yaraları, qarının sağ yan səthinin daxilə keçməyən, sol bazunun aşağı üçdə birinin deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) isə həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə kollegiyası iş üzrə toplanmış digər sübutlarla yanaşı həmçinin həmin rəyə də əsaslanaraq belə qənaətə gəlir ki, bu sayda Zərərçəkmiş şəxs xəsarətlər (onlardan ikisi sağlamlığa ağır zərər vurmaya aiddirlər) yetirən Məhkum bu əməlləri törədərkən yalnız zərər çə kmişi şəxsi qorxutmaq məqsədində olması barədə fikir yürütməyə əsas vermir və bütün bu sübutlar onun sonuncunu məhz həyatdan məhrum etmək məqsədində olmasına dəlalət edir. Odur ki, hadisənin yuxarıda baş verdiyi şərait, üsul, vasitələri, mexanizmi, yetirilən xəsarətlərin sayı, bədənin hansı nahiyyəsinə yetirilməsi kimi mühüm əhəmiyyətə malik olan hallar belə nəticəyə gəlməyə əsas verir ki, təqsirkarın həmin cinayəti törətməkdə birbaşa qəsdi olmuş, onun niyyəti zərərçəkmişi həyatdan məhrum etməkdən ibarət olmuşdur. Eyni zamanda, zərərçəkmiş şəxsə qarşı övladlarının və anasının gözü qarşısında etdiyi hərəkət onun bu cinayəti xüsusi amansızlıqla törətməsini tamamilə təsdiq edir. Göründüyü kimi, məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və qanuna uğun olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilmiş bütün sübutlar məhkəmə kollegiyasına Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsi haqqında mötəbər nəticəyə gəlmək üçün əsas verir və bu əmələ maddi hüquq normasının tətbiq edilməsi ilə bağlı hesab edir ki, məhkumun cinayət əməli CM-nin 29, 120.2.4 -cü maddəsi ilə düzgün tövsif edilmiş və həmin əməlin başqa cür ixtisaslaşdırılması üçün əsaslar yoxdur. Kassasiya şikayətində Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsi tərəfindən onun barəsində seçilmiş cəza tədbirinin növü və həcmi ilə razılaşarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntulara yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum, onun müdafiəçisi K.Ş.Quliyevanın və zərər çəkmiş şəxsin nümayəndəsi K.V.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, Müdafiəçi2 kassasiya şika yəti təmin edilməməli, Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1681/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1681/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver