Məhkəmə qərarları › İş №1(102)-1681/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1681/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1681/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi Fərzaliyeva Məleykə Qaraxan qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-4/2024 nö mrəli, 16 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxx-ci il tarixdə x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İkəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 24 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 dekabr 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə veri lmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 28 fevral 2022-ci il tarixdə fəhlə kimi işlədiyi şahidə məxsus olan tikinti işləri aparılan evdə kombi ustası kimi işləyən zərərçəkmiş şəxs və fəhlə kimi işləyən sonuncunun bacısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə işlərini bitirdikdən sonra yemək yeyib zərərçəkmiş şəxslə spirtli içki qəbul etmiş, həmin gün saat 14 radələrində evlərinə getmək üçün o, Zərərçəkmiş şəxs idarə etdiyi zərərçəkmiş şəxsə məxsus “VAZ-2106” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına, zərərçəkmiş şəxs isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə edərək onu İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləş ən yaşadığı evin qarşısına apararkən o, zərərçəkmiş şəxsə birlikdə gedib pivə içməyi təklif etmiş, həmin vaxt Zərərçəkmiş şəxs buna etiraz edərək zərərçəkmiş şəxsi də pivə içmək fikrindən daşındırdığını görüb zərərçəkmiş şəxsə “sən yeyib-içməyə layiq oğlan deyilsən” söyləyərək irad tutduqda, bu zəmində aralarında sözlə mübahisə yaranmış, o, yaşadığı evin qarşısında düşüb əynini dəyişdikdən sonra zərərçəkmiş şəxslə gedib pivə içmək məqsədi ilə yenidən avtomobilin qabaq oturacağına gəlib əyləşərək avtomobillə təxminən 100 metr getdikdən sonra Zərərçəkmiş şəxs yenidən pivə içmələrinə etiraz etdiyini görüb avtomobilin əl əyləcini çəkərək avtomobili saxlatdırıb Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsə yüksək səslə “siz məni rayona döyməyə aparırsız” deyərək avtomaşından düşmüş, bu zəmində aralar ında yaranmış mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub yumruqla qəsdən bir dəfə sonuncunun sinə nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs da yumruqla qəsdən onun sinə nahiyəsindən vurub yerə yıxaraq ona alının, bel nahiyəsinin, sol iç topuğun sıyrıqları və döş qəfəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyindən o, əsəbləşərək yerdən götürdüyü daşla qəsdən bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın və təpə sümüklərinin xətti sınığı ilə müşayiət edilən təpə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, habelə onun üzərinə gələn zərərçəkmiş şəxs istiq amətində yerdən götürdüyü digər daşı qəsdən ataraq baş nahiyəsindən vurub sonuncuya qapalı kəllə beyin travması, baş-beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, kəllə tağı və əsasının sınıqları, sağ gicgah sümüyünün ön və arxa kəllə çuxuruna keçən sınığı, ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgahalın sümüyünə keçən xətti sınıqları, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının iç səthinə və gicgah əzələsinə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, iki şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurub hadisə yerindən uzaqlaşmış, həmin gün saat 18 radələrində zərərçəkmiş şəxs İsmayıllı rayon mərkəz i xəstəxanasına, oradan isə Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə aparılmasına baxmayaraq, qəsdən yetirilmiş ağır bədən xəsarəti nəticəsində yaranmış sağ gicgah sümüyünün ön və arxa kəllə çuxuruna keçən sınığı, ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan 09 mart 2022-ci il tarixdə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-47/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsin də təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, mülki iddia baxılmamış saxlanılmış, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-4/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-47/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətd ə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutlara, o cümlədən, məhkəmə-tibbi ekspertizasının rəyinə və bununla bağlı dindirilmiş ekspertin ifadəsinə düzgün qiymət verməmiş, nəticədə Məhkum törətdiyi əməli düzgün tövsif etməmişlər. Əslində onun zərərçəkmişlərdən zərərçəkmiş şəxsnun ölməsinə heç bir aidiyyəti yoxdur, digərinə - Zərərçəkmiş şəxsə münasibətdə isə xəsarət yetirdiyinə görə əməli Azərbaycan Respublikası CM-nin 130-cu maddəsi ilə tövsif edilməlidir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(107)-4/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 130-cu maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilmə si və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi Məhkum əməlinin düzgün tövsif edilmədiyini iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-4/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasını n Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nə ticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan h əmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-4/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-4/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar